Məhkəmə qərarları › İş №2(001)-5195/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-5195/2021

23.08.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-5195/2021 23.08.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli Məhəmməd Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi X4 oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı icarə müqaviləsinə əsasən borcun qaytarılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı icarə müqaviləsinə əsasən borcun qaytarılması dair iddia ərizəsi ilə, daha sonra isə iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən icarə müqaviləsinə görə 1.650 manat məbləğində pul vəsaitinin, 30 manat ödənilmiş dövlət rüsumunun, cəmi 1.680 manat məbləğində pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı direktoru Bünyat-zadə Emil Aydın oğlu ilə Cavabdeh arasında “Grand Cherokee” markalı, **-TX-*** dövlət qeydiyyat nişanlı avtomobilin 01 fevral 2018-ci il tarixdən 01 mart 2018-ci il tarixədək 1 günü 58,93 manat olmaq şərtilə 9 gün müddətinə icarəyə verilməsinə dair 02 fevral 2018-ci il tarixli nəqliyyat vasitəsinin icarə müqaviləsi bağlanılaraq yol vərəqəsi və təhvil-təslim aktı verilmişdir. Avtomobilin icarə haqqına görə yaranmış borcun tələb edilməsinə dair cavabdehə 02 fevral 2021-ci il tarixli 014 nömrəli və 12 aprel 2021-ci il tarixli 039 nömrəli pretenziya ilə müraciət edib 3 gün müddətində Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi, 2/28-də fəaliyyət göstərən İddiaçınə gəlib ödənilməsi barədə EMS Ekspress sürətli poçt daşıma xidməti vasitəsilə məktubla müraciət etmişlər. Bir neçə dəfə yazılı və şifahi xəbərdarlıq etmələrinə baxmayaraq cavabdeh ödəniş etməmişdir. Cavabdeh 02 fevral 2018-ci il tarixli avtonəqliyyat vasitəsinin icra müqaviləsinin 3.1-ci bəndinin tələbləri pozulmuşdur. Göstərilənlərə əsasən iddianın təmin olunması barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianı müdafiə edərək təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Həmçinin əlavə olaraq qeyd etdi ki, **-TX-*** dövlət qeydiyyat nişanlı ,“Grand Cherokee” markalı avtomobilin sahibi X2r. İddiaçı şirkət həmin avtomobili etibarnamə əsasında idarə edir və həmin avtomobillə bağlı tapşırıqlar verir. Cavabdeh 1 ay müddətinə qeyd olunan avtomobili idarə etsə də, müqavilədə nəzərdə tutulan icarə haqqını ödəməmiş, bununla da iddiaçıya cəmi 1.650 manat məbləğində borcu yaranmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147 və 185.5-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə iclasının cavabdehin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iş iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: AC seriyalı, 683737 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, **-TX-*** dövlət qeydiyyat nişanlı “Grand Cherokee” markalı avtomobilin sahibi X2r. 28 iyul 2016-cı il tarixli etibarnamənin surətindən görünür ki, X3 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BDYPİ QİŞ tərəfindən verilmiş 19 iyul 2016-cı il tarixli, AC seriyalı, 683737 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən ona məxsus olan “X5” minik markalı, 1C4RjFBG2EC193808 ban nömrəli, 2013-cü il buraxılışlı **-TX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etməyi və bu tapşırıqların yerinə yetirməsi ilə əlaqədar olan digər hərəkətləri etməyi İddiaçınə etibar edir. Etibarnamə 5 il müddətinə, 28 iyul 2021-ci il tarixədək verilmişdir. 03 oktyabr 2018-ci il tarixli etibarnamənin surətindən görünür ki, X3 ona məxsus olan “X5” minik markalı, 1C4RjFBG2EC193808 ban nömrəli, 2013-cü il buraxılışlı **-TX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etməyi İddiaçınə etibar edir. Bu etibarnamə üzrə səlahiyyətlər başqa şəxsə verilə bilər. Etibarnamə 5 il müddətinə, 03 oktyabr 2023-cü il tarixədək verilmişdir. İddiaçı (icarəyə verən) ilə Cavabdeh (icarədar) arasında bağlanmış 02 fevral 2018-ci il tarixli avtonəqliyyat vasitəsinin icarə müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, icarə verən 2013-cü il buraxılışlı, BAN 1C4RjFBG2EC193808, **-TX-*** dövlət qeydiyyat nişanlı “Grand Cherokee” markalı avtomobil icarədarın müvəqqəti istifadəsinə verir. İcarədar isə həmin avtonəqliyyat vasitəsindən istifadəyə görə bu müqavilə ilə müəyyən edilmiş məbləği icarə verənə ödəyir. Müqavilənin 3.1-ci bəndinə əsasən icarədar avtonəqliyyat vasitəsinin istifadəsinin hər “1” günü üçün 58,93 manat ödəyir. Müqavilənin 3.2.1-ci bəndinə əsasən icarədar avtonəqliyyat vasitəsinin istifadəsi üçün 1.650 manat ödəyir. Müqavilənin 6.1-ci bəndinə əsasən bu müqavilə 01 fevral 2018-ci il, saat 15:00-dan 01 mart 2018-ci il, saat 15:00-dək qüvvədədir. 31667 nömrəli yol vərəqəsinin təsdiq edilmiş surətindən görünür ki, **-TX-*** dövlət qeydiyyat nişanlı “Grand Cherokee” markalı avtomobilin İddiaçı tərəfindən Cavabdeh 01 fevral 2018-ci il tarixdən 01 mart 2018-ci il tarixədək Azərbaycan Respublikası ərazisində sürülməsinə icazə verilmişdir. İddiaçı tərəfindən Cavabdeh ünvanlanmış 02 fevral 2021-ci il və 12 aprel 2021-ci il tarixli xəbərdarlıq məktublarından görünür ki, sonuncuya 3 gün müddətində icarəyə götürdüyü avtomobilin icarə haqqının ödənilməsi bildirilmiş, əks təqdirdə bununla bağlı məhkəməyə müraciət olunacağı barədə xəbərdar edilmişdir. 02 iyun 2021-ci il tarixli mədaxil qəbzinə əsasən iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 675-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür; 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur; 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə iclasında toplanmış sübutlar əsasında müəyyən edilmişdir ki, tərəflər arasında icarə müqaviləsi bağlanmış və iddiaçı **-TX-*** dövlət qeydiyyat nişanlı “X5” markalı avtomobili 01 fevral 2018-ci il tarixdən 01 mart 2018-ci il tarixədək cavabdehə icarəyə vermişdir. Həmin Müqavilənin 3.2.1-ci bəndinə əsasən cavabdeh avtonəqliyyat vasitəsinin istifadəsi üçün 1.650 manat məbləğində vəsaiti iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Lakin, cavabdeh müqavilə ilə üzərinə götürdüyü öhdəliyi lazımınca icra etməmiş, icarə haqqını müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Ona görə də məhkəmə hesab edir ki, cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, müqavilə üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinın: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, qeyd olunanlara əsasən və toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək məhkəmə belə bir nəticəyə gəlir ki, iddia təmin edilməli, 02 fevral 2018-ci il tarixli avtonəqliyyat vasitəsinin icarə müqaviləsi üzrə 1.650 manat məbləğində icarə haqqı və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi Cavabdeh tutularaq İddiaçınə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. 02 fevral 2018-ci il tarixli avtonəqliyyat vasitəsinin icarə müqaviləsi üzrə 1.650 (bir min altı yüz əlli) manat məbləğində icarə haqqı və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi Cavabdeh tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Məhəmməd Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar