Məhkəmə qərarları › İş №2(001)-541/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-541/2021

15.02.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-541/2021 15.02.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi, Məhkəmə iclas katibi Günəş Yusif qızının katibliyi, İddiaçı İddiaçı, İddiaçının nümayəndəsi-vəkili Vəkil2, Cavabdehin nümayəndəsi-vəkili Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 92.000 ABŞ dolları məbləğində borcun, gecikdirilməyə görə əlavə 10.000 ABŞ dolları məbləğində faizin, mənəvi zərərə görə 5000 ABŞ dolları pulun və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, o, uzun müddətdir ki, Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində yaşayır. Həmin şəhərdə ərzaq məhsullarını satmaqla ailəsinin dolanışıq təlabatlarını ödəyib. Hazırkı iş üzrə Cavabdeh ilə Moskvada yaxşı münasibətləri yaranmışdır. O, bizneslə məşğul olduğundan, cavabdeh də orada qalıb işləmək fikrində olduğundan, o cavabdehə hər cür şərait yaratmaqla, orada ona himayədarlıq etmiş, öz mənzilində yer verərək bir mənzildə yaşamışlar. Beləliklə tərəflər arasında etibarlı münasibətlər yaranmışdır. 2013-cü ilin iyun ayınının əvvəllərində cavabdeh ona Bakı şəhərində ev almaq istədiyini bildirərək borc pul istəmişdir. O, özünə kreditlə “Mazda 6” markalı avtomobil aldığından, mülkiyyətində olan ikinci “Mercedes Benz S klass” markalı avtomobili xx.xx.2013-cü il tarixdə mülki etibarnamə ilə 50.000 ABŞ dolları dəyərində cavabdehə vermişdir. Sonradan əlavə olaraq 22.000 ABŞ dolları məbləğində və iddiaçının Bakı şəhərində yaşayan bacısı oğlu X3 tərəfindən 20.000 ABŞ dolları pul verilmişdir. Razılaşmaya əsasən cavabdeh aldığı borcu 2013-cü ilin sonuna kimi qaytarmağı öz öhdəsinə götürmüşdür. Lakin bundan sonra cavabdeh bir daha Moskva şəhərinə qayıtmamış və borcun ödəməkdən yayınmışdır. Sonrada iddiaçıya məlum olmuşdur ki, cavabdeh Çinə və Gürcüstana gedib-gəlir. Hər dəfə cavabdehə telefonla zəng vurduqda üzrxahlıq edərək qısa müddət ərzində borcu qaytaracağını bildirmişdir. Lakin sonradan telefon nömrələrini dəyişmiş, qohumlarına edilən müraciətlər də heç bir nəticə verməmişdir. Buna görə də cavabdehdən müxtəlf orqanlara, o cümlədən DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə şikayət etdikdən sonra, cavabdeh ona zəng vuraraq bu hərəkətinə görə iradını bildirmiş, borcunu imkan olan kimi qaytaracağını demişdir. O, cavabdehə inanmadığı üçün iltizam yazmağı təklif etmiş, cavabdehin isə xx.xx.2016-cı il tarixdə öz xətti il iddiaçıya borclu olmağı barədə iltizam vermiş və iltizamda qeyd etmişdir ki, X2 qaytarmalı olduğu 20.000 ABŞ dollarını fevral ayının sonunadək, İddiaçı qaytarmalı olduğu 72.000 ABŞ dollarından 30.000 ABŞ dollarını fevral ayından may ayının sonunadək, qalan 42.000 ABŞ dollarını isə may ayının sonundan 2017-ci ilin sonunadək ödəyəcəyinə söz vermişdir. Göründüyü kimi cavabdeh borcunu etiraf etmiş, lakin borcunu qaytarmamış, iddiaçının vəsaiti hesabına varlanmış, gəlir əldə etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili Vəkil2 iddiaçının izahatını və iddia ərizəsini müdafiə edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi-vəkili Vəkil1 izahat verərək bildirdi ki, iddianı qəbul etmir. xx xxxxxxx 2016-cı il tarixdə Azərbaycan Respublikası DİN-nin BMCMİ-nin müstəntiqi Moşu Paşayev cavabdehə zəng edərək onu həmin idarəyə dəvət etmişdir. Cavabdeh də müstəntiqin çağırışı əsasında məsələnin nə olduğunu aydınlaşdırmaq üçün həmin idarəyə getmişdir. Həmin gün müstəntiq cavabdehə pul borcu olduğunu bildirərək onu qanunsuz olaraq 2 gün saxlamaqla orada fiziki və psixi təzyiqlər göstərməklə işgəncələrə məruz qoymuşdur. Daha sonra müstəntiq cavabdehin vəziyyətinin ağırlaşdığını görərək onu oradan buraxmışdır. xx xxxxxx 2016-cı il tarixdə cavabdeh müstəntiqin çağırışı əsasında yenidən həmin idarəyə getmiş, müstəntiq hədəqorxu və təzyiq altında, qanunsuz olaraq cavabdehə iltizam yazdırmış, onu Araz Əsədovla görüşdürmüş və həmin şəxslə notariusa gedib borc barədə müqavilə imzalamağını, əks təqdirdə cavabdehi həbs edəcəyini bildirmişdir. Məhkəmə tərəflərin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - əlyazma ilə xx.xx.2016-cı il tarixdə yazılmış iltizamın surətindən görünür ki, X2 qaytarmalı olduğu 20.000 ABŞ dollarını fevral ayının sonunadək, İddiaçı qaytarmalı olduğu 72.000 ABŞ dollarından 30.000 ABŞ dollarını fevral ayından may ayının sonunadək, qalan 42.000 ABŞ dollarını isə may ayının sonundan 2017-ci ilin sonunadək ödəyəcəyinə söz vermiş, öhdəliyi icra etmədiyi halda barəsində qanunamüvafiq ciddi tədbir görüləcəyinə dair xəbərdarlıq edilmişdir. - X4 ilə Cavabdeh arasında bağlanış xx.xx.2016-cı il tarixli borcun etirafı müqaviləsindən görünür ki, Cavabdeh 2016-cı il mart ayında X1 92.000 ABŞ dolları məbləğində borc pul aldığını etiraf etmiş, 20.000 ABŞ dollarını 2017-ci ilin yanvar ayından 2017-ci ilin fevral ayının sonunadək, 30.000 ABŞ dollarını 2017-ci ilin mart ayının əvəlindən 2017-ci ilin may ayının sonunadək qaytarmağı, qalan 42.000 ABŞ dollarını isə 2017-ci ilin iyun ayından başlayaraq hər ay 6000 ABŞ dolları olmaqla, 2017-ci ilin dekabr ayının sonunadək tam qaytarmağı öz öhdəsinə götürmüşdür. - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4431/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsinə əsasən, Bakı şəhəri 54 saylı notariat kontorunda xx.xx.2016-cı il tarixdə, 3M-491 nömrəli reyestr üzrə təsdiq edilmiş, X3 ilə Cavabdeh arasında bağlanılmış 92.000 ABŞ dolları məbləğində borcun etirafı haqqında müqavilənin etibarsız hesab edilməsi qət edilmiş, həmin qətnamədən verilmiş apellyasiya və kassasiya şikayətləri təmin edilməmişdir. - təcümə və təsdiq edilmiş etibarnamənin surətindən görünür ki, xx.xx.2019-cu il tarixdə İddiaçı tərəfindən Cavabdeh 2006-ci il buraxılışlı “Mercedes Benz S550 4 Matic” markalı avtomobilə dair nəqliyyat vasitəsini idarə etməyə və üzərində sərəncam verməyə dair etibarnamə vermişdir. Göründüyü kimi tərəflər arasında yaranmış münasibətlər üzrə öhdəliklərin cavabdeh tərəfindən icra edilməməsi işin materialları ilə təsdiq olunur. Odur ki, məhkəmə qeyd edir ki, iddiaçı verdiyi pul vəsaitini tələb etməkdə haqlıdır və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385,1, 386.1, 425.1, 427.3, 442, 448 və 739.1-ci maddələrinin göstərişinə əsaslanaraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə mülki iş materialları üzrə araşdırma apararaq qeyd edir ki, iş materiallarına əlavə edilmiş sənədlərdə (qətnamə, protokollar və s.) əks olunmuş Cavabdeh özünün izahatına əsasən müəyyən edilir ki, həqiqətən onunla İddiaçı, habelə Araz Əsədov arasında borc münasibətləri olmuş o, Araz Əsədovdan aldığı 20 000 ABŞ dollarını özündə saxlayıb istifadə etmişdir(həmin pulun sonradan Araz Əsədova, yaxud İddiaçı qaytarılıb-qaytarılmamasından, habelə iddiaçının həmin puldan istifadə etdiyi üçün qazanc (faiz) ödəyib-ödəməməsindən asılı olmayaraq). Cavabdeh izahatında aydın şəkildə həm İddiaçı, həm də Araz Əsədovadan işlədib qazanc verməsi üçün müəyyən məbləğdə pul götürməsi, sonuncuya Bakı şəhərində yaşayan oğlunun vasitəsilə 1 il 6 ay ərzində , ilk üç ay 1500 ABŞ dolları, sonrakı aylarda isə 1200 ABŞ dolları məbləğində qazanc verməsi, hətta Araz Əsədovun onun oğlundan birdəfəlik 10 000 ABŞ dolları məbləğində pul götürməsi, Araz Əsədova üç ay 1500 ABŞ dolları ödədikdən sonra həmin məbləğin çox olması səbəbindən İddiaçı müraciyət etməsi, sonuncunun da Araz Əsədovla danışaraq, aylıq ödanişləri 1200 ABŞ dollarına endirməyi xahiş etməsi barədə göstərdikləri həqiqətən onun İddiaçıla pul (borc) münasibətlərində olduğuna dəlalət edir. Həmçinin, Cavabdeh İddiaçıla avtomobillərini dəyişdirmələri nəticəsində sonuncuya borclu qaldığını, lakin sonradan həmin borclu qaldığını, lakin sonradan həmin borcunu da ödədiyini etiraf etmişdir. Məhkəmədə iclasında İddiaçı göstərmişdir ki, iddiaçı Cavabdeh Moskva şəhərində onun yanına gəlmiş və orada onların yaxşı münasibətləri yaranmışdır. O, bizneslə məşğul olduğundan, Natiq də Moskvada qalıb işləmək fikrinə düşmüş, Natiqə hərtərəfli himayədarlıq etmiş, hətta onun yanında, onunla bir mənzildə yaşamış, münasibətləri daha da istiləşmişdir. 2013cü ilim iyun ayının əvvəllərində Natiq ona Bakı şəhərində ev almaq istədiyini bildirib borc istəmişdir. Həmin ərəfədə o, özünə kreditlə “Mazda 6” markalı avtomobil almışdır, ona görə də “Mercedes Benz S klass” markalı ikinci avtomobilini xx.xx.2013-cü il tarixli mülki etibarnamə ilə 50 000 ABŞ dolları dəyərində razılaşaraq Natiqə vermişdir. Əlavə olaraq, özü 22 000 ABŞ dolları və Bakı şəhərində bacısı oğlu Araz 20 000 ABŞ dolları məbləğində nağd pul vermişlər. Razılaşmaya görə Natiq aldığı, yəni cəmi 92 000 ABŞ dolları məbləğində pulu 2013-cü ilin sonuna kimi qaytarmağı öhdəsinə götürmüş, lakin bir daha Moskva şəhərində qayıtmamış və onlardan gizlənmişdir. Sonradan onlara məlum olmuşdur ki, Natiq Çinə və Gürcüstana gedib-gəlir, zəng vurduqda isə üzürxahlıq edərək qısa müddətdə borcunu qaytaracağını bildirmiş, lakin sonradan telefon nömrələri dəyişmiş, qohumlarına etdikləri müraciətlər də heç bir nəticə verməmişdir. Buna görə də Natiqdən müxtəlif orqanlara, o cümlədən DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə şikayət etmiş, yalnız bu şikayətdən sonra Natiq ona zəng vuraraq bu hərəkətinə görə iradını bildirmiş və borcunu imkanı olan kimi qaytaracağını demişdir. Natiqə inanmadığı üçün notariat qaydada 92 000 ABŞ dolları məbləğində borcu olması barədə bacısı oğlu Arazla borc və ya borcun etirafı barədə müqavilə bağlamağı təklif etmiş, Natiq də onun təklifi ilə razılaşaraq xx.xx.2016-cı il tarixdə Arazla 54 saylı notariat kontoruna gedərək, hazırda mübahisəsi edən borcun etirafı barədə müqaviləni bağlamış, o da həmin müqaviləyə arxayın olaraq Natiqdən şikayətçı olmaması barədə ərizə göndərmişdir. Lakin 2017-cu ilin may ayında Araz ona zəng vuraraq Natiqin Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində müqavilənin etibarsız sayılması barədə iddia qaldırdığını bildirmişdir. İş materiallarından müəyyən edilir ki, Cavabdeh İddiaçı müxtəlif vaxtlarda müəyyən pul məbləğini borc kimi aldığını və həmin məbləğlərin qaytardığını qeyd etmişdir. Lakin Cavabdeh borcun qaytarılmasına dair heç bir sübut məhkəməyə təqdim etməmişdir. Məhkəmə hesab edir ki, işin bu halı Cavabdeh bu günə qədər Ə. Məmmədova mövcud olan borcun qaytarılmamasına dəlalət edir. Həmçinin məhkəmə tərəflərin nəzərinə çatdırır ki, artıq qanuni qüvvəyə minmiş Bakı Apellyasiya Məhkəməsinin 2(103)-12276/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsində qeyd olunmuşdur ki, mübahisələndirən müqavilənin etibarsız sayılması, İddiaçı Cavabdeh verdiyi müəyyən edilən borc məbləğini ümumi əsaslarla ondan tələb etməsinə maneə yaratmır və o, hazırki iş müəyyən olunan hallardan çıxış edərək müvafiq iddianı irəli sürmək hüququna sahibdir. Azərbaycan Respublikası MPM-in 82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh İddiaçı 72.000 ABŞ dolları borcunun olması iş materiallrı ilə müəyyən olunduğundan, hazırkı iş üzrə Cavabdeh İddiaçı 72.000 ABŞ dolları borcunun olması işin mübahisəsiz halıdır. Odur ki, iddia tələbi Cavabdeh pul vəsaitinin alınaraq iddiaçıya verilməsi hissəsində əsaslıdır. Buna görə də, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, Mülki Məcəllənin 445-ci maddəsinə müvafiq olaraq icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Məhkəmə işin faktiki hallarına və yuxarıda şərh olunan hüquq normalarının göstərişlərinə əsaslanaraq hesab edir ki, iddiaçının iddia tələbi qismən əsaslıdır. Borclu icranı gecikdirməklə üzərinə götürdüyü öhdəliyi vaxtında və lazımınca icra etmədiyi üçün iddiaçı qarşısında mülki məsuliyyət daşıyır. Qeyd edilənlərə əsasən iddia tələbini araşdıran məhkəmə tələbin cavabdehə aid hissədə əsaslı hesab edir. Cavabdeh üzərinə götürmüş olduğu öhdəliyi vaxtında və lazımınca icra etməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, illik beş faiz dərəcəsi ilə hesablanmış 3600 ABŞ dolları borc (72.000 ABŞ dolları x 5%%÷12 ay= 3600 ABŞ dolları) Cavabdeh tutularaq İddiaçı İsmail oğluna ödənilməlidir. Məhkəmə həmçinin iddiaçının mənəvi ziyanın ödənilməsi barəsində iddia tələbini araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi əsassızdır. Buna görə də iddianın həmin hissəsi rədd edilməlidir. Belə ki, şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxx 1999-cu il tarixli 7 saylı qərarının 6-cı bəndinə əsasən, iddiaçı mənəvi ziyanın ödənilməsini tələb etdikdə keçirdiyi fiziki və mənəvi sarsıntıları sübut etməlidir. İddiaçının iztirab və sarsıntı keçirməsi işin materialları ilə təsdiq olunmur. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, İddiaçı ona mənəvi zərər dəyməsi barəsində tələbi üzrə hər hansı sübutu məhkəməyə təqdim etmədiyindən və ona mənəvi zərər vurulmasını və psixi əzaba məruz qaldığını məhkəmədə sübut etmədiyindən, habelə onun mənəvi ziyan dəyməsinə dair tələbi məhkəmədə işin hər hansı halı və sübutu ilə sübuta yetirilmədiyindən, mənəvi ziyanın ödənilməsinə dair iddia tələbi əsassızdır. Odur ki, iddianın mənəvi ziyanın ödənilməsinə dair hissəsi rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Lakin iddiaçı iddia ərizəsində ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsini tələb etmədiyindən, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 72.000 (yetmiş iki min) ABŞ dolları məbləğində əsas borc, gecikdirilmiş borc üçün 3600 (üç min altı yüz ) ABŞ dolları məbləğində pul (ekvivalenti ödəniş gününə Mərkəzi Bankın kursuna müvafiq olaraq manatla) və 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar