Məhkəmə qərarları › İş №2(001)-5612/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-5612/2022

05.11.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-5612/2022 05.11.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abdıyev Fuad Vilayət oğlunun sədrliyi Məhkəmə iclasının katibi X7, İddiaçılar İddiaçı2 və İddiaçı1 nümayəndəsi və vəkili Vəkil, Azarbaycan Respublikası Baş Prokurorlugunun Xüsusi müsadirə məsələlərinin əlaqələndirilməsi İdarəsinin nümayəndəsi X8 iştirakı ilə, İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh Azarbaycan Respublikası Baş Prokurorluğunun Xüsusi müsadirə məsələlərinin əlaqələndirilməsi İdarəsinə qarşı (Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi idarəsi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “əmlakın üzərindən həbsin götürülməsi” tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə və Azarbaycan Respublikası Baş Prokurorluğunun Xüsusi müsadira məsələlərinin əlaqələndirilməsi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, ünvan 1 ünvanında yerləşən bağ evinin, ünvan 2ı mənzilinin və Bakı şəhəri, Yasamal rayonu. A.M. Şərifzadə küçəsində yerləşən 130 saylı evin, 4 saylı mənzilinin həbsdən azad edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Bundan sonra iddiaçılar İddiaçı2 və İddiaçı1 nümayəndəsi və vəkili Vəkil ərizəsinə əsasən Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi cavabdehlər sırasından çıxarılmış və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir. Eyni zamanda, məhkəmənin təşəbbüsü ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi idarəsi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir. Məhkəmə iclasında iddiaçılar İddiaçı2 və İddiaçı1 nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə etmiş və təqdim edilmiş sübutlara əsaslanaraq, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh Azarbaycan Respublikası Baş Prokurorluğunun Xüsusi müsadirə məsələlərinin əlaqələndirilməsi İdarəsinin nümayəndəsi X14 iddianı qəbul etməyərək, rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi idarəsi hər hansı üzürlü səbəb göstərmədən nümayəndəsinin iştirakını məhkəmə iclasında təmin etməmişdir. Məhkəmə işə üçüncü şəxslərin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, məhkəmə iclasında iştirak edən tərəfləri dinləyib, məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-60/2017 saylı, 10 iyul 2017-ci il tarixli hökmü ilə X9 CM-nin 162-1.1, 178.3.2, 192.2.2, 213.2.2, 308.2. 312.2 və 313-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək CM-nin 162-1.1ci maddəsi ilə 2 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzasına, CM-nin178.3.2-ci maddəsi ilə 7 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına, CM-nin 192.2.2-ci maddəsi ilə 2 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzasına, CM-nin 213.2.2-cimaddəsi ilə 2 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 4 (dörd) il müddətə azadlıqdanməhrumetmə cəzasına, CM-nin 308.2-ci maddəsi ilə 2 (iki) il müddətə dövlət və yerli özünüidarəorqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 4 il müddətə azadlıqdan məhrumetmə cəzasına, CM-nin 312.2-ci maddəsi ilə 5 ilmüddətə azadlıqdan məhrumetmə cəzalarına məhkum edilmiş, Azərbaycan RespublikasıCinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinə əsasən təyin olunan əsas cəzaları əsascəza ilə əlavə cəzanı əlavə cəza ilə qismən toplamaq və əlavə cəzanı əsas cəzaya birləşdirmək yolu ilə X6 qəti olaraq 3 il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 8 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Cəzasını ümumirejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəza çəkmə müddətinin başlanğıcının 11 iyul2014-cü il tarixdən hesablanması hökm edilmişdir. Cinayət məsuliyyətinə cəlb etməmüddəti keçdiyindən Azərbaycan Respublikası CPM-nin 44.2.1ci maddəsinə müvafiqolaraq X6 CM-nin 313-cü maddəsi ilə cəza təyin edilməmişdir. Həmçinin, həmin hökmlə X6 məxsus olub, qardaşı İddiaçı1 adına rəsmiləşdirilmiş Bakı səhəri, M.Xiyabani küçəsi, ev 8, mənzil 23-də yerləşən mənzilin, ünvan 3 ünvanında yerləşən mənzilin, Zabit Çələbiyevin atası X4 adına rəsmiləşdirilmiş Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, ünvan 1 ünvanında yerləşən bağ evinin də xüsusi müsadirə olunması hökm edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(105)-08/2019 saylı, 15 yanvar 2019-cu il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 iyul 2017-ci il tarixli qərarı dəyişdirilmiş, X6 cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən CPM-nin 44.2.1-ci maddəsinə müvafiq olaraq CM-nin 162-1.1ci maddəsi ilə cəza təyin edilməmiş, cinayət nəticəsində vurulmuş ziyanı tamamilə ödədiyinə görə CM-nin 73-2.1-ci maddəsinə müvafiq olaraq CM-nin 213.2.2-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilmiş, CM-nin 178.3.2-ci maddəsi ilə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının müddəti 7 il 6 ay müddətindən 5 il müddətinə, CM-nin 192.2.2-ci maddəsi ilə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının müddəti 2 ildən 1 il 6 ay müddətinə, CM-nin 308.2-ci maddəsi ilə əsas cəza kimi təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının müddəti 4 ildən 2 il müddətinə, CM-nin 312.2-ci maddəsi ilə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının müddəti 5 il müddətindən 4il müddətinə endirilmişdir. CM-nin 66.3 və 66.4-cü maddələrinə əsasən təyin edilmiş əsas cəzalar ilə əlavə cəzanı qismən toplamaq və əlavə cəzanı əsas cəzaya birləşdirmək yoluilə X6 qəti olaraq 2 (iki) il dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddiməsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 5 (beş il) 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Həmçinin, həmin qərarla yuxarıda qeyd edilən 3 əmlakın üzərinə qoyulmuş həbs ləğv edilərək həmin əmlaklara dair tətbiq edilmiş xüsusi müsadirəyə aid hissə hökmdən xaric edilmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Cinayət Kollegiyasının 1(102)-758/2019 saylı 22 may 2019-cu il tarixli qərarı ilə kassasiya protesti və kassasiya şikayəti qismən təmin edilərək, Sumqayıt Apellyasiya Məhkəməsinin 15 yanvar 2019-cu il tarixli qərarı ləğv edilərək iş yenidən apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(105)-17/2020 saylı, 18 avqust 2020-ci il tarixli qərarı ilə X6 cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən Azərbaycan Respublikası CPM-nin 44.2.1-ci maddəsinə müvafiq olaraq CM-nin 162-1.1-ci maddəsi ilə cəza təyin edilməmiş, cinayət nəticəsində vurulmuş ziyanı tamamilə ödədiyinə görə CMnin 73-2.1-ci maddəsinə müvafiq olaraq o, Azərbaycan Respublikası CM-nin 213.2.2-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilmişdir. X6 CM-nin 178.3.2-ci maddəsi ilə təyin edilmiş 7 (yeddi)il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası 5 il 6 ay (beş il altı ay) müddətə, CM-nin 192.2.2-ci maddəsi ilə təyin edilmiş 2 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzası 1 il 6 ay (bir il altı ay) müddətə, CM-nin 308.2-ci maddəsi ilə təyin edilmiş 2 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddiməsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 4 (dörd) il müddətə azadlıqdan məhrumetmə cəzası 2 (iki)il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 3 (üç) il müddətə, CM-nin 312.2-ci maddəsi ilə təyin edilmiş 5 (beş) il müddətə azadlıqdan məhrumetmə cəzası 4 (dörd) il müddətə endirilmiş, CM-nin 66.3 və 66.4-cü maddələrinə əsasən təyin edilmiş əsas cəzalar ilə əlavə cəzalar qismən toplamaq və əlavə cəzanı əsas cəzaya birləşdirmək yolu ilə ona qəti olaraq 2 (iki)il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 6 il 6 ay (altı il altı ay) müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəza çəkmə müddətinin başlanğıcının 11 iyul 2014cü il tarixdən hesablanması qəraraalınmışdır. Həmçinin, bu qərarla Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-60/2017 saylı, 10 iyul 2017-ci il tarixli hökmü qalan, o cümlədən qeyd edilən 3 əmlakın üzərinə həbsin qoyulması və müsadirə edilməsi hissəsində dəyişdirilmədən saxlanılmışdır. Qərardan verilmiş kassasiya şikayətləri Azərbaycan Respublikasının Ali Məhkəməsinin Cinayət Kollegiyasının 1(102)-390/2022 saylı, 14 iyun 2022-ci il tarixli qərarı ilə təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının qeyd edilən qərarı dəyişdirilmədən saxlanılmışdır. Hökmə əsasən X5 və digərlərinin cinayət əməlləri 2011-2014-cü illəri əhatə edir. Hazırda iddiaçılar X6 münasibətdə xüsusi müsadirəyə məruz qalmış əmlakların qanuni yolla əldə edildiyini, cinayət hadisəsinə və təqsirləndirilən şəxs X6 hər hansı aidiyyətinin olmadığını, o cümlədən onun mülkiyyətini təşkil etmədiyini, bu əmlaklardan Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, ünvan 1 ünvanında yerləşən bağ evinin X5 atası X10 tərəfindən 16 aprel 1999-cu il tarixdə, yəni cinayət hadisəsindən 13 il əvvəl bağlanmış alqı-satqı müqaviləsinə əsasən X3 alındığını, onun ölümündən sonra xx.xx.2021-ci il tarixdə vərəsəlik işinin açıldığını və bu əmlakın miras əmlak olaraq onun vərəsələri, yəni arvadı İddiaçı2 və oğlu İddiaçı1 tərəfindən qəbul edildiyini, Bakı şəhəri, M.Xiyabani küçəsində yerləşən 8 saylı evin, 23 saylı mənzilinin 02 sentyabr 2008-ci il tarixdə, yəni cinayət hadisəsindən bir neçə il əvvəl, bağlanmış alqı-satqı müqaviləsinə əsasən İddiaçı1 tərəfindən Əli Əlibaba oğlundan və X1 alındığını, Bakı şəhəri, Yasamal rayonu. A.M. Şərifzadə küçəsində yerləşən 130 saylı evin, 4 saylı mənzilinin X9 tərəfindən 30 avqust 2008-ci il tarixdə, yəni yenə də cinayət hadisəsindən əvvəl bağlanmış alqı-satqı müqaviləsinə əsasən X11 alındığını və 12 may 2014-cü il tarixdə onun tərəfindən İddiaçı1 bağışlandığını, bununla da onların mülkiyyət hüquqlarının pozulduğunu bildirirlər və həmin əmlakların həbsdən azad edilməsini xahiş edirlər. Cavabdeh iddianı qəbul etmir. Məhkəmə cinayət mühakimə icraatı zamanı mülki iddiaverilməsinin qaydalarını tənzimləyən və bu baxımdan hazırki iddianın prosessual əsasını təşkil edən Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 183-cü maddəsinə istinadən qeyd edir ki, məhkəmənin yekun qərarı ilə xüsusi müsadirə edilməli əmlaklar üzərində sahiblik hüququnun mübahisələndirilməsinə dair iddialara mülki məhkəmə icraatı qaydasında baxılır və həll edilir. Hazırki iddia tələbi də yekun məhkəmə qərarı ilə xüsusi müsadirə edilməli əmlaklar üzərində sahiblik hüququ ilə bağlı olduğundan mülki mühakimə icraatı çərçivəsində baxılması qanuni və əsaslıdır. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının CPM-nin XXXİİ fəsli cinayət mühakimə icraatında əmlak üzərinə həbs qoyulmasının və əmlakın həbsdən azad edilməsinin şərtlərini, əsaslarını və qaydalarını müəyyənləşdirmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcələsinin 248-ci maddəsinə əsasən əmlak üzərinə həbs mülki iddianın və cinayətqanunu ilə nəzərdə tutulmuş hallarda əmlak müsadirəsini təmin etmək məqsədilə tətbiq edilir. Əmlak üzərinə həbs qoyulmasının isə iki məqsədi müəyyən edilir: birincisi, mülki iddianın təmin edilməsi, ikinci,cinayət qanunu ilə nəzərdə tutulmuş hallarda əmlak müsadirəsinin təmin edilməsidir. Bununla belə, mülki iddianın təmin edilməsi məqsədilə əmlak üzərinə həbs o halda qoyula bilər ki, cinayət mühakimə icraatı zamanı mülki iddia verilmiş olsun. Əmlak müsadirəsinin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs yalnız o hallarda qoyula bilər ki, təqsirləndirilən şəxsin ittiham olunduğu cinayətə görəCinayət Məcəlləsinin müvafiq maddəsinin sanksiyasında əlavə cəza növü qismində əmlak müsadirəsinin tətbiqi nəzərdə tutulmuş olsun. Əmlak üzərinə həbs qoyulmasının faktiki əsası qismində mülki iddiaçının və ya əmlak müsadirəsinin təmin edilməsi məqsədilə üzərinə həbs qoyula bilən əmlakın gizlədilməsinə, özgəninkiləşdirilməsinə və ya məhv edilməsinə dair əsaslandırılmış ehtimalların olmasıçıxış edir. Belə ehtimallar cinayət təqibi üzrə konkret faktlar, məsələn əmlakın satılması üçün cəhdlər edilməsi, vurulmuş zərəri ödəməkdən imtina edilməsi və sair əsasında formalaşa bilər. Əmlak üzərinə həbs qoymanın hüquqi əsasını isə təxirəsalınmaz hallarda müstəntiqin, digər bütün hallarda isə məhkəmənin qərarı təşkil edir. Həmin maddədə üzərinə həbs qoyula biləsi əmlakların dairəsi müəyyən edilmiş və bu əmlak sırasına a) təqsirləndirilən şəxsin ər-arvadın birgə mülkiyyətindəki payı; b) təqsirləndirilən şəxsin digər şəxslərlə mülkiyyətindəki payı; c) cinayətin törədilməsində alət kimi istifadə edilən əmlak; ç) cinayətin predmetləri; d) cinayət yolu ilə əldə edilmiş vəsait hesabına alınmış və artırılmış əmlak daxil edilmişdir. Xüsusilə qeyd edilməlidir ki, əmlak üzərinə həbs qoyulması barədə məsələ həll edilərkən həmin əmlakın mövcud olubolmaması, əmlakın mülkiyyətçisinin və ya sahibinin müəyyənləşdirilməsi vacib şərtdir. “Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 183.2-ci maddəsinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 142.1, 383.1, 408.3-cü maddələri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən cinayət törətməyən və ya cinayət törədən şəxsin hərəkətlərinə görə maddi məsuliyyət daşımayan şəxsin əmlakına əsaslandırılmamış həbsin qoyulması mülkiyyət hüququna qeyri-mütənasib və əsassız müdaxilə kimi qəbul oluna bilər. Bu isə ədalətlilik, hüquq və azadlıqların məhdudlaşdırılmasının mütənasibliyinə və qanuniliyinə dair konstitusiya prinsiplərinə, mülkiyyətin qanunla qorunmasına, məhkəmə müdafiəsi təminatına cavab vermir və Konstitusiyanın 13-cü maddəsinin İ hissəsinin və 60-cı maddəsinin İ hissəsinin tələblərinə ziddir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 89-cu maddəsində tələbin yönəldildiyi əmlakın borcluya və başqa şəxslərə məxsus olması (mənsubiyyəti) ilə bağlı mübahisə yarandıqda, maraqlı fiziki və hüquqi şəxslərin əmlakın həbsdən azad olunması və ya onun siyahıdan çıxarılması barədə iddia ilə məhkəməyə müraciət etmək hüququ müəyyən edilmişdir. Göstərilən məsələyə münasibətdə, məhkəmə vurğulayır ki, hər iki normada iddia cinayət işi üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarının mahiyyəti ilə deyil, məhkəmənin yekun qərarı ilə xüsusi müsadirə edilməli əmlakın kimə mənsub olması ilə bağlıdır. Bununla bağlı yuxarıda göstərilən Plenum qərarına istinadən qeyd edilməlidir ki, cəzaların İcrası Məcəlləsinin 183.2-ci maddəsinə müvafiq olaraq cinayət işi üzrə icraatda iştirak etməyən, məhkəmə qərarı ilə maraqlarına toxunan şəxsin xüsusi müsadirə edilməli olan əmlakın kimə mənsub olması haqqında iddiası üzrə işə baxan məhkəmə üçün qanuni qüvvəyə minmiş hökm yalnız cinayət hadisəsinin olub-olmaması və bu cinayətin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsi hissəsində preyudisial xarakter daşıyır. Nəzərə alınmalıdır ki, “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 142-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 yanvar 2020-ci il tarixli Qərarında da belə nəticəyə gəlinmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə hökmünün preyudisiallığı həmin hökmün çıxarıldığı şəxslərin dairəsi ilə məhdudlaşır. Preyudisiyanın subyektiv hədləri cinayət prosesində tərəf olaraq məhkəmədə öz mövqeyini bildirən və həmin mövqeyin əsaslandırılması üçün sübutlarını təqdim edən şəxslərin dairəsi ilə müəyyən edilir. Subyektiv hədlərə daxil olan fiziki şəxslər prosessual əminatların maksimal həcminə malik olmalı və həmin şəxslər sübutetmə predmetinə daxil olan halların toplanmasına və qiymətləndirilməsinə təsir etmək imkanına malik olmalıdırlar. Qüvvəyə minmiş məhkəmə hökmünün preyudisiallığının həmin cinayət prosesində iştirak etməyən şəxslərə şamil edilməsi sonuncuları qanunvericilik ilə müəyyən edilən təminatlardan, o cümlədən məhkəmə icraatında müdafiə hüququndan (Konstitusiyanın 127-ci maddəsinin Vİİİ hissəsi) məhrum etməklə onların Konstitusiyanın 60-cı maddəsində təsbit edilmiş hüquq və azadlıqlarının məhkəmə müdafiəsi hüququnun pozulması ilə nəticələnə bilər. Mülki Prosessual Məcəllənin 82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü mülki işlərə baxan məhkəmələr üçün yalnız cinayətin törədilib törədilməməsi və bu cinayətin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsi hissəsində məcburi qüvvəyə malikdir. Bu baxımdan belə nəticəyə gəlmək olar ki, Cəzaların İcrası Məcəlləsinin 183.2-ci maddəsinə müvafiq olaraq cinayət işi üzrə icraatda iştirak etməyən, məhkəmə qərarı ilə maraqlarına toxunan şəxsin xüsusi müsadirə edilməli olan əmlakın kimə mənsub olması haqqında iddiası üzrə işə baxan məhkəmə üçün qanuni qüvvəyə minmiş hökm yalnız cinayət hadisəsinin olub-olmaması və bu cinayətin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsi hissəsində preyudisial xarakter daşıyır. Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, Mülki Prosessual Məcəllənin 82.4-cü maddəsi müsadirə olunması müəyyən olunmuş konkret əmlakın hökmdə göstərilməsinin üçüncü şəxslərə mülki məhkəmə icraatı qaydasında bu əmlaka dair öz mülkiyyət hüquqlarını sübut etməyə maneə yaratmasına səbəb olmur. Belə olan halda məhkəmə hesab edir ki, hazırkı iş üzrə işdə iştiraka cəlb olunmayan şəxslərin mülki məhkəmə icraatı qaydasında siyahıya alınmış, üzərinə həbs qoyulmuş və ya xüsusi müsadirə olunmuş əmlakın həqiqətən təqsirləndirilən şəxsə mənsub olubolmamasının yoxlanılması, həbsin təqsirləndirilən şəxsə mənsub olmayan əmlakın üzərinə qoyulmasını təsdiqləyən hallar olduqda isə həmin əmlakın təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət nəticəsində əldə olunub-olunmamasına hüquqi qiymət verilməsi mümkündür və gəlinmiş nəticəyə müvafiq olaraq həmin əmlakın siyahıdan çıxarılması, onun həbsdən azad olunması və qanuni sahibinə qaytarılmasına dair qərar qəbul edilməsi yolverilən hesab olunmalıdır. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2022-ci il tarixli qərarına (nəticə hissəsinin 3-cü bəndinə) əsasən təqsirləndirilən şəxs olmayan, yaxud onun hərəkətinə görə qanunla maddi məsuliyyət daşımayan şəxsə mənsub olan əmlaka münasibətdə xüsusi müsadirə o halda tətbiq edilir ki, əmlakın həmin şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.3-cü maddəsində sadalanan şərtlərlə əldə edilməsinə dair əsaslı sübutlar mövcud olsun. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə istinadən qeyd edir ki, xüsusi müsadirə cinayət-hüquqi tədbiri şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla); şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlərin (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlakın və ya onun müvafiq hissəsinin və terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlakın məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə də hər bir cinayət işi üzrə qeyd edilən siyahıda sadalanan müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Eyni zamanda, bu maddədə müəyyən əmlakların müsadirəsi ilə bağlı qeyd şərt də nəzərdə tutulmuşdur. Belə ki, 99- 1.3-cü maddəyə əsasən cinayət törətmiş şəxs tərəfindən özgəninkiləşdirilmiş və ya hər hansı şəkildə digər şəxslərə verilmiş, bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulan əmlak o halda müsadirə edilir ki, həmin əmlakı alan şəxs əmlakın cinayət yolu ilə əldə edildiyini bildiyi və ya bilməli olduğu halda onu qəbul etmişdir. Həmçinin bu Məcəllənin 99- 1.1-ci maddəsində nəzərdə tutulan əmlak cinayət törətmiş şəxs tərəfindən hədiyyə kimi verildikdə və ya öz bazar dəyərindən əhəmiyyətli dərəcədə aşağı qiymətə satıldıqda vicdanlı sahiblərin hüquqlarına xələl gətirmədən müsadirə edilir. Məhkəmə qeyd edir ki, iddiaçılar tərəfindən mübahisələndirilən əmlakların da üzərinə məhz X5 cinayət işi üzrə ibtidai istintaq zamanı cinayət yolu ilə əldə edilmiş pul vəsaiti hesabına əldə edilməsi əsası ilə həbs qoyulmuş və nəticədə onlar müsadirə edilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin qeyd edilən hökmünə əsasən də göstərilən daşınmaz əmlaklar xüsusi müsadirə edilməklə zərərçəkmiş şəxslərə dəymiş zərərin ödənilməsinə yönəlməlidir. Lakin nəzərə alınmalıdır ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, ünvan 5 ünvanında yerləşən bağ evi 16 aprel 1999-cu il tarixli, 074841 nömrəli müqaviləyə (3MA/İ- 49 nömrəli reyestrdə qeyd edilmişdir) əsasən X5 atası X10 tərəfindən 12.000.000 manat məbləğində pula X3 alınmış və həmin əmlaka dair X4 mülkiyyət hüququ xx.xx.2005-ci il tarixdə dövlət qeydiyyatına alınmış (FM seriyalı, 035004 nömrəli qeydiyyat vəsiqəsi) və onun xx.xx.2014-cü il tarixdə ölməsindən sonra (AZ-İ seriyalı, 679546 nömrəli Ölüm haqqında şəhadətnamə) xx.xx.2021-ci il tarixdə adına açılmış 8V/9 saylı vərəsəlik işi üzrə mirası, o cümlədən qeyd edilən bağ evini vərəsə qismində iddiaçılar İddiaçı2 və İddiaçı1 qəbul etmişdir. Bununla belə, həmin əmkak müddət etibarı ilə cinayət hadisəsinin baş verdiyi tarixdən xeyli əvvəl X9 tərəfindən deyil, onun atası X10 tərəfindən əldə edilmiş və öldüyü günədək məhz sonuncunun mülkiyyətində olmuşdur. Onun ölümündən sonra da bu bağ evi X5 mülkiyyətinə keçməmiş, miras əmlak olaraq, məhz iddiaçılar tərəfindən qəbul edilmişdir. Hüquqi nəticə etibarı ilə X5 bu əmlaka hər hansı aidiyyəti yoxdur və bu əmlak Cinayət Məcəlləsinin 99-1-1-ci maddəsində göstərilən əmlaklar kateqoriyasına aid deyil. Bu baxımdan məhkəmə hesab edir ki, həmin bağ evinin üzərinə həbs qoyulması və onun xüsusi müsadirə edilməsi tamamilə əsassız və qanunsuz olmuşdur. Nəticədə iddiaçıların mülkiyyət hüquqları pozulmuşdur. Belə ki, məhkəmənin qənaətinə görə qanunun aliliyi və bərabərlik təməl prinsiplərinin tələblərindən çıxış edilərək, dövlətin mülkiyyət münasibətlərinə müdaxiləsi özbaşına olmamalı və cəmiyyətin mənafeyinin tələbləri ilə əsas hüquqlarınqorunması üçün zəruri şərtlər arasındakı tarazlıq pozulmamalı, vasitələr və hədəflər arasında məqbul bir mütənasiblik qorunmalıdır. Cinayət nəticəsində dəymiş maddi ziyanın ödənilməsinə dair mülki iddialar - mülki və ya cinayət prosesində baxılmasından asılı olmayaraq - mülki hüquq normalarına uyğun olaraq həll edildiyi üçün, məhkəmələr cinayət mühakimə icraatında mülkiyyət hüququ ilə bağlı məsələləri həll edərkən, xüsusi mübahisələrin həlli mexanizmlərinin cinayət prosesinin ictimai-hüquqi hədəflərinə çatmağa yönəlmiş cinayət prosessual vasitələri ilə əvəz edilməsinə imkan verməməlidir. Hökmün mülki iddia hissəsində icrasının təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulması müvafiq əmlakın mülkiyyətçisi üçün sahiblik, istifadə və sərəncam vermək hüquqlarını məhdudlaşdırır və buna görə qeyd olunan məhdudlaşdırma ağlabatan və hüquqi cəhətdən əsaslandırılmış olmalıdır - bu, konkret bir şəxsin cinayət fəaliyyətində iştirakı və ya konkret əmlakın mənşəyinin iddia edilən cinayət xarakteri ilə şərtləndirilməlivə ya mülkiyyətçinin şübhəli və ya təqsirləndirilən şəxsin hərəkətləri üçün maddi məsuliyyətini müəyyənləşdirən qanuna əsaslanmalıdır. Məhkəmə İddiaçı1 mülkiyyətində olan Bakı şəhəri, M.Xiyabani küçəsi, 8 saylı evin, 23 saylı mənzili ilə bağlı da eyni mövqeydən çıxış edir və belə qənaətə gəlir ki, Hüquqi nəticə etibarı ilə X5 bu əmlaka hər hansı aidiyyəti yoxdur və bu əmlak Cinayət Məcəlləsinin 99-1-1-ci maddəsində göstərilən əmlaklar kateqoriyasına aid deyil. Bu baxımdan bu mənzilin üzərinə həbs qoyulması və onun xüsusi müsadirə edilməsi də tamamilə əsassız və qanunsuz olmaqla iddiaçının mülkiyyət hüquqlarının pozulmasına əsas olmuşdur. Belə ki, mənzil 02 sentyabr 2008-ci il tarixdə bağlanmış AN-İ seriyalı, ******* nömrəli Daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən 48.960 manat məbləğində pula İddiaçı1 tərəfindən X19 və X2 alınmış və bundan sonra həmin əmlaka dair onun mülkiyyət hüququ 18 dekabr 2008-ci il tarixdə, yəni cinayət hadisəsinin baş verməsi tarixindən bir neçə il əvvəl dövlət qeydiyatına alınaraq, bu barədə MH seriyalı, ******* nömrəli çıxarış verilmişdir. Bununla belə, qeyd edilən mənzilin X6 ümumiyyətlə hər hansı aidiyyəti yoxdur. Məhkəmə hesab edir ki, 2011-2014-cü illəri əhatə edən cinayət hadisəsindən bir neçə il əvvəl, yəni 30 avqust 2008-ci il tarixli, AN-İ seriyalı, ******* nömrəli Daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X9 tərəfindən 56.980 manat məbləğində pula X11 alınmış və onun tərəfindən 12 may 2014-cü il tarixdə İddiaçı1 bağışlanmış Bakı şəhəri, Yasamal rayonu. A.M. Şərifzadə küçəsi, 130 saylı evin, 4 saylı mənzilinin də üzərinə həbs qoyulması və xüsusi müsadirə edilməsi İddiaçı1 Azərbaycan Respublikasının Konstitusiyası ilə təsbit edilmiş mülkiyyət hüquqlarının açıq-aşkar pozulması kimi qiymətləndirilməlidir. Bu mənzilin də Cinayət Məcəlləsinin 99-1-1-ci maddəsində göstərilən əmlaklar kateqoriyasına hər hansı aidiyyəti yoxdur. Məhkəmə xüsusilə vurğulayır ki, iddiaçıların əmlakları barədə xüsusi müsadirə tətbiq edilən zaman əmlakın həqiqi sahibləri müəyyən edilməmişdir ki, belə yanaşma da Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin yuxarıda qeyd edilən mövqeyi ilə ziddiyyət təşkil edir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, ünvan 1 ünvanında yerləşən bağ evi, ünvan 6akı şəhəri, Yasamal rayonu, A.M. Şərifzadə küçəsi, 130 saylı evin, 4 saylı mənzili həbsdən azad edilməlidir. Ödənilmiş dövlət rüsumu tələb edilmədiyindən iddiaçılara aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, ünvan 1 ünvanında yerləşən bağ evi, ünvan 6akı şəhəri, Yasamal rayonu, A.M. Şərifzadə küçəsi, 130 saylı evin, 4 saylı mənzili həbsdən azad edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçılar İddiaçı2 və İddiaçı1 aid edilsin. Qətnamədən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mulki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar