Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-5190/2024 06.08.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Hətəmzadə Fərid Eldar oğlu, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “cavabdehlərin hərəkətlərinin qanunsuz hesab edilməsi və öhdəliklərin yerinə yetirilməsi” tələbinə dair iddia ərizəsinin məhkəmə icraatının mümkünlüyü məsələsinə baxaraq müəyyənetdim: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “cavabdehlərin hərəkətlərinin qanunsuz hesab edilməsi və öhdəliklərin yerinə yetirilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 məxsus “FORD” avtoservisin işçilərinə, müştərilərinə və s. Mənzil Məcəlləsinin 141.1-ci maddəsinə əsasən hərəkətlərinin qanunsuz hesab edilərək ünvan 1 ünvanında yerləşən 5 mərtəbəli binanın həyətindən istifadə edilməsinə qadağa qoyulmasını (İ bənd), Cavabdeh1 üzərinə sözügedən binanın həyətinin abadlaşdırılması, uşaqların əylənməsi üçün lazımi şəraitin yaradılması, rezerv su çəninin quraşdırılması öhdəliyinin qoyulmasını (İİ bənd), onun hüquqların və mənafelərini qorumaq məqsədi ilə binanın yerləşdiyi torpaq sahəsinin kimə məxsus olduğu məhkəmə tərəfindən aydınlaşdırılması və mövcud vəziyyətin qiymətləndirilməsini (İİİ bənd), torpaq sahəsinin kimə məxsus olduğu dəqiqləşdirildikdən sonra, torpaq sahibi öz payını özgəninkiləşdirsin ki, gələcəkdə bina sakinləri bina həyətində hansısa abadlıq işləri aparan zamanı heç bir sıxıntı ilə qarşılaşmamaları (İV bənd), cavabdehlərdən hər hansısa biri Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 39-cu maddəsinə əsasən ərazidə sağlam yaşayış, iş və istirahət şəraiti yaradılması, həmin ərazidə yaşayan və ya işləyən insanların təhlükəsizliyinin təmin edilməsi, mövcud şəraitin daha da yaxşılaşdırılması məqsədi ilə “FORD” avtoservislə qeyd olunan yaşayış binasının həyəti arasında hasar çəkilməsinin təmin edilməsini (V bənd) məhkəmədən xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsinə əsasən iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində göstərilməlidir. Həmin Məcəllənin 149.4-cü maddəsinə əsasən ərizədə mübahisənin düzgün həll edilməsi üçün zəruri olan digər məlumatlar, həmçinin iddiaçının vəsatətləri də göstərilir. Mülki-prosessual qanunvericiliyə görə iddiaçının tələbi dedikdə onun cavabdehi müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur etmək məqsədilə cavabdehə qarşı yönəltdiyi və təmin olunmasını məhkəmədən xahiş etdiyi tələb başa düşülür. Bu tələb işdə iştirak edən şəxslər arasındakı mübahisəli hüquq münasibətlərindən irəli gəlir. Bir qayda olaraq, tələb iddia ərizəsində konkret formada ifadə olunmalıdır. Hazırki iddiaçının tələbləri isə qeyri-dəqiq olmaqla anlaşılan deyildir. Belə ki, İ bənddə tələb “FORD” avtoservisin işçilərinə, müştərilərinə, yəni qeyri-müəyyən şəxslərə yönəldilmiş, həmçinin hansı hərəkətlərin qanunsuz hesab edilməsi konkret olaraq göstərilməmişdir. Bundan başqa, İV bənddəki tələb ehtimal üzərinə qurulmuş tələb, V bənddəki tələb isə yenə də qeyri-müəyyən tələbdir, iddiaçının hansı cavabdehdən konkret nə istədiyini müəyyən etmək mümkün olmur. Təsadüfi deyildir ki, Mülki Prosessual Məcəllənin 154.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxs iddia ərizəsinin surətini aldıqdan sonra 20 gün ərzində iddiaya etirazını, qoyulmuş suallara cavablarını və ərizəyə əlavə olunmuş sənədlərə münasibətini, həmçinin iddiaya etirazın və ona əlavə olunmuş sənədlərin surətlərini iddiaçıya və məhkəməyə təqdim edir. Bu isə yalnız o halda mümkündür ki, iddiaçı cavabdehlərə qarşı öz tələblərini və tələblərinin əsası kimi istinad etdiyi fakt və halları konkret şəkildə iddia ərizəsində göstərmiş olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır; 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki- Prosessaul Məcəlləsinin 152, 263-264-cü maddələrini rəhbər tutaraq, qəraraaldım: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “cavabdehlərin hərəkətlərinin qanunsuz hesab edilməsi və öhdəliklərin yerinə yetirilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququnun olması izah olunsun. Qərardad rəsmi qaydada verildikdən sonra ondan 10 gün müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №2(001)-5190/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-5190/2024
06.08.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver