Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-5340/2021 09.08.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X5 oğlunun katibliyi, iddiaçı X1, onun vəkili X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki işə 09 avqust 2021-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 3645 manat məbləğində əsas borcun, 600 manat vəkilə ödənilən pulun, 30 manat dövlət rüsumunun, 400 manat məbləğində əldən çıxmış faydanın, və 2000 manat məbləğində mənəvi zərərin onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəməyə ərizə ünvanlayaraq ünvan 2azi aidiyyəti üzrə Füzuli Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı və onun vəkili Cavabdeh faktiki olaraq Binəqədi rayonu ərazisində yaşadığını, hazırki ərizənin işin həllini süni şəkildə yubatmaq xarakterli olduğunu bildirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 27.1-ci maddəsinə əsasən, fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. Mülki iş materiallarından görünür ki, cavabdeh Əliyev X3 rayonu, Çimən kəndi ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 44.2 və 44.2.2-ci madddəsinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Məhkəmə hesab edir ki, hazırki iş icraata qəbul edilərkən aidiyyət qaydaları pozulduğundan mülki iş baxılması üçün Füzuli rayon Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 39, 44- 45, 263, 264, 267-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair mülki iş ərazi aidiyyatı üzrə Füzuli Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslər tərəfindən qərardadın alındığı (verildiyi) andan 10 gün ərzində şikayət verilə bilər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №2(001)-5340/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-5340/2021
09.08.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver