Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-5592/2025 06.08.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Qoşqarlı Rəşad Nizami oğlu, İddiaçı cavabdeh Bakı şəhəri 11 saylı Notariat Ofisinə qarşı “mirasın qəbulu müddətinin uzadılması” tələbinə dair iddia ərizəsinin məhkəmə icraatının mümkünlüyü məsələsinə baxaraq m ü ə y y ə n e t d i m: İddiaçı cavabdeh Bakı şəhəri 11 saylı Notariat Ofisinə qarşı “mirasın qəbulu müddətinin uzadılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.201975-ci il tarixdə vəfat etmiş X2 İsgəndər miras qalmış X1 ilə aralarında xx.xx.1969-cu il tarixli 1482 nömrəli müqavilə bağlanmış və onun adına texniki pasport əsasında Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan bağ massivində yerləşən bağ sahəsinə və fərdi yaşayış evində miras əmlak kimi qəbulu müddətinin onun tərəfindən buraxılması üzrlü sayılmaqla və müddət uzadılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.1-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır; 307.2-ci və 307.2.9-cu maddələrinə əsasən məhkəmə mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə işlərə baxır; 149.2.3-cü maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində göstərilməlidir. 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Mülki prosessual qanunvericiliyin tələblərindən göründüyü kimi, mirasın qəbulu edilməsi müddətinin uzadılması hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə aiddir və həmin işlərə xüsusi icraat qaydasında baxılmalıdır. Xüsusi icraat işləri ərizəçi və maraqlı şəxsin iştirakı ilə baxılmalıdır. Hazırki ərizədə isə ərizəçi və maraqlı şəxs kimi deyil, iddiaçı və cavabdeh kimi qeyd olunmuşdur. Bundan əlavə ərizə kimi deyil, iddia ərizəsi kimi qeyd olunmaqla yalnışlığa yol verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.2.-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Beləliklə, iddia ərizəsinin icraata qəbul olunmasının mümkünlüyü məsələsini yoxlayaraq belə nəticəyə gəlirəm ki, iddia ərizəsi geri qaytarılmalı və iddiaçıya izah edilməlidir ki, o, qərardadda göstərilən nöqsanı aradan qaldırdıqdan sonra yenidən məhkəməyə müraciət edə bilər. Yuxarıda qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessaul Məcəlləsinin 152, 263-264-cü maddələrini rəhbər tutaraq q ə r a r a a l d ı m: İddiaçı cavabdeh Bakı şəhəri 11 saylı Notariat Ofisinə qarşı “mirasın qəbulu müddətinin uzadılması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilir ki, o, qərardadda göstərilən nöqsanı aradan qaldırdıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət edə bilər. Qərardad rəsmi qaydada verildikdən sonra ondan 10 (on) gün müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsi ilə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rəşad Qoşqarlı
Məhkəmə qərarları › İş №2(001)-5592/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-5592/2025
06.08.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver