Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-537/2023 09.02.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi Rəhimov Elçin Əhəd oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi, Vəkil2, Cavabdehin nümayəndəsi, vəkili Vəkil1 iştirakları ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 17500 manat pulun ona geri qaytarılması və ödənilmiş 143 manat dövlət rüsumunun tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 30 iyul 2022-ci il tarixdə şikayətçi olduğu şəxs bacısı olan 1965-ci il təvəllüdlü Cavabdeh ondan 38.400 manat pul alıb ki, guya oğlu Elminin adına ev alacaq. Sənədləşmə, yəni alqı-satqı zamanı isə şikayətçi olduğu şəxs dedi ki, ev 55.000 (əlli beş min) manata alındığı üçün pulun məbləğini yəni, yerdə qalan 16.600 (ona altı min altı yüz) manatı ona ödəyəcəyi üçün pulun qaytarılmasının qarantisi olaraq evi şikayətçi olduğu şəxsin adına keçirtsin. O, da belə bir şey mümkün olmadığını və razılaşmadığını bildirsə də, şikayətçi olduğu şəxs ona məhəl qoymadan evi öz adına keçirtmişdir. Bundan əlavə qeyd edir ki, alqı-satqı zamanı o, oğlu, gəlini və maklerin iştirakı ilə alqı-satqı baş vermişdir. Bir ay keçməsinə baxmayaraq Cavabdeh nə evi verir, nə də 38.400 (otuz səkkiz min dörd yüz) manat pulunu geri qaytarır. Bundan əlavə o, atalarına məxsus olan ata evindən də, ailəlikcə onları qovub çıxarmışdır. Halbuki, həmin evdə hamısı qeydiyyatdadır. Hal-hazırda ailəlikcə kirayədə yaşayırlar. Bacısının etdiyi hərəkətlərdən beziblər. Şikayətçi olduğu şəxsdən pulunu geri tələb etdikdə deyir ki, “qaytarmıram vaxtında sizə çox hörmət etmişəm və get hara istəyirsən şikayət et” deyə bildirir. O, bacısı olmasına görə məsələnin bu yerə gəlib çıxmasını istəməsə də, cavabdeh pulunu qərəzli şəkildə verməkdən imtina edərək onu şikayət etməyə məcbur etmişdir. O, qohumluq əlaqələrini nəzərə almır, onu bacısı olaraq saymır və bundan əlavə pulunu da öz pulu kimi mənimsəyərək geri qaytarmır. Bundan əlavə bütün olanlarla bağlı sübut olaraq "Whatsapp" yazışmaları və telefon danışığı da mövcuddur. Cavabdehin adına çıxarışla 5 evi var. Bu insan bir neçə insanlara qarşı dələduzluq əməli etmiş və camaatın pulları hesabına özünə mülk almışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı izahatında bildirmişdir ki, mübahisənin cavabdehlə aralarında barışıq sazişinin bağlanması yolu ilə həll edilməsi razılığına gəlinmişdir. Bu səbəbdən cavabdehlə aralarında barışıq sazişi imzalanmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi, vəkil izahatında bildirmişdir ki, mübahisənin cavabdehlə barışıq sazişinin bağlanması yolu ilə həll edilməsi razılığına gəlinmişdir. Bu səbəbdən iddiaçı ilə cavabde arasında barışıq sazişi imzalanmışdır. Barışıq sazişinin əsli məhkəməyə təqdim edilmişdir. Odur ki, iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili izahatında bildirmişdir ki, tərəflər arasında bağlanmış barışıq sazişinin təsdiq edilməsini, eyni zamanda iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə aşağıda qeyd edilənlərə əsasən hesab edir ki, tərəflər arasında bağlanmış barışıq sazişi təsdiq edilməli və mülki iş üzrə icraata xitam verilməlidir. 2(001)-537/2023 saylı iş üzrə İddiaçı Cavabdeh barışıq sazişini aşağıdakı şərtlərlə bağladılar:
1. Tərəflər razılaşırlar ki, İddiaçı özü və övladları X3 və X1 hazırda qeydiyyatda olduqları ünvan 1 ünvanından pasport qeydiyyatından könüllü şəkildə çıxacaqlarına dair öhdəlik götürür. Eyni zamanda İddiaçı bildirir ki, gəlini və nəvəsi həmin mənzildə qeydiyyatda deyillər. Qeydiyyatda olduqları təqdirdə onlarında qeydiyyatdan çıxacaqlarını öhdəlik kimi qəbul edir.
2. Barışıq sazişinin 1-ci bəndində göstərilən prosedurla eyni vaxtda, yəni İddiaçı özü və övladları X3 və X2; və (gəlin və nəvəsi əgər qeydiyyatda varlarsa) ünvan 1 ünvanından pasport qeydiyatından çıxdıqdan sonra Cavabdeh 13500 (on üç min beş yüz) Azərbaycan manatı pulun İddiaçı ödənilməsini öhdəlik götürür.
3. Tərəflər bildirirlər ki, bu barışıq sazişinin bağlanmasının hüquqi nəticələri onlara məlumdur və barışıq sazişi imzalandıqdan sonra bir- birlərinə qarşı heç bir maddi və mənəvi tələbləri olmayacaqdır. Hazırki saziş, eyni zamanda sazişin nəticələri ilə bağlı sosial media, televiziya və digər kütləvi informasiya vasitələrində məlumat verilməyəcəyini və bir-birinin şərəf və ləyaqətini alçaldacaq hər-hansı bir açıqlama verməyəcəklərini öhdəlik götürürlər. Əks halda bu qeyd edilən nüansların biri digərinin şərəf və ləyaqətinin alçaldılması kimi qəbul olunmasını anlayaraq, onun mənəvi ziyanla bağlı məhkəməyə müraciət edilməsi üçün əsas olmasını qəbul edirlər.
4. Bu sazişin hər hansı bir hissəsinin etibarsızlığı bütövlükdə sazişin etibarsızlığına səbəb olur.
5. Bu Barışıq sazişi Azərbaycan dilində və onu bağlayan şəxslərdən hər biri üçün bir nüsxə və məhkəmədə saxlanılması üçün bir nüsxə olmaqla olmaqla, cəmi 3 (üç) nüsxədə tərtib olunub və imzalanıb. Barışıq sazişi məhkəmədə təsdiq edildikdən sonra qanuni qüvvəyə minir.
6. Barışıq sazişi imzalandıqdan sonra tərəflər üzərinə götürüldüyü öhdəliyi 7 (yeddi) iş günü müddətində icra etməyi öhdələrinə götürürlər. Məhkəmə barışıq sazişini, iş materiallarını araşdırıb hesab edir ki, tərəflər arasında bağlanmış barışıq sazişi təsdiq edilməli İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. 52.4-cü maddəsinə əsasən məhkəmə məhkəmə prosesin istənilən mərhələsində tərəflərə mübahisənin hüquqi həlli ilə bağlı məlumat və barışıq sazişi, yaxud mübahisənin mediasiya vasitəsilə həlli üçün təkliflər verməyə haqlıdır. 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. 191.2-1-ci maddəsinə əsasən tərəflər arasında mübahisə mediasiya vasitəsilə həll edildikdə, barışıq sazişi, həll edilmədikdə isə mediasiya prosesinin nəticələri barədə protokol məhkəməyə təqdim olunur. Tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Məhkəmə hesab edir ki, tərəflərin razılığa gələrək imzalamaqla təsdiq etdikləri barışıq sazişi qanunauyğun olduğundan və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığından təsdiq edilməli və nəticədə yuxarıda qeyd edilən tələblə bağlı mülki iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir. 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-in 52-ci, 191-ci, 261-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə tərəflər arasında aşağıdakı şərtlərlə bağlanmış barışıq sazişi təsdiq edilsin: 2(001)-537/2023 saylı iş üzrə İddiaçı Cavabdeh barışıq sazişini aşağıdakı şərtlərlə bağladılar:
1. Tərəflər razılaşırlar ki, İddiaçı özü və övladları X3 və X1 hazırda qeydiyyatda olduqları ünvan 1 ünvanından pasport qeydiyyatından könüllü şəkildə çıxacaqlarına dair öhdəlik götürür. Eyni zamanda İddiaçı bildirir ki, gəlini və nəvəsi həmin mənzildə qeydiyyatda deyillər. Qeydiyyatda olduqları təqdirdə onlarında qeydiyyatdan çıxacaqlarını öhdəlik kimi qəbul edir.
2. Barışıq sazişinin 1-ci bəndində göstərilən prosedurla eyni vaxtda, yəni İddiaçı özü və övladları X3 və X2; və (gəlin və nəvəsi əgər qeydiyyatda varlarsa) ünvan 1 ünvanından pasport qeydiyatından çıxdıqdan sonra Cavabdeh 13500 (on üç min beş yüz) Azərbaycan manatı pulun İddiaçı ödənilməsini öhdəlik götürür.
3. Tərəflər bildirirlər ki, bu barışıq sazişinin bağlanmasının hüquqi nəticələri onlara məlumdur və barışıq sazişi imzalandıqdan sonra bir- birlərinə qarşı heç bir maddi və mənəvi tələbləri olmayacaqdır. Hazırki saziş, eyni zamanda sazişin nəticələri ilə bağlı sosial media, televiziya və digər kütləvi informasiya vasitələrində məlumat verilməyəcəyini və bir-birinin şərəf və ləyaqətini alçaldacaq hər-hansı bir açıqlama verməyəcəklərini öhdəlik götürürlər. Əks halda bu qeyd edilən nüansların biri digərinin şərəf və ləyaqətinin alçaldılması kimi qəbul olunmasını anlayaraq, onun mənəvi ziyanla bağlı məhkəməyə müraciət edilməsi üçün əsas olmasını qəbul edirlər.
4. Bu sazişin hər hansı bir hissəsinin etibarsızlığı bütövlükdə sazişin etibarsızlığına səbəb olur.
5. Bu Barışıq sazişi Azərbaycan dilində və onu bağlayan şəxslərdən hər biri üçün bir nüsxə və məhkəmədə saxlanılması üçün bir nüsxə olmaqla olmaqla, cəmi 3 (üç) nüsxədə tərtib olunub və imzalanıb. Barışıq sazişi məhkəmədə təsdiq edildikdən sonra qanuni qüvvəyə minir.
6. Barışıq sazişi imzalandıqdan sonra tərəflər üzərinə götürüldüyü öhdəliyi 7 (yeddi) iş günü müddətində icra etməyi öhdələrinə götürürlər. İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan 10 (on) gün müddətinə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər.
Hakim İlkin Əliyev