Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-5330/2025 30.07.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Hətəmzadə Fərid Eldar oğlu, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinə qarşı “protokolun qərarına görə ödənilmiş vəsaitin geri qaytarılması” tələbinə dair iddia ərizəsinin məhkəmə icraatının mümkünlüyü məsələsinə baxaraq, m ü ə y y ə n e t d i m: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinə qarşı “protokolun qərarına görə ödənilmiş vəsaitin geri qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İXP5147659 nömrəli protokolun TP6022694 saylı qərarı və İXP5644885 nömrəli protokolun TP6169946 saylı qərarı Cəbrayıl Rayon Məhkəməsinin qərarı ilə ləğv edildiyi üçün həmin qərarlar üzrə ödənilmiş 40 AZN və 86,4 AZN məbləğin geri qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, ərizənin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, iddia ərizəsinin məzmunundan müəyyən olunur ki, iddiaçı İXP5147659 nömrəli protokolun TP6022694 saylı qərarı və İXP5644885 nömrəli protokolun TP6169946 saylı qərarı ləğv edildiyi üçün həmin qərarlara görə ödənilmiş məbləğlərin ona geri ödənilməsini xahiş etmişdir. İş materialları və ona əlavə olunmuş qərarlardan göründüyü kimi tərəflər arasında hər-hansı bir mülki mübahisə yoxdur. İddiaçı tərəfindən inzibati xəta protokolu əsasında verilmiş qərarlar əsasında ödənilmiş məbləğin geri qaytarılmasını xahiş edir ki, həmin tələbə mülki məhkəmə qaydasında baxılması yol verilməzdir. İddia tələbi cavabdehin həyata keçirmiş olduğu inzibati xəta üzrə fəaliyyətə əsaslanmaqdadır. Tələb inzibati inzibati xəta xarakteri daşımaqdadır. İddiaçı faktiki olaraq inzibati xətaya dair protokol və qərarlar əsasında həyata keçirilən fəaliyyətin nəticələrinin aradan qaldırılmasına yönəlmiş tələblə məhkəməyə müraciət etmişdir, hüquqi marağı bu nəticələrin aradan qaldırılmasından ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 153.2 və 153.2.1-ci maddələrinə əsasən, ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir; 153.3-cü maddəsinə əsasən, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. Qeyd olunanlara əsasən hesab edirəm ki, iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli və iddiaçıya izah edilməlidir ki, barəsində inzibati xəta haqqında protokol əsasında qərar çıxarılmış fiziki şəxsin səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə İnzibati Xətalar Məcəlləsinin 130-cu maddəsində nəzərdə tutulmuş müddətdə şikayət vermək hüququ var. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 263 və 264-cü maddələrini rəhbər tutaraq q ə r a r a a l d ı m: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinə qarşı “protokolun qərarına görə ödənilmiş vəsaitin geri qaytarılması” tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsindən imtina olunsun. İddiaçıya izah edilsin ki, barəsində inzibati xəta haqqında protokol əsasında qərar çıxarılmış fiziki şəxsin səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə İnzibati Xətalar Məcəlləsinin 130-cu maddəsində nəzərdə tutulmuş müddətdə şikayət vermək hüququ var. Qərardad rəsmi qaydada verildikdən sonra ondan 10 gün müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №2(001)-5330/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-5330/2025
30.07.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver