Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-5386/2023 01.12.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hacıyeva Yeganə Müslüm qızının katibliyi, Ərizəçi İddiaçı iştirakı ilə, Ərizəçi İddiaçı (maraqlı şəxs qismində 1 saylı Bakı “ASAN Xidmət” mərkəzində Notariat Ofisi və X10 cəlb edilməklə) miras qəbulu müddətinin uzadılması tələbinə dair ərizəsinə dair mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi İddiaçı ərizə ilə, daha sonra dəqiqləşdirmə ərizəsi ilə məhkəməyə müraciət edərək, anası, xx.xx.2010-cu tarixdə vəfat etmiş X2 miras qalmış ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin “C” tikilisi əmlakla bağlı mirasın qəbul edilməsi üçün buraxılmış müddətin bərpa edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, anası X11 xx.xx.2010-cu il tarixdə vəfat etmişdir. X1 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin “C” tikilisi mülkiyyətində olmuşdur və bu əmlak ondan miras qalmışdır. Tərəfindən anası X2 miras qalmış əmlaka dair vərəsəlik işi açılması və vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi ilə bağlı 1 saylı Bakı “ASAN Xidmət” mərkəzində Notariat Ofisinə müraciət etmiş, ona verilmiş cavabda mirasın qəbulunun qanunla müəyyən edilmiş müddətinin ötürülməsinə görə ötürülmüş müddətin bərpası ilə bağlı məhkəməyə müraciət edilməsi göstərilmişdir. O, anası vəfat etdikdən sonra miras əmlaka faktiki sahiblik etməyə başlamış və mirası qəbul etmişdir. Həmçinin, ailə üzvləri ilə bu ünvanda faktiki olaraq yaşayır. Lakin hüquqlarını bilmədiyindən vaxtında notariat kontoruna müraciət etməmiş və bu müddət üzrlü səbəblərdən ötürülmüşdür. Məhkəmə iclasında iştirak edən ərizəçi İddiaçı yuxarıda göstərilən məzmunda izahat verərək ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. xx.xx.2023-cü il tarixdə məhkəmə iclasında iştirak edən maraqlı şəxs X10 izahatında bildirmişdir ki, ünvan 1C saylı ev onun anasına məxsusdur. Anası 2010-cu ildə vəfat etmişdir. Həmin evdə 1998-ci ildən bugünədək onun qardaşı İddiaçı ailəsi ilə birlikdə yaşayır. Onlar ailədə 3 uşaq olmuşlar, bacısı vəfat etmişdir. O, qeyd olunan evin qardaşının adına keçməsinə etiraz etmir. O, bu barədə yazılı ərizəni məhkəməyə təqdim etmişdir. İş üzrə maraqlı şəxs 1 saylı Bakı “ASAN Xidmət” mərkəzində Notariat Ofisi məhkəməyə məktub ünvanlayaraq, məhkəmə iclasının notariat ofisinin nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan: 1 saylı Bakı “ASAN Xidmət” mərkəzində Notariat Ofisi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixdə daxil olmuş müraciətinə cavab olaraq bildirilmişdir ki, xx.xx.2010-cu il tarixdə vəfat etmiş X4 vərəslik işinin həlli ilə əlaqədar təqdim etdiyi sənədlər araşdırılmış və müəyyən edilmişdir ki, tərəfindən vərəsəliyin qəbulu üçün qanunla müəyyənləşdirilmiş müddət ötürüldüyündən ona məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. AZ-İİ seriyalı 286718 nömrəli “olum haqqında şəhadətnamə”nin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X8 xx.xx.2022-ci il tarixdə ölmüşdür. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, X5 ünvan 4 ünvanında qeydiyyatdadır. Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarınən Qeydiyyat İdarəsinin qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, A.Zeynallı küçəsi, 103 saylı fərdi yaşayış evinin “C” tikilisi X9ən adəna xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatda keçirilmişdir və bu barədə xx.xx.2004-cü il tarixində qeydiyyat aparılmışdır. AN-İ seriyalı ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, X3 892,40 kv.m torpaq sahəsinə olan ünvan 4 ünvandakı evin ona aid olan hissədən “C” tikilisini X6 27.440000 manata satmışdır. İV-ЖГ seriyalı 306006 nömrəli “doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, xx.xx.1976-cı il təvəllüdlü İddiaçı X1, anası isə X7r. AZ seriyalı 100805 nömrəli “Nikah haqqında şəhadətnamə”nin surətindən görünür ki, X8 ilə X12 arasında olan nikah Səadət Sarayı Bakı nikah evində xx.xx.1968-ci il tarixdə bağlanmış və 454 nömrə ilə qeyd olunmaqla, sonuncuya “Kərimova” soyadı verilmişdir. AZ-İ seriyalı 428801 nömrəli “olum haqqında şəhadətnamə”nin surətindən görünür ki, X11 xx.xx.2010-cu il tarixdə ölmüşdür. AZ-İİ seriyalı 153557 nömrəli “olum haqqında şəhadətnamə”nin surətindən görünür ki, X13 xx.xx.2021-ci il tarixdə ölmüşdür. Azərbaycan Respublikası Mülki Məcəllənin 1248.1-ci maddəsinə əsasən, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 oktyabr 2022-ci il tarixli “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” qərarında göstərilmişdir ki, “ ... O da nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 1248-ci maddəsinə uyğun olaraq, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Qeyd olunan qanunvericilik norması mirasın qəbulu müddətinin ötürülməsinin həmin vərəsənin vərəsəlik hüququnun xitamına səbəb olmadığını ehtiva etməklə, Mülki Məcəllənin 1246-cı maddəsi ilə müəyyən edilmiş müddətin kəsici müddət olmasını da istisna edir. Konstitusiya Məhkəməsinin Plenumu onu da qeyd etməyi zəruri hesab edir ki, Mülki Məcəllənin 1248.1-ci maddəsinə müvafiq olaraq, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş altı aylıq müddətin uzadılması tələbi ilə bağlı işlərə baxarkən məhkəmələr tərəfindən həmin maddədə nəzərdə tutulmuş “üzrlü səbəb” anlayışı yalnız şəxsin iradəsindən asılı olmayaraq vərəsəlik hüququnun realizəsi üçün müraciət edə bilmədiyi hallarla məhdudlaşdırılmamalı, işin bütün halları, belə müraciətin qanunvericiliklə müəyyən edilmiş müddət ərzində edilməməsinin səbəbləri ətraflı araşdırılmaqla məsələyə hüquqi qiymət verilməlidir”. Məhkəmə mülki işin materiallarını və işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, miras əmlakın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin buraxılması üzrlü hesab edilməli və uzadılmalıdır. Belə ki, hazırkı işin hallarından müəyyən olunur ki, ərizəçi İddiaçı anası X4 ölümündən sonra faktiki ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin “C” tikilisində yaşayır və bu səbəbdən də məhkəmə imkan verir ki, miras əmlakın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin üzrlü səbəbdən ötürüldüyünü hesab etsin. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, ərizəçi İddiaçı xx.xx.2010-cu il tarixdə ölmüş anası X4 miras əmlakın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətinin üzrlü səbəbdən ötürülmüş hesab edilməli və buraxılmış müddət bərpa edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MülkiProsessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi İddiaçı xx.xx.2010-cu il tarixdə ölmüş anası X4 miras əmlakın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətinin üzrlü səbəbdən ötürülmüş hesab edilsin və buraxılmış müddət bərpa edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı
Məhkəmə qərarları › İş №2(001)-5386/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-5386/2023
01.12.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver