Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-5236/2022 01.11.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Sadıqov Nurlan Ədalət oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “vurulmuş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İşin halları:
1. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məkəməyə müraciət edərək, "xxxx" X8 Cəmiyyətinin əmlakına vurulmuş ziyana görə cavabdeh tərəfindən ödənilməmiş 1480 manat və mediasiya xərci kimi ödənilmiş 50 manat dövlət rüsumunun Cavabdeh tutularaq cəmiyyətin bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli əmək müqaviləsinə əsasən Cavabdeh 3 aylıq sınaq müddəti tətbiq edilməklə müddətsiz əmək müqaviləsi ilə satıcı-kassir vəzifəsinə işə qəbul olunmuş və “X22” haqqında müqavilə imzalanmışdır. xx.xx.2019-cu il tarixində administirator vəzifəsinə keçirilmiş, xx.xx.2020-ci il tarixli 322-K saylı əmrlə işdən azad edilmişdir. Cavabdeh iş vaxtı ərzində bilavasitə iş yerində intizam xətasına yol vermişdir. Belə ki, xx.xx.2019-cu il və xx.xx.2020-ci il tarixində Oba-mağazasında çalışdığı zaman aparılmış inventarizasiya nəticəsində Cavabdeh Cəmiyyətə zərər vurması müəyyən edilmiş, “İnventarizasiya Nəticələrinə” dair akta əsasən yekun ziyan məbləği 5040 manat məbləğində məlum olmuşdur. Maliyyə arayışından məlum olur ki, ümumi qalıq borcdan 3560 manat güzəşt edilmiş, qalıq borc isə 1480 manat təşkil etmişdir. Qalıq borcun ödənilməsi barədə cavabdehə dəfələrlə bildirilsə də, heç bir ödəniş həyata keçirilməmişdir. Bununla yanaşı mediasiya prosesi keçirilmiş və həmin prosesde hər hansı bir razılıq əldə olunmamışdır. Tərəflərin izahatları və iddiaya münasibəti:
3. İddiaçının nümayəndəsi xx.xx.2022-ci il tarixində elektron qaydada ərizə ilə məhkəməyə müraciət edərək, mülki iş üzrə iddianı müdafiə etdiyi bildirilmiş, işə nümayəndənin iştirakı olmadan baxılması və yekun qərarın çıxarılması xahiş edilmişdir.
4. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi izahatında bildirmişdir ki, cavabdeh "xxxx" Market MMC-də administrator vəzifəsində işləyib. İşlədiyi dövrdə xx.xx.2019-cu il və xx.xx.2020-ci il tarixlərdə onun fəaliyyəti yoxlanılmış və şirkətə zərər vurduğu müəyyən edilmişdir. Cavabdehə borcunu ödəməsi barədə pretenziya göndərilmiş və tərəfindən qəbul edilmişdir. O, borcunun olduğunu qəbul etmiş və ödənilməsi üçün ona vaxt verilməsini xahiş etmişdir. Belə ki, cavabdeh şirkətdə işlədiyi dövrdə şirkətə zərər vurması müəyyən olunmuş və aktlar tərtib edilmişdir. Daha sonra öz ərizəsi ilə xx.xx.2020-ci il tarixdə işdən azad olunmuşdur. Məhkəmədə iddia qaldırmaq üçün nəzərdə tutulmuş 1 il müddəti ötürmüşlər. Bu məsələlərlə audit departamentinin əməkdaşları məşğul olmuşdur. Onlar da hüquqşünas olmadığı üçün iddia müddətini nəzərə almamışlar.
5. Məhkəmə iclasında iştirak edən cavabdeh izahatında bildirmişdir ki, iddia tələbini qəbul etmir. İddiaçı iddia müddətini ötürməklə hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Belə ki, işəgötürən işçiyə qarşı iddia ərizəsi ilə məhkəməyə hüquqlarının və qanuni mənafelərinin pozulduğu gündən 1 təqvim ayı müddətində, ona maddi ziyan vurulması məsələləri ilə əlaqədar isə ziyanın vurulmasını aşkar etdiyi gündən 1 il müddətində müraciət edə bilər. Odur ki, iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim etməklə, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. Əvvəlki məhkəmə iclasında cavabdeh bildirmişdir ki, iddia tələbini qəbul etmir, 2019-cu ildən orada işləməyə başlamış, 2020-ci ildə işdən çıxmışdır. Vətən Müharibəsinə gedib-qayıtdıqdan sonra şirkət onlara 1400 manat borcunun olması barədə evinə məktub göndərmişdir. Ondan işlədiyi dövrdə baş verdiyi iddia edilən əskikliyin pulunu işdən çıxdıqdan sonra tələb edirlər. Heç bir səbəb göstərilmədən ona borcunu olduğu barədə məlumat verilir. O, mağazada administrator işləmiş və mağazanı 2020-ci ilin iyun ayında təhvil vermişdir. Sayım aparılanda bölgə müdiri ona 800 manat əskikliyin olmasını desə də, sonradan bu məbləğin necə artdığı ona məlum deyil. Şirkət sistemə müdaxilə edərək, malı istədikləri miqdarda artıra və azalda bilirlər. Ümumiyyətlə yeyinti etməmişdir. Həmin mağazada administrator olsa da, işçi çatışmadığından kassa, satış hətta təmizlik işi belə görmüşdür. Mağazanın gündəlik gəlirini hər axşam mağaza bağlananda şirkətin inkassatoru gəlib götürürdü. İddiaçı həmçinin hazırki iddianı iddia müddətini ötürməklə vermişdir. İddia müddətinin tətbiqi barədə ərizəni məhkəməyə təqdim edəcək Məhkəmə iclasında tədqiq edilmiş sübutlar:
7. “X26” MMC ilə Cavabdeh arasında bağlanan əmək müqaviləsindən görünür ki, Cavabdeh xx.xx.2019-cu il tarixindən xx.xx.2019-cu il tarixinədək, xx.xx.2019-cu il tarixindən Satış Departamentinin Satış 4 Şöbəsinə Baş satıcı vəzifəsinə işə qəbul edilmiş, əmək haqqı məbləği 210 manat müəyyən edilmişdir.
8. “X26” MMC ilə Cavabdeh arasında Azərbaycan Respublikası Əmək Məcəlləsinin 199-200 maddəsinə əsasən verilən sərvətlərin saxlanılması, emalı, satışı, daşınması və ya istehsal prosesində tətbiqi ilə bilavasitə əlaqədar vəzifələr tutan və ya bu cür işləri yerinə yetirən 18 yaşına çatmış işçi ilə onun tutduğu vəzifə və qurduğu iş üzrə onunla bağlanan xx.xx.2019-cu il tarixli X22 haqqında müqavilədən görünür ki, maddi məsul şəxs (X17) ona işəgötürən tərəfindən etibar edilmiş maddi sərvətlərin qorunub saxlanması, görüləcək işi layiqincə yerinə yetirməyi tam məsuliyyəti ilə öz üzərinə götürür.
9. İddiaçı MMC tərəfindən verilən cəmiyyət üzrə xx.xx.2019-cu il tarixli, 322-K saylı əmrdən Çıxarışdan görünür ki, Cavabdeh cəmiyyətin Satış Departamentinin Satış 4 Şöbəsinə xx.xx.2019-cu il tarixdən 3 ay sınaq müddəti müəyyən edilməklə Baş satıcı vəzifəsinə işə qəbul edilməsi, əmək haqqının ştat cədvəlinə əsasən 210 manat olmaqla ödənilməsi əmr edilmişdir.
10. Bu barədə əmək müqaviləsinin bağlanmasına dair bildiriş, xx.xx.2019-cu il tarixində sistemə daxil edilmişdir.
11. İddiaçı MMC tərəfindən verilən cəmiyyət üzrə xx.xx.2019-cu il tarixli, 367-K saylı əmrdən Çıxarışdan görünür ki, Cavabdeh cəmiyyətin Satış Departamentinə 27 avqust 2019-cu il tarixindən administrator vəzifəsinə keçirilməsi, əmək haqqının ştat cədvəlinə əsasən 345 manat olmaqla ödənilməsi əmr edilmişdir.
12. xx.xx.2019-cu il tarixli əmək müqaviləsinə əlavəyə əsasən xx.xx.2019-cu ilə tarixli əmək müqaviləsinə edilmiş əlavə və dəyişikliyə görə Cavabdeh cəmiyyətin Satış Departamentinə xx.xx.2019-cu il tarixdən administrator vəzifəsinə təyin edilmiş, əmək haqqı ştat cədvəlinə uyğun olaraq 345 AZN əmək haqqı təşkil edir.
13. Bu barədə əmək müqaviləsinə dəyişiklik edilməsi barədə əmək müqaviləsi bildirişi xx.xx.2019-cu il tarixində sistemə daxil edilmişdir.
14. Vəzifə dəyişikliyi ilə əlaqədar “X26” MMC ilə Cavabdeh arasında yenidən X22 haqqında müqavilə imzalanmışdır.
15. Cavabdeh tərəfindən İddiaçı MMC-yə yazılan xx.xx.2020-ci il tarixli ərizədən görünür ki, o, xx.xx.2020-ci il tarixindən əmək müqaviləsinə öz xahişi ilə xitam verilməsini xahiş etmişdir.
16. İddiaçı MMC tərəfindən verilən cəmiyyət üzrə xx.xx.2020-ci il tarixli, 332 saylı əmrdən Çıxarışdan görünür ki, Cavabdeh cəmiyyətin Satış Departamentinin Satış 4 Şöbəsinin administratorunun əmək müqaviləsinə xx.xx.2020-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin ikinci hissəsinin “a” bəndinə əsasən (öz xahişi ilə) xitam verilməsi, son haqq hesab: istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzinin ödənilməsi əmr edilmişdir.
17. Bu barədə elektron sistemə xx.xx.2020-ci il tarixində əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildiriş daxil edilmişdir.
18. “X26” MMC tərəfindən tərtib edilən 20 noyabr 2019-cu il tarixli imtina aktından görünür ki, satınalma departament müdiri X3, komissiyanın sədr müavini baş mühasib X5, komissiya üzvləri satış departament müdiri X10, Daxili Nəzarət departament müdiri X2, İ.T şöbə müdiri X11, İnventarizasiya şöbəsinin müdiri X4, Daxili nəzarət şöbəsinin müdiri X1 ibarət heyətdə təyin edilmiş komisiyanın iştirakı ilə “X26” MMC-nin Bakı şəhəri, Nərimanov rayonu, F.Xoyski pr-ti 110 ünvanında yerləşən “Nərimanov 2” (169) mağazasında, həmin mağaza üzrə maddi məsul şəxs Cavabdeh İldırım oğlunun iştirakı ilə xx.xx.2019-cu il tarixi vəziyyətinə inventarizasiya keçirilmiş, inventarizasiya nəticəsində çatışmazlıqlar aşkar edilmiş və bu barədə müvafiq sənədlər toplanmışdır. Maddi məsul şəxs İnventarizasiyanın aparılmasında və nəticələrinin araşdırılmasında iştirak etsə də, yoxlamanın nəticəsinə dair tərtib edilmiş həmin sənədlərlə tanış olsa da, sonra heç bir irad və səbəb bildirmədən ilkin və yekun sənədləri imzalamaqdan və əksikgəlmələrin ( 2001,27) yaranması səbəbləri barədə izahat verməkdən imtina etmişdir.
19. “X26” MMC-nin idarə heyətinin sədri tərəfindən təsdiq edilən K.İlkin, A.İlkin, S.Ayazın daxil olduği işçi qrupu tərəfindən tərtib edilən 15 aprel 2020-ci il tarixli imtina aktından görünür ki, işçi qrupun üzvləri bu aktı tərtib etməklə təsdiq edirlər ki, “X26” MMCnin Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski pr-ti 110 ünvanında yerləşən Nərimanov 12 (169) mağazasında 15 aprel 2020-ci il tarixində maddi məsul şəxs Cavabdeh İldırım oğlunun öhdəsində olan ticari malların yoxlanılması məqsədilə, şifahi müraciətlər edilməsinə, şirkətə məxsus ***-***-**-** nömrəli xidməti telefonuna zənglər edilməsinə baxmayaraq, o, çağırışlara məhəl qoymadan mağazaya gəlməmiş və bununla da, malların inventarizasiyasında iştirak etməkdən imtina etmişdir. Bu səbəbdən də maddi məsul şəs Cavabdeh İldırım oğlunun iştirakı olmadan,inventarizasiya aparıb, nəticəsini qanunauyğun olaraq müvafiq qaydada aktlaşdırmışlar.
20. “X26” MMC tərəfindən tərtib edilmiş 15 aprel 2020-ci il tarixli imtina aktından görünür ki, Daxili nəzarət departament müdiri X2, komissiyanın sədr müavini baş mühasib X14, komissiyaının üzvləri: Satış departament müdiri X12, Daxili nəzarət şöbə müdiri X6, İnventarizasiya şöbəsinin müdiri X1 ibarət heyətdə təyin edilmiş komissiyanın iştirakı ilə həmin akt tərtib edilir ki, “X26” MMC-nin Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski pr-ti 110 ünvanında yerləşən Nərimanov 12 (169) mağazasında həmin mağaza üzrə maddi məsul şəxs Cavabdeh İldırım oğlunun iştirakı ilə xx.xx.2020-ci il tarixi vəziyyətinə inventarizasiya keçirilmiş, inventarizasiya nəticəsində çatışmazlıqlar aşkar edilmiş və bu barədə müvafiq sənədlər toplanmışdır. Maddi Məsul şəxs Cavabdeh İldırım oğlu inventarizasiyanın aparılmasında və nəticələrinin araşdırılmasında iştirak etsə də, yoxlamanın nəticəsinə dair tərtib edilmiş həmin sənədlərlə tanış olsa da, sonra heç bir irad və səbəb bildirmədən ilkin və yekun sənədləri imzalamaqdan və əksikgəlmələrin (1772,46 AZN) yaranması səbəbləri barədə izahat verməkdən imtina etmişdir.
21. İddiaçı MMC tərəfindən tərtib edilən 26 yanvar 2022-ci il tarixli İddiaçıMMC-nin sabiq administratoru Cavabdeh maddi məsuliyyətinə verilən maddi sərvətlər üzrə aparılmış və yekunlaşmış inventarizasiya yoxlaması barədə arayışdan görünür ki, Cavabdeh ilə bağlı inventarizasiya yoxlanması və təhvil-təslim işlərinin nəticəsi olaraq hesabında xx.xx.2019-cu il tarixində 3267,29 AZN, xx.xx.2020-ci il tarixində 1771,44 AZN və ümumi olaraq 5039,73 AZN çatışmazlıq müəyyən edilmişdir. Çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə olan ziyandan 3560,11 AZN hissəsi şirkət tərəfindən güzəşt edilmişdir. Beləliklə, X7 26 yanvar 2022-ci il tarixinə İddiaçı MMC-yə olan ümumi borcu 1479,62 AZN təşkil edir.
22. İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanan xx.xx.2021-ci il tarixli, DN-222 saylı xəbərdarlığın sürətindən görünür ki, ona, MMC-də işlədiyi dövrdə fəaliyyətinin yoxlanılması və 3770,49 AZN əskikgəlmə aşkar edildiyi barədə məlumat verilmiş, vəzifə təlimatına əsasən işçi ona etibar edilən əmlakın maddi sərvətlərin və görüləcək işlərin tam qayğısına qalmalı, eyni zamanda müəssisəyə heç bir səbəb üzündən ziyan vurmamalı və ziyankarlığa qarşı mübarizə aparmalı, ona etibar edilmiş maddi sərvətlərin, pul vəsaitlərinin və görüləcək işlərin dəqiq hesabatını aparmalıdır. Qeyd olunanların nəzərə alınmaqla 678,17 manat qalıq borcun 3 gün müddətində ödənilməsi, əks təqdirdə barəsində müvafiq hüquqi tədbirlərin həyat keçiriləcəyi barədə xəbərdarlıq edilmişdir. Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:
23. “X26” MMC ilə Cavabdeh əmək müqaviləsi bağlanmış və sonuncu xx.xx.2019-cu il tarixindən xx.xx.2019-cu il tarixinədək Satış Departamentinin Satış 4 Şöbəsinə Baş satıcı vəzifəsinə işə qəbul edilmiş, əmək haqqı məbləği 210 manat müəyyən edilmişdir. İşə qəbul edilən zaman “X26” MMC ilə Cavabdeh arasında Azərbaycan Respublikası Əmək Məcəlləsinin 199-200 maddəsinə əsasən xx.xx.2019-cu il tarixli X22 haqqında müqavilə imzalanır və sonuncu- maddi məsul şəxs (X17) ona işəgötürən tərəfindən etibar edilmiş maddi sərvətlərin qorunub saxlanması, görüləcək işi layiqincə yerinə yetirməyi tam məsuliyyəti ilə öz üzərinə götürür.
24. Cavabdeh daha sonra cəmiyyətin Satış Departamentinə 27 avqust 2019-cu il tarixindən administrator vəzifəsinə keçirilmiş, onunla X22 haqqında müqavilə imzalanmış və əmək haqqı ştat cədvəlinə əsasən 345 manat müəyyən edilmişdir. Nəticədə Cavabdeh əmək fəaliyyətinə Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski pr-ti 110 ünvanında yerləşən Nərimanov 12 (169) mağazasında administrator vəzifəsində davam etmişdir. İddiaçı MMCnin xx.xx.2020-ci il tarixli, 332 saylı əmri ilə isə Cavabdeh cəmiyyətin Satış Departamentinin Satış 4 Şöbəsinin administratorunun əmək müqaviləsinə xx.xx.2020-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin ikinci hissəsinin “a” bəndinə əsasən (öz xahişi ilə) xitam verilmişdir.
25. 20 noyabr 2019-cu il tarixində “X26” MMC-nin Bakı şəhəri, Nərimanov rayonu, F.Xoyski pr-ti 110 ünvanında yerləşən “Nərimanov 2” (169) mağazasında, həmin mağaza üzrə maddi məsul şəxs Cavabdeh İldırım oğlunun iştirakı ilə xx.xx.2019-cu il tarixi vəziyyətinə inventarizasiya keçirilmiş, inventarizasiya nəticəsində çatışmazlıqlar (əksikgəlmələr (2001,27AZN) ) aşkar edilmiş və bu barədə müvafiq sənədlər toplanmışdır.
26. 15 aprel 2020-ci il tarixində “X26” MMC-nin Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski pr-ti 110 ünvanında yerləşən Nərimanov 12 (169) mağazasında həmin mağaza üzrə maddi məsul şəxs Cavabdeh İldırım oğlunun iştirakı ilə xx.xx.2020-ci il tarixi vəziyyətinə inventarizasiya keçirilmiş, inventarizasiya nəticəsində çatışmazlıqlar (əksikgəlmələr (1772,46 AZN)) aşkar edilmiş və bu barədə müvafiq sənədlər toplanmışdır.
27. İnventarizasiyaların keçirildiyi vaxtlarda Cavabdeh İldırım oğlu cəmiyyətin işçisi kimi fəaliyyətinə davam etmişdir.
28. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək, cavabdehdən 1480 manat maddi ziyanın və 50 manat mediasiya xərcinin ödənilməsini tələb etmiş, lakin həqiqətən MMC tərəfindən iddia müddətinin ötürüldüyünü bildirmişdir.
29. Cavabdeh isə iddianı qəbul etməyərək, iddia müddətinin ötürülməsi səbəbindən iddia ərizəsinin rədd edilməsini xahiş edir. Bu barədə isə yazılı ərizəsini məhkəməyə təqdim etmişdir. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi:
30. Azərbaycan Respublikası Əmək Məcəlləsinin:
31. 296-cı maddəsinin 5-ci bəndinə əsasən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş hallarda işçiyə qarşı iddia ərizəsi ilə məhkəməyə hüquqlarının və qanuni mənafelərinin pozulduğu gündən 1 təqvim ayı müddətində, ona maddi ziyan vurulması məsələləri ilə əlaqədar isə ziyanın vurulmasını aşkar etdiyi gündən 1 il müddətində müraciət edə bilər.
32. 296-cı maddəsinin 6-cı bəndinə əsasən bu maddədə göstərilən müddətlər üzürlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər.
33. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
34. 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir;
35. 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır;
36. 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir.
37. Konstitusiya Məhkəməsinin Plenum Qərarında (L.İ.Binnətovanın şikayəti üzrə 8 may 2008-ci il tarixli) göstərilmişdir ki, iddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Buna görə, məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulubpozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir.
38. İşin müəyyən edilmiş hallarından göründüyü kimi iddiaçı ilə cavabdeh arasında əmək müqaviləsindən irəli gələn münasibətlər mövcud olmuşdur. İşçi ilə işəgötürən arasında eyni zamanda X22 barədə müqavilə də bağlanmışdır. Əmək müqaviləsinə xitam verildikdən sonra işəgötürən tərəfindən audit yoxlaması keçirilmiş və işçinin maddi ziyan vurduğu aşkar edilmişdir. Buna baxmayaraq işəgötürən maddi ziyanın tələb edilməsi ilə bağlı iddia müddətini ötürməklə məhkəməyə müraciət etmiş və işçi də iddia müddətinin tətbiq edilməsini xahiş etmişdir. Müəyyən edildiyi kimi də İddiaçı MMC işi tərəfindən ona maddi ziyan vurulduğunu ən geci xx.xx.2020-ci il tarixdə keçirilmiş audit yoxlaması nəticəsində müəyyən etməsinə baxmayaraq 1 illik iddia müddətini ötürmüş və müvafiq tələblə məhkəməyə xx.xx.2022-ci ildə müraciət etmişdir.
39. Odur ki, iddia müddəti ötürüldüyündən, həm də üzrsüz səbəbdən ötürüldüyündən iddia tələbi rədd edilməlidir. Tətbiq edilən prosessual normalar:
40. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
41. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;
42. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;
43. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir;
44. 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır Nəticə:
45. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı “vurulmuş ziyanın ödənilməsi” tələbinə dair iddiası təmin edilməməli, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.
46. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddiaçı Cavabdeh qarşı “vurulmuş ziyanın ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən İlkin Əliyev