Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-542/2024 07.06.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Bəkirzadə Fidumə Akif qızının katibliyi, İddiaçı Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh İddiaçı qarşı mənzilə köçürülmə tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh İddiaçı qarşı mənzilə köçürülmə tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Rəsulzadə qəsəbəsi, Aydınbəyov küçəsində yerləşən 98 saylı fərdi yaşayış evini İddiaçı ilə birgə nikah dövründə əldə etmişlər. xx.xx.2005-ci il tarixdə nikahları pozulmuş və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 28 noyabr 2014-cü il tarixli, 2(001)-9787/2014 saylı qətnaməsi ilə Bakı şəhəri, Rəsulzadə qəsəbəsi, Aydınbəyov küçəsində yerləşən 98 saylı fərdi yaşayış evində tərəflərin ½ payı müəyyən edilmişdir. Cavabdeh İddiaçı tərəflərin paylı mülkiyyətində olan fərdi yaşayış evində yaşayır, Cavabdeh isə həmin evə buraxmır. Hər dəfə evə köçüb yaşamaq istəyəndə gah pay bölgüsü, gah da evin naturada bölünməsinə dair iddia tələbləri ilə məhkəməyə müraciət edir. O, “Paylı mülkiyyətdə payın ayrılması” tələbinə dair iddia ərizəsi ilə bir dəfə də məhkəməyə müraciət etmiş və sonradan həmin iddia tələbini geri götürmüşdür. Yəni, cavabdeh hər vasitə ilə Cavabdeh mübahisəli evə köçüb yaşamağına maneçilik törədir. Çünki cavabdeh bilir ki, mübahisəli evdə payın naturada ayrılması mümkün deyildir. Məhkəmə iclasında iştirak edən iddiaçı Cavabdeh nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan sənədlərdən görünür ki, ilk iddia üzrə İddiaçı ilk iddia üzrə Cavabdeh qarşı “paylı mülkiyyətdə payın ayrılması” tələbinə dair iddia ərizəsi ilə; qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh isə qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “mənzilə köçürülmə” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(001)- 6094/2023 saylı qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və ekspert qarşısında aşağıdakı sual qoyulmuşdur: “ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakdan ayrıca giriş-çıxış nəzərdə tutulmaqla İddiaçı məxsus payın naturada ayrılması texniki cəhətdən mümkündürmü?”. xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/9278 saylı ekspert rəyi Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə daxil olmuş və rəydə göstərilmişdir ki, “ ... tikililərin inșa olunduğunu sənəd üzrə yalnız bir köməkçi tikililərin (mətbəx, sanitar qovşaq) olduğunu nəzərə alaraq, həmin mənzilin tərəflər arasında 1/2 hissəyə bölünməsinin "AzDTN 2.7-2 "Yaşayıș Binaları Layihələndirmə Normalar"-nın 5.2, 5.5, 5.6. 5.7. va 5.8. bəndlərində göstərilənlərə və "Yaşayış evlərinin real bölgüsünün mümkünlüyünün təyini ve bölgü variantlarının işlənib hazırlanması" metodikasının tələblərinə əsasən texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir”. xx.xx.2024-cü il tarixdə ilk iddia üzrə İddiaçı təqdimatla məhkəməyə müraciət edərək göstərmişdir ki, hal-hazırda Rusiyanın Kazan şəhərində müalicə alır, iddiası təmin ediləcəyi təqdirdə işə onun iştirakı olmadan baxılamasına etiraz etmir, əks halda – tərəflər razılığa gəlməzsə, onda məhkəmənin keçirilməsini səhhəti düzəlib Azərbaycan Respublikasına qayıdana qədər təxirə salınmasını məhkəmədən xahiş edir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 07 iyun 2024-cü il tarixli, 2(001)- 542/2024 saylı qərardadı ilə ilk iddia üzrə İddiaçı ilk iddia üzrə Cavabdeh qarşı «paylı mülkiyyətdə payın ayrılması» tələbinə dair ilk iddia ərizəsi baxılmamış saxlanılmışdır. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia ərizəsi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(001)-9787/2014 saylı qətnaməsi ilə İddiaçıl Muxtar oğlunun Cavabdeh ilə birgə nikah dövründə Cavabdeh adına əldə etdikləri Bakı şəhəri, Rəsulzadə qəsabəsi, Aydınbəyov küçəsindəki 2 otaqdan, 25.2 kv.m., yașayıs, 33.3 kv.m. ümumi sahədən ibarət 98 saylı fərdi yaşayış evində hər birinin payı 1/2 hissədə müəyyən edilərək aralarında bölünmüş və İddiaçı həımin mənzilin 1/2 hissəsinə mülkiyyət hüququ tanınmışdır. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 2 ½ hissədə Cavabdeh xüsusi mülkiyyətindədir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23 fevral 2016-cı il tarixli qərarında aşağıdakılar göstərilmişdir: “ ... Məcəllənin bu normasının (*Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsi) mənasına görə eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Bu, məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir. Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsasən preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir. Mülki hüquqda faktlar dedikdə, mülki-hüquq münasibətlərinin əmələ gəlməsinin, dəyişdirilməsinin və ya xitam olunmasının əsası kimi mülki qanunvericilikdə nəzərdə tutulan hallar başa düşülür. Başqa sözlə faktlar mülki-hüquqi nəticələrin baş verməsi ilə mülki qanunvericiliyin əlaqələndirdiyi və bağladığı həyati hallardır. Bu faktlar olmadan hər hansı bir mülki-hüquq münasibətinin əmələ gəlməsi, dəyişdirilməsi və ya xitam olunması mümkün deyildir. Yalnız məhkəmə tərəfindən qanunla nəzərdə tutulmuş qaydada müəyyən edilmiş, yoxlanılmış və qiymətləndirilmiş faktlar preyudisial əhəmiyyət daşıyır. Mülki prosessual qanunvericiliyə görə isə məhkəmə tərəfindən faktların, halların müəyyən edilməsi, yoxlanılması və qiymətləndirilməsi yalnız məhkəmə aktının əsaslandırıcı hissəsində öz əksini tapmalıdır. ... Beləliklə, məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının əsaslandırıcı hissəsində müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyü deməkdir”. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində qeyd edilir ki, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı ilk dəfə 1979-cu ildə “Marks Belçikaya qarşı” işdə şərh verərək göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarı ilə mülkiyyət hüququna təminat verir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, iddia ərizəsi təmin edilməli, iddiaçı Cavabdeh ünvan 2 ünvanında yerləşən və ½ hissədə mülkiyyətində olan fərdi yaşayış evinə köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. İddiaçı Cavabdeh ünvan 2 ünvanında yerləşən və ½ hissədə mülkiyyətində olan fərdi yaşayış evinə köçürülsün. Qarşılıqlı iddia ərizəsi verilərkən ödənilmiş 100 (yüz) manat dövlət rüsumu cavabdeh İddiaçı tutularaq iddiaçı Cavabdeh ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə
Məhkəmə qərarları › İş №2(001)-542/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-542/2024
07.06.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver