Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-5249/2024 30.10.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X1 katibliyi, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İşin halları: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 1200 manat məbləğində pul vəsaiti, 50 manat əldən çıxmış fayda, 32 manat məhkəmə rüsumu olmaqla cavabdehdən 1282 manat (bir min iki səksən iki) pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları, sübutların tədqiqi: İddia tələbi onunla əsaslandırılmışdır ki, ona məxsus ofis mebellərini 2022-ci ildə Gəncə şəhərində satışa çıxartmışdır. Dayanacaqlara və lalafo saytına bu məqsədlə elan yerləşdirmişdir. Gəncədə yaşadığı ünvanda mebelləri həyətində saxlayırdı. Pandemiyadan qabaq Gəncədə böyük bir dükan arendaya götürmüşdür və dükanda müxtəlif məqsədlər üçün istifadə olunan mebellər yığdırmışdır. Bütün bu mebellərin yığdırılmasına 3000 manata yaxın pul xərcləmişdir. Elan saytında yerləşdirdiyi telefon nömrələrinə (***-***-**-** və ***-***-**-**) vətəndaş Cavabdeh zəng edərək mebellərini almaq istədiyini bildirdi və mebellərə baxmaq üçün həyətlərinə gəldi. Hətta yaxınlıqda yaşayan qonşuları Əliyeva Lütviyyə və onun həyat yoldaşı Əliyev Akif, sonra Yusifov Nəcəf də bunun şahidi olublar. Onlar məhkəməyə gəlib bu faktı təsdiq edə bilərlər, hətta notarial qaydada məhkəməyə ərizə yazıb fikirlərini göndərə bilərlər. 2023-cü ilin avqustunda Cavabdeh alıcı kimi onlara gələrək mebelləri almaq istədiyini ifadə etdi. O qeyd etdi ki, mebellərin 4 seksiyasını (yazı masası, vitrin mebellərini) almaq istəyir və bildirdi ki, bu mebelləri nisyə götürüb bir ay müddətində pulu ödəyəcəkdir. Bu mebelləri ona 600 manata satmağa razılaşmışdır. O, da 600 manat ödəyib göstərilən mebelləri almağa razılıq ifadə etdi, lakin o bildirdi ki, pulu ödəməyə indi imkanı yoxdur, bir aydan sonra ödəyəcəkdir. Beləliklə də, mebelləri ona 600 manata nisyə satmaq barəsində razılığa gəlmişlər. Həmin gün həyətlərinə yük maşını gətirərək fəhlələrin köməyi ilə mebelləri yükləmiş və Yeni Gəncədə işlətdiyi çörək sexinə apardı. Bu çörək sexi 2 nömrəli tam orta məktəbin yaxınlığında yerləşirdi. Vətəndaş (alıcı) Cavabdeh dediyi vaxtda gəlib əvvəlcə 300 manat, 15 gündən sonra yenə gələrək yerdə qalan 300 manat pulu nağd şəklində ona ödədi. Hətta dedi ki, yerdə qalan digər mebelləri almaq fikri yoxdur. Cavabdeh yerdə qalan digər mebelləri almaq üçün 3 aydan sonra yenə də onun evinə gəldikdə evdə olmadığına görə qonşusu Azər İbrahimova yaxınlaşaraq xahiş edib ki, ona zəng edim. O,da ona zəng etmişdir. Zəngdən sonra 2023-cü ilin dekabrında təkrar onlara gələrək yerdə qalan mebelləri aldığını bildirdi. Bu zaman ona mebelləri almaq fikrinin olmadığı barədə əvvəl dediyi fikrini xatırlatməş, o isə dedi ki, başqa yerdə 2-ci bir sex arendaya götürdüyündən ona bu mebellər də lazımdır. Satış məqsədi ilə siqaret qoymaq üçün yığdırdığı qəhvəyi rəngli rəf-şkaflar, ofisin qapısına qədər divara yığdırdığı qəhvəyi rəngli rəf-şkaf tipli digər mebelləri, qəhvəyi rəngli bir ədəd böyük dəyirmi masa, qəhvəyi rəngli 2 ədəd stul olmaqla mebelləri ona razılaşdırdığı 1200 manat məbləğinə nisyə satmışdır. O da dedi ki, 1 aydan sonra pulu gətirib ödəyəcəkdir. Lakin bir aydan sonra o peyda olmadığından ona zəng etmiş, cavabında o, kənddədir, işləri alınmır və ondan daha 15 günlük möhlət istədi, o, isə razılaşmışdır. Lakin möhlət müddəti bitdikdən sonra alıcı Cavabdeh 1200 manat pulu ona ödəmək üçün evinə gəlmədi. Ona zəng edən zaman onun yuxarıda qeyd etdiyi telefon nömrələrinin işləmədiyini və nömrələrinə zəng çatmadığını şahidi olmuşdur. Bundan sonra müyyən vaxt keçəndən sonra polisə müraciət etmişdir. O, polis şöbəsinə dəvət olunmuş və ətraflı izahat vermişdir. Polis isə ona, Cavabdeh pulun alınması üçün mülki iddia qaydasında məhkəməyə müraciət etməyi məsləhət görmüşdür. İşin hallarından görünür ki, o, satıcı qismində çıxış etmiş, Cavabdeh isə alıcı qismində çıxış etmişdir. Bununla da tərəflər olaraq aralarında şifahi formada nisyə alqı-satqı müqaviləsi bağlanmışdır. Aralarında şifahi formada alqısatqı müqaviləsinin bağlanması isə onunla təsdiq edilir ki, dayanacaqlarda və lalafo-da mebel satışı barədə yerləşdirdiyi elanları oxuyub məlumatlı olan Mahmudov X3 həyətinə gələrək ofis mebellərini alması niyyətini ifadə etmiş, 1-ci dəfə 600 manatlıq işlənmiş mebel alaraq hər dəfə 300 manat olmaqla 2 dəfəyə pulu ödəmiş və 3 ay sonra yenə onun həyətinə gələrək yerdə qalan mebelləri almaq istədiyini bildirmiş, mebellər üçün müəyyən etdiyi 1200 (bir min iki yüz) manatlıq satış qiyməti ilə razılaşmış və həmin mebelləri də nisyə almaq istəyini bildirmiş və bu məqsədlə mebelləri aparmışdır. Beləliklə, bir daha bildirir ki, onunla (satıcı) Cavabdeh (alıcı) arasında nisyə alqı-satqı müqaviləsi bağlanmış, o, öhdəliyi yerinə yetirərək razılaşdırılmış əşyanı (mebeli) cavabdehin mülkiyyətinə vermiş, lakin cavabdeh müqavilə üzrə öhdəliyini pozaraq nisyə aldığı malın (mebelin) dəyərini, yəni 1200 manat məbləğində pul vəsaitini ona tam ödəməməklə öhdəliyini lazımınca icra etməmişdir. Məhkəmənin əvvəlki iclaslarında iştirak edən iş üzrə İddiaçı iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, şərab evi üçün mebel dəsti varı idi, satmaq istəyirdi. Cavabdeh gəlib baxmış, 4 hissəsini götürmüş və iki dəfəyə ümumi 600 manat məbləğində pul ödəmişdir. Ümumilikdə mebeli 1800 manata satırdı. Cavabdeh demiş ki, qalan hissəsi ona lazım deyil. Bir müddət sonra gəlib qalan mebelidə apardı və ödəniş edəcəyini vəd etdi, lakin heç bir xəbər çıxmadı, bir müddət sonra isə ümumiyyətlə telefon nömrələrinə zəng çatmamış,eləcə də onun tərəfindən heç bir ödəniş edilməmişdir. Sonra o, hazırki məsələ ilə bağlı polisə müraciət etmiş, lakin polis onu tapa bilmədi. Cavabdeh Gəncədə çörək zavodu işlədirdi, bağlayıb gedib. 2022-ci ildə yazışmalar olub aralarında, lakin nömrələr silinib onun telefonundan. O, həmçinin növbəti məhkəmə iclasını yolu uzaq olduğu üçün gələ bilməyəcəyini nəzərə alaraq onun iştirakı olmadan keçirilməsini xahiş edib və bu barədə ərizəsini məhkəməyə təqdim etdi. Məhkəmə iclaslarının keçirilməsinin vaxtı və yeri barədə dəfələrlə Cavabdeh məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki iş materiallarında olan: Gəncə şəhər Baş Polis İdarəsinin 1-ci polis şöbəsinin Şəhla Yusubovaya ünvanlandığı xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, materialın araşdırılması zamanı etmiş olduğunuz müraciət barəsində mülki iddia qaydasında məhkəmə orqanlarına müraciət etmək hüququnun olması izah edilmişdir. İddiaçı qonşusu X6 Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə ünvanlanmış xx.xx.2024cü il tarixli izahatında göstərmişdir ki, 2023-cü ilə qonşusu X4 və həyat yoldaşı İddiaçı qapısında Qazel markalı avtomobilə yük daşınırdı, o, maraqlanmış və qonşusu İddiaçı ona, 1-ci hissə 4 seksiyanı satmışam, indi qalan hissəsini satır və 1 ay müdətində ödənilməsinə söz verib. Lakin bir müdət sonra Şəhla Yusubova narahatçılığını bildirdi ki, alıcı tərəfindən aldadılmışdır. Verdiyi sözə əməl etmir. X8 həmçinin qeyd emişdir ki, o, şahid qismində mebellərin Qazel maşınına yükləndiyini görmüş və şahidlik etməyə hazırdır. İddiaçı qonşuları X5 və X7 (birgə imzalanmış) Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli izahatında göstərmişlər ki, 2023-cü ilin avqust ayında birlikdə Bakı şəhərindən qayıdarkən, yaşadıqları ünvanda avtomobilləri keçə bilməmiş, çünki qonşuları İddiaçı qapısında Qazel markalı avtomobilə yük daşınırdı. Onlar biraz gözləməyə məcbur olub, mübüllər avtomobilə yığılana kimi avtomobildən düşüb gözləməyə başlamışlar. İddiaçı köçün nə olduğunu soruşduqda, onlara bildirmişdir ki, işlədikləri mağaza bağlanıb, onun mebellərini lalafoda satmışdır. Onlar mebellərin nisyə satıldığı üçün təəcüblənib, demiş ki, risk edirsən. Cavabında İddiaçı bildirdi ki, alıcı bir müddət əvvəl 4 seksiyanı aparıb və pulunu ödəyib. İndidə qalan hissəsini aparmağa gəlib, qorxusu yoxdur. Lakin bir müddət sonra İddiaçı əl-ayağa düşdü ki, mebel alan pulu ödəmir, telefon nömrələrinə cavab vermir. Onlar həmçinin göstərmişlər ki, mebellərin avtomobilə yığılmasının o və həyat yoldaşı şahidlik edə bilərlər. İddiaçı əri X2 Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə ünvanlanmış izahatında göstərmişdir ki, 2022-ci ilin avqust ayında Cavabdeh evinə gələrək mağaza üçün vitrin mebellərini 15 gün müddətinə nisyə olaraq 1200 manata razılaşıb, gətirdiyi qazel markalı maşına yükləyərək işlətdiyi çörək sexinə aparmışdır. O, da bundan əvvəl 4 seksiyasını aparıb pulunu ödədiyi üçün inanıb qalan mebelləri də verməyə yoldaşı İddiaçı ondan xahiş etmişdir. Cavabdehin dediyi vaxt zəng etmişlər, demiş ki, ayın sonu pulu verəcəkdir. Ayın sonundan hazırki vaxtadək telefonlarına zəng çatmır. Mebellərin qazel markalı maşına yükləndiyini görmüş və məhkəmədə şahidlik edə bilər. Onlara köməklik göstərilməsini xahiş edir. Məhkəmə mülki iş materiallarını tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; - 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; - Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; - 427.2-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur; - 427.3-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; - 448.1-ci maddəsinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; - 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmənin mövqeyi: İşin mübahisəli halı ondan ibarətdir ki, cavabdeh iddiaçıdan ilk olaraq 600 manat dəyəri olan mebel alaraq pulu ödəmiş, lakin sonradan aldığı 1200 manat dəyəri olan mebellərini pulunu qaytarmamışdır. İddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi də öz qərarlarında bu mövqeydən çıxış etmişdir (“Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli Qərar, “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərar və sair). Sübutetmə vəzifəsinin əsaslarını müəyyən edən qanunvericiliyin tələblərinə görə alqı-satqı müqaviləsinə görə satılması razılaşdırılmış malların alıcıya verilməsini sübut etmək vəzifəsi satıcının üzərinə düşür. Lakin həmin müqavilə üzrə malların dəyərinin alıcıya hansı məbləğdə qaytarılmasını sübut etmək vəzifəsi alıcının üzərinə düşür. İş materialları ilə müəyyən edilmişdir ki, iddiaçı özünə məxsus ofis mebellərini 2022ci ildə Gəncə şəhərində dayanacaqlara və lalafo saytında elan yerləşdirməklə satışa çıxartmışdir. Cavabdeh elnada olan nömrəyə zəng edərək mebellərini almaq istədiyini bildirdi və mebellərə baxmaq üçün iddiaçının həyətinə gəlmişdir. 2023-cü ilin avqustunda Cavabdeh alıcı kimi onlara gələrək mebelləri almaq istədiyini bildirmiş, iddiaçı isə mebellərin 4 seksiyasına (yazı masası, vitrin mebellərini) 600 manata satmağa razılaşmışdır. Cavabdeh isə 600 manat ödəyib göstərilən mebelləri 1 ay sonra pulunu ödəmək şərti ilə razılığa gəlmişlər. Cavabeh həmin gün iddiaçıya məxsus evin həyətinə yük maşını gətirərək fəhlələrin köməyi ilə mebelləri yükləmiş və Yeni Gəncədə işlətdiyi çörək sexinə aparmışdır. Həmçinin müəyyən edilmişdir ki, Cavabdeh yerdə qalan digər mebelləri almaq üçün 3 aydan sonra iddiaçının evinə gəlmiş və iddiaçıda qalan satış məqsədi ilə siqaret qoymaq üçün yığdırdığı qəhvəyi rəngli rəf-şkaflar, ofisin qapısına qədər divara yığdırdığı qəhvəyi rəngli rəf-şkaf tipli digər mebelləri, qəhvəyi rəngli bir ədəd böyük dəyirmi masa, qəhvəyi rəngli 2 ədəd stul olmaqla həmin mebelləri iddiaçıdan 1200 manata almağı razılaşmış və 1 ay sonra həmin məbləği tam şəkildə iddiaçıya ödəyəcəyi barədə öhdəlik götürmüşdür. Qeyd edilməlidir ki, mülki qanunvericiliyə görə mülki hüquq münasibətlərində subyektiv hüququn sahibi cavabdeh kimi qoyduğu hüquqi mükəlləfiyyətlidən müəyyən davranış o halda tələb edə bilər ki, belə davranış onların arasında olan müqavilə və ya tərəflərin münasibətlərinin yaranması anında mövcud olan qanunun birbaşa göstəricisinin qüvvəsinə görə labüd olsun. İşin müəyyən edilmiş hallarından da göründüyü kimi tərəflər aralarında nisyə alqısatqı müqaviləsi bağlanmış Cavabdeh iddiaçıdan aldığı 1200 manat dəyərində olan mebellər almış və həmin məbləği ödəməmişdir. Məhkəmənin qənaətinə görə hazırkı iş üzrə iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilmişdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı 1200 manat məbləğində pulu cavabdehdən tələb etməkdə haqlıdır və həmin məbləğ cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə həmçinin iddia tələbinin əldən çıxmış faydaya görə cavabdehdən 50 manat məbləğində pulun tutulması hissəsi ilə bağlı qeyd edir ki, qanunverici, mülkiyyətçinin əşyanın onun sahibliyində olmadığı müddətdə əldən çıxmış faydanı əsassız varlanmış qanunsuz sahibdən tələb etmək hüququnu ayrıca normalarla tənzimləmişdir. Əşya üzərində hüquqa malik olan şəxsin tələbi ilə qanunsuz sahibin əşyanın onda olduğu vaxt ərzində götürdüyü və ya götürməli olduğu bütün gəlirləri qaytarmaq və ya əvəzini ödəmək, əşyanın onda olması ilə bağlı yaranan zərərlərin əvəzini ödəmək vəzifəsi Mülki Məcəllənin 157.5-ci maddəsində açıqca göstərilmişdir. Bu norma, əsassız varlanma ilə bağlı qaydalarla əlaqəli şəkildə vicdansız sahibə qarşı tələb hüquqlarını tənzimləyir. Təsadüfi deyil ki, MM-in 1092.1.1-ci maddəsi həmin Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydanı varlanmış şəxsin qaytarma vəzifələrindən biri kimi müəyyən edir. Mülki hüquq pozuntusu (delikt) nəticəsində vurulan mənəvi zərərin əvəzi isə MM-in 1097.1-ci maddəsinə əsasən tələb edilə bilər. Hazırkı halda iddiaçı əldən çıxmış faydaya görə cavabdehdən 50 manat məbləğində pulun tutulmasını tələb etdə də, götürməli olduğu gəlirlərinin məhz 50 manatdan ibarət olmalı olduğuna dair heç bir sübut təqdim etməmiş, iddiasının bu hissəsini formal mülahizələrlə əsaslandırmışdır. Buna görədə məhkəmə hesab edir ki, iddia tələbinin əldən çıxmış faydaya görə cavabdehdən 50 manat məbləğində pulun tutulması hissəsi təmin edilə bilməz. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 1200 (min iki yüz) manat məbləğində pul tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, iddia ərizəsinin verilməsi üçün dövlət rüsumu qismində ödənilmiş 32 manat məbləğində pulun 28 manat məbləğində olan hissəsi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 1200 (min iki yüz) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 28 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №2(001)-5249/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-5249/2024
30.10.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver