Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-5511/2021 30.08.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X92 oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdeh1, Cavabdeh2nə (MTK) və Cavabdeh3 qarşı gecikdirilmiş pul məbləğinə görə vurulmuş maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı qəyyumu X80 vasitəsi ilə məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh1 onun (X7 vərəsəsi) xeyrinə gecikdirilmiş pul məbləğinə görə 47950 manat məbləğində, əldən çıxmış faydaya görə 35000 manat məbləğində, mənəvi zərərə görə 10000 manat məbləğində pulun pulun tutulması, tutulacaq pul məbləğlərinin ödənilməsinin Cavabdeh3 adına rəsmiləşdirilmiş Cavabdeh2 MTK-ya məxsus olan ünvan 1 ünvanında inşa edilmiş 16 mərtəbəli binanın 1 və 2-ci mərtəbələrində yerləşən ümumi sahəsi 890 kv.m olan qeyri-yaşayış sahəsinə yönəldilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Vəkil iddianı müdafiə etdiyini bildirərək izahatında göstərdi ki, Cavabdeh1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 308.2 və 313-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin 09 sentyabr 2016-cı il (İş № 1(101 )-334/l6) tarixli hökmündən görünür ki, Cavabdeh2 MTK-nın sədri vəzifəsini icra etmiş X90 ilə 07 avqust 2013-cü ildə bağlanılmış alğı-satqı müqaviləsinə, əsasən mənzil satmaq adı ilə bir neçə şəxsdən, o cümlədən mərhum X4 180.000 manat məbləğində pulu dələduzluq yolu ilə ələ keçirmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 09 sentyabr 2016-cı il tarixli (İş № 1(101 )-334/16) hökmü ilə Cavabdeh1 qarşı zərərəçəkmiş şəxslərin mülki iddiaları qismən təmin olunmuşdur. Həmin hökmlə Cavabdeh1 137.000 manat pulun alınaraq X13 ödənilməsi qərara alınmışdır. Lakin Cavabdeh1 göstərilən pul məbləğlərini həmin vaxtdan 7 il keçməsinə baxmayaraq hələ də qaytarmamışdır. Həmin hökmlə Binəqədi Rayon Məhkəməsinin 27 fevral 2015-ci il tarixli qərarı ilə Cavabdeh3 adına rəsmiləşdirilmiş Cavabdeh2MTK-ya məxsus olan ünvan 1 ünvanında inşa edilmiş 16 mərtəbəli binanın 1 və 2-ci mərtəbələrində yerləşən, ümumi sahəsi 890 kv.m olan qeyri-yaşayış sahəsinin üzərinə qoyulmuş həbs və Binəqədi Rayon Məhkəməsinin 19 fevral 2015-ci il tarixli qərarı ilə X53 adına olan Bakı şəhəri, T.Ulyançev küçəsində yerləşən 13 saylı evin 16-17, 19 saylı mənzillərin üzərinə qoyulmuş həbs götürülmüşdür. Bakı Apelyasiya Məhkəməsinin 1(103)-790/2019 saylı, 13 iyun 2019-cu il tarixli qərarı ilə Binəqədi Rayon Məhkəməsinin 27 fevral 2015-ci il tarixli qərarı ilə Cavabdeh3 adına rəsmiləşdirilmiş Cavabdeh2 MTK-ya məxsus olan ünvan 1 ünvanında inşa edilmiş 16 mərtəbəli binanın 1 və 2-ci mərtəbələrində yerləşən, ümumi sahəsi 890 kv.m olan qeyri-yaşayış sahəsinin üzərinə qoyulmuş həbs və Binəqədi Rayon Məhkəməsinin 19 fevral 2015-ci il tarixli qərarı ilə X53 adına olan Bakı şəhəri, T.Ulyançev küçəsində yerləşən 13 saylı evin 16-17, 19 saylı mənzillərin üzərinə qoyulmuş həbs bərpa edilmiş və zərərəçəkmişlərə vurulmuş maddi ziyanın ödənilməsi həmin mənzillərə yönəldilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsi bu iş üzrə 1(101)-334/2016 saylı, 09 sentyabr 2016-cı il tarixli icra vərəqəsini 26 iyul 2019-cu il tarixdə vermişdir. Bakı şəhəri Nərimanov rayon icra və probasiya şöbəsi Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-334/2016 saylı 09 sentyabr 2016-cı il tarixli icra sənədi üzrə 26 avqust 2019-cu il tarixdə icrata başlamaq haqqında qərar qəbul etmiş, lakin iddia tələbləri bugünədək ödənilməmişdir. Bununla cavabdeh tərəfindən hər bir iddiaçıya böyük məbləğdə maddi və mənəvi zərər vurulmuşdur. Cavabdehin öz öhdəliklərini icra etməməsi səbəbindən hesab edirlər ki, onların iddia ərzəsi ilə məhkəməyə müraciət edənədək, yəni 2021-ci ilin iyun ayınadək əldə edə biləcəyi gəlirdən (fayda), yəni həmin məbləğin və ya onun dəyərində əldən çıxmış fayda olaraq onlara ziyan vurmuşdur. Məhkəmənin hökmü ilə təmin olunmuş mülki iddia tələbləri Cavabdeh1 tərəfindən bugünədək ödənilmədiyindən, həmin vaxtdan, yəni 2016-cı ilin sentyabr ayından bu günədək kecikdirilmiş 7 ilə hər il üçün beş faiz, əldən çıxmış fayda və vurulmuş mənəvi zərərin əvəzini cavabdeh onlara ödəməlidir. Cavabdehdə olan pul məbləğləri həmin vaxtdan onlarda olsaydı həmin pulla yeni işlər qurar, iş və ailə həyatlarında faydalanar və gəlirlər əldə edərdilər. Ona görə də cavabdehdən gecikdirilmiş pul məbləğinə görə dəymiş zərərin əvəzi, əldən çıxmış fayda və dəymiş mənəvi zərərin əvəzi alınaraq iddiaçıya ödənilməlidir. Cavabdeh1 onlara vurmuş olduğu maddi və mənəvi zərərin əvəzi olaraq ödəniləcək pul məbləğləri Cavabdeh3 adına rəsmiləşdirilmiş Cavabdeh2 MTK-ya məxsus olan ünvan 1 ünvanında inşa edilmiş 16 mərtəbəli binanın 1 və 2-ci mərtəbələrində yerləşən, ümumi sahəsi 890 kv.m olan qeyri yaşayış sahəsinə yönəldilməlidir. İddiaçı 137000 manata görə bir il - 5% = 6850 x 7il= 47950 manat, əldən çıxmış fayda 35000 manat, mənəvi zərərə 10000 manat ödəməlidir. Elmira Nəzərli cavabdeh tərəfindən ona vurulmuş külli miqdarda maddi zərər görə ağır mənəvi və psixoloji sarsıntı keçirmiş, uzun müddət xəstə yatdıqdan sonra vəfat etmişdir. Eləcə də, cavabdehin qanunsuz hərəkətləri və ələ keçirdiyi pul məbləğilərini bugünədək ödəməməsi səbəbindən iddiaçı özü də mənəvi əzab və iztirablara düçar olmuşdur. Belə ki, iddiaçı 1-ci qrup əlildir, əlil arabasına məhkumdur, fiziki qüsurludur. Lakin, əqli geriliyi yoxdur, cazmendir. Cavabdehin qanunsuz hərəkətləri iddiaçının mərhum anasının ağır xəstəliyə düçar olmasına səbəb olmuş, həmin vaxt anası öz xəstəliyi ilə yanaşı iddiaçıya da qulluq etmək məcburiyyətində olmuş, beləliklə onlar çox ağır günlər keçirmişlər. Bütün bu mənəvi zərərin əvəzi cavabdehdən tutulmalıdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 31 may 2021-ci il tarixli, 2(001)-2966/2021 saylı qətnaməsinə əsasən, X46 və digərlərinin Cavabdeh1 və digərlərinə qarşı gecikdirilmiş pul məbləğinə görə vurulmuş maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddiası qismən təmin edilmiş, Cavabdeh1 iddiaçı X46 xeyrinə gecikdirilmiş pul məbləğinə görə 17.457,9 (on yeddi min dörd yüz əlli yeddi manat, doxsan qəpik) manat və mənəvi zərərə görə 1.000 (bir min) manat olmaqla, cəmi 18.457,9 (on səkkiz min dörd yüz əlli yeddi manat, doxsan qəpik) manat məbləğində vəsaitin tutulması qərara alınmışdır. Həmin qətnamədə qeyd olunmuşdur ki, həmin məbləğ Nəzərli Aslan X1 miras əmlakından 2/1 hissədə pay almalı olduğu nəzərə alınaraq hesablanmış, yəni tutulmalı olan 34.915,8 manat məbləğin 2/1 hissəsi hesablanmışdır. Sonda Vəkil məhkəmədən göstərilənləri nəzərə alıb iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehlər məhkəməyə gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmiş, iddiaya yazılı münasibətlərini bildirməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının cavabdehlərin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdırıb toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - 29 yanvar 2020-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, 03 noyabr 2018-ci il tarixdə ölmüş X8 vərəsəsi ünvan 2 ünvanında qeydiyyatda olan İddiaçı və X80 miras əmlakdan hər biri ½ hissədə pay almalıdırlar. Şəhadətnamə verilən miras əmlak ƏMDK-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən 06 avqust 2013-cü il tarixdə verilmiş **********23-05301-093055 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 3 ünvanında yerləşən yaşayış sahəsi 84,8 kv.m, yardımçı sahə 56,4 kv.m, ümumi sahəsi 141,2 kv.m olan 139 nömrəli mənzildən ibarətdir. - Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin Başçısının 01 avqust 2019cu il tarixli, 200 nömrəli sərəncamının surətindən görünür ki, xx xxxxxx 1975-ci il təvəllüdlü İddiaçı mülkiyyətlərinə hüququ olmadan qardaşı X80 qəyyum təyin edilmişdir. - Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 31 may 2021-ci il tarixli, 2(001)- 2966/2021 saylı qətnaməsinə əsasən, X46 və digərlərinin Cavabdeh1 və digərlərinə qarşı gecikdirilmiş pul məbləğinə görə vurulmuş maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddiası qismən təmin edilmiş, Cavabdeh1 iddiaçı X46 xeyrinə gecikdirilmiş pul məbləğinə görə 17.457,9 (on yeddi min dörd yüz əlli yeddi manat, doxsan qəpik) manat və mənəvi zərərə görə 1.000 (bir min) manat olmaqla, cəmi 18.457,9 (on səkkiz min dörd yüz əlli yeddi manat, doxsan qəpik) manat məbləğində vəsaitin tutulması qərara alınmışdır. Həmin qətnamədə qeyd olunmuşdur ki, həmin məbləğ Nəzərli Aslan X1 miras əmlakından 2/1 hissədə pay almalı olduğu nəzərə alınaraq hesablanmış, yəni tutulmalı olan 34.915,8 manat məbləğin 2/1 hissəsi hesablanmışdır. - Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 31 may 2021-ci il tarixli, 2(001)- 2966/2021 saylı qətnaməsində qeyd olunmuşdur ki, Bakı şəhəri Nərimanov rayon icra və probasiya şöbəsinin 26 avqust 2019-cu il tarixli icraata başlamaq haqqında qərarın surətindən görünür ki, Binəqədi Rayon Məhkəməsinin 27 fevral 2015-ci il tarixli qərarı ilə Cavabdeh3 Məmməd qızının adına rəsmiləşdirilmiş ünvan 1 ünvanda inşa edilmiş 16 mərtəbəli binanın 1 və 2-ci mərtəbələrində yerləşən, ümumi sahəsi 890 kv.m olan qeyriyaşayış sahəsinin üzərinə qoyulmuş həbs və Binəqədi Rayon Məhkəməsinin 19 fevral 2015-ci il tarixli qərarı ilə X53 adına olan Bakı şəhəri, T.Ulyançev küçəsində yerləşən 13 saylı evin 16-17, 19 saylı mənzillərin üzərinə qoyulmuş həbs bərpa edilməli və zərərçəkmişlərə vurulmuş maddi ziyanın ödənilməsi həmin mənzillərə yönəldilməlidir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş 28 yanvar 2020-ci il tarixli qeyri yaşayış sahəsinin qiymətləndirilməsi barədə ekspert rəyinin surətindən görünür ki, Cavabdeh3 istifadəsində olan ünvan 4 ünvanında inşa edilmiş 16 mərtəbəli binanın 1 və 2-ci mərtəbələrində yerləşən qeyri-yaşayış sahəsinin 28 yanvar 2020-ci il tarixinə bazar dəyəri 2.605.000 manat məbləğində müəyyən olunmuşdur. - Bakı Ağır Cinayətlər Məhkəməsinin 09 sentyabr 2016-cı il tarixli, 1(101)- 334/16 nömrəli hökmünün surətindən görünür ki, Cavabdeh1 vəzifəli şəxs kimi tamah niyyətində rəsmi sənədlərə bilə-bilə yalan məlumatları daxil edərək vəzifə saxtakarlığı törətmiş, qeyrisi ilə qabaqcadan razılaşmaqla əlbir olub cinayət əlaqəsinə girərək öz qulluq mövqeyindən istifadə edib aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirmiş, zərərçəkmiş şəxslərə xeyli və külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, xidməti vəzifəsinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib fiziki şəslərin hüquqlarına və qanuni mənafelərinə ağır nəticələrə səbəb olan zərər vurmuşdur. Belə ki, Cavabdeh1 2004-cü ildən Cavabdeh2 MTK-nın sədri vəzifəsində işləyərkən qulluq mövqeyindən istifadə edib və etibardan suiistifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədilə ünvan 13 ünvanında yerləşən yaşayış binasında ümumi sahəsi 121 kv.m olan 39 nömrəli mənzili 27 may 2007ci il tarixli alğı-satqı müqaviləsi əsasənda X63 100.000 manata satmasına baxmayaraq, 07 avqust 2013-cü il tarixdə həmin mənzili yenidən 119.500 manata X81 qanunsuz satıb, həmin pul vəsaitini MTK-nın göstərilən ünvandakı ofisində sonuncudan alaraq, mənzilin Vəfa Xamedə satılması məzmunda tamah niyyəti ilə bilə-bilə yalan məlumatlar daxil etdiyi saxta sənədləri – 07 avqust 2013-cü il tarixli alğı-satqı müqaviləsi, maliyyə arayışı və MTK üzvlərinin iclas protokolundan çıxarışı tərtib edib imzası və MTK-nın möhürü ilə təsdiq edərək (119.500 manat) özgənin külli miqdarda əmlakını öz qulluq mövqeyindən istifadə etməklə, aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirib dələduzluq etmiş, külli miqdarda törədilməklə Vera Volkovaya məxsus mənzilə - əmlaka olan hüquqularını ələ keçirib fiziki şəxsin hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurmasında ifadə olunan əməli ağır nəticlərə səbəb olmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, bundan sonra 2014-cü ilin may ayında həmin mənzili X25 ilə 180.000 manata razılaşıb 80.000 manatını Elmira Nəzərlinin yaşadığı ünvan 6 ünvanında sonuncudan alaraq mənzili Elmira Nəzərliyə satılması barədə məzmununa tamah niyyəti ilə bilə-bilə yalan məlumatlar daxil etdiyi saxta rəsmi sənədləri – 21 may 2012-ci il tarixli alğı-satqı müqaviləsini, maliyyə arayışı və MTK üzvlərinin iclas protokolundan çıxarışı tərtib edib imzası və MTK-nın möhürü ilə təsdiq edərək (80.000 manat) özgənin külli miqdarda əmlakını öz qulluq mövqeyindən istifadə etməklə, aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirərək təkrar dələduzluq etmiş, daha sonra Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal, İİ yaşayış massivindöə inşa etdiyi binasında ümumi sahəsi 112 kv.m olan 85 nömrəli mənzili 29 avqust 2005-ci il tarixli müqavilə ilə X54 27.000 ABŞ dollarına satmasına baxmayaraq, həmin mənzili yenidən 13 dekabr 2013-cü il tarixdə X26 55.000 manata qanunsuz satıb göstərilən məbləğdə pulun ondan MTK-nın ofisində alaraq tamah niyyəti ilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatları daxil etməklə mənzilin sonuncunun övladı X20 adına rəsmişləşdirilməsi niyyəti ilə saxta rəsmi sənədləri - 13 dekabr 2013-cü il tarixli alğı-satqı müqaviləsini, maliyyə arayışını və MTK üzvlərinin iclas protokolundan çıxarışı tərtib edib imzası və MTK-nın möhürü ilə təsdiq edərək Şəhla Niftəliyeva məxsus 55.000 manat məbləğində pulu – özgənin külli miqdarda əmlakını öz qulluq mövqeyindən istifadə etməklə, aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirib təkrarən dələduzluq etmiş və vəzifə saxtakarlığı törətmişdir. Bundan başqa o, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal İİ yaşayış massivindöə inşa edilən binada ümumi sahəsi 108 kv.m olan 116 mənzili 2008-ci ildə X70 60.000 ABŞ dollarına satmasına baxmayaraq, həmin mənzili 05 fevral 2014-cü il tarixdə yenidən 58.800 manata X37 qanunsuz olaraq satıb, sonuncudan həmin pul vəsaitini MTK-nın ünvan 7 ünvanında yerləşən ofisində alaraq mənzil Sevil Musayeva qeyd olunan tarixdə satılması barədə məzmununa tamah niyyəti ilə bilə-bilə yalan məlumatları daxil etdiyi saxta rəsmi sənədləri alğı-satqı müqaviləsini, maliyyə arayışını və MTK üzvlərinin iclas protokolundan çıxarışı tərtib edib imzası və MTKnın möhürü ilə təsdiq edərək ona məxsus 58.800 manat məbləğində külli miqdarda əmlakı öz qulluq mövqeyindən istifadə etməklə, aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirib təkrarən dələduzluq etmiş və vəzifə saxtakarlığı törətmişdir. Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal İİ yaşayış massivində inşa etdiyi binasında ümumi sahəsi 46.8 kv.m olan 19 nömrəli mənzili 26 iyul 2013-cü il tarixli müqavilə ilə X55 40.000 manata satıldığını bildiyi halda, təkrarən özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmə məqsədilə 26 fevral 2014-cü il tarixdə həmin mənzili yenidən 32.000 manata X6 qanunsuz satıb, ondan həmin pul vəsaitini MTK-nın ünvan 8 ünvanında yerləşən ofisində alaraq mənzilin Nailə Əsgərovaya qeyd olunan tarixdə satılması barədə məzmununa tamah niyyəti ilə bilə-bilə yalan məlumatları daxil etdiyi saxta rəsmi sənədləri alğı-satqı müqaviləsini, maliyyə arayışını və MTK üzvlərinin iclas protokolundan çıxarışı tərtib edib imzası və MTK-nın möhürü ilə təsdiq edərək sonuncuya məxsus külli miqdar təşkil edən 32.000 manat məbləğində pulu öz qulluq mövqeyindən istifadə etməklə, aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirib təkrarən dələduzluq etmiş, vəzifə saxtakarlığı törətmiş, külli miqdarda törədilməklə Elxan Abbaslıya məxsus mənzilə əmlaka olan hüquqlarını ələ keçirib fiziki şəxsin hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurmasında ifadə olunan əməli ağır nəticələrə səbəb olmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Həmçinin o, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal İİ yaşayış massivində inşa etdiyi binasında ümumi sahəsi 116 kv.m olan 60 nömrəli mənzili 07 aprel 2006-cı il tarixli müqavilə ilə X47 32.432 manata satmasına baxmayaraq, 12 mart 2014-cü il tarixdə qeyd olunan mənzili yenidən 70.000 manata X15 qanunsuz satıb, həmin pul vəsaitini MTK-nın ünvan 9 ünvanında yerləşən ofisində sonuncudan alaraq mənzilin İltimas Abdullayevə satılması barədə məzmununa tamah niyyəti ilə bilə-bilə yalan məlumatları daxil etdiyi saxta rəsmi sənədləri – 12 mart 2014-cü il tarixli alğı-satqı müqaviləsi və MTK üzvlərinin iclas protokolundan çıxarışı tərtib edib imzası və MTK-nın möhürü ilə təsdiq edərək sonuncuya məxsus 70.000 manat özgənin külli miqdarda əmlakını öz qulluq mövqeyindən istifadə etməklə, aldatma və etibardan suiistifadə etmə yolu ilə ələ keçirib təkrarən dələduzluq etmişdir. ünvan 1 ünvanında yerləşən yaşayış binasında ümumi sahəsi 121 kv.m olan 58 nömrəli mənzili 28 aprel 2007-ci il tarixli müqavilə ilə X21 100.000 manata satıldığı halda, 31 mart 2014-cü il tarixdə göstərilən mənzili yenidən 120.000 manata X15 qanunsuz olaraq satıb sonuncudan həmin pul vəsaitini MTK-nın göstərilən ünvandakı ofisində alaraq mənzilin İltimas Abdullayeva satılması barədə məzmununa tamah niyyətilə bilə-bilə yalan məlumatları daxil etdiyi saxta rəsmi sənədləri-31 mart 2014-cü il tarixli alğı-satqı müqaviləsini, maliyyə arayışı və MTK üzvlərinin iclas protokolundan çıxarışı tərtib edib imzası və MTK-nın möhürü ilə təsdiq edərək sonuncuya məxsus 120.000 manat məbləğində pulu - külli miqdarda özgə əmlakını öz qulluq mövqeyindən istifadə etməklə, aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirib təkrarən dələduzluq etmiş, vəzifə saxtakarlığı törətmişdir. Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal İİ yaşayış massivində inşa etdiyi binasında ümumi sahəsi 116 kv.m olan 53 nömrəli mənzili 03 aprel 2009-cu il tarixli alğı-satqı müqaviləsi ilə X56 65.500 ABŞ dollarına (həmin dövrün məzənnəsi ilə 52.583) sataraq mənzili sonuncunun həyat yoldaşı X9 adına rəsmiləşdirdiyi halda, təkrarən özgənin əmlakını aldama və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmə məqsədilə həmin mənzili yenidən 01 aprel 2014-cü il tarixdə X38 73.000 manata qanunsuz satıb, ondan həmin pul vəsaitini MTK-nın ünvan 10 ünvanında yerləşən ofisində alaraq tamah niyyətilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatları daxil etməklə mənzilin İbadət Əliyevə qeyd olunan tarixdə satılması barədə saxta rəsmi sənədləri - 01 aprel 2014-cü il tarixli alğı-satqı müqaviləsini, maliyyə arayışı və MTK üzvlərinin iclas protokolundan çıxarışı tərtib edib imzası və MTK-nın möhürü ilə təsdiq edərək sonuncuya məxsus külli miqdar təşkil edən 73.000 manat məbləğində pulu öz qulluq mövqeyindən istifadə etməklə, aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirib təkrarən dələduzluq etmiş, külli miqdar törədilməklə Akif Abbasova məxsus mənzilə - əmlaka olan hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurmasında ifadə olunan əməli ağır nəticələrə səbəb olmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, vəzifə saxtakarlığı törətmişdir. ünvan 13 ünvanında yerləşən yaşayış binasında ümumi sahəsi 87.1 kv. m olan 5 nömrəli mənzilin 14 sentyabr 2007-ci il tarixli müqavilə ilə X22 56.000 manata satmasına baxmayaraq, 05 aprel 2014-cü il tarixdə həmin mənzili yenidən 87.000 manata X27 qanunsuz satıb, həmin pul vəsaitini MTK-nın göstərilən ünvanındakı ofisində sonuncudan alaraq, mənzilin Fərid Seyidəliyevə satılması barədə məzmununa tamah niyyətilə bilə-bilə yalan məlumatları daxil etdiyi saxta rəsmi sənədləri - 05 aprel 2014-cü il tarixli alğı-satqı müqaviləsini, maliyyə arayışı və MTK üzvlərinin iclas protokolundan çıxarışı tərtib edib imzası və MTK-nın möhürü ilə təsdiq edərək ona məxus 87.000 manatıözgənin külli miqdarda əmlakını öz qulluq mövqeyindən istifadə etməklə, aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirib təkrarən dələduzluq etmiş, bundan sonra özünün cinayət əməllərini davam etdirərək eyni niyyətlə həmin mənzili 08 may 2014-cü il tarixli müqavilə ilə 90.000 manata X16 qanunsuz satıb, həmin pul vəsaitini MTK-nın göstərilən ünvanındakı ofisində sonuncudan alaraq, mənzilin Elmira Nəzərliyə satılması barədə məzmununa tamah niyyətilə bilə-bilə yalan məlumatları daxil etdiyi saxta rəsmi sənədləri - 08 may 2014-cü il tarixli müqaviləsini, maliyyə arayışı və MTK üzvlərinin iclas potokolundan çıxarışı tərtib edib, imzası və MTK-nın möhrürü ilə təsdiq edərək ona məxsus 90.000 manatı - özgənin külli miqdarda əmlakı öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirib təkrarən dələduzluq etmiş, bundan əlavə eyni məqsədlə həmin mənzili 17 may 2014-cü il tarixdə yenidən 88.000 manata X28 qanunsuz satıb həmin pul vəsitini MTK-nın göstərilən ünvanındakı ofisində sonuncudan alaraq mənzilin Sarvan Mahmudova satılması barədə məzmununa tamah niyyətilə bilə-bilə yalan məlumatları daxil etdiyi saxta rəsmi sənədləri - 17 may 2014-cü il tarixli alğı-satqı müqaviləsini, maliyyə arayışı və MTK üzvlərinin iclas protokolundan çıxarışı tərtib edib imzası və MTK-nın möhürü ilə təsdiq edərək ona məxus 88.000 manatı-özənin külli miqdarda əmlakını öz qulluq mövqeyindən istifadə etməklə, aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirib təkrarən dələduzluq etmiş, daha sonra eyni niyyətlə 19 may 2014-cü il tarixdə qeyd olunan mənzili yenidən 94.000 manata X39 qanunsuz satıb, həmin pul vəsaitini MTK-nın göstərilən ünvanındakı ofisində sonuncudan alaraq mənzilin Ələkbər Abbaslıya satılması barədə məzmununa tamah niyyətilə bilə-bilə yalan məlumatları daxil etdiyi saxta rəsmi sənədləri-19 may 2014-cü il tarixli müqaviləsini, maliyyə arayışı və MTK üzvlərinin iclas potokolundan çıxarışı tərtib edib imzası və MTK-nın möhrürü ilə təsdiq edərək ona məxsus 94.000 manatı-özgənin külli miqdarda əmlakı öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan suiistifadə etmə yolu ilə ələ keçirib təkrarən dələduzluq etmişdir. ünvan 1 ünvanında tikintisi aparılan yaşayış binasında ümumi sahəsi 121 kv.m olan 3 otaqlı 70 nömrəli mənzili 15 oktyabr 2007-ci il tarixli müqavilə ilə X17 100.655 manata satmasına baxmayaraq, 23 aprel 2014-cü il tarixdə qeyd olunan mənzili yenidən Əli-zadə İsmayıl Nağı oğlu ilə 128.000 manata razılaşıb həmin məbləğin 75.000 manatını MTK-nın göstərilən ünvanındakı ofisində ondan alaraq, mənzilin İsmayıl Əli-zadənin qohumu X2 barədə məzmununa tamah niyyətilə bilə-bilə yalan məlumatları daxil etdiyi saxta rəsmi sənədlər əsasında, yəni 23 aprel 2014-cü il tarixli alğı-satqı müqaviləsi, maliyyə arayışı və MTK-nın möhürü ilə təsdiq edib rəsmiləşdirməklə, ona məxsus 75.000 manat məbləğində pulu-külli miqadarda özgə əmlakını öz qulluq mövqeyindən istifadə etməklə, alatma və etibadan suistifadə etmə yolu ilə ələ keçirərək təkrarən dələduzkuq etmiş, vəzifə saxtakarlığı törətmişdir. ünvan 1 ünvanında yerləşən yaşayış binasında ümumi sahəsi 87.1 kv. m olan 2 otaqlı 32 nöməli mənzili 23 iyul 2009-cu il tarixli müqavilə ilə X18 88.000 manata satmasına baxmayaraq, başqası ilə qabaqcadan razılaşmaqla əlbir olub cinayət əlaqəsinə girərək 07 iyul 2014cü il tarixdə sonuncunu həmin mənzilin sahibi kimi təqdim etməklə yenidən 90.000 manata X29 qanunsuz satıb, həmin pul vəsaitini sonuncudan başqasının vasitəsi ilə ünvan 11 ünvanında alıb aralarında bölərək, mənzilin Sahib Qələndərova qeyd ounan tarixdə satılması barədə məzmununa tamah niyyətilə bilə-bilə yalan məlumatları daxil etdiyi saxta rəsmi sənədləri - 07 iyul 204-cü il tarixli alğı-satqı müqaviləsi, maliyyə arayışı və MTK üzvlərinin iclas protokolundan çıxarışı tərtib edib imzası və MTK-nın möhürü ilə təsdiq edərək ona məxsus 90.000 manat pulu-özgənin külli miqdarda əmlakını öz qulluq mövqeyindən istifadə etməklə, aldatma və etibardan sui-istifadə yolu ilə ələ keçirib təkrarən dələduzluq etmiş, bundan sonra eyni məqsədlə qeyrisi ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək 16 iyul 2014-cü il tarixdə həmin mənzili yenidən X32 88.000 manata satmasına razılaşaraq həmin puı vəsaitinin 50.000 manatını Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən 6 saylı notariat kontorunun qarşısında sonuncudan alaraq, mənzilin İskəndər Həsənova qeyd olunan tarixdə satılması barədə məzmununa tamah niyyətilə bilə-bilə yalan məlumatları daxil etdiyi saxta rəsmi sənədləri - 16 iyul 2014cü il tarixli alğı-satqı müqaviləsini, maliyyə arayışı və MTk üzvlərinin iclas protokolundan çıxarışı tərtib edib imzası və MTK-nın möhürü ilə təsdiq edərək, sonuncuya məxsus 50.000 manat pulu-özgənin külli miqdarda əmlakını öz qulluq mövqeyindən istifadə etməklə, etibardan sui-istifadə etmə və aldatma uolu ilə ələ keçirib təkrarən dələduzluq etmiş, bundan sonra eyni niyyətlə, başqası ilə qabaqcadan razılaşmaqla əlbir olub cinayət əlaqəsinə girərək 27 iyul 2014-cü il tarixdə yenidən qeyd olunan mənzili 100.000 manata X58 qanunsuz satıb, həmin pul vəsaitini sonuncudan Qasım Hüseynovun vasitəsilə ünvan 12 ünvanında alıb aralarında bölərək, mənzilin İlqar Tağıyevə qeyd olunan taixdə satılması barədə məzmununa tamah niyyətilə bilə-bilə yalan məlumatları daxil etdiyi saxta rəsmi sənədləri - 21 iyul 2014-cü il tarixli alğı-satqı müqaviləsini, maliyyə arayışı və MTK üzvlərinin iclas protkolundan çıxarışı tətib edib imzası və MTK-nın möhürü ilə təsdiq edərək, 100.000 manat pulu-özgənin külli miqdarda əmlakını öz qulluq mövqeyindən istifadə etməklə, etibardan sui-istifadə etmə və qabaqcadan razılaşmaqla əlbir olub cinayət əlaqəsinə girərək eyni məqsədlə, 31 iyul 2014-cü il tarixdə sonuncunu qeyd olunan mənzilin sahibi kimi təqdim etməklə onu yenidən 114.000 manata X40 qanunsuz satıb, həmin pul vəsaitini sonuncudan başqasının vasitəsilə Bakı şəhəri, Nərimanov rayonu ərazisində eyniadlı parkın yaxınlığında alıb aralarınd bölərək, mənzilin Sadiq Məmmədova qeyd olunan tarixdə satılması barədə məzmununa tamah niyyətilə bilə-bilə yalan məlumatları daxil etdiyi saxta rəsmi sənədləri - 31 iyul 2014-cü il tarixli alğı-satqı müqaviləsi, maliyyə arayışı və MTK üzvlərinin iclas protokolundan çıxarışı tərtib edib imzası və MTK-nın möhürü ilə təsdiq edərək, 114.000 manat pulu-özgənin külli miqdarda əmlakını öz qulluq mövqeyindən istifadə etməklə, aldatma və etibardan sui-istifadə etmə yolu ilə keçiib təkrarən dələduzluq etmiş, bundan sonra eyni niyyətlə, 02 avqust 2014-cü il tarixdə göstərilən mənzili yenidən 100.000 manata X3 qanunsuz satıb, həmin pul vəsaitini Bakı şəhəri, Nərimanov rayonu ərazisindəki eyni adlı parkda sonuncudan alaraq, mənzilin Gülnarə Ağamirzəyevaya qeyd olunan tarixdə satılması barədə məzmununa tamah niyyətilə bilə-bilə yalan məlumatları daxil etdiyi saxta rəsmi sənədləri - 02 avqust 2014-cü il tarixli alğı-satqı müqaviləsi, maliyyə arayışı və MTK üzvlərinin iclas protokolundan çıxarışı tərtib edib imzası və MTK-nın möhürü ilə təsdiq edərək, 100.000 manat pulu-özgənin külli miqdarda əmlakını öz qulluq mövqeyindən istifadə etməklə, aldatma və etibardan suiistifadə etmə yolu ilə ələ keçirib təkrarən dələduzluq etmiş, vəzifə saxtakarlığı törətmişdir. ünvan 13 ünvanında yerləşən yaşayış binasında ümumi sahəsi 87.1 kv. m olan 2 otaqlı 77 nömrəli mənzili 15 sentyabr 2010-cu il tarixli müqavilə ilə X72 64.000 manata satmasına baxmayaraq, 16 iyul 2014-cü il tarixdə yenidən həmin mənzili X82 ilə 88.000 manata razılaşıb sonuncudan həmin pulun dəyərində bir ədəd 2010-cu il buraxılışlı Lexus və bir ədəd 2008-ci il buraxılışlı “Woldswagen Tuareg” markalı avtomobilləri sataraq, qeyd olunan mənzilin Əli Çobanovun qohumu X59 adına – məzmununa tamah niyyətilə bilə-bilə yalan məlumatları daxil etdiyi saxta sənədlər əsasında, yəni 16 iyul 2014-cü il tarixli alğısatqı müqaviləsi, maliyyə arayışı və MTK üzvlərinin iclas protokolundan çıxarışı tərtib edib imzası və MTK-nın möhürü ilə təsdiq etməklə rəsmiləşdirərək, ona məxsus 88.000 manat pulu özgənin külli miqdarda əmlakını öz qulluq mövqeyindən istifadə etməklə, aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirib dələduzluq etmiş, qeyd olunan cinayət əməllərini davam etdirərək həmin mənzili yenidən 07 avqust 2014-cü il tarixli müqavilə ilə 100.000 manata X48 qanunsuz satıb, həmin pul vəsaitini Bakı Metropoliteninin Xətai stansiyası yaxınlığında alaraq, mənzilin Rahib Kəlbiyevə qeyd olunan tarixdə satılması barədə məzmununa tamah niyyətilə bilə-bilə yalan məlumatları daxil etdiyi saxta rəsmi sənədləri 07 avqust 2014-cü il tarixli alğı-satqı müqaviləsini, maliyyə arayışı və MTK üzvlərinin iclas protokolundan çıxarışı tərtib edib imzası və MTK-nın möhürü ilə təsdiq edərək, sonuncuya məxsus 100.000 manat pulu - özgənin külli miqdarda əmlakını öz qulluq mövqeyindən istifadə etməklə, aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirib təkrarən dələduzluq etmiş, vəzifə saxtakarlığı törətmişdir. Qeyd olunan hökmlə Cavabdeh1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 308.2, və 313-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə 10 il müddətə azadlıqdan məhrumetmə cəzasına, Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə 2 il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 5 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhküm edilməsi, Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddəsinə əsasən təyin edilən əsas cəzaları qismən toplamaq və əlavə cəzanı əsas cəzaya birləşdirmək yolu ilə Cavabdeh1 2 il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 11 il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, həbsdə saxlandığı müddət cəza çəkmə müddətinə daxil edilməklə cəza çəkmə müddətinin başlanğıcı 08 dekabr 2015-ci il tarixdən hesablanması, cəzasının ümumi rejimli cəzaçəkmə müəsissəsində çəkməsi, barəsində seçilmiş həbs qətimkan tədbiri hökmün qanuni qüvvəyə minib icraya yönəldilənədək dəyişdirilməməsi, cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.1-ci maddəsinə müvafiq olaraq Cavabdeh1 Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə cəza təyin edilməməsi, habelə X49 Cavabdeh1 və Cavabdeh2 MTK-ya qarşı mülki iddiasının qismən təmin edilməsi, Cavabdeh1 100.000 manat pulun alınaraq X58 verilməsi, X10 Cavabdeh1 qarşı mülki iddiasının qismən təmin edilməsi, Cavabdeh1 137.000 manat pulun alınaraq X19 verilməsi, X33 Cavabdeh1 qarşı mülki iddiasının qismən təmin edilməsi, Cavabdeh1 73.000 manat pulun alınaraq X38 verilməsi, X34 Cavabdeh1 qarşı mülki iddiasının qismən təmin edilməsi, Cavabdeh1 114.000 manat pulun alınaraq X41 verilməsi, X42 Cavabdeh1 qarşı mülki iddiasının qismən təmin edilməsi, Cavabdeh1 75.000 manat pulun alınaraq X50 verilməsi, X73 Cavabdeh1 və Cavabdeh2 MTK-ya qarşı mülki iddiasının qismən təmin edilməsi, Cavabdeh1 337.760 manat pulun alınaraq X83 verilməsi, X30 Cavabdeh1 qarşı mülki iddiasının təmin edilmədən rədd edilməsi, X35 Cavabdeh1 qarşı mülki iddiasının qismən təmin edilməsi, Cavabdeh1 69.000 manat pulun alınaraq X39 verilməsi, X23 Cavabdeh1 qarşı mülki iddiasının qismən təmin edilməsi, Cavabdeh1 100.000 manat pulun alınaraq X26 verilməsi, X5 Cavabdeh1, X74, X43, X60, X24, X44 və Əjdər adlı komendanta qarşı 100.000 manat pulun tutularaq ona verilməsi barədə mülki iddianın qismən təmin edilməsi, Cavabdeh1 100.000 manat pulun alınaraq X11 verilməsi, zərərin hesabına Cavabdeh1 190.000 manat alınaraq zərərçəkmiş şəxs X15, 86.000 manat alınaraq zərərçəkmiş şəxs X31, 58.800 manat alınaraq zərərçəkmiş şəxs X37, 81.000 manat alınaraq zərərçəkmiş şəxs X27 və 100.000 manat alınaraq zərərçəkmiş şəxs X48 verilməsi, Binəqədi Rayon məhkəməsinin 19 fevral 2015- ci il tarixli qərarı ilə Cavabdeh1 adına Abşeron Rayonu, Saray qəsəbəsi ərazisində yerləşən 0,1365 ha torpaq sahəsi üzərinə qoyulmuş həbsin götürülməsi, Binəqədi Rayon məhkəməsinin 17 fevral 2015-ci il tarixli qətnaməsinə əsasən, iddiaçı X35 cavabdeh X84 qarşı 100.000 manat pul vəsatinin tutulmasına dair iddiası üzrə tələbin həmin torpaq sahəsinə yönəldilməsinin nəzərə alınması, Binəqədi Rayon Məhkəməsinin 17 fevral 2015-ci il tarixli qərarı ilə Cavabdeh3 adına rəsmiləşdirilmiş ünvan 13 ünvanında inşa edilmiş 16 mərtəbəli binanın 1 və 2-ci mərtəbələrində yerləşən ümumi sahəsi 890.kv. m olan qeyri-yaşayış sahəsinin üzərinə qoyulmuş həbs və Binəqədi Rayon Məhkəməsinin 19 fevral 2015-cil il tarixli qərarı ilə X53 adına olan Bakı şəhəri, T.Ulyançev küçəsində yerləşən 13 saylı evin 16-17, 19 saylı mənzillərin üzərinə qoyulmuş həbsin götürülməsi qərara alınmışdır. - Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 iyun 2019-cu il tarixli, 1(103)-790/19 nömrəli qərarının surətindən görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 09 sentyabr 2016-cı il tarixli, 1(101)-334/16 nömrəli qərarından dövlət ittihamçısı tərəfindən verilmiş apelyasiya protesti və zərərçəkmiş şəxslər tərəfindən verilmiş apelyasiya şikayətləri təmin edilmiş, Cavabdeh1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 308.2 və 313-cü maddələri ilə, X51 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə məhkuym edilmələrinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 09 sentyabr 2016-cı il tarixli hökmü Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 27 fevral 2015-ci il tarixli qərarı ilə Cavabdeh3 adına rəsmiləşdirilmiş ünvan 1 ünvanda inşa edilmiş 16 mərtəbəli binanın 1 və 2 mərtəbələrində yerləşən ümumi sahəsi 890 kv.m olan qeyri-yaşayış sahəsinin üzərinə qoyulmuş həbsin və Bakı şəhəri, Binəqədi rayonu, 19 fevral 2015-ci il tarixli qərarı ilə X53 adına olan Bakı şəhəri, T.Ulyancev küçəsində, yerləşən, 13 nömrəli evin 16-17, 19 nömrəli mənzillərin üzərinə qoyulmuş həbsin götürülməsi hissəsində ləğv edilməsi, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 27 fevral 2015-ci il tarixli qərarı ilə Cavabdeh3 adına rəsmiləşdirilmiş ünvan 1 ünvanda inşa edilmiş 16 mərtəbəli binanın 1 və 2-ci mərtəbələrində yerləşən ümumi sahəsi 890 kv.m olan qeyri-yaşayış sahəsinin üzərinə qoyulmuş həbs və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 19 fevral 2015-ci il tarixli qərarı ilə X53 adına olan Bakı şəhəri, T.Ulyançev küçəsində yerləşən 13 nömrəli evin 16-17, 19 nömrəli mənzillərin üzərinə qoyulmuş həbsin bərpa edilməsi və zərərçəkmişlərə (mülki iddiaçılara) vurulmuş maddi ziyanın ödənilməsi həmin mənzillərə yönəldilməsi qərara alınmış, hökm apelyasiya protestinə və apelyasiya şikayətlərinə münasibətdə qalan hissələrdə dəyişdirilmədən saxlanmışdır. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən olunmuşdur ki, Cavabdeh1 tərəfindən 2013-2014-cü illərdə cinayət əməlləri törədilərək iddiaçının mərhum anasına və başqa bir neçə şəxsə məxsus pul vəsaitləri ələ keçirilmiş, bununla bağlı cavabdeh cinayət məsuliyyətinə cəlb olunmuş və barəsində məhkəmə hökmü çıxarılmışdır. İşdə olan məhkəmə aktları ilə iddiaçının mərhum anasına dəymiş zərər də müəyyən olunmuş, Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 iyun 2019-cu il tarixli qərarı ilə həmin zərərin ödənilməsi Cavabdeh3 adına rəsmiləşdirilmiş ünvan 1 ünvanda inşa edilmiş 16 mərtəbəli binanın 1 və 2 mərtəbələrində yerləşən ümumi sahəsi 890 kv.m olan qeyri-yaşayış sahəsinə və X53 adına olan Bakı şəhəri, T.Ulyancev küçəsində, yerləşən, 13 nömrəli evin 16-17, 19 nömrəli mənzilə yönəldilmişdir. Hazırda iddiaçı Cavabdeh1 illik 5% hesablanmaqla gecikdirilmiş pul məbləğinə, əldən çıxmış faydaya və mənəvi zərərə görə iddiada göstərilən məbləğlərin tutulmasını, tutulacaq pul məbləğlərinin ödənilməsini Cavabdeh3 adına rəsmiləşdirilmiş Cavabdeh2 MTK-ya məxsus olan ünvan 1 ünvanında inşa edilmiş 16 mərtəbəli binanın 1 və 2-ci mərtəbələrində yerləşən ümumi sahəsi 890 kv.m olan qeyri-yaşayış sahəsinə yönəldilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 407.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin yekun qərarı elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəlləsinin 449.4-cü maddəsinə görə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Məhkəmə iddia tələbinin Cavabdeh1 illik 5% hesablanmaqla gecikdirilmiş pul məbləğinə görə vəsaitin tutulması hissəsi ilə bağlı qeyd edir ki, həmin cavabdeh iddiaçının mərhum anasına məxsus pul vəsaitini əsassız əldə etməklə və qanunsuz saxlamaqla ona zərər vurmuş və bunun üçün də qanunvericiliyə uyğun olaraq bank uçot dərəcəsi ilə müəyyənləşdirilən faizləri ödəməlidir. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi internet səhifəsindən (www.cbar.az) bank uçot dərəcəsi ilə bağlı əldə edilmiş məlumatlardan müəyyən olunur ki, 2013-2021-ci illərdə bank uçot dərəcəsinin ədədi ortası təqribən 8% təşkil edir (2013-cü il üçün 4,75%, 2014-cü il üçün 3,87%, 2015-ci il üçün 3%, 2016-cı il üçün 10%, 2017-ci il üçün 15%, 2018-ci il üçün 11,37%, 2019-cu il üçün 9,25%, 2020-ci il üçün 7,25%). Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, iddiaçı tərəfindən tələb olunan məbləğ onun mərhum anasının həmin məbləği cavabdehə verdiyi tarixdən 13 iyun 2019-cu il tarixədək hesablanmalıdır. Belə ki, həmin tarixdə cinayət işi üzrə qəbul edilmiş Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə iddiaçının anasına dəymiş zərərin ödənilməsi yuxarıda göstərilən əmlaka yönəlmiş, həmin əmlakın hal-hazıradək hərracda satılmaması və iddiaçılara dəyən zərərin ödənilməməsi isə cavabdehdən asılı olmayan haldan irəli gəlir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi bu hissədə qismən təmin edilməli, Cavabdeh1 İddiaçı xeyrinə gecikdirilmiş pul məbləğinə görə 17.457,9 manat (08 may 2014-cü il tarixdən 13 iyun 2019-cu il tarixə qədər (5 il 1 ay 5 gün) ödənilməli olan 137.000 manat vəsaitə illik 5% hesablama ilə 1 il üçün 6.850 manat, 1 ay üçün 570,8 manat, 1 gün üçün 19 manat) tutulmalıdır. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, həmin məbləğ İddiaçı X12 miras əmlakından 2/1 hissədə pay almalı olduğu nəzərə alınaraq hesablanmış, yəni tutulmalı olan 34.915,8 manat məbləğin 2/1 hissəsi hesablanmışdır. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31.05.2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarateri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 saylı qərarında göstərilir ki, “İnsan Hüquqlarının və X45 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən ) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Yuxarıda qeyd olunan qərarın 4-cü bəndində göstərilir ki, şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə ifadə oluna bilər. Həmin qərarın 2-ci bəndində göstərilir ki, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Ali Məhkəmənin Plenumunun həmin Qərarının 8-ci bəndində göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə iddia tələbinin mənəvi ziyanın ödənilməsi hissəsi ilə bağlı hesab edir ki, iddia tələbləri bu hissədə qismən təmin edilməli və Cavabdeh1 iddiaçıya vurulmuş mənəvi zərərə görə 1000 manat məbləğində vəsait tutulmalıdır. Belə ki, məhkəmə, Cavabdeh1 tərəfindən iddiaçının mərhum anasına qanunsuz olaraq mənzilin satılması, daha sonra həmin mənzilə görə alınmış pul vəsaitinin uzun müddət ərzində qaytarılmaması iddiaçının şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb ola biləcəyi qənaətinə gəlir. Məhkəmə iddia tələbinin əldən çıxmış faydaya görə Cavabdeh1 pul məbləğinin tutulması hissəsi ilə bağlı belə qənaətə gəlir ki, iddia tələbi bu hissədə təmin edilməməlidir. Belə ki, Azərbcaycan Respublikası Mülki Məcəlləsinin 443.4-cü maddəsinə əsasən əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır. İddiaçı isə bununla bağlı hər-hansı sübut məhkəməyə təqdim etməmişlər. Məhkəmə iddia tələbinin tutulacaq pul məbləğlərinin ödənilməsini Cavabdeh3 adına rəsmiləşdirilmiş Cavabdeh2 MTK-ya məxsus olan ünvan 1 ünvanında inşa edilmiş 16 mərtəbəli binanın 1 və 2-ci mərtəbələrində yerləşən ümumi sahəsi 890 kv.m olan qeyriyaşayış sahəsinə yönəldilməsi hissəsi ilə bağlı da belə qənaətə gəlir ki, iddia tələbi bu hissədə də təmin edilməməlidir. Belə ki, həmin əmlak Cavabdeh1 öhdəliklərinin təmin edilməsi üsulu kimi (ipoteka) rəsmiləşdirilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinın: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, qeyd olunanlara əsasən və toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək məhkəmə belə bir nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 İddiaçı xeyrinə gecikdirilmiş pul məbləğinə görə 17457,9 (on yeddi min dörd yüz əlli yeddi manat, doxsan qəpik) manat və mənəvi zərərə görə 1000 (bir min) manat olmaqla, cəmi 18457,9 (on səkkiz min dörd yüz əlli yeddi manat, doxsan qəpik) manat məbləğində vəsait tutulmalı, iddia digər hissədə təmin edilməməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən Cavabdeh1 ödənilmiş dövlət rüsumunun 13 manatı tutularaq İddiaçı ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 İddiaçı xeyrinə gecikdirilmiş pul məbləğinə görə 17457,9 (on yeddi min dörd yüz əlli yeddi manat, doxsan qəpik) manat və mənəvi zərərə görə 1000 (bir min) manat olmaqla, cəmi 18457,9 (on səkkiz min dörd yüz əlli yeddi manat, doxsan qəpik) manat məbləğində vəsait tutulsun. İddia digər hissədə təmin edilməsin. Cavabdeh1 ödənilmiş dövlət rüsumunun 13 (on üç) manatı tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №2(001)-5511/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-5511/2021
30.08.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver