Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-5579/2021 03.09.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X5 oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, X6 (LPO) "xxxx" Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin (ASC) Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbi barədə iddia ərizəsi üzrə mülki işə 03 sentyabr 2021-ci il tarixdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: LPO "xxxx" Sığorta Şirkəti ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ödənilmiş sığorta pulunun əvəzi olaraq 100 manat məbləğində pul vəsaitinin və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 20 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh 05 may 2019-cu il tarixdə, saat 14:58 radələrində Bakı şəhəri, Nəsimi rayonu, A.Bakıxanov küçəsində iddiaçı tərəfindən icbari sığorta növü ilə sığortalanmış “Chevrolet Cruze” minik markalı, **-KM-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən X3 məxsus “Nissan Tiida” minik markalı, **-VC- *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmiş, hadisə yerindən uzaqlaşmışdır. Q.Y.Voronkovaya hadisə nəticəsində 100 manat məbləğində zərər iddiaçı tərəfindən ödənilmişdir. Cavabdehin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.6-cı maddələri ilə inzibati protokol tərtib edilmiş, həmin protokol əsasında müvafiq qərar qəbul edilmişdir. Beləliklə, iddiaçının cavabdehə qarşı subroqasiya hüququ yaranmışdır. İddiaçının səlahiyyətli nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq iddia ərizəsinə onların iştirakı olmadan baxılıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh izahatında bildirdi ki, məlum hadisədən təxminən 2 il keçmişdir, həmin vaxt o, hadisə yerində 40 dəqiqəyə yaxın gözləsə də, Qalina Voronkova israrla ondan pul tələb etdiyindən və hadisə yerinə həmin müddətdə nə polis əməkdaşı, nə də sığorta şirkətinin əməkdaşı yaxınlaşmadığından o hadisə yerindən uzaqlaşmışdır. Mülki iş materiallarında olan: - AC seriyalı, 859354 saylı “nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi”nin surətindən görünür ki, “Chevrolet Cruze” minik markalı, **-KM-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh mülkiyyətindədir. - İnzibati xəta haqqında protokoldan və onun əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh barəsində 05 may 2019-cu il tarixdə törətmiş olduğu yol-nəqliyyat hadisəsi ilə bağlı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1 (...nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulması...) və 327.6-cı (yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınması) maddələri ilə inzibati protokol tərtib edilmiş, həmin protokol əsasında onun barəsində 100 manat inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. - İcbari sığorta müqaviləsinə dair məlumatdan görünür ki, “Chevrolet Cruze” minik markalı, **-KM-*** dövlət qeydiyyat nişanlı avtomobil 14 dekabr 2018-ci il tarixdən 1 il müddətinə LPO "xxxx" ASC tərəfindən “nəqliyyat vasitəsi sahibinin mülki məsuliyyətinin icbari sığortası” növündə sığortalanmışdır. - 17 oktyabr 2019-cu il tarixli sığorta aktından görünür ki, 05 may 2019-cu il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar “Nissan Tiida” minik markalı, **-VC- *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi X1 200 manat maddi zərər dəymiş, 100 manat azadolma məbləği hesablanmaqla ümumi sığorta məbləği kimi 100 manat təyin edilmişdir. - 08 iyul 2019-cu il tarixli ödəniş tapşırığından görünür ki, X2 100 manat sığorta ödənişi edilmişdir. Məhkəmə cavabdehi dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkmişə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). - 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. “İcbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 25.1.8-ci maddəsinə əsasən, bu Qanunun 63.1-ci maddəsində nəzərdə tutulmuş halda: bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Beləliklə, müəyyən olunur ki, Cavabdeh 05 may 2019-cu il tarixdə idarə etdiyi “Chevrolet Cruze” minik markalı, **-KM-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə yolnəqliyyat hadisəsi törədərək X4 məxsus “Nissan Tiida” minik markalı, **-VC-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə sonuncu avtomobilin mülkiyyətçisinə 200 manat maddi zərər dəymiş, Cavabdeh hadisə yerindən yayınmış, Q.Voronkovaya dəymiş zərərin 100 manat hissəsi "xxxx" Sığorta Şirkəti ASC tərəfindən ödənilmişdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, 100 manat məbləğində ödənilmiş sığorta pulunun əvəzi Cavabdeh tutularaq LPO "xxxx" Sığorta Şirkəti ASC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia təmin edildiyinə görə iddiaçının məhkəməyə iddia ərizəsi verərkən dövlət rüsumu kimi ödədiyi 20 manat məbləğində pul vəsaiti də Cavabdeh tutularaq "xxxx" Sığorta Şirkəti ASC-yə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: LPO "xxxx" Sığorta Şirkəti ASC-nin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbi barədə iddiası təmin edilsin. Ödənilmiş sığorta məbləğinin əvəzi qismində 100 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq LPO "xxxx" Sığorta Şirkəti ASC-yə ödənilsin. Dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 20 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq LPO "xxxx" Sığorta Şirkəti ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №2(001)-5579/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-5579/2021
03.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver