Məhkəmə qərarları › İş №2(001)-5319/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-5319/2022

25.11.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-5319/2022 25.11.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi Sadıqov Nurlan Ədalət oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 32500 manat məbləğində pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, mərhum atası X1 uzun müddət neft sənayesi sahəsində çalışmışdır. Həmin vaxt ev növbəsində olmuşdur. Atası vəfat etdikdən sonra ünvan 1 ünvanda yerləşən iki otaqlı mənzil növbəlik əsasında verilmişdir. Razılıq əsasında order qardaşı Cavabdeh adına verilmiş, orderdə onun da adı olmuşdur. O və ailə üzvləri əmin mənzildə qeydiyyata alınmış və yaşamışlar. Mənzilin Cavabdeh adına özəlləşdirilməsinə etirazı olmadığı barədə notarial qaydada təsdiq edilmiş yazılı razılıq vermişdir. Cavabdehlə aralarında şifahi razılıq əldə edərək, evin satılması və pul məbləğinin tam yarı hissədə bölünməsi niyyətində olmuşlar. 2021-ci ilin noyabr ayında 26 saylı notariat ofisində alğı-satqı müqaviləsi bağlanmış və mənzil 65000 manata satılmışdır. Mənzilin satılmasına razılığı olması baradə notarial qaydada ərizə vermişdir. Mənzil satıldıqdan sonra cavabdehə Bakı şəhəri, Binəqədi qəsəbəsində iki mərtəbəli 4 otaqlı fərdi yaşayış evi almışlar. Cavabdeh də, ailəsi ilə birlikdə həmin evə köçərək, yaşamağa başlamışdır. Cavabdeh vəd vermişdir ki, yaşayış evini aldıqdan sonra onun pulunu verəcək. Lakin uzun müddət keçməsinə baxmayaraq, cavabdeh ona çatası pul məbləğini verməkdən müxtəlif bəhanələrlə yayınmış, sonra isə yalnız 1500 manat verə biləcəyini, qalan məbləği verməkdən imtina etdiyini bildirmişdir. Ona həmin məbləğlə mənzil almağın mümkünsüz olduğunu bildirsə də, əhəmiyyət verməmişdir. Belə ki, o da, ona çatacaq məbləğlə yəni 32500 manat pulla fərdi yaşayış evi almağı və mənizl şəraitini yaxşılaşdırmağı düşünmüşdür. Çünki mənzilin satılmasında məqsəd bu olmuşdur. Cavabdeh qardaşı olduğundan ona etibar etmişdir. Lakin əvvəlcədən qardaşının belə davranacağını bilsəydi, mənzilin satılmasına razı olmazdı. Məhkəmə iclasında iştirak edən iddiaçı izahatında bildirmişdir ki, aralarında bağlanmış barışıq sazişinin təsdiq edilməsini, eyni zamanda iş üzrə icraata xitam verilməsini xahiş edir. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçı izahatında bildirmişdir ki, ünvan 2 ünvanında yerləşən ev növbəlik əsasında atasına verilmişdir. Ev Ədalətin adına olmuşdur. Lakin o və ailə üzvləri orada yaşamışlar. Qardaşı evi 65000 manata satmaq istədiyini ona bildirmiş və notariat ofisində razılıq verməsini xahiş etmişdir. O da, razılıq ərizəsi vermişdir. Lakin cavabdeh, söz verdiyi 32500 manatı hələ də vermir. Özü müharibə veteranı olduğu üçün dövlət tərəfindən ona Mehdiabad qəsəbəsindən ev verilmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh izahatında bildirmişdir ki, aralarında bağlanmış barışıq sazişinin təsdiq edilməsini, eyni zamanda iş üzrə icraata xitam verilməsini xahiş edir. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdeh izahatında bildirmişdir ki, sözügedən mənzil 1988-ci ildə orderlə onlara verilmişdir. Orderdə onun, yoldaşının və Əfqanın adı olmuşdur. Daha sonra o, mənzili özəlləşdirib adıma çıxarış almış və Əfqan da buna razılıq vermişdir. Özü və Əfqan orada birlikdə yaşasalar da, sonradan Əfqan evdən çıxmışdır. Onun "xxxx" İKB ASC-yə 20000 manat borcu olmuş, ev də girovda olmuşdur. Evi satıb borcumu bağlamaq və yeni ev almaq qərarına gəlmiş, Əfqana evi 65000 manata satmaq istədiyini dedikdə ondan 32500 manat pul istədi. Ona 20000 manat verə biləcəyimi demiş və o da razılaşmışdır. 26 saylı notariat ofisində Əfqan razılıq ərizəsi vermişdir və o evi 65000 manata satmışdır. Evin puluna banka olan 20000 manat borcunu ödəmiş, qalan pulla isə 44000 manat ödəyib 22000 manat borclu qalaraq yeni ev almışdır. Sonra həmin borcu da hissə-hissə ödəyib bağlamışdır. Əfqan pul istədikdə ona evə olan borcu bağladıqdan sonra bankdan pul götürüb 20000 manatı verə biləcəyini demişdir. Qardaşı onunla razılaşmadıqda ona ayda 500 manat olmaqla 20000 manatı hissə-hissə qaytarmağı təklif etmişdir. Lakin o, təklifləri ilə razılaşmamışdır. Məhkəmə aşağıda qeyd edilənlərə əsasən hesab edir ki, tərəflər arasında notarial qaydada bağlanmış barışıq sazişi təsdiq edilməli və mülki iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə icraatı zamanı tərəflər mübahisələrini barışıq sazişi ilə yekunlaşdırmaq qərarına gəlmiş və bununla bağlı notarial qaydada barışıq sazişi bağlamışlar. Əslləri hər bir tərəfdə olan və məhkəməyə təqdim edilən xx.xx.2022-ci il tarixli barışıq sazişi (qarşılıqlı razılaşma) aşağıdakı məzmunda və şərtlərlə bağlanmışdır: Birinci tərəf- Cavabdeh-Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, 3184/87 məhəllə, Z.Qəmbərov küçəsi, ev 1, mənil 69 (ŞV:AA3439657, xx.xx.2022, ASAN 1; FİN: xxxxxxx; D/t: xx.xx.2966) və İkinci tərəf –İddiaçı- ünvan 1 (ŞV: AA*******, xx.xx.2019, ASAN 3, FİN: xxxxxxx; d/t: xx.xx.1969) Tərəflər aşağıdakılar barədə razılığa gəldilər: Maddə 1. Onlar İddiaçı və Cavabdeh qarşılıqlı razılığa gələrək, müqaviləni aşağıdakı şərtlərlə bağlamışlar . Maddə 2. Mən, Cavabdeh, yazaraq bildirirəm ki, ünvan 1 ünvanında yerləşən mənzilin özgəninkiləşdirilməsi ilə bağlı İddiaçı 20000 manatı aylıq 500 manat olmaqla, 40 ay müddətinə ödəməyi öhdəsinə götürürəm. Maddə 3. X2, Cavabdeh tərəfindən 20000 manatı aylıq 500 manat olmaqla, 40 ay müddətinə mənə ödənilməsi müqabilində ünvan 1 ünvanında yerləşən mənzilin özgəninkiləşdirilməsinə etirazı yoxdur və gələcəkdə hər hansı bir iddiam, tələbim, şikayətim olmayacağını öhdəmə ötürürəm. Maddə 5. Bu müqavilənin notariat haqqında xərclərini İddiaçı ödəyir. Maddə 6. Tərəflər razılaşırlar ki, bu müqavilənin notarius tərəfindən təsdiq edilərək, qanuni qüvvəyə mindiyi andan tərəflərdən bir-birinə qarşı yuxarıdakı məsələlər üzrə hər hansı maneə yaradılmayacaqdır. Məhkəmə barışıq sazişini, iş materiallarını araşdırıb hesab edir ki, tərəflər arasında notarial qaydada bağlanmış barışıq sazişi təsdiq edilməli İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. 52.4-cü maddəsinə əsasən məhkəmə məhkəmə prosesin istənilən mərhələsində tərəflərə mübahisənin hüquqi həlli ilə bağlı məlumat və barışıq sazişi, yaxud mübahisənin mediasiya vasitəsilə həlli üçün təkliflər verməyə haqlıdır. 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. 191.2-1-ci maddəsinə əsasən tərəflər arasında mübahisə mediasiya vasitəsilə həll edildikdə, barışıq sazişi, həll edilmədikdə isə mediasiya prosesinin nəticələri barədə protokol məhkəməyə təqdim olunur. Tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Məhkəmə hesab edir ki, tərəflərin notarial qaydada razılığa gələrək təsdiq etdikləri barışıq sazişi qanunauyğun olduğundan və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığından təsdiq edilməli və nəticədə yuxarıda qeyd edilən tələblə bağlı mülki iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir. 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-in 52-ci, 191-ci, 261-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işlə bağlı Birinci tərəf- Cavabdeh-Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, 3184/87 məhəllə, Z.Qəmbərov küçəsi, ev 1, mənil 69 (ŞV:AA3439657, xx.xx.2022, ASAN 1; FİN: xxxxxxx; D/t: xx.xx.2966) və İkinci tərəf –İddiaçı- ünvan 1 (ŞV: AA*******, xx.xx.2019, ASAN 3, FİN: xxxxxxx; d/t: xx.xx.1969) arasında xx.xx.2022-ci il tarixdə imzalanmış barışıq sazişi (qarşılıqlı razılaşma) aşağıdakı şərtlərlə təsdiq edilsin: Tərəflər aşağıdakılar barədə razılığa gəldilər: Maddə 1. Onlar İddiaçı və Cavabdeh qarşılıqlı razılığa gələrək, müqaviləni aşağıdakı şərtlərlə bağlamışlar. Maddə 2. Mən, Cavabdeh, yazaraq bildirirəm ki, ünvan 1 ünvanında yerləşən mənzilin özgəninkiləşdirilməsi ilə bağlı İddiaçı 20000 manatı aylıq 500 manat olmaqla, 40 ay müddətinə ödəməyi öhdəsinə götürürəm. Maddə 3. X2, Cavabdeh tərəfindən 20000 manatı aylıq 500 manat olmaqla, 40 ay müddətinə mənə ödənilməsi müqabilində ünvan 1 ünvanında yerləşən mənzilin özgəninkiləşdirilməsinə etirazı yoxdur və gələcəkdə hər hansı bir iddiam, tələbim, şikayətim olmayacağını öhdəmə ötürürəm. Maddə 5. Bu müqavilənin notariat haqqında xərclərini İddiaçı ödəyir. Maddə 6. Tərəflər razılaşırlar ki, bu müqavilənin notarius tərəfindən təsdiq edilərək, qanuni qüvvəyə mindiyi andan tərəflərdən bir-birinə qarşı yuxarıdakı məsələlər üzrə hər hansı maneə yaradılmayacaqdır. İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan 10 (on) gün müddətinə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar