Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-5392/2020 14.10.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, Nəsirov Nicat Abbas oğlunun katibliyi, iddiaçıX1, Cavabdeh iştirakları ilə, X1 Cavabdeh qarşıpul tələbi barədə iddia ərizəsinə dair mülki işə Məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: X3 iddia ərizəsiilə məhkəməyə müraciət edərək 800 manat məbləğində borcun Cavabdeh onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı zamanı iddiaçıX7 iddianı müdafiə etdiyini bildirərək izahatında göstərdi ki, o, Cavabdeh ilə 2019-cu il 15 iyun tarixdə kommersiya işləri ilə əlaqədar tanış olmuş, bir müddət sonra o, və X5 qapı-pəncərə sexi açmaq üçün ondan 2500 (iki min beş yüz) manat pulu borc almışlar. Həmin məbləğin 800 manatı cavabdehə, digər hissəsi isə X4 verilmiş. Sonuncu hazırda vəfat etdiyindən ona qarşı tələbi yoxdur. Cavabdeh pul məbləğini tam qaytarmadığından iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Sonda A.M.Mousavivaezi məhkəmədən göstərilənləri nəzərə alıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul etdiyini bildirərək izahatında göstərdi ki, onun həqiqətən də iddiaçıya borcu vardır. Lakin, bu borcun məbləği 800 manat deyil, 625 manatdır. Belə ki o, borcundan hissə-hissə ödəniş etmiş, hazırda 625 manat ödənilməmiş hissə qalmışdır. Həmin borcu tezliklə ödəyəcəkdir. Cavabdehin izahatına münasibətdə iddiaçı cavabdeh tərəfindən 625 manat ödənilməsinə razı olduğunu bildirmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, mülki iş materiallarını tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddiaqismən təmin edilməlidir. Belə ki, işin məhkəmə araşdırılması ilə ddiaçı tərəfindən cavabdehə 800 manat məbləğində borc verməsi və tərəflər arasında şifahi borc müqaviləsinin bağlanması müəyyən olunur. Cavabdeh həmin məbləğdən müəyyən hissənin ödədiyini və hazırda cəmi 625 manat məbləğində borcunun olduğunu etiraf etmiş, iddiaçı isə buna etiraz etməmişdir. Məhkəmə hesab edir ki, cavabdeh izahatında həmin məbləğdə pulu borc şəklində aldığını göstərdiyindən bu xüsusat işin mübahisələndirilməyən halıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. - 442.1-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 427.3-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Beləliklə, məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, iddia qismən təmin olunmalı, 625 manat məbləğində pul vəsaiti Cavabdeho ğlundan tutularaq X6 ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia təmin edildiyindən məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 22 manat məbləğində pul vəsaiti də cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən vəAzərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin olunsun. 625 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq X2 ödənilsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 22 manat məbləğində pul vəsaiti də Cavabdeh tutularaq X2 ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. HakimEtibar Mustafayev
Məhkəmə qərarları › İş №2(001)-5392/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-5392/2020
14.10.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver