Məhkəmə qərarları › İş №2(001)-5380/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-5380/2020

12.10.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-5380/2020 12.10.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, Nəsirov Nicat Abbas oğlunun katibliyi, Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin Cavabdeh “kompensasiya ödənilməklə otaqdan çıxarılması” tələbi barədə mülki işə Məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti Cavabdeh qarşı “ iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin ailə üzvləri ilə birlikdə 30.000 manat birdəfəlik maddi yardım əvəzində Binəqədi rayonu, K.Rəhimov küçəsi 53a, mənzil 69 ünvanında yerləşən qəzalı vəziyyətdə olan yataqxana binasındakı otağın boşaldılması vəzifəsinin cavabdehin üzərinə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. xx.xx.2020-ci il tarxdə iddiaçının nümayəndəsi ərizə ilə müraciət edərək iddia ərizəsinin baxılmamış saxlanılmasını məhkəmədən xahiş etdi. Azərbaycan Respublikası Mülki – Prosessual Məcəlləsinin 259.0 və 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin Cavabdeh “kompensasiya ödənilməklə otaqdan çıxarılması” tələbi barədə iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar