Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-560/2025 22.01.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair (açar sözlər: borc tələbi, iddia müddəti) Hakim Vəliyeva Elnarə Fəxrəddin qızının sədrliyi, Hüseynov Həmid Xudaverdi oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: I. İşin mahiyyəti: 1.İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 4500 manat məbləğində maddi zərərin, 65 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 2.İddia tələbi onunla əsaslandırılmışdır ki, onun qızının cavabdehin həyat yoldaşı ilə yaxın tanışlıq münasibətləri vardır. Özünün cavabdehlə tanışlığı qızı ilə cavabdehin həyat yoldaşının vasitəsilə olmuşdur. Bu tanışlıq nəticəsində 2018-2019-cu illərdə iki il müddətinə aralarında ailəvi yaxın münasibət olmuşdur. 2021-ci ildə o, ürək infarktı diaqnozu ilə xəstəxanada stasionar müalicədə olmuşdur. Daha sonra həkim onu ambulator müalicəyə göndərdiyi zaman cavabdeh Bakı şəhərində ona məxsus mənzildə qalaraq ambulator müalicəni tamamalağı, daha sonra rayona qayıtmağı təklif etmiş, o, cavabdehin təklifi ilə razılaşmışdır. Bir gün cavabdeh fövqəladədə işlədiyini, işində nöqsanlara yol verdiyindən həmin nöqsanların aradan qaldırmaq və işində qalmaq üçün ona 5000 pul verməyini xahiş etmişdir. O, müalicəsi üçün əlində olan 2000 manat pulu “MİLLİÖN” aparatı vasitəsilə xx.xx.2021-ci il tarixdə cavabdehə məxsus plastik kartına köçürmüş, xx.xx.2021-ci il tarixdə isə cavabdehin yenidən ondan pul istəməsinə görə “gəl yazılı qaydada qeyd elə mən sənə borc pul verim” təklifi ilə cavabdeh razılaşmış, nəticədə o, xx.xx.2021-ci il tarixdə cavabdehə 2500 manat təkrar pul vermişdir. Bununla da ümumilikdə cavabdehə cəmi 4500 manat borca pul vermişdir. Cavabdeh söz verdiyi tarixdə onun pullarını qaytarmamış, bu günədək qaytarmaqdan imtina etmiş, müxtəlif bəhanələr gətirmişdir. Göstərilən səbəblərdən ağır maddi vəziyyətə düşmüş, nəticədə məhkəməyə müraciət etmişdir. İİ. Tərəflərin mövqeləri: Əvvəlki məhkəmə iclaslarında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirmişdir ki, 4500 manat puldan 2000 manat pulu iki dəfə hər biri 1000 manat olmaqla xx.xx.2021-ci il tarixdə yaşadığı rayondan aparat vasitəsi ilə cavabdehə məxsus kart hesabına köçürmüş, 2500 manat məbləğində pulu isə xx.xx.2021-ci il tarixdə əl yazma üsulu ilə qəbz təqdim etməklə şəxsən əlbəəl cavabdehə vermişdir. Cavabdehin qəbzdə pul əskinaslarının seriya nömrələrini hansı səbəbdən qeyd etməsi barədə məlumatı yoxdur. Cavabdeh pulu 18 ay müddətinə qaytarmaq şərti ilə götürmüş, lakin qaytarmaqdan imtina etmişdir. Hazırki məhkəmə iclasında iddiaçı məhkəməyə elektron ərizə ünvanlayaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Əvvəlki məhkəmə iclaslarında iştirak edən Cavabdeh iddia tələbini 2000 manat hissəsində qəbul edərək bildirmişdir ki, iddiaçının qızları onun mənzilində kirayə qalmış, iddiaçının qızlarının kirayə və mənzil xrəclərini özü qarşılamışdır. İddiaçı tərəfindən 2000 manat məbləğində pul iki dəfə olmaqla dəqiq xatırlamasa da, bir gün ara ilə 1000 manat olmaqla onun bank kartına göndərilmiş, o, həmin pulları bankomat vasitəsi ilə nağdlaşdırmışdır. O, 2500 manat əlavə pulu iddiaçıdan əlbəəl almamışdır. İddiaçı pulu ona digər şəxslərə faizə vermək məqəsi ilə göndərilmişdir. Həmin vaxt özü Fövqaladə Hallar Nazirliyində işləmişdir. Onun tərəfindən iddiaçıya verilmiş əl yazma olan qəbz məhz həmin 2000 manat üçün verilmiş, 500 manat isə faiz məbləği kimi razılaşdırılmışdır. İddiaçının 4500 manat pul tələbi əsassızdır. Belə ki, iddaçının whatshap sosial şəbəkə vasitəsi ilə ona göndərdiyi səs yazısında 2500 manatın məhz elə 2000 manat məbləğində pulun faizi olduğunu və ödəməyini tələb etdiyi aydın ifadə edilir. Həmin pula görə 500 manat faiz ödənilmişdir. Pulları nağdlaşdırdığına görə səbri çatmadığından 2000 manatın bütün indekslərini yazmamışdır. Onlar arasında olan razılaşma notarial qaydada təsdiqlənməməsinə səbəb 175 manat notariat xərcinin ödənilməməsi olmuşdur. Cavabdeh hazırki məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə əsasən işə iddiaçının vəsaəti əsasında onun və cavabdehin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İİİ. İşin faktiki halları: İş materiallarına əlavə olunmuş: - xx.xx.2021-ci il tarixli Cavabdeh tərəfindən əl yazma şəklində İddiaçı verilmiş qəbzin məzmunundan görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixdə İddiaçı 2500 manat pul götürmüşdür. Bu şərtlə ki, hər ayın üçü 500 manat əlavə ödəyəcəkdir. 18 ay müddətinə. A7773925, A64649819, A10135055, A81922451, A55272155 – bu pul nömrələri kartına göndərilən pulların bir qismini təşkil edir, yazılanları imzası ilə təsdiq etmişdir. - xx.xx.2021-ci il tarixli Milliön elektron ödəmə sisteminin qəbzindən görünür ki, saat 20:52:48 radələrində Cavabdeh 1000 manat pul göndərilmişdir. -Məhkəmə iclasında iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş X2 ifadəsində bildirmişdir ki, iddiaçının qızıdır. Özü hazırki məhkəmə iclasına gəlmək istəməsə də, lakin Ceyhunun onu gizlin videoa çəkdiyinə görə iştirak etməli olmuşdur. Ceyhun onun anasından 4000-5000 manat məbləğində pul götürmüş, bildiyinə görə həmin pulları qaytarmamışdır. Ceynu pulu aldıqdan sonra onlarla əlaqəsini kəsmişdir. Daha sonra cavabdeh ona anasının məhkəmədən iddiasını geri götürməsini və həmin pulu 2-3 ilə ödəyəcəyini təklif etdi. Lakin həmin pulu deyilən müddətdə ödəmədi və mübahisə məhkəməyə kimi gəldi. 2500 manatın anası tərəfindən Ceyhuna verilməsini Ceyhun özü təsdiq edir. Həmin pullar verilən zaman özü orada olmamışdır. Ceyhun ona sonuncu məhkəmədən əvvəl anasının onu məhkəməyə verdiyini bildirmişdir. Cavabdeh hələ də pulu qaytarmamışdır. O, gizlin çəkdiyi video görüntüdə bildirdi ki, anası məhkəmədən ərizəsini götürsün, həmin pulu ödəyəcək. Əlavə olaraqda deyin ki, Ceyhun həmin pulla kirayə pulunu vermişdir. O, Ceyhuna onların kirayə pulunu vermədiyini bildirmişdir. İV. Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Maddə 376. Əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər üzrə də iddia müddəti keçir. Maddə 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Maddə 377.2. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Maddə 380.1. Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Maddə 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli Qərarı: Mülki qanunvericilik iddia müddətinin axımının kəsilməsinin iki əsasını nəzərdə tutur: müəyyənləşdirilmiş qaydada iddia irəli sürülməsi; borclunun borcu etiraf etməsini göstərən hərəkətlər etməsi. Borclu şəxsin borcu etiraf etməsini göstərən və təsdiqləyən hərəkətləri müxtəlif formada ifadə oluna bilər. Borcun etiraf olunması hallarına: - borcun qismən ödənilməsi; - əsas borc üzrə faizin köçürülməsi; - kreditora borcun etirafını nəzərdə tutan məktub, teleqram göndərilməsi; - öhdəliyin icrası üçün möhlət istənməsi və digər mühüm hallar aid edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2013-cü il tarixli Qərarı: MM-in 377.1-ci maddəsində iddia müddətinin axımının başlanmasının ümumi qaydası müəyyən edilmişdir. Həmin maddə müqavilədən irəli gələn öhdəliklərlə bağlı iddia müddətlərini deyil, müqavilədənkənar öhdəliklərin icrası ilə bağlı iddia müddətlərinin axımının başlanması hallarını ehtiva edir. Kredit müqaviləsinin öhdəlikləri üzrə iddia müddətinin axımının başlanması üçün, kreditorun bu öhdəliklərlə bağlı tələb hüququnun pozulduğunu və hətta belə bir hüququnun mövcud olduğunu bilməsi ilə şərtləndirilməməlidir. Bu hüquqi vəziyyət həm MM-in 377.2 və 377.3-cü maddələrində, həm də bütövlükdə MM-in ayrı-ayrı müqavilə növləri ilə bağlı iddia müddətlərinə dair müddəalarında açıq şəkildə öz əksini tapmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iddiaçının və cavabdehin izahatlarını, şahid ifadəsini dinləyib, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə tərəfindən işin işin araşdırılan halları ilə müəyyən edilir ki, iddiaçı ilə cavabdeh arasında borc pulun verilməsi ilə bağlı razılıq əldə edilmiş, nəticədə iddiaçı tərəfindən cavabdehə borc pul verilmişdir. İddiaçı tərəfindən cavabdehə 2000 manat məbləğində pulun 18 ay müddətinə verilməsi işin mübahisəsiz halıdır. Belə ki, iddiaçı məhkəməyə 2000 manatın hər biri 1000 manat olmaqla cavabdehə məxsus bank hesabına göndərilməsinə dair iki ədəd qəbzi iş materiallarına əlavə etsə də, hər iki qəbz eyni tarix, saat, və saniyə göstəriciləri olmaqla 1000 manat hissəsində təsdiq etmiş, lakin məhkəmə iclasında cavabdeh iddiaçıdan 2000 manatın ona göndərildiyini və özü tərəfindən nağdlaşdırıldığını etiraf etmişdir. Tərəflər arasında işin mübahisəli halı iddiaçının cavabdehə xx.xx.2021-ci il tarixdə 2500 manat məbləğində pulun idiaçı tərəfindən cavabdehə verilməsidir. İddiaçı istər iddia tələbində, istərsə də məhkəmə iclaslarında verdiyi izahatlarında 2500 manat məbləğində pulu nağd formada cavabdehə verdiyini və cavabdehlə bu barədə aralarında sadə yazılı müqavilə bağlandığını bildirsə də, məhkəməyə təqdim edilmiş sadə yazılı müqavilədən aydın olur ki, Cavabdeh tərəfindən həmin müqavilədə 500 manat əlavə ödəniş etməklə ümumilikdə 2500 manat pul götürülməsi, götürülmüş pulların bir qisminin iddiaçı tərəfindən kartına göndərilmiş pul məbləğinin olması açıq şəkildə ifadə edilmiş, həmin müqaviləni məhkəməyə təqdim edən iddiaçı tərəfindən müqavilədə qeyd edilən iradə ifadəsi mübahisələndirilməmişdir. İddiaçı xx.xx.2021-ci il tarixdə cavabdehə borc kimi verilmiş 2500 manat məbləğində pulun onun tərəfindən cavabdehə kart vasitəsi ilə göndərilmiş pul məbləğindən əlavə verildiyini iddia etsə də, bu hal məhkəmə iclasında tədqiq edilmiş sübutlarla öz təsdiqini tapmamışdır. Məhkəmə hesab edir ki, iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş X1 ifadəsi mötəbər sübut kimi qəbul edilə bilməz. Belə ki, şahid ifadəsində pulun iddiaçı tərəfindən cavabdehə verilməsində iştiral etmədiyini, tərəflər arasında olan mübahisəyə birbaşa şahid olmamaqla mübahisə barədə dolayı məlumatlı olduğunu ifadəsində təsdiq etmişdir. Bununla da məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçı tərəfindən cavabdehə xx.xx.2021-ci il tarixdə bank kartına göndərilmiş pul məbləği də daxil olmaqla xx.xx.2021-ci il tarixdə 18 ay müddətinə 2500 manat məbləğində pul verilməsi öz təsdiqini tapmışdır. Bundan başqa, məhkəmə cavabdehin iddia müddətinin tətbiqi barədə ərizəsinə münasibətdə qeyd edir ki, tərəflər arasında borc öhdəliyi ilə bağlı razılaşma xx.xx.2021-ci il tarixdə sadə yazılı formada bağlanmış və həmin razılaşmaya əsasən cavabdeh 18 ay müddətinə, yəni xx.xx.2023-cü il tarixədək borcunu ödəməyi öhdəsinə götürmüş, iddiaçı isə iddia tələbi ilə məhkəməyə xx.xx.2024-cü il tarixdə müraciət etməklə 3 illik iddia müddəti ötürülməmişdir. Belə ki, məhkəmə qeyd edir ki, mülki qanunvericiliyin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda istinad olunan hüquqi mövqeyinə görə icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Kredit müqaviləsinin öhdəlikləri üzrə iddia müddətinin axımının başlanması üçün, kreditorun bu öhdəliklərlə bağlı tələb hüququnun pozulduğunu və hətta belə bir hüququnun mövcud olduğunu bilməsi ilə şərtləndirilməməlidir. Tərəflər arasında borcun qaytarılması vaxtı 2023-cü ilin aprel ayı müəyyən edildiyindən iddia müddətinin axımı həmin vaxt başlamış və 2024-cü ilin sentyabr ayında iddiaçı isə hazırki tələblə məhkəməyə müraciət etmişdir. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli qərarında aşağıdakılar göstərilmişdir: "... Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. ... hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. ... Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil”. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddia ərizəsi qismən təmin edilməli, 2500 manat məbləğində pul və 60 manat ödənilmiş dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. V. Nəticə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 2500 (iki min beş yüz) manat məbləğində dəymiş zərər və ödənilmiş 60 (altmış) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Elnarə Vəliyeva
Məhkəmə qərarları › İş №2(001)-560/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-560/2025
22.01.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver