Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-5390/2020 12.11.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Ağazadə Səbinə Əjdər qızının katibliyi ilə, İddiaçı vəkili X2, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh (üçüncü şəxslər “xxxxxxxxx” MMC-yə, “xxxxxx” İKB ASC-yə və “xxxxxxx” LTD MMC-yə) qarşı “geriyə tələb hüququ – reqres qaydasında pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhərində, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh (üçüncü şəxslər “xxxxxxxxx” MMC-yə, “xxxxxx” İKB ASC-yə və “xxxxxxx” LTD MMC-yə) qarşı “geriyə tələb hüququ – reqres qaydasında pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh əvəzində “xxxxxxxxx” MMC-yə ödədiyi 374 (üç yüz yetmiş dörd) manat məbləğində, “xxxxxx” İKB ASC-nə ödədiyi 1670,81 (min altı yüz yetmiş manat səksən bir qəpik) manat məbləğində, “xxxxxxx”LTD MMC-yə ödədiyi 2725 (iki min yeddi yüz iyirmi beş) manat məbləğində, ümumilikdə 4769,81 (dörd min yeddi yüz altmış doqquz manat səksən bir qəpik) manat pulun Cavabdeh tutularaq ona geri ödənilməsi barədə qətnamə qəbul etməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, “Şərq-Qərb” mətbəəsində çapçı işləyir.Cavabdeh 2018-ci ilin yaz-payız aylarında “Şərq-Qərb” mətbəəsində onunla birlikdə işləmiş, cavabdehlə yaxın münasibətləri olmuş, dostluq etmişlər. Cavabdeh 2018-ci ilin noyabr ayında ona yaxınlaşaraq, onun adına özü üçün kredit yolu ilə təzə mobil telefon almaq istədiyini xahiş etmiş və həmin telefonun kreditini hər ay özünün ödəyəcəyini söz vermişdir. O isə öz növbəsində Əlirza ilə onun arasında olan dost münasibətinə və ona olan inamıma arxalanaraq mobil telefonu onun adına kredit yolu ilə almağa razılıq vermişdir. Daha sonra xx.xx.2018-ci il tarixindəƏlirza ilə o, birlikdə Bakı şəhəri, Neftçilər metrosunun yaxınlığındakı “İRŞAD telekom” mağazasına gəlmiş və oradan onun adına alqı-satqı müqaviləsi ilə hər ay 28 manat ödəmək şərti ilə 12 ay müddətinə 329 manat dəyərində olan “HONOR-A”markalı mobil telofonu almış və Əlirzaya vermişdir. Həmin kredit “xxxxxxxxx” MMC tərəfindən sənədləşdirilmişdir. Əlirza isə öznövbəsində birinci ayın kreditini ödəmişdir. Daha sonra xx.xx.2018-ci il tarixdə Əlirza anasının ad günündə ona yeni mobil telefon bağışlamaq istədiyini, lakin buna maddi vəsaitinin olmamasını, anasına bağışlmaq üçün pulunu özünün ödəmək şərti ilə onun adına yenidən kredit yolu ilə mobil telefon əldə etmək istədiyini bildirmişdir. O yenə də aralarında olan dostluq münasibətlərinə görə həm də əvvəlki mobil telefonun ilk ayının kreditini ödədiyi üçün yaranmış inamıma görə Əlirzaya etiraz etməyərək onunla birlikdə “Neftçilər” metro stansiyasının yaxınlığında yerləşən “telefon” mağazasına gəlmiş və onun adına 1187,6 manatdəyərində olan “mobil telefonu” kredit yolu ilə alıb Əlirzaya vermişdir. Həmin krediti “xxxxxx” İKB ASC sənədləşdirmişdir.Daha sonra xx.xx.2018-ci il tarixdə Əlirza özünün ödəmək şərti ilə onun adına yenidən kredit yolu ilə mobil telefon əldə etmək istədiyini bildirmişdir. O yenə də Əlirzaya etiraz etməyərək onunla birlikdə Əhmədli qəsəbəsində yerləşən “xxxxxxx” mağazasına gəlmiş və onun adına hər ay 177 manat ödəmək şərti ilə 12 ay müddətinə 2544 manat dəyərində olan mobil telefonu kredit yolu ilə alıb Əlirzaya vermişdir. Lakin Cavabdeh sonradan heç bir ödəniş etməmiş, borcunu ödəməkdən birmənalı olaraq imtina etmiş, onuncavabdehə olan etibarından sui-istifadə edərək onu aldatmışdır. Bu səbəbdən ödənməyən kreditlərə görə ona həmin mağaza və təşkilatlardan zənglər daxil olmağa başlamışdır. Bu barədə Əlirzaya dəfələrlə xatırlatmasına baxmayaraq onun tərəfindən heç bir ödəniş olmamışdır. Əlirza ilə aralarında olanmünasibətlər pisləşməyə başlamış, hətta bu barədə cavabdehin ailə üzvlərinin də məlumatları var. Aralarında olan telefon danışıqları və votsap yazışmalarını sübut kimi ərizəsinə əlavə etmişdir. O, bir müddət “xxxxxxx” mağazasına ödənişlər (ümumilikdə 420 manat) etdikdən sonra maddi vəziyyəti pisləşmiş, daha sonra kreditləri ödəyə bilməmişdir. Daha sonra məhkəmə qətnamələrinə əsasən həmin kreditlərin ondan tutulması qət edilmişdir. Bunların nəticəsində o, “xxxxxxxxx” MMC-nə 374 manat, “xxxxxx” İKB ASC-nə 1670,81 manat, “xxxxxxx LTD” MMC-nə 2725 manat, ümumilikdə 4769,81 manat məbləğində pul ödənişi etmişdir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsi, Cavabdeh əvəzində “xxxxxxxxx” MMC-yə ödədiyi 374 (üç yüz yetmiş dörd) manat məbləğində, “xxxxxx” İKB ASC-nə ödədiyi 1670,81 (min altı yüz yetmiş manat səksən bir qəpik), “xxxxxxx”LTD MMC-yə ödədiyi 2725 (iki min yeddi yüz iyirmi beş) manat məbləğində, ümumilikdə 4769,81 (dörd min yeddi yüz altmış doqquz manat səksən bir qəpik) manat pulun Cavabdeh tutularaq ona geri ödənilməsi barədə qətnamə qəbul etməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı vəkili X3 iddia tələbini müdafiə edərək, təmin edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı etiraf etməsi barədə ərizə təqdim edərək, iddianın əsaslandığı halların həqiqi olduğunu bildirmişdir. Məhkəmə iddiaçının vəkilinin çıxışını, cavabdehin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan Mingəçevir şəhər Məhkəməsinin 2(051)-2125/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı 2124 manat əsas borc və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçı “xxxxxxx LTD” MMC-nin xeyrinə ödənilməsi qət edilmişdir. İş materiallarında olan Mingəçevir şəhər Məhkəməsinin 2(051)-2530/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı 1187,6 məbləğində əsas borcun, 348,93 manat məbləğində faiz və 100,28 manat məbləğondə cərimə borcu olmaqla, cəmi 1636,81 manat məbləğində borcun və 30 manat dövlət rüsmunun alınaraq “xxxxxx” İKB ASC-nə ödənilməsi qət edilmişdir. İş materiallarında olan Mingəçevir şəhər Məhkəməsinin 2(051)-2547/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı 273 manat məbləğində əsas borc və 81 manat məbləğində cərimə borcu olmaqla, cəmi 354 manat məbləğində pul vəsaitinin və 20 manat ödənilmiş dövlət rüsumunun tutularaq “xxxxxxxxx” MMC-nə ödənilməsi qət edilmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli və xx.xx.2020-ci il tarixli ödəniş tapşırıqlarından görünür ki, Mingəçevir şəhər Məhkəməsinin 2(051)-2125/2019 saylı icra sənədinə əsasən “xxxxxxx LTD” MMC-nin xeyrinə X1 əmək haqqından 485,73 manat və 497,65 manat məbləğində pul vəsaitləri tutulmuşdur. İş materiallarında olan xx.xx.2020-ci il tarixli qəbzdən görünür ki, İddiaçı “xxxxxxx LTD” MMC-yə 1140,62 manat ödəniş etmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli mədaxil qəbzlərindən görünür ki, İddiaçı “xxxxxxxx” ASC-yə (köhnə adıyla “xxxxxx” İKB ASC-nə) 1636,81 manat, 30 manat və 10 manat ödənişlər etmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli qəbzlərdən görünür ki, İddiaçı “xxxxxxxxx” MMC-nə 330 manat və 44 manat ödənişlər etmişdir. Beləliklə tərəflərin izahatlarından mübahisəsiz qaydada görünür ki, İddiaçı “xxxxxxxxx” MMC, “xxxxxxx” LTD MMC və “Fintred” BOKT-dən (təsərrüfat subyektindən) nisyə alqı-satqı müqavilələrinə əsasən aldığı əşyalar (mobil telefonlar) əvvəlcədən əldə olunmuş razılığa əsasən alındıqdan sonra Cavabdehverilmiş, sonuncu İddiaçı qeyd edilən subyektlərlə bağladığı müqavilələrdən irəli gələn öhdəlikləri özünün icra edəcəyinə dair İddiaçı qarşısında öhdəlik götürmüş, lakin üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyindən İddiaçı sözügedən müqavilələr üzrə yaranmış borcu ödəmək məcburiyyətində qalmış və tam ödəmişdir. Beləliklə, işin yuxarıda göstərilən halları ilə təsdiq edilir ki, Cavabdeh İddiaçılə bağladığı razılaşmaya əsasən aldığı üç ədəd mobil telefon müqabilində üzərinə götürdüyü öhdəliyi pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Eyni Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Məcəllənin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 52.2 və 52.5-ci maddələrinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokola qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Məhkəmə hesab edir ki, cavabdehin iddia tələbini tam etiraf etməsi barədə iradə ifadəsini ərizə formasında bu hərəkətlərin nəticəsini aydın surətdə şərh edərək məhkəməyə təqdim etmiş və cavabdehin iddianı tam etiraf etməsi qanuna zidd deyil, hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur və işdə iştirak edən hər iki tərəfin iradə ifadəsinə uyğundur. Ona görə də, cavabdehin iddianı tam etiraf etməsi məhkəmə tərəfindən qəbul edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə Cavabdeh üç ədəd mobil telefonun alınıb ona verilməsi müqabilində İddiaçı nisyə alqı-satqı müqaviləri əsasında yaranmış öhdəliklərinin Cavabdeh tərəfindən tam icra ediləcəyinə dair razılaşmanın mövcudluğunu, İddiaçı həmin razılaşmaya əsasən üç ədəd mobil telefonu alıb Cavabdeh verməsinin işin mübahisəsiz halı olduğunu, eyni zamanda İddiaçı Cavabdeh qarşısında üzərinə götürdüyü öhdəliyi icra etdiyi halda Cavabdeh üzərinə götürdüyü öhdəliyi pozmasının təsdiq edildiyini və belə olan halda İddiaçı Cavabdeh öhdəliyin pozulması ilə əlaqədar ona dəymiş maddi zərərin ödənilməsini tələb etmək hüququna malik olduğunu nəzərə alaraq hesab edir ki, həmin hissədə iddia təmin edilməli, dəymiş maddi zərər kimi “xxxxxxxxx” MMC-nə ödənilmiş 374 (üç yüz yetmiş dörd) manat,“xxxxxx” İKB ASC-yə ödənilmiş 1670,81 (bir min altı yüz yetmiş manat 81 qəpik), “xxxxxxx”LTD MMC-yə ödənilmiş 2725 (iki min yeddi yüz iyirmi beş) manat məbləğində, ümumilikdə 4769,81 (dörd min yeddi yüz altmış doqquz manat 81 qəpik) manatməbləğində pul vəsaiti Cavabdeh alınaraq İddiaçı ödənilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən, ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə işin hallarına Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh iddianı etiraf etməsi təsdiq edilsin. Cavabdeh maddi zərərin əvəzi olaraq cəmi 4769,81 (dörd min yeddi yüz altmış doqquz manat 81 qəpik) manat və 30 (otuz) manat dövlət rüsumunun əvəzi alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik еdən Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №2(001)-5390/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-5390/2020
12.11.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver