Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-5472/2021 28.10.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əhmədli Fərid Elçin oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi cəlb edilməklə) “qeydiyyat vəsiqəsinin ləğv edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanına dair Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnvertarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən 20 iyul 1999-cu il tarixdə verilmiş (seriya FM 00092 nömrəli, 05 saylı reyestr kitabında 687 səhifə qeydə alma nömrəsi 30/386) qeydiyyat vəsiqəsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, cavabdehlə 1979-cu il tarixində nikaha daxil olmuşdur. Birgə nikahdan 2 övladları - 1980-cı il təvəllüdlü X13 və 1986-cı il təvəllüdlü X17 dünyaya gəlmişdir. O, ünvan 1 ünvanında yerləşən mənzilə gəlin köçmüş və halhazıradək orada övladları ilə birgə yaşayır və pasport qeydiyyatındadırlar. Həmçinin onun oğlu X17 ailəlidir və 3 övladı var. Sözügedən ünvana dair yəni, Bakı şəhəri, ünvan 4 ünvanına dair Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən 20 iyul 1999-cu il tarixdə (seriya FM 000992 nömrəli, 05 saylı reyestr kitabında 687 səhifə qeydə alma № 30/386-li) qeydiyyat vəsiqəsi verilmişdir. Həmin evə dair sənədləşdirmə işlərinin həyata keçirilməsi və ona dair xərclər onun tərəfindən ödənilmişdir. Bundan əlavə, həmin evin Cavabdeh adına mülkiyyətinə keçirilməsi, qeydiyyat vəsiqəsinin alınması, əldə edilməsi üçün o, pul xərcləmişdir, həmin əmlak onunla cavabdehin birgə nikahda olan zaman, 1999- 2007-ci ildə əldə edilmişdir. Göründüyü kimi, mübahisəli ev, habelə evə dair qeydiyyat vəsiqəsi birgə nikah dövründə əldə olunmuşdur. Həmçinin qeyd edir ki, həmin mənzil uzun müddətdir ki, təmir olunmamışdır. 2009-cu ildə mübahisəli mənzil o və onun oğlu X2 ilə təmir olunmuş, sanitariya qovşağı yenidən bərpa olunmuşdur. Mənzilin əsaslı təmir və bərpa işlərinə ümumilikdə 20.000 manat vəsait sərf olunmuşdur. Onun cavabdehlə arasında bağlanmış nikah 26 iyul 2005-ci il tarixində pozulmuşdur. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçı iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verib, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh iddianı qəbul etməyərək bildirdi ki, iddia tələbi əsassız və qanunsuz olduğundan rədd edilməsini xahiş etmiş və eyni zamanda məhkəməyə iddia ərizəsinə etiraz göndərərək, etirazında göstərmişdir ki, göstərilən qeydiyyat vərəqəsinin onun adına olmasına baxmayaraq evdən 24 avqust 2009-cu ildə məcburi çıxdıqda onu vermədilər ki, itirmişlər. Sonra necə oldu meydana çıxdı bilmir. Birgə nikahda olmaqlarının tarixi də iddiaçı tərəfindən səhv göstərilmişdir (2005-ci il). Göstərilən ünvandakı ev onun rəhmətlik atası tərəfindən 1955-ci ildə tikilmişdir. Həmin evə çıxarış vərəqəsi də atasının adına olmuş, yəni o vaxtlar bu xanım heç anadan olmamışdır. Həmin ev indiyə qədər alqı-satqıda olmayıb. Atası rəhmətə gedəndən sonra həmin evdə onunla birgə yaşayan qardaşı X15 qeyri-qanuni yolla evi öz adına keçirərək çıxarış almışdır. O, bunu bildikdən sonra Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, həmin çıxarışın ləğvini tələb etmişdir. Binəqədi Rayon Məhkəməsinin 1999-cu il, 2-327 saylı qətnaməsi ilə həmin çıxarış vərəqəsi ləğv edilərək, evin iki nəfər arasında bərabər bölünməsi barədə qətnamə qəbul edilmişdir. Həmin qətnaməyə əsasən hər ikisi evin 1/2 hissəsinə çıxarış almışlar. Göstərilən ünvandakı ev onun atasının mülkiyyətidir. Həmin xanım bu ünvandakı evə gəlin gəlmişdir. İddiaçının onun atadan qalma mirasına sahib çıxmaq ixtiyarı yoxdur. Onun adına olan çıxarış vərəqəsi onda olmadığına görə dublikat sifariş etməyə məcbur olmuşdur. 110 manat cərimə ödədikdən sonra çıxarışın dublikatını almışdır (Seriya RX № 0409831) Dövlət reyestrində 122 №-li reyestr kitabının 11106 №-li vərəqində qeydiyyata alınmışdır. Mübahisəli evin ona məxsus olması, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 718/18 nömrəli, 10 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə də təsdiq olunmuşdur. Məhkəmə iclasının yeri və vaxtı barədə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, nümayəndəsinin iştirakını məhkəmə iclasında təmin etməmişdir. Məhkəmə işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatlarını dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhər İcra Hakimiyyəti Başçısının X5 və Mülkiyyət Hüquqların qeydiyyat idarəsi tərəfindən verilmiş FM seriyalı, 000992 nömrəli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Bakı küçəsi, 54 nömrəli evin ½ hissəsi Cavabdeh, ½ hissəsi isə X6 mülkiyyətindədir. Bu barədə 20 iyul 1999-cu il tarixdə qeydiyyat aparılmışdır. RX seriyalı ******* nömrəli çıxarışın dublikatından görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, O.Mustafayev küçəsi, 54 nömrəli evin ½ hissəsi mülkiyyət hüququ üzrə Cavabdeh, ½ hissəsi isə X6 adına qeydiyyatdan keçmişdir. AZ-İ seriyalı, 044139 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X11 arasında bağlanmış nikah 26 iyul 2005-ci il tarixdə ləğv edilmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 27 iyul 2021-ci il tarixli, 2(001)- 4652/2021 saylı qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh Bakı şəhəri, ünvan 6 ünvanında yerləşən daşınmaz əmlakın onun mülkiyyətində olan ½ hissəsindən istifadəsinə cavabdehlər İddiaçı və X17 tərəfindən törədilən manelərin aradan qaldırılması qət edilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin məhkəmənin sorğusuna verdiyi 05 oktyabr 2021-ci il tarixli məktubdan aşağıdakılar müəyyən olunur: Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Osman Mustafayev küçəsi, 54 saylı fərdi yaşayış evi keçmiş Kirov rayon X21 İcraiyyə Komitəsinin 60/205 nömrəli 25 may 1984-cü il tarixli qərarına, 424 nömrəli 09 aprel 1984-cü il tarixli forma 2 arayışına, keçmiş Dzerjinski rayon X12 İcraiyyə Komitəsinin 23 nömrəli 14 sentyabr 1955-ci il tarixli protokolundan çıxarışına, (30 aprel 1960-cı il tarixli R-6 nömrəli arxiv arayışına), Bakı şəhəri 3 saylı Dövlət Notariat Kontoru tərəfindən təsdiq edilmiş 11 aprel 1956-cı il tarixli 4741/21 reyestr nömrəli müqaviləyə əsasən 14 iyun 1984-cü il tarixində X4 adına qeydiyyatdan keçmişdir. Sözügedən fərdi yaşayış evi (X3 əmlakı öz adına qeydiyyatdan keçirməmişdir) Bakı şəhəri 27 saylı Dövlət Notariat Kontoru tərəfindən təsdiq edilmiş 07 dekabr 1993-cü il tarixli 19D-4781 reyestr nömrəli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən 21 yanvar 1994-cü il tarixində X6 adına qeydiyyatdan keçmişdir. Binəqədi Rayon Məhkəməsinin 2-683 nömrəli 31 oktyabr 1997-ci il tarixli qərarına əsasən Bakı şəhəri 27 saylı Dövlət Notariat Kontoru tərəfindən təsdiq edilmiş 07 dekabr 1993-cü il tarixli 19D-4781 reyestr nömrəli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və X1 ünvana dair qeydiyyatı etibarsız hesab edilmişdir. Sözügedən fərdi yaşayış evi Bakı şəhəri 27 saylı Dövlət Notariat Kontoru tərəfindən təsdiq edilmiş 29 yanvar 1998-ci il tarixli 2V-12 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsəsən X15 və X7 adlarına 12 fevral 1998-ci il tarixində qeydiyyatdan keçmişdir. Sözügedən fərdi yaşayış evinin X8 məxsus olan hissəsindən 1/2 hissəsi Bakı şəhəri 27 saylı Dövlət Notariat Kontoru tərəfindən təsdiq edilmiş 29 yanvar 1998-ci il tarixli 3M-21 reyestr nömrəli bağışlama müqaviləsinə əsasən 12 fevral 1998-ci il tarixində X7 adına qeydiyyatdan keçmişdir. Sözügedən fərdi yaşayış evi Bakı şəhəri 27 saylı Dövlət Notariat Kontoru tərəfindən təsdiq edilmiş 25 noyabr 1998-ci il tarixli 2V-200 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən 22 dekabr 1998-ci il tarixində Cavabdeh və X7 adlarına qeydiyyatdan keçmişdir. Sözügedən fərdi yaşayış evinin X9 məxsus olmuş hissənin 1/2 hissəsi Bakı şəhəri 27 saylı Dövlət Notariat Kontoru tərəfindən təsdiq edilmiş 25 noyabr 1998-ci il tarixli 3M2- 221 reyestr nömrəli bağışlama müqaviləsinə əsasən 22 dekabr 1998-ci il tarixində Cavabdeh adına qeydiyyatdan keçmişdir. Binəqədi Rayon Məhkəməsinin 2-327 nömrəli 28 aprel 1999-cu il tarixli qətnaməsinə əsasən Bakı şəhəri 27 saylı Dövlət Notariat Kontoru tərəfindən təsdiq edilmiş 29 yanvar 1998-ci il tarixli və 31 yanvar 1998-ci il tarixli vərəsəlik şəhadətnamələri və X6 adına verilmiş 12 fevral 1998-ci il tarixli 30/154 nömrəli qeydiyyat vəsiqəsi etibarsız hesab edilmiş, sözügedən fərdi yaşayış evinə dair Cavabdeh və X15 bərabər hüquqlu vərəsə kimi tanınmışdır. Sözügedən fərdi yaşayış evinin 1/2 hissəsi Bakı şəhəri 27 saylı Dövlət Notariat Kontoru tərəfindən təsdiq edilmiş 25 avqust 2009-cu il tarixli 2v-190 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən 14 oktyabr 2009-cu il tarixində Cavabdeh adına qeydiyyatdan keçmişdir. Hazırda sözügedən fərdi yaşayış evinin 1/2 hissəsi Cavabdeh, 1/2 hissəsi X6 mülkiyyətlərindədir. Məhkəmə qeyd edir ki, Mülkiyyət hüququ hamılıqla tanınan əsas hüquqdur və ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl dəyərlərindən biri hesab olunur. Mülkiyyət hüququ ümumbəşəri dəyər kimi İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsində, habelə “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində öz əksini tapmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİİ hissəsinə əsasən, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində qeyd edilir ki, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göründüyü kimi, MPM-in 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, hazırki iş üzrə tərəflər keçmiş ər-arvad olmuşdur. Belə ki, onlar arasında olan nikah 2005-ci ildə ləğv edilmişdir. Həmçinin müəyyən olundu ki, mübahisəli əmlak cavabdehin atasının mülkiyyətində olmuş, daha sonra Binəqədi Rayon Məhkəməsinin 2-327 nömrəli 28 aprel 1999-cu il tarixli qətnaməsinə əsasən sözügedən fərdi yaşayış evinə dair Cavabdeh və X15 bərabər hüquqlu vərəsə kimi tanınmış və mübahisəli əmlakın ½ hissəsi mükiyyət hüququ ilə Cavabdeh, ½ hissəsi X6 adına qeydiyyata alınmışdır. Hazırda iddiaçı cavabdehin mülkiyyət hüququnu təsdiq edən sənədin ləğv edilməsini xahiş edir, cavabdeh isə iddiaya etiraz edir. Göründüyü kimi, Binəqədi Rayon Məhkəməsinin 28 aprel 1999-cu il tarixli qanuni qüvvəyə minmiş qətnaməsinə cavabdehin mübahisəli əmlaka vərəsəlik hüququ tanınmış və bu qətnamə əsasında cavabdeh həmin əmlaka mülkiyyət hüququnu dövlət qeydiyyatına aldırmışdır. Hazırda iddiaçı qeyd olunan evin onun tərəfindən təmir edilməsini, mülkiyyət hüququnu təsdiq edən sənədlərin əldə edilməsi üçün çəkilmiş xərclərin onun tərəfindən ödənilməsini, onun ailəsi ilə birlikdə həmin evdə yaşamasını əsas gətirərək cavabdehin mülkiyyət hüququnu təsdiq edən FM seriyalı, 000992 nömrəli qeydiyyat vəsiqəsinin ləğv edilməsini xahiş etsə də, məhkəmə hesab edir ki, qeyd olunan dəlillər cavabdehin mülkiyyət hüququnu təsdiq edən FM seriyalı, 000992 nömrəli qeydiyyat vəsiqəsinin ləğv edilməsi üçün əsas ola bilməz. Ona görə də məhkəmə belə qənaətə gəlir ki, iddia əsassız hesab edilməli və təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Eyni zamanda məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi cəlb edilməklə) “qeydiyyat vəsiqəsinin ləğv edilməsi” tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №2(001)-5472/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-5472/2021
28.10.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver