Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-5618/2022 29.08.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin hakimi Əliyev İlkin Əli oğlu, İddiaçı Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 60.000 borc məbləğinin tutularaq, ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh keçmiş həyat yoldaşı X3 30 sentyabr 2013-cü il tarixli kredit müqaviləsinə əsasən 10.000 AZN, 25 dekabr 2013-cü il tarixli kredit müqaviləsinə əsasən 10.000 AZN, 04 iyul 2014-cü il tarixli müqaviləyə əsasən 20.000 AZN, 01 avqust 2014-cü il tarixdi müqaviləyə asasən 10.000 AZN, 23 noyabr 2014-cü il tarixli kredit müqaviləsinə əsasın 10.000 AZN, ümumilikda 60.000 AZN məbləğində borc pul vermişdir. Borclu C.Fərcov həmin pulu ödəməyi öhdəsinə götürsə də, heç bir pul vəsaitini bu günədək ödəməmişdir. Tərəfindən "borc məbləğinin və dəymiş zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia ərizəsi ilə Binəqədi Rayon Məhkəməsinə müraciət olunmuş, Binəqədi Rayon Məhkəməsinin 2(001)-4064/2016 №-li qətnaməsi ilə iddiası təmin edilərək, X1 75280 manat məbləğində pulun onun xeyrinə ödənilmasi qət edilmişdir. Bundan sonra qarşı tərəf qeyd olunan Qətnamənin ləğv edilməsi ilə bağlı Bakı Apellyasiya Məhkməsinə müraciət etmiş va apellyasiya instansiyası məhkəməsinin 24 avqust 2017-ci il tarixli 2(103)-8758/2017 №-li Qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilərək, borclu C.Fərəcovdan xeyrinə illik 3,8 faiz dərəcəsi ilə hesablanmış 2280 manatın tutulması" hissəsi ləğv edilmiş, qalan hissə isə 60.000 AZN borcun və dövlət rüsumunun əvəzi qismində 24 manat 80 qəpik məbləğində pul vəsaitinin onun xeyrimə ödənilməsi hissəsi dəyişdirilmədən saxlanılmışdır. Borclu C.Fərəcov tərəfindən kassasiya şikayəti verilsə də, AR Ali Məhkəmənin 29 yanvar 2018-ci il tarixli, 2(102)-425118 №-li Qərarına əsasən kassasiya şikayəti təmin edilməmiş va apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qətnamə qanuni qüvvəsini almış və icra olunması üçün 04 aprel 2018-ci il tarixdə Binəqədi Rayon İcra Şöbəsinə daxil olmuşdur. Lakin, qətnamə icra olunmamış, bununla bağlı tərəfindən yuxan icra orqanlarına çoxsaylı müraciət olunsa da, sözü gedən Qətnamə bu günədək icra olunmamış və ona heç bir məbləğ ödənilməmişdir. Borclu C.Fərəcov ilə kredit müqavilələri bağlayan zaman o, Cavabdeh ilə rəsmi nikah münasibətində olmuşdur və cavabdehin hayat yoldaşı borclu Cəmil Fərəcov xx.xx.2021-ci il tarixda vəfat etmişdir. Eləcə də, Cavabdeh həyat yoldaşı mərhum X4 ilə xx.xx.2003-cü il tarixdə rəsmi nikaha daxil olaraq ailə hayatı qurmuş və onunla bağlanmış nikah aktı bu günədək pozulmamışdır. Cavabdeh, borclu Cəmil Fərəcovun arvadı olmaqla, onun qanun üzrə birinci dərəcəli vərəsəsidir. Belə olan halda hesab edir ki, alınmış borc məbləği birgə nikah müddətində alındığından və həmin məbləğ ailənin ümumi ehtiyaclarına sərf edildiyindən, yaranmış bu borc üçün ərarvad olaraq cavabdeh mərhum əri ilə birlikdə birgə borclular hesab olunurlar va bu borcun qaytarılmasında birgə məsuliyyət daşıyırlar. Belə ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrindən göründüyü kimi cavabdehin keçmiş hayat yoldaşı C.Fərəcova ayrı-ayrı vaxtlarda verilmiş 60.000 manat borc ilə o, "kontur satışı" növündə sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq ailəsini dolandırmış və borcun alındığını əhatə etdiyi dövrdə hər hansı əmək fəaliyyəti ilə məşğul olmamış və gəlirlər əldə etməmişlər. Bunu, C.Fərəcovun məhkəməyə verdiyi izahatı və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin vəkil sorğusuna cavablandırdığı 29 iyun 2022 ci il tarixli **********1 saylı məktubu da təsdiq edir. Bildiriram ki, sözügedən borc məbləğini alrkən cavabdeh mərhum C.Fərəcovla birlikdə nikah müddətində olmaqla ailəni və 3 azyaşlı uşaqlarını "kontur satışından əldə etdiyi gəlir hesabına dolanışığını təmin etmişdir. Odur ki, Cavabdeh mərhum borclu C.Faracovun qanuni vərəsəsi kimi onunla birgə məsuliyyət daşıdığından, 60.000 manat borc məbləği ondan tutularaq özünə geri qaytarılmalıdır. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, aşağıdakı əsaslara görə iddia ərizəsinin yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məcəllənin bu normasının mənasına görə eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Bu, məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23 fevral 2016-cı il tarixli qərarında qeyd edilir ki, preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsasən preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir (Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə 15 iyul 2015-ci il tarixli Qərarı). Faktın preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının hüquqi təbiətinə əsaslanır və onun subyektiv və obyektiv hədləri ilə müəyyənləşdirilir, tərəflər və işdə iştirak edən digər şəxslər bu hədlərdən kənara çıxa bilməzlər. Bununla yanaşı, yekun məhkəmə qərarlarının preyudisial əhəmiyyəti mütləq deyildir və prosessual qanunla müəyyən edilmiş hədlərə malikdir. Məhkəmə aktının preyudisiallığının tanınması üçün preyudisiallığın obyektiv və subyektiv hədlərinin məcmusu vacib şərtdir. Preyudisiallığın subyektiv həddi əvvəl baxılmış işdə və yeni baxılan işdəki şəxslərin dairəsinin, yəni subyekt tərkibinin eyniliyini şərtləndirir. Mülki Prosessual Məcəllənin 233.3-cü maddəsinə əsasən, qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərinin, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Göründüyü kimi, preyudisiallıq prinsipi yalnız əvvəlki və ya sonrakı proseslərdə iştirak edən tərəflərə, işdə iştirak edən digər şəxslərə və onların hüquq varislərinə aid edilir. Əvvəlki məhkəmə qətnaməsinin preyudisiallığı, həmçinin qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə yeni açılmış hallar üzrə baxılmasına da aid edilir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 31.1-ci maddəsinə əsasən icraat zamanı tərəflərdən biri sıradan çıxdıqda (fiziki şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə) icra məmuru qərar qəbul edərək, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada həmin tərəfi onun vərəsəsi və ya hüquq varisi ilə əvəz edir. Vərəsə və hüquq varisi icraata daxil olanadək həyata keçirilmiş bütün hərəkətlər, onun əvəz etdiyi şəxs üçün məcburi olduğu kimi, vərəsə və ya hüquq varisi üçün də eyni dərəcədə məcburidir. Bundan başqa işlərə eyni tərəflər arasında, eyni mübahisə predmeti üzrə fərqli məhkəmə icraatında baxılması mahiyyət etibarı ilə fərqli nəticələrə və sonda hüquqi müəyyənlik prinsipinin pozulmasına səbəb ola bilər (Konstitusiya Məhkəməsi Plenumunun G.İsmayılzadənin şikayəti üzrə 2016-cı il 29 noyabr tarixli Qərarı). İddia ərizəsindən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 avqust 2017-ci il tarixli, 2(103)-8758/17 saylı qətnaməsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 16 may 2017-ci il tarixli qətnaməsinin bir hissədə ləğv edilmiş və X1 60000 manat borcun, habelə dövlət rüsumunun əvəzi qismində 24,80 manat pul vəsaitinin İddiaçı xeyrinə tutulması hissəsində dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 24 yanvar 2018-ci il tarixli, 2(102)-425/18 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 avqust 2017-ci il tarixli, 2(103)- 8758/17 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Hazırda iddiaçı cavabdeh X2 öldüyünü, ölənə qədər ona borcundan ödəniş etmədiyini bildirib, məhkəmə qətnaməsinin icrasız qalmasına əsaslanmaqla, cavabdehin arvadı Cavabdeh qarşı eyni predmet, eyni əsasla məhkəməyə müraciət edərək, həmin pulun birgə nikah dövründə X4 tərəfindən ailənin ehtiyacları üçün alındığını, birgə mülkiyyət olduğunu iddia etməklə, cavabdehlə ölənə qədər rəsmi nikahda qalan arvadı Cavabdeh tələb edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 233.3-cü maddəsinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23 fevral 2016-cı il tarixli qərarına əsasən qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərinin, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Göründüyü kimi, yaranmış mübahisə ilə bağlı artıq qanuni qüvvəsini almış məhkəmə qətnaməsi mövcuddur. Belə ki, borclu X2 ölməsi, İddiaçı eyni predmetlə, eyni tərəf- X2 vərəsəsi Cavabdeh qarşı yenidən iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi üçün əsas deyil. Artıq həmin borcun borclunun vərəsəsindən tutulması üçün yenidən məhkəmə qətnaməsinin çıxarılmasına ehtiyac yoxdur. Çünki fiziki şəxs öldükdə icra məmuru qərar qəbul edərək, həmin tərəfi onun vərəsəsi və ya hüquq varisi ilə əvəz edə bilir. Belə ki, borclunun vərəsəsi və hüquq varisi icraata daxil olanadək həyata keçirilmiş bütün hərəkətlər, onun əvəz etdiyi şəxs üçün məcburi olduğu kimi, vərəsə və ya hüquq varisi üçün də eyni dərəcədə məcburidir. Həmçinin nəzərə alınmalıdır ki, hazırki iddia ərizəsinin icraata qəbulu, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin, məhkəmə qərarları arasındakı stabilliyin pozulmasına, nəticədə eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılmasına səbəb ola bilər ki, bu da Preyudisiya institutunun tələblərinin ciddi surətdən pozulması deməkdir. Beləliklə, məhkəmə hesab edir ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina olunmalı, iddiaçıya pul vəsaitinin cavabdehin vərəsəsindən tutulması barədə müvafiq qərar qəbul edilməsi üçün İcra Şöbəsinə müraciət etmək hüququnun olması izah edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 114.1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə ödənilmiş dövlət rüsumu geri qaytarılır. 153.2.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir; 153.4-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir; 153.5-ci maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur; 153.6-cı maddəsinə əsasən iddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi ilk gündən verilmiş hesab edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 153-cü və 263- 264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilsin. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər həmçinin ödənilmiş 270 (iki yüz yetmiş) manat məbləğində dövlət rüsumunu İddiaçı geri qaytarılsın. İddiaçıya pul vəsaitinin cavabdehin vərəsəsindən tutulması barədə qərar qəbul edilməsi üçün müvafiq İcra Şöbəsinə müraciət etmək hüququnun olması izah olunsun. Qərardaddan 10 (on) gün müddətinə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim İlkin Əliyev
Məhkəmə qərarları › İş №2(001)-5618/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-5618/2022
29.08.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver