Məhkəmə qərarları › İş №2(001)-5214/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-5214/2023

09.08.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-5214/2023 09.08.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Mustafayev Etibar Mustafa oğlu, İddiaçı cavabdehlər Cavabdeh3 BOK ASC-yə, Cavabdeh1nə və Şamaxı rayon «ASAN xidmət» mərkəzi notariat ofisinə qarşı «kredit müqaviləsinin etibarsız hesab edilməsi, notariusun icra qeydinin ləğv olunması və məcburi icra hərəkətlərinin dayandırılması» tələbinə dair iddia ərizəsini 09 avqust 2023-cü il tarixdə nəzərdən keçirərək, M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı Cavabdeh3 BOK ASC-yə, Cavabdeh1nə və Şamaxı rayon «ASAN xidmət» mərkəzi notariat ofisinə qarşı «kredit müqaviləsinin etibarsız hesab edilməsi, notariusun icra qeydinin ləğv olunması və məcburi icra hərəkətlərinin dayandırılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsini nəzərdən keçirərək hesab edirəm ki, ərizə geri qaytarılmalıdır. Belə ki, təqdim olunmuş iddia ərizəsində tələb aşağıdakılardan ibarətdir:

1. Kredit müqaviləsinin etibarsız hesab edilməsi;

2. İcra və Probasiya Şöbəsinin qərarının ləğv edilməsi;

3. İcra hərəkətlərinin dayandırılması; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.3-cü maddəsinə əsasən iddiaçı bir-biri ilə bağlı olan bir neçə tələbi bir iddia ərizəsində birləşdirməyə haqlıdır. Lakin ərizənin məzmunundan görünür ki, bu tələblərə bir icraatda baxılması mümkün deyildir. Belə ki, kredit müqaviləsinin etibarsız hesab edilməsi tələbinə mülki icraat qaydasında baxılması mümkün olsa da, icra məmurunun qərarından şikayətə, eləcə də icra hərəkətlərinin dayandırılması məsələsinə ayrıca icraatda baxılmalı olduğundan Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1-ci və 152.1.7-ci maddələrinənin tələblərin nəzərə alınmaqla, iddia ərizəsi geri qaytarılmalıdır. Həmin maddələrin tələblərinə əsasən bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Göründüyü kimi tələbdə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildiyindən onlara bir icraatda baxılması mümkün deyil. Buna görə də hesab edirəm ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİM: İddiaçı cavabdehlər Cavabdeh3 BOK ASC-yə, Cavabdeh1nə və Şamaxı rayon «ASAN xidmət» mərkəzi notariat ofisinə qarşı «kredit müqaviləsinin etibarsız hesab edilməsi, notariusun icra qeydinin ləğv olunması və məcburi icra hərəkətlərinin dayandırılması» tələbinə dair iddia ərizəsi geri qaytarılsın. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər.

Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar