Məhkəmə qərarları › İş №2(001)-5347/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-5347/2021

18.06.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-5347/2021 18.06.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Rüstəmli Məhəmməd Əli oğlu, İddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Bakı şəhəri Binəqədi rayon icra şöbəsinə qarşı hərəkətsizliyin qanunsuz hesab edilməsi və 81.130 manat pulun ödənilməsi ilə bağlı tədbirlərin görülməsi tələbinə dair ərizəsinə baxaraq, m ü ə y y ə n e t d i m: İddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyəti cavabdeh Bakı şəhəri Binəqədi rayon icra şöbəsinə qarşı hərəkətsizliyin qanunsuz hesab edilməsi və 81.130 manat pulun ödənilməsi ilə bağlı tədbirlərin görülməsi tələbinə dair ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 03 fevral 2017-ci il tarixli, 2-2(81)-60/2017 saylı qətnaməsi ilə bağlı hərəkətsizliyin qanunsuz hesab edilməsi və 81.130 manat pulun ödənilməsi ilə bağlı tədbirlərin görülməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəni və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, ərizənin qəbul edilməsindən imtina olunmalıdır. Belə ki, iddia ərizəsinin məzmunundan və əlavə edilmiş sənədlərdən müəyyən olunur ki, iddiaçı Bakı şəhəri Binəqədi rayon icra şöbəsinin icra məmurunun hərəkətsizliyindən narazı olduğunu bildirirək icra tədbirlərinin görülməsini xahiş edir. Belə olan halda hazırki tələbə iddia icraatı qaydasında baxıla bilməz. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 29.1-ci maddəsinə əsasən tərəflər icraat materialları ilə tanış olmaq, onlardan çıxarışlar etmək, onların surətini çıxarmaq, əlavə materiallar təqdim etmək, vəsatət vermək, icra hərəkətlərinin həyata keçirilməsində iştirak etmək və bu zaman şifahi və yazılı izahatlar vermək, icraatın gedişində meydana çıxan bütün məsələlər üzrə öz dəlil və mülahizələrini bildirmək, icraatda iştirak edən digər şəxslərin vəsatətlərinə, dəlil və mülahizələrinə etiraz etmək, icra məmuruna etiraz etmək və onun hərəkətlərindən (hərəkətsizliyindən) şikayət vermək hüquqlarına malikdirlər. Həmin Qanunun 87.1-ci maddəsinə əsasən icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclu icra məmurunun olduğu yer üzrə məhkəməyə şikayət verə bilər. Göründüyü kimi, iddiaçı hazırki tələbi ilə bağlı iddia ərizəsi ilə deyil, icra qanunvericiliyndə nəzərdə tutulmuş qaydada icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən məhkəməyə şikayət ilə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 153.2 və 153.2.1-ci maddələrinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir; 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. 114.1. və 114.1.2-cİ maddələrə əsasən ödənilmiş dövlət rüsumu bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə qaytarılır. 114.2-ci maddəsinə əsasən məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Qeyd olunanlara əsasən hesab edirəm ki, iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Bakı şəhəri Binəqədi rayon icra şöbəsinə qarşı hərəkətsizliyin qanunsuz hesab edilməsi və 81.130 manat pulun ödənilməsi ilə bağlı tədbirlərin görülməsi tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən imtina edilməli, iddiaçıya icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən icra qanunvericiliyndə nəzərdə tutulmuş qaydada məhkəməyə şikayət vermək hüququ izah edilməli, habelə iddiaçı tərəfindən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hesabına ödənilmiş 30 manat məbləğində dövlət rüsumu özünə qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 263 və 264-cü maddələrini rəhbər tutaraq qərara a l d ı m: İddiaçılar “xxxx” Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Bakı şəhəri Binəqədi rayon icra şöbəsinə qarşı hərəkətsizliyin qanunsuz hesab edilməsi və 81.130 manat pulun ödənilməsi ilə bağlı tədbirlərin görülməsi tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən imtina edilsin. İddiaçıya izah edilsin ki, o, icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən icra qanunvericiliyndə nəzərdə tutulmuş qaydada məhkəməyə şikayət verə bilər. İddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin hesabına ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu özünə qaytarılsın. Qərardad rəsmi qaydada verildikdən sonra ondan 10 (on) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Məhəmməd Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar