Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-5518/2020 24.09.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Məmmədova Gübəniz Vaqif qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh1 qarşı payın naturada bölünməsi tələbinə dair iddiası üzrə işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 qarşı payın naturada bölünməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Səbail rayon Məhkəməsinə müraciət etmişdir. İş üzrə Cavabdeh1 vəsatəti əsasında Səbail Rayon Məhkəməsinin 2(009)-851/2020 saylı xx.xx.2020-ci il tarixli qərardadı ilə mülki işin Binəqədi Rayon Məhkəməsinin icraatında olan iddiaçı Cavabdeh1 cavabdehlər X1 və İddiaçı qarşı mənzilin açıq hərracdan satılması tələbinə dair mülki işə birləşdiriliməsi qərara alınanaraq 2(009)- 851/2020 saylı mülki iş xx.xx.2020-ci il tarixdə Binəqədi Rayon Məhkəməsinə göndərilmiş, mülki iş 2(001)-5518/2020 nömrəsi ilə qeydə alınmışdır. İş üzrə hazırlıq iclası xx.xx.2020ci il tarixə təyin edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 169.3-cü maddəsinə əsasən, hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh1 qarşı payın naturada bölünməsi tələbinə dair iddia ərizəsi üzrə 2(001)-5518/2020 saylı mülki iş iddiaçı Cavabdeh1 cavabdehlər X1 və İddiaçı qarşı mənzilin açıq hərracdan satılması tələbinə dair 2(001)- 144/2020 saylı mülki işlə bir icraatda birləşdirilməli və həmin işlərə bir icraatda baxılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasы Mülki Prosessual Məcəllənin 169.3, 263, 264-cü maddəsini rəhbər tutaraq məhkəmə, QƏRАRA АLDİ: İddiaçı Cavabdeh1 qarşı payın naturada bölünməsi tələbinə dair iddia ərizəsi üzrə 2(001)-5518/2020 saylı mülki iş iddiaçı X1 və İddiaçı qarşı mənzilin açıq hərracdan satılması tələbinədair 2(001)-144/2020 saylı mülki işlə bir icraatda birləşdirilsin və həmin işlərə bir icraatda baxılsın. Birləşdirilən mülki işdə 2(001)-144/2020 nömrəsi saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Nigar Nəbizadə
Məhkəmə qərarları › İş №2(001)-5518/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-5518/2020
24.09.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver