Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-5603/2021 29.06.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Nəbizadə Nigar Xeyrulla qızı, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X3 İdarəsinin Qeydiyyat-İmtahan İdarəsinə qarşı etibarnamələrin və alqı-satqı müqavilələrinin ləğv edilməsi tələbinə dair iddia ərizəsini nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X3 İdarəsinin Qeydiyyat-İmtahan İdarəsinə qarşı etibarnamələrin və alqı-satqı müqavilələrinin ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhər Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi həmin Məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. İddia ərizəsini nəzərdən keçirərək hesab edirəm ki, ərizə geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsinin məzmunundan göründüyü kimi, ərizədə iddiaçı və cavabdehin adları qeyd olunsa da, cavabdehin poçt ünvanı qeyd olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsinə əsasən, ərizədə aşağıdakılar göstərilməlidir: ... işdə iştirak edən şəxslərin adları, onların poçt ünvanları ... Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Eyni zamanda qeyd olunmalıdır ki, iddia ərizəsində sadalanan tələblərdən hansıların iş üzrə yeganə cavabdeh olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X3 İdarəsinin Qeydiyyat-İmtahan İdarəsinə yönəlmiş olması və həmin tələblərin hansı qanuni əsaslarla ümumi məhkəmədə baxılmalı olması aydın deyil. Bundan əlavə qeyd olunmalıdır ki, iddia tələbinin birinci hissəsinə - yəni “İddiaçı vərəsəsi olduğu mərhum oğlu X1 tərəfindən verilmiş nəqliyyat vasitələri üzrə bütün etibarnamələrin ləğv edilməsi” ümumiyyətlə məhkəmədə baxılmalı deyil. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 365-ci maddəsinə əsasən, etibarnamə verilmiş fiziki şəxsin ölməsi nəticəsində etibarnamənin qüvvəsinə xitam verilir və bunun üçün əlavə məhkəmə araşdırılmasına zərurət yoxdur. Həmçinin alqı-satqı müqavilələrinin ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət edən iddiaçıya məlumat üçün bildirməyi zəruri hesab edirəm ki, müqavilənin ləğv edilməsi barədə iddia tələbi ona dəlalət edir ki, belə tələb irəli sürən şəxs müqavilənin qanuni bağlandığını və onun ləğv edilməsini tələb etdiyi vaxta kimi doğurduğu hüquqi nəticələri tanıyır, lakin iddia qaldırdığı vaxtdan müqavilənin davam etməsini arzulamır. Müqavilənin etibarsız hesab edilməsi barədə tələb isə ona yönəlir ki, iddiaçı müqavilənin ümumiyyətlə heç bir hüquqi nəticə doğurmadığını, onun bağlandığı andan nəticələrinin etibarsız hesab edilməsini xahiş edir. Bununla da, iddiaçı tərəfindən iddia ərizəsinin qanunvericiliklə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədiyi üçün iddia ərizəsi geri qaytarılmalı, iddiaçıya Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinin tələbləri izah olunmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.1, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X3 İdarəsinin Qeydiyyat-İmtahan İdarəsinə qarşı etibarnamələrin və alqı-satqı müqavilələrinin ləğv edilməsi tələbinə dair iddia ərizəsi iddiaçıya geri qaytarılsın. İddiaçıya izah olunsun ki, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Nigar Nəbizadə
Məhkəmə qərarları › İş №2(001)-5603/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-5603/2021
29.06.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver