Məhkəmə qərarları › İş №2(001)-5503/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-5503/2022

29.11.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-5503/2022 29.11.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi, Məhkəmə iclas katibi X1, İddiaçı İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 qarşı “reqres qaydasında pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “reqres qaydasında pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun tərəfindən banka ödənilmiş 3233,78 manat məbləğində pulun Cavabdeh1, dəymiş ziyanın əvəzi olaraq isə digər Cavabdeh2 250 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmiş və iddia tələbini onunla əsaslandırmışdır ki, Qazax Rayon Məhkəməsinin 2(023)-694/2020 saylı, xx.xx.2020-ci il tarixli icra vərəqəsinə əsasən iddiaçıdan və Cavabdeh1 müştərək qaydada 2645,31 manat əsas borc, 588,47 manat faiz borcu olmaqla, cəmi 3233,78 manat məbləğində pulun "xxxx" QSC BOKT-un xeyrinə tutulması qət edilmişdir. Həmin qətnamənin icrası ilə əlaqədar borc əsas borcludan deyil, iddiaçının, yəni zaminin maaşından tutulmuşdur. Digər Cavabdeh2 həmin şəxsə zamin dayanmağı xahiş etmiş, borcu ödəmədiyi təqdirdə isə özü tərəfindən borcun ödəniləcəyi bildirilmiş və bu yolla onu aldatmışdır. Öhdəlik iddiaçı-zamin tərəfindən yerinə yetirildikdən, o, mövcud iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. xx.xx.2022-ci il tarixdə iddiaçı məhkəməyə iddia tələbinin dəyişdirilməsi barədə ərizə ünvanlayaraq, Cavabdeh2 ilə aralarında barışıq olduğundan, ona münasibətdə iddia tələbinin olmadığını, digər Cavabdeh1 3800 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, tələbin təmin edilməsini məhkəmədn xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə keçirilən məhkəmə iclasında heç bir üzrlü səbəb göstərmədən iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Qazax Rayon Məhkəməsinin 2(023)-694/2020 saylı, xx.xx.2020-ci il tarixli icra vərəqəsinə əsasən, Cavabdeh1 və İddiaçı müştərək qaydada 2645,31 manat əsas borc, 588,47 manat faiz borcu olmaqla, cəmi 3233,78 manat məbləğində pulun və ödənilmiş 30 manat dövlət rüsumunun "xxxx" QSC BOKT-un xeyrinə tutulması qət edilmişdir. - Tərtər Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2021-ci il tarixli qərarında əsasən, tələb, yəni 3263,78 manat borcun İddiaçı əmək haqqının 30%-nə yönəldilərək tutulan əsas borcun tələbkar "xxxx" QSC BOKT-un bank hesabına ödənilməsi, qərarın icrasının “X4” MMCnin rəhbərliyinə tapşırılması qərara alınmışdır. - "xxxx" ASC tərəfindən verilmiş ödəniş barədə çıxarışlarından müəyyən edilir ki, 2(023)- 694/2020 saylı, xx.xx.2020-ci il tarixli məhkəmə qətnaməsinə əsasən İddiaçı əmək haqqısından 2022-ci ilin fevral ayından 2022-ci ilin noyabr ayına kimi hər ay bankın xeyrinə 3282,86 manat məbləğində pul tutulmaları olmuşdur. - “X3 Edilməsi Agentliyi” MMC tərəfindən zamin İddiaçı və borcalan Cavabdeh1 ünvanlanmış məktubda və hesabdan çıxarışdan görünür ki, ümumilikdə 3636,99 manat məbləğində kredit borcu tam ödənilmiş və hal-hazırda kredit müqaviləsi üzrə cavabdehlərin "xxxx" QSC-yə heç bir borcu yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. - 470.2-ci maddəsinə əsasən zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər. - 475.1-ci maddəsinə əsasən öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. - 475.2-ci maddəsinə əsasən zamin öhdəliyi icra etdikdən sonra kreditor borcluya qarşı tələbi təsdiqləyən sənədləri zaminə təqdim etməyə və həmin tələbi təmin edən hüquqları verməyə borcludur. - 475.3-cü maddəsinə əsasən bu maddədə müəyyənləşdirilmiş qaydalar bu Məcəllədə və ya zaminin borclu ilə müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda və onlar arasında münasibətlərdən ayrı qayda irəli gəlmədikdə tətbiq edilir. Beləliklə, Məhkəmə hesab edir ki, İddiaçı iddia tələbi qismən təmin edilməli, zamin tərəfindən borclunun əvəzinə kreditora ödənilmiş 3263,78 manat pul cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin: - 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. - 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Lakin iddiaçı iddia ərizəsində ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsini tələb etmədiyindən, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh1 3263,78 (üç min iki yüz altmış üç manat yetmiş səkkiz qəpik) manat pul məbləği tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar