Məhkəmə qərarları › İş №2(001)-5400/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-5400/2023

20.11.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-5400/2023 20.11.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hacıyeva Yeganə Müslüm qızının katibliyi, Cavabdehlərin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “əşyaların qaytarılması” tələbinə dair ilkin, Cavabdeh1 və Cavabdeh2 İddiaçı qarşı “maddi və mənəvi zərərin tələb edilməsi” tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “əşyaların qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən yaşayış sahəsində xatilə yerləşdirdiyi ona məxsus zərgərlik avadanlıqlarının və zərgərlik iş dəzgahlarının – natfel (yiyə) – böyük 1 dəst (12 ədəd); orta 3 dəst (36 ədəd), kiçik 1 dəst (12 ədəd); (qiyməti 3600 manat); çəkicilər - kiçik və böyük (6 ədəd); (240 manat); cımbızlar müxtəlif ölçülü (15 ədəd) (150 manat); sıxaclar - müxtəlif ölçülü (7 ədəd) (70 manat); 2 ədəd bor maşın (deşici alət); (765 manat); rigellər (3 ədəd) - (755 manat); metal əymə alətləri - yumru (20 ədəd) (400 manat); qatlama dəst (10 ədəd) - (200 manat); oval punzer qolbaq (1 ədəd) (150 manat); yumru kolye punzer 1 ədəd (200 manat); kəlbətinlər və qayçılar müxtəlif formalarda (30 ədəd); (800 manat); yapboz (lobzik) - 3 ədəd, (120 manat); hətdə (2 ədəd) boru və məftil dartan avadanlığı; (459 manat); qaynaq aparatları (2 ədəd) - lazer kontaktı və od aparatı (850 manat); müxtəlif formalı ştamplar (750 manat); zərgərlik iş masası - (700 manat) qiyməti cəmi 10209 manat; zinət əşyalarının - qızıl boyunbağı və qolbaq (3750 manat); komplekt sırğa və üzük (topaz badam formalı) (1892 manat); qızıl saat (kişi üçün) (850 manat); nişan üzüyü (650 manat); qiyməti cəmi 7142 manat, Sony Bravia markalı televizorunun (qiyməti 4159 manat) və ona məxsus 6000 manat məbləğində pul vəsaitinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınaraq ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehlər onun anası və qardaşıdır. ünvan 1 ünvanında yerləşən yaşayış sahəsində anası və öz ailəsi ilə birlikdə yaşamışdır. Qardaşı daha sonralar anası ilə birləşərək onunla münasibətlərini dəyişdirərək evə buraxmamışlar. İki ildən artıq məcburiyyətdən ailəsi ilə birgə kirayədə yaşamağa məcbur qalmışdır. O, məcbur qalaraq yaşadığı və qeydiyyatda oİduğu evə köçürülmə tələbi ilə bağlı məhkəməyə müraciət etmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 3843/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə onun azyaşlı qızı ilə birlikdə həmin evə köçürülməyi qərara alınmışdır. O, uzun illər həmin evdə yaşadığı üçün ona məxsus əşyalar da həmin evdə olmuşdur. O, 20 ildən artıq zərgər kimi işləmişdir. 2012-ci ildə "BakuSteel Company" şirkətində işə düzəldiyi üçün "Gənclik"dəki qızıl sexində yerləşən zərgər avadanlıqlarını və cihazlarını (həmin avadanlıqları vaxtilə Almaniyadan və Dubaydan sifariş verib almış, kifayət qədər bahalı idilər) yaşadığı evə gətirərək evin balkonuna yığmışdır. Həmin evdə ona məxsus seyf olmuş, həmin seyfdə qızılları və toyundan yığılmış 6000 manat pul da olmuşdur. Evə həmçinin 4159 manat məbləğində televizor da almışdır. Onu evdən çıxardanda bütün bu sadaladığı əşyalar həmin evdə qalmışdır. Binəqədi rayon İcra və Probasiya şöbəsi tərəfindən evə köçürülməyi ilə bağlı Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 3843/2021 nömrəli xx.xx.2021-ci il tarixli icra sənədi cavabdehlər tərəfindən köçürməyə maneələr ucbatından icra olunmamışdır. O, cavabdehlərdən, xüsusilə anası Cavabdeh1 əşyalarını tələb etdikdə cavabdehlər ona əşyalarını qaytarmaqdan imtina etmiş, hətta onları satdıqlarını da bildirmişlər. Buna dair aralarında telefon danışıqları olmuşdur. Həmin səs yazılarını da məhkəməyə diskdə təqdim edir. Əşyalarının cavabdehdə olduğunu şahidləri də təsdiq edə bilər. Əşyalarının ona qaytarılması ilə bağlı cavabdehin özlərinə müraciət etsə də, onu evə buraxmamışlar, əşyalarını götürməyinə şərait yaratmamışlar. Buna görə də pulunun, qızıl zinət əşyalarının və zərgərlik cihazlarının ona qaytarılması ilə bağlı məhkəmədə iddia qaldırmaq məcburiyyətində qalmışdır. Beləliklə ona qaytarılmalı olan əşyalar bundan ibarətdir: İ. Zərgərlik avadanlıqları və zərgərlik iş dəzgahları: 1. Natfel (yiyə) - böyük 1 dəst (12 ədəd); orta 3 dəst (36 ədəd), kiçik 1 dəst (12 ədəd); (qiyməti 3600 manat); 2. Çəkicilər -kiçik və böyük (6 ədəd); (240 manat); 3. Cımbızlar müxtəlif ölçülü (15 ədəd) (150 manat); 4. Sıxaclar - müxtəlif ölçülü (7 ədəd) (70 manat); 5. 2 ədəd bor maşın (deşici alət); (765 manat) 6. Rigellər (3 ədəd) - (755 manat); 7. Metal əymə alətləri - yumru (20 ədəd) (400 manat); 8. Qatlama dəst (10 ədəd)- (200 manat); 9. Oval punzer qolbaq (1 ədəd) (150 manat); 10. Yumru kolye punzer 1 ədəd (200 manat); 11. Kəlbətinlər və qayçılar müxtəlif formalarda (30 ədəd); (800 manat); 12. Yapboz (lobzik) - 3 ədəd, (120 manat); 13. Hətdə (2 ədəd) boru və məftil dartan avadanlığı; (459 manat); 14. Qaynaq aparatları (2 ədəd) - lazer kontaktı və od aparatı (850 manat); 15. Müxtəlif formalı ştamplar (750manat);

16. Zərgərlik iş masası - (700 manat), qiyməti cəmi 10209 manat; İİ. Zinət əşyaları: 1. Qızıl boyunbağı və qolbaq (3750 manat); 2. Komplekt sırğa və üzük (topaz badam formalı) (1892 manat); 3. Qızıl saat (kişi üçün) (850 manat); 4. Nişan üzüyü (650 manat); qiyməti cəmi 7142 manat; İİİ. Məişət avadanlıqlar: 1. Sony Bravia markalı televizor; (qiyməti 4159 manat); İV. 6000 (altı min) manat məbləğində pul vəsaiti. Cavabdehlər iddiaya yazılı etiraz ünvanlayaraq bildirmişdirlər ki, İddiaçı xx.xx.2023cü il tarixli iddia ərizəsi ilə Binəqədi Rayon Məhkəməsinə müraciət edərək onlardan 21.510 manat dəyərində əşyaların və 6.000 manat məbləğində pul vəsaitinin ödənilməsi tələbi barədə iddia qaldırmışdır. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, birgə cavabdehlər onu evə buraxmadığı üçün məhkəməyə müraciət edərək evə köçürülməsini tələb etmişdir və iddia tələbinin təmin olunmasına baxmayaraq, onun evə köçürülməsinə maneələr yaradılmışdır. Bununla yanaşı qeyd edir ki, birgə cavabdehlər tərəfindən əşyalarının ona qaytarılmasından imtina edilmişdir, hətta əşyaların satıldığı bildirilmişdir. İddiaçı həmçinin iddia edir ki, o həmin evdən çıxanda evdə ona məxsus olan 10.209 manat dəyərində zərgərlik avadanlıqları və zərgərlik iş dəzgahları, habelə 7.142 manat dəyərində zinət əşyaları, bundan başqa 4.159 manat dəyərində Sony Bravia markalı televizor və toyundan yığılmış 6.000 manat məbləğində pul vəsaiti qalmışdır. Hesab edirlər ki, iddia əsassız olduğundan rədd edilməlidir. İddiaçı ilə öz doğmaları arasında mütəmadi baş verən mübahisə faktı onun mənzilə köçürülməsinə özü tərəfindən maneə yaradılmasını şərtləndirən başlıca haldır. Qeyd edilənlərlə yanaşı, iddiaçı tərəfindən sübuta yetirilməmişdir ki, mənzilə köçürülməsi ilə bağlı ona hansı maneələr yaradılmışdır, yaxud maneələrin yaradılmasının bilavasitə onun davranışı ilə bağlılığı yoxdur, yaxud o, maneələrin yaradılmasına səbəbkar şəxs deyildir. Bununla yanaşı qeyd edilməlidir ki, İddiaçı öz doğma anasını döyməsi faktını hər kəsdən saxlasa da, əllərində bunu təsdiq edən sübutlar var və bu sübutlar deməyə kifayət edir ki, iddiaçının mənzilə köçürülməsinə maneə özü tərəfindən yaradılmışdır. Dəfələrlə mənzilə gələrək onları narahat etmiş və mal-mülk üstündə mübahisə salaraq öz doğma anasına zor tətbiq etmiş və dərhal mənzildən uzaqlaşmışdır. Bu mübahisələrdən ən böyüyü xx.xx.2021-ci il tarixində baş vermişdir. Belə ki, həmin tarixdə onlar arasında gərgin anlar yaşanmış, iddiaçı tərəfindən doğma anasına qarşı zor tətbiq edilərək ona xəsarət yetirilmişdir. Cavabdeh2 öz anasını xx.xx.2021-ci il tarixində Newmed klinikasında rentgenoloji müayinədən keçirtmiş və xx.xx.2021-ci il tarixində Respublika Neyrocərrahlıq xəstəxanasında bel-oma fəqərələrinin KT müayinəsini etdirmişdir. Müayinə nəticəsində ananın bel fəqərələrində sınıqlar, fəqərəarası sahələrin mühüm dərəcədə daralması, fəqərəarası diskin hündürlüyünün enməsi aşkar edilmişdir. Bundan başqa Cavabdeh1 özünü yaxşı hiss etmədiyi üçün yenə kiçik oğlu Cavabdeh2 tərəfindən xx.xx.2021-ci il tarixində Bioloji Təbabət klinikasında qanda elektrolitlərin və mikroelementlərin laboratoriyada təyini, həmçinin qanın immunoloji müayinəsi üçün analizlər verdirmişdir. Bütün bu müayinə və müalicələrin nəticəsi olaraq Cavabdeh1 uzun və bahalı müalicə kursu keçmişdir və bütün xərci kiçik oğlu Cavabdeh2 çəkmişdir. Gözlənildiyi kimi iddiaçı onları narahat etməyə davam etdiyi üçün, onlar xx.xx.2023-cü il tarixində Binəqədi Rayon Polis İdarəsinin 7-ci polis bölməsinə təkrar müraciət etmişlər və Cavabdeh1 gecə saatlarından təcili tibbi yardım çağıraraq həkim müayinəsindən keçmişdir. Bütün bunlarla yanaşı, iddiaçı mənzilə köçürülmədə israr etmişdir və iddia tələbinin məhkəmə tərəfindən təmin olunmasına baxmayaraq, öz narazılığını əsassız şəkildə bu iddia tələbində də ifadə etmişdir. Halbuki, iddia ərizəsinə əlavə edilmiş və Binəqədi rayon icra şöbəsinin icra məmurları tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktdan da əyani olaraq görünür ki, İddiaçının mənzilə köçürülməsi təmin olunmuşdur. Buradan belə nəticəyə gəlmək olar ki, İddiaçı öz iddiasını qoşmada əlavə etdiyi sübutlarla təkzib etmişdir. Həmçinin qeyd edilməlidir ki, ata rəhmətə gedəndən sonra mal-mülkün ən böyük hissəsi ona qalmışdır, daha doğrusu atanın mülkiyyətində olan 2 ayrı torpaq sahəsini qardaş-bacısından xəbərsiz hansısa vasitələrlə öz mülkiyyətinə keçirmiş və satmışdır. Hal-hazırda da həm onların yaşadığı mənzildən pay tələb edir, həm də 81 yaşlı Cavabdeh1 əmək pensiyasına göz dikmişdir. Odur ki, iddia tələbi bu baxımdan da əsassız və qanunsuz olduğundan rədd edilməlidir. Əşyaların ona qaytarılmasından imtina edilməsi iddiaçı tərəfindən sübuta yetirilməmişdir. İddiaçının qeyd etdiklərinin heç bir əsası yoxdur. İddiaçının sözlərinə görə 2020-ci il dekabr ayından etibarən qeydiyyatda olduğu mənzildə yaşamır. Lakin buna baxmayaraq iddia edir ki, şəxsi əşyaları və toyundan yığılmış pul vəsaiti illərdir sözügedən mənzildə qalmışdır. Hansıki özünə aid olan otaq bu günə kimi də bağlıdır və yalnız onun istifadəsindədir. Əşyalarının verilməsi ilə bağlı onlara nəinki müraciət edilmiş, onlar hətta bağlı olan otaqda hansı əşyaların olduğundan xəbərsiz olmuşlar. İddiaçının əsas tələbi mənzilə köçürülmə və ya ona əlavə mənzil alınması ilə bağlı olmuşdur. Buna baxmayaraq digər vasitələrlə əşyaları ələ keçirmək üçün əlavə addımlar atmışdır. Lakin özünün də xəbəri olmadan törətmiş olduğu əməllər qısa müddətdə ifşa olunmuşdur. İddia ərizəsinə dair etiraza əlavə olunan DVD diskə köçürülmüş video-material onun bütün əməllərini ifşa edir. Belə ki, həmin video-materialda təsvir olunmuş hadisə barəsində onlar tərəfindən Binəqədi Rayon Polis İdarəsinin 7-ci polis bölməsinə şikayət edilmiş və onların izahatları alınmışdır. İzahatlara əsasən, xx.xx.2022-ci il tarixində iddiaçı 5-6 nəfər kənar şəxslərlə mənzilə daxil olmuş və onların icazəsi olmadan mənzildən soyuducu, televizor (Sony Bravia markalı), şəxsi geyim əşyaları, qab-qacaqlar, antik əşyalar (samovar, ev telefonu və digər əşyalar), içərisində daha nələrin olduğu bilinməyən və bağlı saxladığı otaqda əvvəlcədən hazırlanmış dolu qutular və əşya dolu çantalar və digər məişət əşyalarını, həmçinin Cavabdeh2 məxsus 1000 ABŞ dolları və 850 AZN pul vəsaitini də götürmüşlər. Bütün bunları məhkəməyə təqdim olunacaq kamera görüntüləri və 7-ci polis bölməsində verilmiş izahatlar əyani şəkildə təsdiq edir. İddiaçı bu hadisədən bir müddət sonra həmin mənzildən götürdüyü əşyaların dəyərini və guya toyundan yığılmış və evdə olduğunu iddia etdiyi pul vəsaitini onlardan təkrar almaq niyyətilə məhkəmədə iddia qaldıraraq əsassız varlanmaq istəmişdir. Halbuki iddia tələbi tamamilə əsassızdır və heç bir fakta əsaslanmayan boş mülahizələrdən ibarətdir. Odur ki, iddia tələbi əsassız və qanunsuz olduğundan məhkəmə tərəfindən törədilmiş əmələ və məhkəməni yanıltmaqla bağlı həqiqətə uyğun olmayan faktlara adekvat hüquqi qiymət verilməli və iddia tələbi rədd edilməlidir.İddiaçının ərizəsinin təmin olunmamasına və iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş edir. Daha sonra cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçı Cavabdeh2 qarşı “maddi və mənəvi zərərin tələb edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddia tələbinin rədd edilməsi, qarşılıqlı iddia tələbinin tam təmin edilərək qarşılıqlı iddia tələbi üzrə birgə iddiaçılara dəymiş maddi və mənəvi zərərin əvəzi olaraq ümumilikdə 36.680 manat məbləğində vəsait və ödənilmiş 200 manat məbləğində dövlət rüsumunun ilkin iddia tələbi üzrə iddiaçı – qarşılıqlı iddia tələbi üzrə cavabdehdən tam həcmdə tutulmaqla onlara ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehlər qarşılıqlı iddia ərizəsini onunla əsaslandırmışdırlar ki, ilkin iddia tələbi üzrə İddiaçı xx.xx.2023-cü il tarixli iddia ərizəsi ilə Binəqədi Rayon Məhkəməsinə müraciət edərək ilkin iddia tələbi üzrə onlardan 21.510 manat dəyərində əşyaların və 6.000 manat məbləğində pul vəsaitinin ödənilməsi tələbi barədə iddia qaldırmışdır. İlkin iddia tələbi üzrə iddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, qarşılıqlı iddia tələbi üzrə onlar iddiaçını evə buraxmadığı üçün məhkəməyə müraciət edərək evə köçürülməsini tələb etmişdir və iddia tələbinin təmin olunmasına baxmayaraq, iddiaçının evə köçürülməsinə maneələr yaradılmışdır. Bununla yanaşı qeyd edirlər ki, onlar tərəfindən əşyalarının iddiaçıya qaytarılmasından imtina edilmişdir, hətta əşyaların satıldığı bildirilmişdir. İlkin iddia tələbi üzrə iddiaçı həmçinin iddia edir ki, o, həmin evdən çıxanda evdə ona məxsus olan 10.209 manat dəyərində zərgərlik avadanlıqları və zərgərlik iş dəzgahları, habelə 7.142 manat dəyərində zinət əşyaları, bundan başqa 4.159 manat dəyərində Sony Bravia markalı televizor və toyundan yığılmış 6.000 manat məbləğində pul vəsaiti qalmışdır. Qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh1 xəsarət yetirməsi nəticəsində vurulmuş maddi və mənəvi zərər iddaçı tərəfindən tam şəkildə ödənilməlidir. Qeyd edirlər ki, ilkin iddia ərizəsi əsassızdır. İlkin iddia ərizəsində qeyd edilənlərlə əlaqədar məhkəməyə təqdim edilən ilkin iddia ərizəsinə etirazda ətraflı və əsaslandırılmış şəkildə münasibət bildirilmişdir. İlk olaraq onu qeyd edir ki, xx.xx.2021-ci il tarixində onlar arasında mübahisə baş vermiş, iddiaçı tərəfindən doğma anasına qarşı zor tətbiq edilərək ona xəsarət yetirilmişdir. Cavabdeh2 öz anasını xx.xx.2021-ci il tarixində Newmed klinikasında rentgenoloji müayinədən keçirtmiş və xx.xx.2021-ci il tarixində Respublika Neyrocərrahlıq xəstəxanasında bel-oma fəqərələrinin KT müayinəsini etdirmişdir. Müayinə nəticəsində ananın bel fəqərələrində sınıqlar, fəqərəarası sahələrin mühüm dərəcədə daralması, fəqərəarası diskin hündürlüyünün enməsi aşkar edilmişdir. Bundan başqa Cavabdeh1 özünü yaxşı hiss etmədiyi üçün yenə kiçik oğlu Cavabdeh2 tərəfindən xx.xx.2021-ci il tarixində Bioloji Təbabət klinikasında qanda elektrolitlərin və mikroelementlərin laboratoriyada təyini, həmçinin qanın immunoloji müayinəsi üçün analizlər verdirmişdir. Bütün bu müayinə və müalicələrin nəticəsi olaraq Cavabdeh1 uzun və bahalı müalicə kursu keçmişdir və bütün xərci kiçik oğlu Cavabdeh2 çəkmişdir (rentgenoloji müayinə, KT müayinəsi, analizlər və reseptlərin bir qismi əlavə olunur). Bundan başqa, Cavabdeh1 sağlamlığına xəsarət yetirilməsi ilə əlaqədar 20.000 AZN məbləğində vurulmuş mənəvi zərərin ödənilməsi təmin edilməlidir. xx.xx.2022-ci il tarixində evdən götürülmüş iddiaçıya məxsus olmayan əşyaların dəyəri və vurulmuş digər maddi ziyan mülkiyyətçiyə tam şəkildə ödənilməlidir. İddiaçının sözlərinə görə 2020-ci il dekabr ayından etibarən qeydiyyatda olduğu mənzildə yaşamır. Lakin buna buna baxmayaraq iddia edir ki, şəxsi əşyaları və toyundan yığılmış pul vəsaiti illərdir sözügedən mənzildə qalmışdır. Hansıki özünə aid olan otaq bu günə kimi də bağlıdır və yalnız onun istifadəsindədir. İddiaçının qeyri-adekvat davranışı mülkiyyətçi olan Cavabdeh1 hüquqlarını məhdudlaşdırmaqdan ibarətdir. Belə ki, iddia ərizəsinə dair etiraza əlavə olunan DVD diskə köçürülmüş video-material İlkin iddia tələbi üzrə iddiaçının bütün əməllərini ifşa edir. Həmin video-materialda təsvir olunmuş hadisə barəsində qarşılıqlı iddia tələbi üzrə birgə iddiaçılar tərəfindən Binəqədi Rayon Polis İdarəsinin 7-ci polis bölməsinə şikayət edilmiş və onların izahatları alınmışdır. İzahatlara əsasən, xx.xx.2022-ci il tarixində iddiaçı 5-6 nəfər kənar şəxslərlə mənzilə daxil olmuş və onların icazəsi olmadan mənzildən soyuducu (əlavə xərc çəkilərək əvəzində həmin tarixdə Kontakt-Home mağazalar şəbəkəsindən 859,99 manat dəyərində soyuducu Hoffmann NFB-186VW alınmışdır), Kontakt-Home mağazalar şəbəkəsindən xx.xx.2021-ci il tarixində alınmış televizor (Toshiba Led 32L5069 markalı - 549,99 manat), Kontakt-Home mağazalar şəbəkəsindən xx.xx.2021-ci il tarixində alınmış tozsoran (Philips FC9350/01 - 219,99 manat), şəxsi geyim əşyaları, qab-qacaqlar (2250 manat), antik əşyalar (samovar 1300 manat), ev telefonu (350 manat) və digər əşyalar), içərisində daha nələrin olduğu bilinməyən və bağlı saxladığı otaqda əvvəlcədən hazırlanmış dolu qutular və əşya dolu çantalar və digər məişət əşyalarını, həmçinin qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh2 məxsus 1000 ABŞ dolları və 850 manat pul vəsaitini də götürmüşlər. Ümumilikdə təxminən 10.689 manat məbləğində maddi ziyan dəymişdir. Bütün bunları məhkəməyə təqdim olunacaq kamera görüntüləri və 7-ci polis bölməsində verilmiş izahatlar əyani şəkildə təsdiq edir. Məhkəmə iclasında iştirak edən cavabdehlərin nümayəndəsi və vəkili Vəkil iddianı qəbul etməyərək, iddianın təmin edilməməsi, qarşılıqlı iddianın isə təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. xx.xx.2023-cü il tarixdə məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə edərək, təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ilkin iddia və qarşılıqlı iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3843/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddia ərizəsi qismən təmin edilmiş, İddiaçı azyaşlı uşağı xx.xx.2012-ci il təvəllüdlü X3 ilə birlikdə ünvan 1 ünvanında yerləşən evə köçürülməsi, iddia ərizəsinin qalan hissədə təmn edilməməsi qət edilmişdir. Binəqədi rayon İcra şöbəsinin xx.xx.2023-cü il tarixli aktının surətindən görünür ki, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3843/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinin icrası ilə bağlı ünvan 1 ünvanda olunmuş, ünvanda olan zaman borclu Cavabdeh1 və onun oğlu Cavabdeh2 tərəfindən köçürməni həyata keçirməyə maneələr yaradılmışdır. Bu səbəbdən icra sənədində qeyd olunan tələb təxirə salınmışdır. Binəqədi rayon İcra şöbəsinin xx.xx.2023-cü il tarixli aktının surətindən görünür ki, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3843/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədində göstərilən tələbi təmin etmək məqsədi ilə bağlı ünvan 1 ünvanda olunmuş, tələb təmin olunmuşdur. Binəqədi rayon İcra şöbəsinin xx.xx.2023-cü il tarixli icraata xitam verilməsi haqqında qərarının surətindən görünür ki, icra sənədində qeyd olunan tələb tam şəkildə təmin olunduğundan Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3843/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə xitam verilmişdir. xx.xx.2020-ci il tarixli çatdırılma qəbzindən görünür ki, TV SONY KD-65XG8596 RU3 adlı məhsul ünvan 1 ünvanına çatdırılmışdır. "xxxx" MMC ilə X1 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, BL452916 saylı müqavilənin 1.1-ci bəndinə əsasən, satıcı dəyəri 4159 manat olan avadanlığı alıcıya verməyi, alıcı isə onu qəbul edib, müəyyənləşdirilmiş pul məbləğini satıcıya ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2021-ci il tarixli sənədin surətindən görünür ki, 549.99 manat dəyərində olan Toshiba Led 32L5069 məhsul Cavabdeh2 tərəfindən alınmışdır. xx.xx.2021-ci il tarixli sənədin surətindən görünür ki, 219.99 manat dəyərində olan Tozsoran Philips FC9350/01 məhsul Cavabdeh2 tərəfindən alınmışdır. xx.xx.2022-ci il tarixli sənədin surətindən görünür ki, 859.99 manat dəyərində olan Soyuducu Hoffman NFB-186VW (ağ) məhsul Cavabdeh2 tərəfindən alınmışdır. Newmed Klinikasının xx.xx.2021-ci il tarixli rentgenoloji müayinəsindən görünür ki, Cavabdeh1 Th12 köhnə kompression sınıq qeyd olunmuşdur. L4 antelistez aşkar edilmişdir. L5-S1 fəqərə arası sahə mühüm dərəcədə daralmış, fəqərə arası diskin hündürlüyü enmişdir. Ön boylama bağın kirəçləşməsi qeyd edlmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi respublika neyrocərrahlıq xəstəxanısının xx.xx.2021-ci il tarixli müayinəsindən görünür ki, Cavabdeh1 fəqərə cismlərinin tamamlayıcı lövhələrinin ostefitlərlə zəngin subxondral sklerozu aşkar edilmişdir. L4 fəqərə cisminin anteriospondilolistezi aşkar olunmuşdur. Yuxarı fəqərələrdə köhnə sınıqlar təyin edilmişdir. Binəqədi RPİ-nin 7-ci PB-nin xx.xx.2022-ci il tarixli raportunun surətindən görünür ki, vətəndaş Cavabdeh2 ərizə ilə müraciət edərək, xx.xx.2022-ci il tarixdə qardaşı X5, anası Cavabdeh1 evdə tək olan zaman 5-6 şəxslə evə gələrək öz əşyalarını götürmək məqsədi ilə evə daxil olduğunu, həmin anda ona məxsus olan 1000 ABŞ dolları və 850 manat məbləğində dəhlizin şüşəli yerində olan pullarının itməsi barədə məlumat vermişdir. Ərizədə cinayət və inzibati xəta tərkibinin olmaması, müraciətin mülki məsələ ilə bağlı olması məlum olunmuş, buna görə də vətəndaş Cavabdeh2 belə hallar baş verdikdə məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Binəqədi RPİ-nin 7-ci PB-nin xx.xx.2023-cü il tarixli raportunun surətindən görünür ki, vətəndaş Cavabdeh1 ərizə ilə müraciət edərək, oğlu X2 mütəmadi olaraq onu və ikinci oğlu Cavabdeh2ı narahat etməsi barədə məlumat vermişdir. Ərizədə cinayət və inzibati xəta tərkibinin olmaması məlum olunmuş, buna görə də vətəndaş Cavabdeh1 belə hallar baş verdikdə məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək, və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Məhkəmə hesab edir ki, tərəflər hazırkı iddia tələbləri barədə iş materiallarına mötəbər sübüt əlavə edilməmiş və məhkəmə icaslarında təqdim edilməmişdir. Odur ki, göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, ilkin iddia və qarşılıqlı iddia rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinın: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “əşyaların qaytarılması” tələbinə dair ilkin, Cavabdeh1 və Cavabdeh2 İddiaçı qarşı “maddi və mənəvi zərərin tələb edilməsi” tələbinə dair qarşılıqlı iddiası təmin edilməməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddialar rədd edildiyindən, iddianın qaldırılması üçün ödənilmiş dövlət rüsumu da tərəflərin özlərinə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qətetdi:

İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “əşyaların qaytarılması” tələbinə dair ilkin, Cavabdeh1 və Cavabdeh2 İddiaçı qarşı “maddi və mənəvi zərərin tələb edilməsi” tələbinə dair qarşılıqlı iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu tərəflərə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.

Sədrlik edən Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar