Məhkəmə qərarları › İş №2(001)-557/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-557/2022

27.01.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-557/2022 27.01.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi, Məhkəmə iclas katibi X1, Cavabdehin nümayəndəsi-vəkili X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “müflisolma və iflas prosesinə başlanma” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “müflisolma və iflas prosesinə başlanma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi-vəkili V.Kazımzadə mülki işin məhkəmə aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməsini məhkəmənin mülahizəsinə buraxılmasını bildirdi. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı mümkün hesab edir. Məhkəmə iş materiallarında olan sənədləri araşdırıb hesab edir ki, hazırkı mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh arasında yaranmış mübahisə müflisolma və iflas prosesinə başlanması ilə bağlıdır. Məhkəmə qeyd edir ki, mübahisənin predmeti müflisləşmə ilə bağlı olduğundan yaranmış mübahisə kommersiya mübahisəsidir. Belə ki, hazırki məhkəmə mübahisəsi borclu Cavabdeh ödəniş qabiliyyətinin olmamasına görə iflas prosesinə məruz qalmasından, yəni kreditor İddiaçı ilə borclu Cavabdeh arasında bağlanmış 04.05.2021-ci il tarixli 3M-125 reyestr nömrəli kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin ödənilməsi öhdəliyinin borclu tərəfindən onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi nəticəsində yaranmış mübahisədir. Azərbaycan Respublikası MPM-nin: - 26.1-ci maddəsinə əsasən Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. -31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. -32.3-cü maddəsinə əsasən, hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. -32.4-cü maddəsinə görə, aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarına əsasən mübahisə tərəflərinin subyekt tərkibindən asılı olmayaraq müflisləşmə ilə bağlı (banklar istisna olmaqla) tələblərə kommersiya məhkəmələri baxır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “müflisolma və iflas prosesinə başlanma” tələbinə dair iddia ərizəsi üzrə mülki iş baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 24.2, 26.1, 31.1 və 263264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı “İddiaçı Cavabdeh qarşı “müflisolma və iflas prosesinə başlanma” tələbinə dair iddia ərizəsi üzrə mülki iş baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan 10 gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Günel Abbasova AZƏRBAYCAN RESPUBLİKASİ BAKİ ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, 7 mkr, A.Kunanbayev küçəsi 4E. AZ 1116 №2(001)-557/2022 01 fevral 2022-ci il İddiaçı: İddiaçı Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mkr, Nizami Nərimanov küçəsi, ev 23 A, mənzil 39 Cavabdeh: Cavabdeh Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Məmməd Rahim küçəsi 4A Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 27 yanvar 2022-ci il tarixli, 2(001)- 557/2022 saylı qərardadı məlumat üçün Sizə göndərilir. Qoşma: qərardadın surəti Hakim: Günel Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar