Məhkəmə qərarları › İş №2(001)-5463/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-5463/2021

25.06.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-5463/2021 25.06.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Mustafayev Etibar Mustafa oğlu, İddiaçı Şəfi qızının cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “pul” tələbi barədə iddia ərizəsini və əlavə olunmuş sənədləri 25 iyun 2021-ci il tarixdə nəzərdən keçirərək, M Ü Ə Y Y Ə N E T D İ M: Dünyamalıyeva X1 Zaur Akif oğluna və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərlə aralarında bağlanmış 04 dekabr 2019-cu il tarixli “mövcud borcun etirafı” haqqında müqaviləsi üzrə yaranmış 60000 manat məbləğində borcun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, ərizə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 149.2 və 149.2.4-cü maddələrinə əsasən, ərizədə müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat göstərilməlidir. - 150.0 və 150.0.7-ci maddələrinə əsasən, iddia ərizəsinə müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd əlavə edilir. - 152.1 və 152.1.6-cı maddələrinə əsasən, müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddia ərizəsinə əlavə edilmiş 04 dekabr 2019-cu il tarixli “mövcud borcun etirafı” haqqında müqavilənin surətindən görünür ki, müqavilədə “gələcəkdə yarana biləcək hər hansı mübahisə tərəflərin qarşılıqlı razılığı əsasında həll olunur. Bu razılıq əldə olunmadıqda mübahisə müvafiq qanunvericiliyə uyğun olaraq məhkəmə tərəfindən həll olunur”. Lakin, hazırkı halda müqavilədə nəzərdə tutulmuş qaydada qarşılıqlı razılığın əldə olunması və mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair heç bir sübut iş materiallarına əlavə edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı Şəfi qızının Cavabdeh2 və Cavabdeh1 qarşı “pul” tələbi barədə iddia ərizəsi və əlavə olunmuş sənədlər geri qaytarılsın. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar