Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-5205/2025 21.07.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Hətəmzadə Fərid Eldar oğlu, İddiaçı Cavabdeh qarşı “ziyanın qalıq məbləğinin tələb edilməsi” tələbinə dair iddia ərizəsinin məhkəmə icraatının mümkünlüyü məsələsinə baxaraq m ü ə y y ə n e t d i m: İddiaçı Cavabdeh qarşı “ziyanın qalıq məbləğinin tələb edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, VÖEN: ********** olan X4 məxsus lombardın möhürü ilə təsdiq edilmiş sənədlə müəyyən edilmiş 5.000 (beş min) manat əsas borca gecikməyə görə və faizə hesablanmış gecikməyə görə ümumi məbləğin cavabdehdən tələb olunmamış qalan 1650 (bir min altı yüz əlli) manat hissəsinin onun xeyrinə Cavabdeh alınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsinin qəbul edilməsindən imtina edilməlidir. Belə ki, AZEMİS elektron məhkəmə informasiya sistemi vasitəsi ilə əldə edilmiş Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(001)-2273/2024 saylı qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh lombard müqaviləsinə əsasən 5000 (beş min) manat əsas borc, 5000 (beş min) manat faiz borcu və 800 (səkkiz yüz) manat nağd şəkildə özündən aldığı borc, ödənilmiş 125 (yüz iyirmi beş) manat dövlət rüsumu olmaqla, cəmi 10925 (on min doqquz yüz iyirmi beş) manat pulun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(001)-2273/2024 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh əsas borca görə 5000 (beş min) manat, əsas borca faiz olaraq hesablanmış 5000 (beş min) manat olmaqla, ümumilikdə 10000 (on min) manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(103)-595/2025 saylı qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(001)-2273/2024 saylı qətnaməsi- cavabdehdən tutulmalı olan əsas borca faiz olaraq tutulmalı məbləğ hissəsində dəyişdirilərək, Cavabdeh tutulmalı olan əsas borca faiz olaraq ödənilmiş 1200 (min iki yüz) manat məbləğində pulun tutularaq İddiaçı Bahadır qızına ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(103)-595/2025 saylı qətnaməsinin əsaslandırma hissəsində qeyd edilmişdir ki, “Lakin birinci instansiya məhkəməsi iddia tələbinin faiz kimi hesablanmış 5000 manat məbləğində olan hissəsi ilə bağlı düzgün olmayan nəticəyə gəlmişdir. Belə ki, birinci instansiya məhkəməsi qeyd etmişdir ki, VÖEN ********** olan X4 məxsus lombardın möhürü ilə təsdiq edilmiş İddiaçı borcunu əks etdirən qəbzlə müəyyən edilir ki, xx.xx.2024-cü il tarixə İddiaçı 5000 manat əsas borca 19 ay gecikməyə görə hər ay 200 manat hesablanmaqla 3800 manat, faizə hesablanmış gecikməyə görə isə 2850 manat olmaqla (19x200=3800, faizə gecikmə 2850 manat olmaqla) ümumilikdə 6650 manat faiz borcu vardır. Məhkəmə, 24 iyul 2024cü il tarixə iddia tələbində göstərilən borc üzrə faiz məbləği 6650 manat təşkil etsə də, iddiaçının tələbində cavabdehdən faiz borcu olaraq 5000 manat məbləğində pul tələb etməsini nəzərə alaraq hesab etmişdir ki, iddia tələbi həmin hissədə də təmin edilərək cavabdehdən əsas borca hesablanmış 5000 manat məbləğində faiz borcu tutularaq iddiaçıya ödənilməlidir. Halbuki iddia tələbi həmin hissədə onunla əsaslandırılmışdır ki, borc ödənmədiyi halda lombardla bağlanmış müqaviləyə əsasən hər ay əsas borcun üzərinə 350 (üç yüz əlli) manat faiz pul gəlir. Bununla belə iddiaçının tələbinin mahiyyəti ondan ibarətdir ki, lombarda qızıl girovu qoyaraq pul götürülmüş və həmin məbləğ cavabdehə verilmişdir ki, cavabdeh tərəfindən də dövri ödənişlər edilməmişdir. Məhkəmə kollegiyası tərəfindən girov qoyulmuş qızıl ziynət əşyaların satılıbsatılmaması, satıldığı təqdirdə bunula bağlı sənədlərin təqdim olunması ilə bağlı lombarların fəaliyyəti ilə məşğul olan X2 verilmişdir. X5 məhkəmə kollegiyasının iclasında iştirak etməsə də, mail vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin ünvanına arayış göndərmişdir. Həmin arayışdan müəyyən edilir ki, girova qoyulmuş qızıl-ziynət əşyaları satılıb. Məhkəmə kollegiyasının iclasında telefon vasitəsilə X1 nümayəndəsi (həyat yoldaşı) X7 ilə əlaqə saxlanılmış və o, mübahisəli qızıl-ziynət əşyalarının satıldığını təsdiq etmişdir. Belə olan halda iddiaçı ona dəymiş zərəri, yəni faiz olaraq hesablanmış məbləği deyil, cavabdeh üçün faizlə bağlı ödədiyi pulun geri qaytarılmasını tələb edə bilər. Bu baxımdan iş materiallarından görünür ki, VÖEN ********** olan X4 məxsus lombardın kassa mədaxil orderindən görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixdə 200 manat məbləğində faiz ödəmişdir. Lakin məhkəmə kollegiyasının iclasında iddiaçı bu ödəmə ilə bağlı bildirmişdir ki, qəbz onun tərəfindən təqdim olunsa da, pul Aynurə tərəfindən ödənilmişdir. Aynurə tərəfindən ümumilikdə 600 manat pul ödənilmişdir. Həmçinin VÖEN ********** olan X4 məxsus lombardın kassa mədaxil orderindən görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixdə 1200 manat məbləğində faiz ödəmişdir. Həmin pul iddiaçı tərəfindən ödənilmişdir. Göründüyü kimi iddiaçı tərəfindən faizlə əlaqədar olaraq cəmi 1200 manat pul ödənişi olduğundan məhkəmə kollegiyası hesab edir ki, iddiaçı həmin məbləği cavabdehdən geri tələb edə bilər. Belə olan məhkəmə kollegiyası hesab edir ki, cavabdehdən tutulmalı olan əsas borca faiz məbləğ 1200 manat müəyyən edilməlidir” Göründüyü kimi hal-hazırki mübahisə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(103)-595/2025 saylı qətnaməsində həll edilmiş və həmin qətnamə qanuni qüvvəyə minmişdir. Belə olan halda, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.2cü maddəsinə əsasən, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. Həmin Məcəllənin 114.1. və 114.1.2-ci maddələrə əsasən ödənilmiş dövlət rüsumu bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmaq üçün qəbul etməkdən imtina edilərsə qaytarılır; Həmin Məcəllənin 114.2-ci maddəsinə əsasən məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Beləliklə, iddia ərizəsinin qəbul olunmasının mümkünlüyü məsələsini yoxlayaraq belə nəticəyə gəlirəm ki, İddiaçı Cavabdeh qarşı “ziyanın qalıq məbləğinin tələb edilməsi” tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsindən imtina olunmalı, iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edildiyindən İddiaçı tərəfindən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hesabına ödənilmiş 36,60 (otuz altı manat 60 qəpik) manat məbləğində dövlət rüsumu (xx.xx.2025-ci il tarixli ********** nömrəli qəbz) da onun özünə qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 263 və 264-cü maddələrini rəhbər tutaraq q ə r a r a a l d ı m: İddiaçı Cavabdeh qarşı “ziyanın qalıq məbləğinin tələb edilməsi” tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsindən imtina olunsun. İddiaçı tərəfindən Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin hesabına ödənilmiş 36,60 (otuz altı manat 60 qəpik) manat məbləğində dövlət rüsumu (xx.xx.2025-ci il tarixli ********** nömrəli qəbz) onun özünə qaytarılsın. Qərardad rəsmi qaydada verildikdən sonra ondan 10 gün müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №2(001)-5205/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-5205/2025
21.07.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver