Məhkəmə qərarları › İş №2(001)-5341/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-5341/2021

18.06.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-5341/2021 18.06.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Hətəmzadə Fərid Eldar oğlu, İddiaçı “qərəzli tərtib edilmiş protokolların və cərimələrin ləğv olunması” tələbinə dair iddia ərizəsinin məhkəmə icraatının mümkünlüyü məsələsinə baxaraq m ü ə y y ə n e t d i m: İddiaçı “qərəzli tərtib edilmiş protokolların və cərimələrin ləğv olunması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsinin məzmunundan aydın olur ki, iddiaçı Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 34-cü Polis bölməsinin əməkdaşları tərəfindən barəsində tərtib edilmiş 20 noyabr 2020-ci il tarixli, MN ******* nömrəli və 11 dekabr 2020-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolların və həmin protokollarda müəyyən edilmiş inzibati xətalara görə yazılmış cərimələrin ləğv edilməsini məhkəmədən xahiş edir. Belə olan halda isə hesab edirəm ki, ərizədə qeyd olunmuş protokolların mübahisələndirilməsinə, habelə həmin tələbdən törəmə tələb olan cərimənin ləğv edilməsinə iddia icraatı qaydasında baxılmalı olmadığından, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina olunmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-130-cu maddələrinə əsasən barəsində inzibati xəta haqqında protokol əsasında qərar çıxarılmış fiziki şəxs səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verə bilər. Həmin Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Göründüyü kimi, barəsində inzibati xəta haqqında protokol əsasında qərar çıxarılmış şəxsin həmin qərardan Azərbaycan Respublikası İXM-nin tələblərinə əsasən şikayət vermək hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: -153.2 və 153.2.1-ci maddələrinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir; -153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. -153.4-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Qeyd etməyi zəruri hesab edirəm ki, “iş məhkəmədə baxılmalı deyildirsə” müddəası özündə, mülki işin məhkəmədə deyil, qanunun tələbinə görə başqa orqanda baxılmalı olmasını, eləcə də iş məhkəməyə aid olsa da, mülki mühakimə icraatı qaydasında deyil, başqa məhkəmə icraatı qaydasında (cinayət, inzibati, inzibati xətalara dair işlər üzrə icraat və ya icra icraatı) baxılmalı olmasını ehtiva edir. Təsvir edilənlərə əsasən belə nəticəyə gəlirəm ki, iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli və iddiaçıya izah edilməlidir ki, barəsində inzibati xəta haqqında protokol əsasında qərar çıxarılmış fiziki şəxsin səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə İnzibati Xətalar Məcəlləsinin 130-cu maddəsində nəzərdə tutulmuş müddətdə şikayət vermək hüququ vardır. Bundan əlavə qeyd etməyi zəruri hesab edirəm ki, məhkəməyə iddia ərizəsi verilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.2 və 149.2.3-cü maddələrinin tələblərinə uyğun olaraq forma və məzmuna riayət edilməli, ərizədə işdə iştirak edən şəxslərin adları (ad, soyad və ata adı), onların poçt ünvanları, iddiaçının tələbi, tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb aydın şəkildə göstərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 263 və 264-cü maddələrini rəhbər tutaraq qərara a l d ı m: İddiaçı “qərəzli tərtib edilmiş protokolların və cərimələrin ləğv olunması” tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilsin, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, barəsində inzibati xəta haqqında protokol əsasında qərar çıxarılmış fiziki şəxsin səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə İnzibati Xətalar Məcəlləsinin 130-cu maddəsində nəzərdə tutulmuş müddətdə şikayət vermək hüququ vardır. Qərardad rəsmi qaydada verildikdən sonra ondan 10 gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar