Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-543/2025 11.04.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdeh Nidzhat Akberova (Cavabdeh) qarşı “müqavilənin ləğv edilməsi, mənzildən çıxarılma, mənzilin boşaldılması, mənzilin təhvil verilməsi və vurulmuş mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə (açar sözlər: müqavilənin ləğvi, çıxarışın ləğvi, subyektiv hüquq, iddia müddətləri) Hakim Vəliyeva Elnarə Fəxrəddin qızının sədrliyi, Hüseynov Həmid Xudaverdi oğlunun katibliyi, İddiaçının nümayəndəsi “Hümbətov və Partnyorları” Vəkil Bürosunun vəkili Vəkil1, Cavabdehin nümayəndəsi Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Vəkil2 iştirakları ilə, İddiaçı cavabdeh Nidzhat Akberova (Cavabdeh) qarşı “müqavilənin ləğv edilməsi, mənzildən çıxarılma, mənzilin boşaldılması, mənzilin təhvil verilməsi və vurulmuş mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: I. İşin mahiyyəti:
1. İddiaçı Cavabdeh qarşı “müqavilənin ləğv edilməsi, mənzildən çıxarılma, mənzilin boşaldılması, mənzilin təhvil verilməsi və vurulmuş mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə "xxxx" nin rəhbəri fiziki şəxs X9 arasında pay hüququnun əldə edilməsinə dair bağlanmış 19 noyabr 2007-ci il tarixli müqavilənin ləğv edilməsi, cavabdehin və ona məxsus əşyaların Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, H.Babaşov küçəsi 11 saylı yaşayış binasının 41 saylı mənzilindən çıxarılması, mənzilin boşaldılması və ona təhvil verilməsi, eləcə də vurulmuş mənəvi zərər üçün 7 000 (yeddi min) manat, dövlət rüsumu üçün ödənilmiş 100 (yüz) manat, hüquqi yardım üçün ödənilmiş 320 manat - cəmi 7 420 (yeddi min dörd yüz iyirmi) manat məbləğində pulun cavabdehdən tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı iddia tələbini onunla əsaslandırmışlar ki, onun mərhum atası X1 çoxmərtəbəli yaşayış binalarının tikintisi və həmin binalarda yerləşən mənzillərin satışı ilə məşğul olmuşdur. Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon H.Babaşov küçəsi 11-də inşa olunmuş və hazırda sakinlərinin istifadəsində olan 11 mərtəbəli yaşayış binası Rövşən Rüstəmovun təsisçisi və qanuni təmsilçisi olduğu "xxxx" MMC tərəfindən inşa edilmişdir. Hazırda iddiaçı "xxxx" MMC-nin 22,5 faiz paya malik təsisçisi və sağlığında "xxxx" MMC-nin təsisçisi və qanuni təmsilçisi olmuş X5 qanuni vərəsəsidir. Sözü gedən binada yaşayan mənzillərin sakinlərinin müqavilələri yoxlanılarkən cavbdeh Cavabdeh faktiki olaraq istifadə etdiyi binanın 41 nömrəli mənzilinə pay hüququnun əldə edilməsinə dair mərhum Rövşən Rüstəmovla bağladığı müqavilənin surətini iddiaçının anası - "xxxx" MMC- nin digər təsisçisi X7 təqdim etmişdir. Müqavilənin üzərində mənzilin qiymətinin hissələrlə ödənilməsi ilə bağlı aparılmış qeydlərdə saxtakarlıq əlamətləri olduğundan bununla bağlı tərəfindən hüquq-mühafızə orqanlarına şikayət edilmiş, lakin cavabdeh hüquq-mühafizə orqanlarının çağırışına getmədiyindən və müqavilənin əslini təqdim etmədiyindən həmin müqavilə üzrə ekspertizanın təyin edilməsi mümkün olmamış və toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. Cavabdehin 41 nömrəli mənzilə pay hüququnun əldə edilməsinə dair hər hansı əsl (orijinal) müqaviləyə malik olmaması və texniki vasitələrlə saxtalaşdırılmış müqavilə əsasında həmin mənzildən qanunsuz əsaslarla istifadə etməsi barədə məlumat aldıqdan sonra cavabdehə qarşı müqavilənin etibarsız hesab edilməsi, mənzildən çıxarılma və s. iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Onun iddia tələbi əsasında Bakı şəhəri, Binəqədi rayon məhkəməsində həyata keçirilən məhkəmə prosesi zamanı cavabdeh müqavilənin əslini məhkəməyə təqdim etmiş və həmin müqavilə üzrə məhkəmə tərəfindən məhkəməxətşünaslıq və sənədlərin texniki ekspertizası təyin edilmişdir: Məhkəmə Ekspertiza Mərkəzinin 4/1253-5/1000 nömrəli, 11 oktyabr 2022-ci il tarixli rəyinə görə ekspertizaya təqdim edilmiş, mülki işin 60-cı vərəqində Cavabdeh adına olan 19 noyabr 2007-ci il tarixli müqavilənin arxa tərəfində “Ödəmə” qrafasında “xx.xx.2007 5000 (Beş min) AZN”, “xx.xx.2008 7000 (yeddi min) AZN”, “xx.xx.2008 10 000 (on min) AZN” və “21.11.10. 40 000 (qırx min) AZN” əlyazmaları qarşısındakı imzalar - X9 tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, mülki işin 60-cı vərəqində Cavabdeh adına olan 19 noyabr 2007-ci il tarixli müqavilənin arxa tərəfində “Fiziki şəxs Rüstəmov Rövşən” qrafasındakı imza, “Ödəmə” qrafasındakı kompüter vasitəsilə yazılmış “xx.xx.2007 10 000 (On min) AZN” yazıları qrafasında əks olunmuş imza - X9 tərəfindən deyil, başqa şəxs tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, mülki işin 60-cı vərəqində Cavabdeh adına olan 19 noyabr 2007-ci il tarixli müqavilənin arxa tərəfində “Ödəmə” qrafasında “xx.xx.2008 5000 (Beş min)” və “xx.xx.2008 4500 (Dörd min Beş yüz) əlyazmaları qrafasındakı tədqiqat prosesinin təsviri hissəsinin 3-cü bəndində göstərilən səbəblərə görə tədqiqat üçün yarasız olduğundan, “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə əsasən həmin imzaların X9 tərəfindən və ya başqa şəxs tərəfindən icra olunub olunmaması haqqında rəy vermək mümkün deyildir. Tədqiqata təqdim edilmiş Cavabdeh adına verilmiş 19 noyabr 2007-ci il tarixli müqavilənin arxa tərəfində olan möhür əksləri relyef kilşe vasitəsilə sənədin üzərinə birbaşa vurulmuşdur. Təqdim edilmiş Cavabdeh adına verilmiş 19 noyabr 2007-ci il tarixli müqavilənin arxa tərəfinin “Rüstəmov Rövşən” yazısının və “10.000 (On min) AZN” yazısının qarşısında olan “AZƏRBAYCAN RESPUBLİKASİ X9 **********” məzmunlu möhür əksləri təqdim edilmiş eyni məzmunlu möhürün sərbəst əks nümunəsi ilə eynilik təşkil edirlər. Təqdim edilmiş Cavabdeh adına verilmiş 19 noyabr 2007-ci il tarixli müqavilənin arxa tərəfində olan 1-ci sətrdəki “Ödəmə xx.xx.2007 10.000 (on min) AZN” mətni və 2-ci sətirdəki “Ödəmə xx.xx.2007 13.700 (On üç min yeddi yüz) AZN” mətni sonradan həmin hissəyə əlavə edilərək çap edilmişdir. Təqdim edilmiş Cavabdeh adına verilmiş 19 noyabr 2007-ci il tarixli müqavilənin arxa tərəfinin sağ hissəsində olan 6 ədəd möhür əksləri birbirinin üzərindən vurulduğu üçün onlara aid olan ümumi (hərflərin konfiqurasiyaları, sətirarası, sözarası məsafələri, məzmunu və s.) və xüsusi əlamətlərini (yalnız bu möhürə aid olan əlamətlər) müəyyən etmək mümkün olmadı. Buna görə də həmin möhür əksləri üzrə eyniləşdirici tədqiqat aparılmadı. Məhkəmə Ekspertiza Mərkəzinin 22 dekabr 2022-ci il tarixli, 4/1831-5/1591 nömrəli əlavə kompleks ekspertizasının rəyinə görə ekspertizaya təqdim edilmiş, mülki işin 60-cı vərəqində Cavabdeh adına olan 19 noyabr 2007-ci il tarixli müqavilənin arxa tərəfində “Fiziki şəxs Rüstəmov Rövşən” qrafasındakı imza və “Ödəmə” qrafasında kompüter vasitəsilə yazılmış “xx.xx.2007 10 000 (On min) AZN” yazıları qarşısında əks olunmuş imza - eyni şəxs tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, Cavabdeh adına olan 19 noyabr 2007-ci il tarixli müqavilənin arxa tərəfində “Ödəmə” qrafasında kompüter vasitəsilə yazılmış “xx.xx.2007 13.700 (On üç min yeddi yüz) AZN” yazıları qarşısında, “xx.xx.2008 2000 (iki min) AZN” və “xx.xx.2009 5000 (Beş min) AZN” yazıları qarşısında imzalar yoxdur. Təqdim edilmiş, Cavabdeh adına verilmiş 19 noyabr 2007- ci il tarixli müqaviləmin arxa tərəfində olan möhür əkslərinin və imzalarının sayının müəyyən edilməsi üçün xüsusi bilik tələb olunmadığından ekspertlər qarşısında qoyulmuş "Həmin müqavilədə imza və möhürlərin sayı ödəmə qeydlərinin sayına uyğun gəlirmi?” sualı üzrə tədqiqat aparılmadı. Ekspert rəylərindən göründüyü kimi, müqavilənin arxa tərəfində “Ödəmə” qrafasında olan yalnız “xx.xx.2007 5000 (Beş min) AZN”, “xx.xx.2008 7000 (Yeddi min) AZN”, “xx.xx.2008 10 000 (On min) AZN” və 21.11.10 40 000 (qırx min) AZN” ödəniş qeydlərinin Rövşən Rüstəmov tərəfindən imzalanması təsdiq edilmiş, digər qalan 40 200 AZN məbləğində ödəniş qeydləri - “xx.xx.2007 10 000 (On min) AZN” ödəniş qeyd Rövşən Rüstəmov tərəfindən deyil, digər şəxs tərəfindən imzalanmaqla mətni sonradan müqavilənin həmin hissəsinə əlavə edilmiş, “xx.xx.2007 13 700 (On üç min yeddi yüz) AZN” ödəniş qeydi sonradan müqavilənin həmin hissəsinə əlavə edilmiş, “xx.xx.2008 2000 (İki min) AZN” və “xx.xx.2009 5000 (Beş min) AZN” ödəniş qeydlərini təsdiq edən hər hansı imza olmamış, “xx.xx.2008 5000 (beş min) AZN” və “xx.xx.2008 4500 (dörd min beş yüz) AZN” qarşısında olan imzalar yararsız olduğundan imza müəllifini müəyyən etmək mümkün olmamışdır.
İİ. Tərəflərin mövqeləri:
Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil1 iddia ərizəsinə uyğun izahat vermiş və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, iddiaçının iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququ vardır. Bu hal öz təsdiqini əvvəlki mübahisələrlə bağlı yuxarı məhkəmə qərarlarında tapmışdır. Bundan başqa iddia müddətinin ötürülməsi ilə razı deyil. Belə ki, mübahisəli müqavilə bağlanan zaman iddiaçının 8 yaşı olmuş, müqavilədən məlumatsız olmuşdur. İddiaçının müqavilə ilə bağlı məlumatı yalnız vərəsəlik qaydasında mirası qəbul etdikdən sonra müqavilələrin yoxlanması zamanı olmuş, bundan sonra dəfələrlə cavabdehə müqavilənin əslinin təqdim edilməsi təklif edilsə də, gizlətmiş və hüquq mühafizə orqanlarına müraciət edilən zaman təqdim edilmişdir. Mübahisəli müqavilə nəticəsində cavabdehə təhvil verilmiş mənzilin dəyəri tam ödənilmədiyindən iddiaçı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Qeyd edilən möhürün qanunla müəyyən edilmiş qaydada əmrlə katibə verilməsi barədə hər hansı məlumatı yoxdur. Müqavilə üzrə cavabdeh mənzilin dəyərini Rövşən Nəcəfov vəfat etmədən əvvəl ödəməli idi, ödənişlərin edilməməsi ilə bağlı cavabdehə qarşı Rövşən Nəcəfovun sağlığında iddia irəli sürülməsi barədə məlumatı yoxdur. İşin həqiqi halı ondan ibarətdir ki, Rövşən Nəcəfov son illər yaşlı və xəstə olduğundan katibəsi istifadə etmiş və qeyd edilən möhür də həmin şəxs tərəfindən yerinə yetirilmişdir. İddiaçı tərəfindən hüquq mühafizə orqanlarına yalnız cavabdehlə bağlı müraciət edilmişdir, əvvəlki iddia tələbi baxılan zaman məhkəmə iclaslarında xüsusi qərardadla bağlı müraciət etsə də, təmin edilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Vəkil2 verdiyi izahatında bildirdi ki, iddia tələbini qəbul etmir. Həmçinin qeyd etdi ki, iddia tələbi əsassız olmaqla, iddiaçı tərəfindən iddia müddəti ötürülməklə, subyektiv hüququ olmadan verilmişdir. Bu səbəbdən iddianın istər əsassız olmasına, istərsə də iddia müddətinin ötürülməsinə görə rədd edilməsini xahiş etdi.
İİİ.İşin faktiki halları:
İş materiallarına əlavə olunmuş: - xx.xx.2007-ci il tarixli müqavilənin surətindən görünür ki, "xxxx" MMC-nin rəhbəri X9 (icraçı) Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mkr., H.Babaşov küçəsi 11-də yüksək mərtəbəli yaşayış evinin İ blok, Xİ mərtəbə, ümumi sahəsi 146 kv.m olan 41 ömrəli mənzili 18 ay müddətinə inşa edib payçı Cavabdeh istifadəsinə verməyi öhdəsinə götürmüşdür. - Məhkəmə Ekspertiza Mərkəzinin 4/1253-5/1000 nömrəli, 11 oktyabr 2022-ci il tarixli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, mülki işin 60-cı vərəqində Cavabdeh adına olan 19 noyabr 2007-ci il tarixli müqavilənin arxa tərəfində “Ödəmə” qrafasında “xx.xx.2007 5000 (Beş min) AZN”, “xx.xx.2008 7000 (yeddi min) AZN”, “xx.xx.2008 10 000 (on min) AZN” və “21.11.10. 40 000 (qırx min) AZN” əlyazmaları qarşısındakı imzalar - X9 tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, mülki işin 60-cı vərəqində Cavabdeh adına olan 19 noyabr 2007-ci il tarixli müqavilənin arxa tərəfində “Fiziki şəxs Rüstəmov Rövşən” qrafasındakı imza, “Ödəmə” qrafasındakı kompüter vasitəsilə yazılmış “xx.xx.2007 10 000 (On min) AZN” yazıları qrafasında əks olunmuş imza - X9 tərəfindən deyil, başqa şəxs tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, mülki işin 60-cı vərəqində Cavabdeh adına olan 19 noyabr 2007-ci il tarixli müqavilənin arxa tərəfində “Ödəmə” qrafasında “xx.xx.2008 5000 (Beş min)” və “xx.xx.2008 4500 (Dörd min Beş yüz) əlyazmaları qrafasındakı tədqiqat prosesinin təsviri hissəsinin 3-cü bəndində göstərilən səbəblərə görə tədqiqat üçün yarasız olduğundan, “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə əsasən həmin imzaların X9 tərəfindən və ya başqa şəxs tərəfindən icra olunub olunmaması haqqında rəy vermək mümkün deyildir. Tədqiqata təqdim edilmiş Cavabdeh adına verilmiş 19 noyabr 2007-ci il tarixli müqavilənin arxa tərəfində olan möhür əksləri relyef kilşe vasitəsilə sənədin üzərinə birbaşa vurulmuşdur. Təqdim edilmiş Cavabdeh adına verilmiş 19 noyabr 2007-ci il tarixli müqavilənin arxa tərəfinin “Rüstəmov Rövşən” yazısının və “10.000 (On min) AZN” yazısının qarşısında olan “AZƏRBAYCAN RESPUBLİKASİ X9 **********” məzmunlu möhür əksləri təqdim edilmiş eyni məzmunlu möhürün sərbəst əks nümunəsi ilə eynilik təşkil edirlər. Təqdim edilmiş Cavabdeh adına verilmiş 19 noyabr 2007-ci il tarixli müqavilənin arxa tərəfində olan 1-ci sətrdəki “Ödəmə xx.xx.2007 10.000 (on min) AZN” mətni və 2-ci sətirdəki “Ödəmə xx.xx.2007 13.700 (On üç min yeddi yüz) AZN” mətni sonradan həmin hissəyə əlavə edilərək çap edilmişdir. Təqdim edilmiş Cavabdeh adına verilmiş 19 noyabr 2007-ci il tarixli müqavilənin arxa tərəfinin sağ hissəsində olan 6 ədəd möhür əksləri bir-birinin üzərindən vurulduğu üçün onlara aid olan ümumi (hərflərin konfiqurasiyaları, sətirarası, sözarası məsafələri, məzmunu və s.) və xüsusi əlamətlərini (yalnız bu möhürə aid olan əlamətlər) müəyyən etmək mümkün olmadı. Buna görə də həmin möhür əksləri üzrə eyniləşdirici tədqiqat aparılmadı. - Məhkəmə Ekspertiza Mərkəzinin 22 dekabr 2022-ci il tarixli, 4/1832-5/1591 nömrəli əlavə kompleks ekspertizasının rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, mülki işin 60-cı vərəqində Cavabdeh adına olan 19 noyabr 2007-ci il tarixli müqavilənin arxa tərəfində “Fiziki şəxs Rüstəmov Rövşən” qrafasındakı imza və “Ödəmə” qrafasında kompüter vasitəsilə yazılmış “xx.xx.2007 10 000 (On min) AZN” yazıları qarşısında əks olunmuş imza - eyni şəxs tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, Cavabdeh adına olan 19 noyabr 2007-ci il tarixli müqavilənin arxa tərəfində “Ödəmə” qrafasında kompüter vasitəsilə yazılmış “xx.xx.2007 13.700 (On üç min yeddi yüz) AZN” yazıları qarşısında, “xx.xx.2008 2000 (iki min) AZN” və “xx.xx.2009 5000 (Beş min) AZN” yazıları qarşısında imzalar yoxdur. Təqdim edilmiş, Cavabdeh adına verilmiş 19 noyabr 2007- ci il tarixli müqaviləmin arxa tərəfində olan möhür əkslərinin və imzalarının sayının müəyyən edilməsi üçün xüsusi bilik tələb olunmadığından ekspertlər qarşısında qoyulmuş "Həmin müqavilədə imza və möhürlərin sayı ödəmə qeydlərinin sayına uyğun gəlirmi?” sualı üzrə tədqiqat aparılmadı. Müqavilənin arxa tərəfində “Ödəmə” qrafasında olan yalnız “xx.xx.2007 5000 (Beş min) AZN”, “xx.xx.2008 7000 (Yeddi min) AZN”, “xx.xx.2008 10 000 (On min) AZN” və 21.11.10 40 000 (qırx min) AZN” ödəniş qeydlərinin Rövşən Rüstəmov tərəfindən imzalanması təsdiq edilmiş, digər qalan 40 200 AZN məbləğində ödəniş qeydləri - “xx.xx.2007 10 000 (On min) AZN” ödəniş qeyd Rövşən Rüstəmov tərəfindən deyil, digər şəxs tərəfindən imzalanmaqla mətni sonradan müqavilənin həmin hissəsinə əlavə edilmiş, “xx.xx.2007 13 700 (On üç min yeddi yüz) AZN” ödəniş qeydi sonradan müqavilənin həmin hissəsinə əlavə edilmiş, “xx.xx.2008 2000 (İki min) AZN” və “xx.xx.2009 5000 (Beş min) AZN” ödəniş qeydlərini təsdiq edən hər hansı imza olmamış, “xx.xx.2008 5000 (beş min) AZN” və “xx.xx.2008 4500 (dörd min beş yüz) AZN” qarşısında olan imzalar yararsız olduğundan imza müəllifini müəyyən etmək mümkün olmamışdır. - Bakı şəhəri 6 saylı notariat kontorunda təsdiqlənmiş xx.xx.2016-cı il tarixli etibarnamənin surətindən görünür ki, İddiaçı tərəfindən onun bütün əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi və ondan törəyən bütün hərəkətləri etməyi X7 15 il müddətinə etibar etmişdir. -"xxxx" MMC-nin rəhbəri kimi fiziki şəxs X9 ilə Cavabdeh arasında bağlanmış 19 noyabr 2007-ci il tarixli müqaviləyə əsasən ünvan 1-də yüksək mərtəbəli yaşayış evinin 1ci blok, 11-ci mərtəbəsində ümumi sahəsi 146 kv.metr olan 3 otaqlı, 41 nömrəli mənzilin 18 ay müddətində inşa edilib Cavabdeh istifadəsinə verilməsi nəzərdə tutulmuş, mənzilin cəmi dəyəri 102200 manat təşkil etmişdir. Müqavilənin sonunda Rövşən Rüstəmovun adının önündə imza və möhür vardır, müqavilənin sonunda “ödəniş” hissəsində: xx.xx.2007 10000 manat, xx.xx.2007 13700 manat, xx.xx.2007 5000 manat, xx.xx.2008 2000 manat, xx.xx.2008 7000 manat, xx.xx.2008 5000 manat, xx.xx.2008 4500 manat, xx.xx.2008 10000 manat, xx.xx.2009 5000 manat, xx.xx.2010 40000 manat qeydləri mövcuddur. - Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-117/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh (Nıdzat Akberov) qarşı “müqavilənin etibarsız hesab edilməsi və s.” tələbinə dair iddiası qismən təmin edilərək, Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mkr., H.Babaşov küçəsi 11-də hündürmərtəbəli yaşayış binasının birinci blok, 11-ci mərtəbəsində ümumi sahəsi 146 kv.metr olan 3 otaqlı, 41 saylı mənzilin inşa edilib istifadəyə verilməsinə dair X9 ilə Cavabdeh arasında bağlanmış 19 noyabr 2007-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi, Cavabdeh (Nıdzat Akberov) əşyaları ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mkr., H.Babaşov küçəsi 11-də hündürmərtəbəli yaşayış binasının birinci blok, 11-ci mərtəbəsində ümumi sahəsi 146 kv.metr olan 3 otaqlı, 41 saylı mənzildən çıxarılması, mənzilin İddiaçı təhvil verilməsi qət edilmişdir. - Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4337/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-117/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 117/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi qismən - Bakı şəhəri, Binəqədi rayonu, 9cu mkr., H.Babaşov küçəsi 11-də hündürmərtəbəli yaşayış binasının birinci blok, 11-ci mərtəbəsində ümumi sahəsi 146 kv.metr olan 3 otaqlı, 41 saylı mənzilin inşa edilib istifadəyə verilməsinə dair X9 ilə Cavabdeh arasında bağlanmış 19 noyabr 2007-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi, Cavabdeh (Nıdzat Akberov) əşyaları ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mkr., H.Babaşov küçəsi 11-də hündürmərtəbəli yaşayış binasının birinci blok, 11-ci mərtəbəsində ümumi sahəsi 146 kv.metr olan 3 otaqlı, 41 saylı mənzildən çıxarılması, mənzilin İddiaçı təhvil verilməsi hissəsində ləğv edilməsi və həmin hissədə iş üzrə yeni qətnamə çıxarılması, İddiaçı Cavabdeh (Nıdzat Akberov) qarşı “müqavilənin etibarsız hesab edilməsi və s.” tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir. - Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-348/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4337/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. - AZ-İ seriyalı, 453540 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2011-ci il tarixdə vəfat etmişdir. - İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin xx.xx.2024-cü il tarixli çıxarışından görünür ki, "xxxx" MMC təsisçilər və nizamnamə kapitalında mayalarının miqdarı aşağıdakı kimidir: X10-45%, İddiaçı-22,5%, X3-22,5% və X4-10%. Qanuni təmsilçi-X9. - xx.xx.2021-ci il tarixli qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2011-ci il tarixdə vəfat etmiş X5 vərəsələri qismində qızı İddiaçı, oğlu X3 müəyyən olunmuşdur. Şəhadətnamə verilən miras əmlak kimi "xxxx" MMC-dən mərhum X8 məxsus 18 mənzildən ibarətdir.
İV.Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi:
Məhkəmə işdə iştirak edən tərəflərin izahatlarını dinləyib, işin hərtərəfli, tam və obyektiv araşdırılması nəticəsində hesab edir ki, iddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dispozisiya əlamətləri ilə uzlaşmadığından iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyası Maddə 25. Bərabərlik hüququ İ. Hamı qanun və məhkəmə qarşısında bərabərdir. V. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. Maddə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Maddə 125. Məhkəmə hakimiyyətinin həyata keçirilməsi İ. Azərbaycan Respublikasında məhkəmə hakimiyyətini ədalət mühakiməsi yolu ilə yalnız məhkəmələr həyata keçirirlər. İİİ. Məhkəmə hakimiyyəti Konstitusiya, mülki və cinayət məhkəmə icraatı vasitəsilə və qanunla nəzərdə tutulmuş digər vasitələr ilə həyata keçirilir. Vİİ. Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Maddə 127. Hakimlərin müstəqilliyi, ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri İ. Hakimlər müstəqildir, yalnız Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına tabedirlər və səlahiyyətləri müddətində dəyişilməzdirlər. İİ. Hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Maddə 129. Məhkəmə qərarları və onların icrası İİİ. Məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır.
Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Maddə 6.1. Mülki qanunvericiliyin prinsipləri aşağıdakılardır: 6.1.1. mülki hüquq subyektlərinin bərabərliyi; 6.1.2. mülki hüquq subyektlərinin iradə sərbəstliyi; 6.1.3. mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi; 6.1.4. mülkiyyətin toxunulmazlığı; 6.1.5. müqavilələr azadlığı; Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Maddə 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Maddə 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Maddə 421.3. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Maddə 423.1. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. Maddə 423.2. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Maddə 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 598.1. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Maddə 598.2. Əgər alğı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. Maddə 598.4. Əgər alıcı alğı-satqı müqaviləsini pozmaqla əşyanı qəbul etməkdən və ödəməkdən imtina edirsə, satıcı öz seçimi ilə əşyanın ödənilməsini tələb edə bilər və ya müqavilənin icrasından imtina edə bilər. Maddə 646.2. Əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alğı-satqısına əşyaların alğı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir. Maddə 648.1. Daşınmaz əşyaların alğı-satqısı halında tərəflərdən hər biri mülkiyyət hüququnun keçirilməsi faktının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün öz tərəfindən zəruri olanları həyata keçirərək özünün vermə və ya qəbul etmə vəzifəsini icra edir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələləri araşdırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında göstərmişdir ki, “ ... mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz”. Azərbaycan Respublikasının mülki qanunvericiliyi hüquqi şəxsdə müəyyən paya malik olan təsisçilərin (payçıların) hüquqi şəxsin fəaliyyəti və mənafeləri ilə öz adından iddia qaldırmaq hüquqlarını istisna etmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 49.3-cü maddəsinə əsasən hüquqi şəxs adından çıxış edən şəxs, o cümlədən hüquqi şəxsin idarəetmə orqanlarında (müşahidə (direktorlar) şurası, icra orqanı) təmsil olunan hər hansı şəxs təmsil etdiyi hüquqi şəxsin mənafeləri üçün vəzifələrini yerinə yetirərkən vicdanla, peşəkar qaydada və məntiqlə hərəkət etmək, hüquqi şəxsin və onun bütün iştirakçılarının maraqlarına sadiq olmaq və hüquqi şəxsin maraqlarını öz maraqlarından üstün tutmaq, ehtiyatlı olmaq, habelə qərarların qəbulu zamanı ədalətli və qərəzsiz olmağa borcludur. Həmin şəxs, bu vəzifələrin hüquqi şəxsin maraqlarına uyğun olaraq yerinə yetirilməsi üçün məsuliyyət daşıyır. Hüquqi şəxsin nizamnamə kapitalında ən azı 5 faiz paya (səhmə) malik olan iştirakçısının (iştirakçılarının) tələbi ilə o, vəzifələrini pozduğu halda, pozuntu nəticəsində hüquqi şəxsə dəymiş zərərin əvəzini ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 69.2-ci maddəsinə əsasən hüquqi şəxsi məhkəmədə qanunlarla, digər hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri, yaxud müvafiq qaydada səlahiyyət verilmiş və əsas iş yeri həmin hüquqi şəxs olan işçiləri və ya vəkillər təmsil edir. Məhkəmə iddiaçının subyektiv hüququ ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin xx.xx.2024-cü il tarixli çıxarışı əsasında "xxxx" MMCnin 22,5% təsis payı olan İddiaçı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 49.3-cü maddəsi tələbləri baxımından hüquqi şəxsin fəaliyyəti və mənafeləri ilə hazırki iddia tələbi ilə mübahisəli müqavilənin tərəfi olan sifarişçiyə qarşı hüquqi şəxsin adından və öz adından iddia qaldırmaq üçün subyektiv hüququ yoxdur. Bundan başqa xx.xx.2021-ci il tarixli qanun üzrə vərəsəlik haqqında şəhadətnamə xx.xx.2011-ci il tarixdə vəfat etmiş X5 vərəsələri qismində qızı İddiaçı, oğlu X3 müəyyən olunmuş və şəhadətnamə verilən miras əmlak kimi "xxxx" MMC-dən mərhum X8 məxsus 18 mənzil müəyyən edilmiş, iddiaçı tərəfindən cavabdehin sahibliyi və istifadəsində olan mənzilin qanun üzrə vərəsəlik haqqında şəhadətnamədə miras əmlak kimi müəyyən edilmiş mənzillərə aid olub-olmaması ilə bağlı məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Eyni zamanda “V.Kiçibəyovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 iyul 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 yanvar 2018-ci il tarixli qərarında aşağıdakılar göstərilmişdir: “ ... Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz (Konstitusiyanın 13 və 29-cu maddələri). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mülkiyyət hüququna müdaxilə ilə bağlı qeyd etmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin ən mühüm və əsas tələbi ondan ibarətdir ki, dövlət orqanı tərəfindən mülkiyyətə istənilən müdaxilə tam qanuni olmalıdır. Konvensiya baxımından qanunçuluğun tələbi – dövlətdaxili hüquq normalarının qanunun aliliyi prinsipi ilə uzlaşması deməkdir (Kuşoğlu Bolqarıstana qarşı iş üzrə 10 may 2007-ci il tarixli Qərar). “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tədbiqi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. “Broniovski Polşaya qarşı” işdə (22 iyun 2004-cü il tarixli Məhkəmə qərarı) Avropa Məhkəməsi qeyd etmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsindəki “mülkiyyət” anlayışı müstəqil mənaya malikdir, həmin anlayış daxili qanunvericilikdə verilən formal tövsifdən asılı deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsasən, preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir (Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə 15 iyul 2015-ci il tarixli Qərarı). Məhkəmə iddiaçının iddia tələbi ilə bağlı işin mübahisəsi halları ilə bağlı qeyd edir ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4337/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə mülki iş üzrə təyin edilmiş kompleks məhkəmə xətşünaslıq və sənədlərin texniki ekspertizası üzrə 11 oktyabr 2022-ci il tarixli, 4/1253-5-1000 nömrəli müvafiq rəyinə əsasən, müqavilələrə möhürün vurulması, imzalanması, iddiaçının atası X9 tərəfindən əqdin faktiki olaraq bəyənilməsi, əqdin həmin dövrdə mübahisələndirilməməsi, onun ölümündən sonra da iddiaçı tərəfindən kommunal xərclər ödənilməsi, heç bir etiraz olmadan cavabdehin mənzildə yaşamağa davam etməsi öz təsdiqini tapmışdır. Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 23 fevral 2016-cı il tarixli Qərarı). İddiaçı iddia tələbinin əsası kimi cavabdeh tərəfindən müqavilə öhdəliklərinin yerinə yetirilməməsi, yəni mənzilə dair ödənilməli olan 102.200 manat məbləğində ödənişin 40.200 manat hissədə ödənilməsinin öz təsdiqini tapması, qalan 40200 manat məbləğində ödənişin təsdiqini tapmaması ilə əsaslandırmağa çalışsa da, məhkəmə qeyd edir ki, müqavilə ətərfi olan sifarişçi tərəfindən qeyd edilən məbləğlərə dair ödənişlər hüquqi şəxsin təsisçisi vəfat edənə qədər icra edilmiş, ekspert rəyi ilə müəyyən edilmiş məsələlər, yəni digər qalan 40 200 AZN məbləğində ödəniş qeydləri - “xx.xx.2007 10 000 (On min) AZN” ödəniş qeyd Rövşən Rüstəmov tərəfindən deyil, digər şəxs tərəfindən imzalanmaqla mətni sonradan müqavilənin həmin hissəsinə əlavə edilmiş, “xx.xx.2007 13 700 (On üç min yeddi yüz) AZN” ödəniş qeydi sonradan müqavilənin həmin hissəsinə əlavə edilmiş, “xx.xx.2008 2000 (İki min) AZN” və “xx.xx.2009 5000 (Beş min) AZN” ödəniş qeydlərini təsdiq edən hər hansı imza olmamış, “xx.xx.2008 5000 (beş min) AZN” və “xx.xx.2008 4500 (dörd min beş yüz) AZN” qarşısında olan imzaların yararsız olduğundan imza müəllifini müəyyən edilməməsinin mümkün olmaması özlüyündə cavabdehin həmin ödənişləri yerinə yetirməməsi halını təsdiq etmir. Belə ki, iddiaçının nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında hüquqi şəxsin möhürünün təsisçi tərəfindən məsul katibə təhvil verildiyini, mərhum Rövşən Rüstəmovun sağlığında cavabdehin ödənişləri etməməsi səbəbi ilə tələb irəli sürülməsi barədə məlumatlı olmamasını, məsul katibə möhürün verilməsinin qanuniliyi ilə bağlı hər hansı sübut olmadığını etiraf etmiş, məsul şəxs barəsində iddiaçı tərəfindən saxtakarlığa yol verilməsi əsası ilə hüquq mühafizə orqanlarına müraciət edilməmiş, cavabdehin izahatında qeyd etdiyi halla birbaşa və dolayı əlaqəsinin olmasına dair hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. İddiaçının müqavilənin ləğv edilməsinin hüquqi əsası kimi irəli sürdüyü hallara, həmçinin iddiaçının iddia müddəti ilə bağlı məsələlərə artıq yuxarı instansiya məhkəmələrinin qanuni qüvvəyə minmiş qərarlarında hüquqi qiymət verilmişdir. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələbinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Mülki Prosessual Məcəllə məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. İşin mübahisəsiz hallarından müəyyən olunur ki, ünvan 1 ünvanında yerləşən tikili "xxxx" MMC-nin mülkiyyətindədir. Cəmiyyətin nizamnamə kapitalından 18 pay mərhum X8 məxsus olmuş, 08 aprel 2021-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”yə əsasən vərəsələri oğlu - X2 və qızı - İddiaçı hər biri miras əmlak kimi "xxxx" MMC-dən mərhum X8 məxsus 18 paydan 1/4 irs almışdır. Müqavilədə möhürün həqiqiliyi təsdiq edildiyi halda, mənzilin təhvil verildiyi, fasiləsiz istifadə, sahibliyində olan cavabdeh tərəfindən mənzilə dair ödənişlərin hüquqi şəxs tərəfindən müvafiq səlahiyyət verilməyən şəxs tərəfindən qəbul edilməsi, hüquqi şəxsin adından saxta imza edilməsi və ya imzanın həqiqliyinin müəyyən edilməməsi, eyni sənədin saxta olması müqavilədə ödənilməsi əks olunan ödənişlərin cavabdeh tərəfindən edilməməsi halının təsdiq edilmədiyi barədə birmənalı qənaətə gəlməyə əsas vermir. Belə ki, mütəmadi ödənişləri yerinə yetirən sifarişçinin həmin ödənişləri müqavilə tərəfi olan hüquqi şəxslə aralarında yaranmış etimad nəticəsində hüquqi şəxs tərəfindən məsul edilmiş şəxsə edilməsi işin araşdırılan halları ilə öz təsdiqini tapır. Oxşar vəziyyətlərdə fiziki şəxslərlə müqayisədə hüquqi şəxslərin üzərinə öz statusuna görə daha böyük məsuliyyət düşür. Belə ki, hüquqi şəxslər mülki dövriyyənin daha mütəşəkkil subyekti olmaqla öz üzvləri tərəfindən seçilən (təyin edilən) təmsilçiyə, icra və nəzarət orqanlarına, hüquq münasibətlərinə rəsmi forma verən möhürə və rekvizitlərə, o cümlədən təsis sənədlərinin və digər zəruri rekvizitlərin saxlanmasına maddi məsul olan şəxslərə malikdir. Hüquqi şəxsin möhürə malik olması onunla hüquq münasibətinə daxil olan fiziki və ya digər hüquqi şəxsdə ona təqdim edilmiş sənədlərin rəsmi xarakterə malik olması barədə əminlik yaradır. Bu zaman sənədin möhürlə təsdiq edildiyini görən şəxs həmin sənədin mötəbərliyini və səlahiyyətli şəxs tərəfindən imzalandığını güman etməkdə haqlıdır. Çünki, bir qayda olaraq, möhürün saxlanmasına məsul olan şəxs məhz sənədə hüquqi şəxsin adından imza etmək (təmsilçilik) səlahiyyətinə malik olan şəxs olur. Beləliklə, öz möhürü ilə təsdiq edilmiş sənədi mübahisələndirən hüquqi şəxs sənədin tərtib edildiyi tarixdə möhürün oğurlandığı, itirildiyi və ya maddi məsul şəxsin iradəsindən asılı olmayan səbəblərdən üçüncü şəxslərin əlinə keçdiyi və istifadə edildiyi barədə halları sübuta yetirməlidir. İş üzrə mübahisələndirilən müqavilədə olan möhür əksinin mötəbərliyi öz təsdiqini tapır. İddiaçı həmin dövrdə möhürlərin oğurlandığı, itirildiyi və ya maddi məsul şəxsin iradəsindən asılı olmayan səbəblərdən üçüncü şəxslərin əlinə keçdiyi və istifadə edildiyi barədə heç bir sübut təqdim etməmişdir. Digər tərəfdən, müqavilədəki imza da hüquqi şəxsin rəhbəri qismində çıxış edən X9 tərəfindən icra olunmuş, müqavilə imzalandıqdan sonra hüquqi şəxsin rəhbəri tərəfindən möhürlə təsdiq edilməsi o mənaya gəlir ki, hüquqi şəxs həmin müqaviləni bəyənmişdir. Yaxud, əgər hüquqi şəxsin qanuni təmsilçisi imzalanmamış müqaviləni qabaqcadan öz möhürü ilə təsdiq etmişdirsə, yenə də o, hər hansı şəxs (ixtiyarlı və ya ixtiyarsız) tərəfindən imza ediləcəyini öncədən nəzərə alaraq müqaviləni, o cümlədən onu imzalayacaq şəxsin imzasını öncədən təsdiq etmiş (bəyənmiş), müqavilə imzalandığı andan qüvvəyə minmişdir, əski halda sağlığında ödənilməmiş ödənişlər üçün iddia tələbi ilə irəli sürülərdi. Göründüyü kimi, həm müqavilə bağlanan zaman tərəflərin hərəkətləri, həm müqavilədən sonrakı müddət ərzində cavabdehin mənzilə yiyələnməklə faktiki sahibliyi həyata keçirməsi, ödənişlərin edilməməsi əsası ilə ona qarşı iddianın irəli sürülməməsi, ödnişlərdə və müqavilədə qeyd edilən natamamlıqlarda cavabdehin birbaşa və dolayı əlaqəsinin olmasının öz təsdiqini tapmaması, onu deməyə əsas verir ki, cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklərin pozulması, 40200 manat hissədə ödənişin ödənilməməsi öz təsdiqini tapmır. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, İddiaçı Cavabdeh qarşı “müqavilənin ləğv edilməsi, mənzildən çıxarılma, mənzilin boşaldılması, mənzilin təhvil verilməsi və vurulmuş mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. V. Nəticə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq,
QƏT ETDİ:
İddiaçı Cavabdeh qarşı “müqavilənin ləğv edilməsi, mənzildən çıxarılma, mənzilin boşaldılması, mənzilin təhvil verilməsi və vurulmuş mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Ödənilmiş 100 (yüz) manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Elnarə Vəliyeva