Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-5483/2022 19.08.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Mustafayev Etibar Mustafa oğlu, İddiaçı Cavabdeh1 Əlibaba qızına Cavabdeh2 və Cavabdeh3 qarşı “pul tələbi”nə dair iddia ərizəsini və əlavə olunmuş sənədləri məhkəmənin inzibati binasında nəzərdən keçirərək, M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı Cavabdeh1 Əlibaba qızına Cavabdeh2 və Cavabdeh3 qarşı ümumilikdə 25515 manat məbləğində pulun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, təqdim edilmiş iddiadan belə müəyyən olunur ki, iddia qiymətləndirilən iddia olmaqla 25515 manat məbləğində pulun cavabdehlərdən tutulması ilə bağlıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci, 8.1-ci və 8.1.3cü maddələrinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə: iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu tutulmalıdır. Göründüyü kimi 25515 manat məbləğində pulun tələb edilməsi üçün 166,54 manat məbləğində dövlət rüsumu ödənilməlidir. Lakin hazırkı halda ərizəyə əlavə edilmiş (“Exspressbank ASC”-yə ödənilmiş, qəbzin nömrəsi 9********) qəbzdən görünür ki, 100 manat məbləğində rüsum ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.5-ci maddəsinə əsasən, iddia ərizəsinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilmədikdə hakim ərizəni və ona əlavə edilmiş sənədləri geri qaytarır. Hazırki iddia ərizəsində qoşma olaraq dövlət rüsumunun ödənilməsinə dair qeyd edilsə də, həmin qəbz ərizəyə qoşma edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİM: İddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №2(001)-5483/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-5483/2022
19.08.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver