Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-5451/2020 27.10.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Ağazadə Səbinə Əjdər qızının katibliyi, İddiaçı ASC “xxxxxxxxxxxxxxxxxx” Sığorta Şirkətinin etibarnamə əsasında nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC “xxxxxxxxxxxxxxxxxx” Sığorta Şirkəti cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “subroqasiya qaydasında pul tələbi barədə” iddia ərizəsi üzrə mülki işə Bakı şəhərində, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı ASC “xxxxxxxxxxxxxxxxxx” Sığorta Şirkəti cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “subroqasiya qaydasında pul tələbi barədə”iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ASC “xxxxxxxxxxxxxxxxxx” Sığorta Şirkəti tərəfindən ödənilmiş 1585 (bir min beş yüz səksən beş) manat məbləğində sığorta ödənişinin və ödənilmiş 30,40 (otuz manat 40 qəpik) manat dövlət rüsumunun, ümumilikdə 1615,40 (bir min altı yüz on beş manat 40 qəpik) manat məbləğində pulun ASC “xxxxxxxxxxxxxxxxxx” Sığorta Şirkətinin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, ASC “xxxxxxxxxxxxxxxxxx” Sığorta şirkəti tərəfindən ABFB-00221 №li şəhadətnamə ilə Kasko (nəqliyyat vasitələrinin sığortası) üzrə sığortalanmış 10ZS864 dövlət qeydiyyat nişanlı “xxxxxxxxxxxxxxxxx” minik markalı avtomobil ilə Cavabdeh2 məxsus və Cavabdeh1 tərəfindən idarə olunan 90GV345 dövlət qeydiyyat nişanlı VAZ-21074 minik markalı avtomobil xx.xx.2010-cu il tarixində toqquşmuşdur. BDYPİ-nin 15/7078 saylı xx.xx.2010-cu il tarixli Arayışına əsasən Cavabdeh1 zərərvuran kimi müəyyən edilmiş və Qaradağ rayon Məhkəməsinin 3(002)- 591/2010 saylı, xx.xx.2010-cu il tarixli qərarı üzrə AR İnzibati Xətalar Məcəlləsinin 151.5-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmişdir. Baş vermiş yol nəqliyyat hadisəsi zamanı 10ZS864 dövlət qeydiyyat nişanlı “xxxxxxxxxxxxxxxxx” minik markalı avtomobilə maddi ziyan dəymişdir. F/Ş Mirzəyev A. “Azinterservis” tərəfinfən verilən xx.xx.2010-cu il tarixli Qüsur aktına əsasən dəymiş maddi zərərin ümumi məbləği 1975 manat dəyərində müəyyənləşdirilmişdir. Sığorta şəhadətnaməsində qeyd edilən azadolma məbləği tətbiq edilməklə 1585 manat məbləğində sığorta ödənişi şirkətləri tərəfindən 1361 №li xx.xx.2011-ci il tarixli Məxaric xəzinə orderinə əsasən zərərçəkənə ödənilmişdir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməsi, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ASC “xxxxxxxxxxxxxxxxxx” Sığorta Şirkəti tərəfindən ödənilmiş 1585 (bir min beş yüz səksən beş) manat məbləğində sığorta ödənişinin və ödənilmiş 30,40 (otuz manat 40 qəpik) manat dövlət rüsumunun, ümumilikdə 1615,40 (bir min altı yüz on beş manat 40 qəpik) manat məbləğində pulun ASC “xxxxxxxxxxxxxxxxxx” Sığorta Şirkətinin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının etibarnamə əsasında nümayəndəsi X4 iddia tələbini müdafiə edərək və iddia ərizəsində qeyd olunanlara uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə hazırlıq iclasında iştirak edən Cavabdeh2 bildirmişdir ki, iddianı qəbul etmir, o, avtomobili satıb. Hadisə barədə məlumatı yoxdur. Məhkəmə hazırlıq iclasında iştirak edən Cavabdeh1 iddia tələbini qəbul etməmiş, bildirmişdir ki, hadisə 10 il əvvəl olmuş, onun barəsində inzibati protokol tərtib edilmiş, o, pulu ödəmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 821937 nömrəli protokoldan və Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 3(002)-591/2010 saylı, xx xxxxxx 2010-cu il tarixli qərarının surətindən görünür ki, xx xxxxxx 2010-cu il tarixdə, saat 17:50-də Cavabdeh1 etibarnamə əsasında idarə etdiyi “VAZ-21074” markalı, AZ **-GV-*** dövlət qeydiyyat nişanlı avtomaşınla “X7” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 3-cü bəndinin tələblərini pozaraq Bakı-Astara yolunun 15-ci km-də Bakı şəhəri istiqamətində surətdən və hərəkət şəraitindən asılı olaraq ara məsafəsini düzgün seçməmiş, nəticədə qarşısında olan “Mitsubishi” markalı, AZ **-NZ-*** dövlət qeydiyyat nişanlı avtomaşın surətini kəskin azaltdıqda onunla toqquşmuşdur. Hadisə zamanı xəsarət alan olmamışdır. Bununla da Cavabdeh1 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 151.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş, 100 manat cərimə olunmuşdur. İş materiallarında olan xx.xx.2010-cu il tarixli F/Ş Mirzəyev A.“Azinterservis” tərəfindən tərtib edilmiş Nöqsan Aktından görünür ki, sözügedən yol-nəqliyyat hadisəsi zamanı “Mitsubishi Lanser” markalı **-ZS-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər cəmi 1975 manat həcmində müəyyən edilmişdir. İş materiallarında olan nəqliyyat vasitəsinin sığorta şəhadətnaməsindən görünür ki, X2 “xxxxxxxxxxxxxxxxx” markalı, ** ZS *** dövlət qeydiyyat nişanlı avtomobili ASC “xxxxxxxxxxxxxxxxxx” Sığorta Şirkətində ASC-də Kasko növü ilə sığortalanmışdır. İş materiallarında olan xx.xx.2010-cu il tarixli, 4774 saylı sığorta aktından görünür ki, ASC “xxxxxxxxxxxxxxxxxx” Sığorta Şirkəti tərəfindən xx.xx.2010-cu il tarixli sığorta hadisəsi nəticəsində dəymiş 1975 manat zərər üçün “xxxxxxxxxxxxxxxxx” markalı, **-ZS- *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi X3 350 manat azadolma məbləği və 40 manat natamam sığorta səbəbi ilə tutulan məbləğ nəzərə alınmaqla 1585 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. İş materiallarında olan xx.xx.2010-cu il tarixli, 4774 saylı Sığorta aktından görünür ki, X2 “xxxxxxxxxxxxxxxxx” markalı, ** ZS *** dövlət qeydiyyat nişanlı avtomobili ASC “xxxxxxxxxxxxxxxxxx” Sığorta Şirkətində ASC-də Kasko növü ilə sığortalanmışdır. İş materiallarında olan xx xxxxxx 2011-ci il tarixli məxaric xəzinə orderindən görünür ki, ASC “xxxxxxxxxxxxxxxxxx” Sığorta Şirkəti tərəfindən xx.xx.2010-cu il tarixli, 4774 saylı Sığorta aktına əsasən “xxxxxxxxxxxxxxxxx” markalı, **-ZS-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən X3 1585 manat sığorta ödənişi icra edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X8 xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, “VAZ-21074” markalı, **-GV-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2015-ci il tarixdə Cavabdeh2 adından qeydiyyatdan çıxarılaraq özgəninkiləşdirilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli pretenziya məktubundan görünür ki, iddiaçı tərəfindən pretenziya qaydasına əməl edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936-cı maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən, “ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur”. Adı çəkilən Məcəllənin 1108.2-ci maddəsinə görə isə, “yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər”. Belə olan halda məhkəmə hesab edir ki, yüksək təhlükə mənbəyi olan avtomobilin vurduğu zərərin əvəzini ödəmək vəzifəsi avtomobili müvafiq səlahiyyəti olmaqla idarə etmiş Cavabdeh1 öhdəsinə qoyulmalıdır. Digər Cavabdeh2 iddiaçıya münasibətdə mülki hüquq pozuntusu törətməsi müəyyən edilmədiyindən ona aid hissədə iddia rədd edilməlidir. Həmçinin qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə müvafiq olaraq, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınmalı olduğundan, iddiaçı tərəfindən dövlət rüsumu olaraq ödənilmiş 30 manat məbləğində pul və 0,40 manat bank xidmət haqqı da cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Qeyd olunanlara qiymət verərək, məhkəmə hesab edir ki, Cavabdeh1 subroqasiya qaydasında öhdəliklərini icra etmədiyi üçün həmin öhdəliyin icrasını təmin etmək məqsədilə ondan 1585 (bir min beş yüz səksən beş) manat pul vəsaiti, həmçinin hazırkı iddianın qaldırılması ilə əlaqədar dövlət rüsumu kimi dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat məbləğində pul və 0,40 (qırx qəpik) manat bank xidmət haqqı tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh1 1585 (bir min beş yüz səksən beş) manat məbləğində sığorta ödənişi, habelə iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun əvəzi və 0,40 (qırx qəpik) manat bank xidmət haqqı, cəmi 1615,40 (bir min altı yüz on beş manat 40 qəpik) manat məbləğində pul alınaraq iddiaçı ASC “xxxxxxxxxxxxxxxxxx” Sığorta Şirkətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №2(001)-5451/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-5451/2020
27.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver