Məhkəmə qərarları › İş №2(001)-5631/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-5631/2020

29.10.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-5631/2020 29.10.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Ağazadə Səbinə Əjdər qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbi barədə iddia ərizəsi üzrə mülki işə Bakı şəhərində, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh maddi zərərə görə 25000 ABŞ dolları, əldən çıxmış faydaya görə 6 il üçün 7500 ABŞ dolları, mənəvi zərərə görə 10000 manat məbləğində pulun tutularaq ona verilməsi barədə qətnamə qəbul etməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Nəzirova Leyla onun qızıdır. Əri ilə boşandıqdan sonra o, Əhmədli qəsəbəsində yerləşən “Akkord” şirkətinə məxsus bir otaqdan ibarət bina evini satmış, 2012-ci il tarixdə həyət evi almaq qərarına gələrək “Birja” qəzeti vasitəsi ilə Abşeron rayonunun Xırdalan şəhərində yerləşən alqı-satqı ofisinin əməkdaşı İbadova İradə adlı qadınla tanış olmuşdur. Bundan bir neçə gün sonra o, qızı Leyla ilə həmin ofisə gələrək İradə ilə görüşmüş və ona həyət evi almaq istədiklərini bildirərək bunun üçün cəmi 30.000 ABŞ dolları pulları olduğunu bildirmişlər. Həmin vaxt ofisdə Əhmədov Rüfət adlı adam da olmuşdur. İradə bir neçə gün ərzində onlara bir neçə ev göstərmiş, lakin həmin evlər qızının xoşuna gəlmədiyindən bundan imtina etmişlər. 2012-ci ilin oktyabr ayının sonlarında İradə mobil telefon vasitəsi ilə Leylaya zəng edərək Xırdalan şəhərinin 26-cı məhəlləsində üç otaqdan ibarət ev tapdığını və həmin evin Cavabdeh məxsus olduğunu bildirərək, Cəsarətin evi 35000 ABŞ dolları pula satmaq istədiyini bildirmişdir. Leyla bununla razılaşmamış və onda cəmi 30000 ABŞ dollar pul olduğunu söyləmişdir. Bundan sonra Leyla İradənin işlədiyi ofisdə Cəsarətlə görüşmüş və sonuncu ilə evin 30000 ABŞ dollara satılması ilə razılığa gəlmişlər. X8 birlikdə qızını həmin ünvana apararaq evi göstərmiş və Leylaya evin texniki pasportunun onda olduğunu, çıxarışını almaq üçün isə ona 5000 ABŞ dolları pul lazım olduğunu bildirərək, göstərilən məbləğ olarsa ilin axırınadək evin çıxarışını da alaraq ona verəcəyini bildirərək inandırmışdır. Bundan sonra o və oğlu Bədrəddin Cəsarətin satmaq istədiyi Xırdalan şəhəri, 26-cı məhəllə 5\22-də yerləşən evinə gedərək ora baxmış və ev xoşlarına gəlmişdir. Onlar yenidən ofisə qayıtmışlar. Pula görə narahat olduqlarını görən Cəsarət həmin tarixdə, yəni xx.xx.2012-ci il tarixdə ofisin içərisində müvəqqəti sənəd olduğunu bildirərək, “Kirayə müqaviləsi” yazmış və onlar, yəni o, Cavabdeh, İbadova İradə, oğlu Nəzirov Bədrəddin imzalamışlar. Cəsarətin yazdığı həmin müqavilədə göstərilmişdir ki, Cəsarət ondan 25000 ABŞ dolları alaraq özünün Xırdalan şəhəri, 26-cı məhəllədə yerləşən 5\22 saylı evini ona satmışdır. Bundan sonra cavabdeh onu da inandırmaq üçün 32 saylı notariat kontoruna aparmış, orada onunla kredit müqaviləsi bağlamış və göstərmişdir ki, ondan 25000 ABŞ dollarını borc olaraq almışdır. Onlar yenidən ofisə qayıtmış və o, İradənin, Rüfətin, qızı Leylanın, oğlu Bədrəddinin yanında 25000 ABŞ dolları pulu Cəsarətə vermişdir. Onların aralarındakı ilkin olaraq sadə yazılı formada evin alqı-satqı müqaviləsi bağlanmış və o, qarşılıqlı razılaşmaya əsasən üzərinə götürdüyü öhdəliyə görə cavabdehə 25000 ABŞ dolları vermiş, qalan 5000 ABŞ dolları isə evin sənədləri hazır olandan sonra ödəyəcəyi ilə razılaşmışlar.Buna görə də xx.xx.2013-cü il tarixdə Bakı şəhəri 4 saylı DNK-da sazişi rəsmiləşdirməklə beh müqaviləsi bağlamışlar. Eyni zamanda Cəsarət öz xətti ilə iltizam yazaraq, Xırdalan şəhəri, 26-cı məhəllədə yerləşən 5\22 saylı evini ona satdığı üçün 25000 ABŞ dolları pul aldığını göstərərək şahidlərin iştirakları ilə həmin iltizamı imzalamışdır.Bundan bir neçə gün sonra onlar, yəni, o,əri Rəcəb və qızı Leyla körpəsi ilə köçərək həmin evdə yaşamağa başlamışlar və indiyədək yaşayırlar. Aldıqları evin “Zamin bankda” girovda olduğunu isə nə o, nə də ki, ailə üzvləri bilməmişlər. 2012-ci ilin dekabr ayının sonunda onlara məlum olmuşdur ki, Cəsarət, İradə və Rüfət cinayət əlaqəsinəgirərək onları aldatmışlar. Əri aldadıldıqlarını bilərək dəfələrlə Cəsarətlə əlaqə saxlayıb görüşərək evin sənədinin və ya pulunun qaytarılmasını tələb emişdir. Cəsarət isə onu yenidən aldadaraq yaxın zamanlarda bankın pulunu ödəcəyini və bununla əlaqədar narahat olmamasını söyləmişdir. Lakin Cəsarət vaxt uzadaraq pulu vermədiyində əriərizə ilə polisə müraciət etmiş və bu zaman məlum olmuşdur ki, yuxarıda adlarınıgöstərdiyi bir qrup şəxs eyni üsulla çoxsaylı insanları da aldadaraq pullarını mənimsəmişlər. Hətta Cəsarət onlara satdığı evi də bir neçə dəfə başqalarına satmışdır.Göstərilən cinayətlərə görə Cəsarət, İradə və Rüfət haqqında cinayət işi başlanaraq məhkəmə məsuliyyətinə verilmiş və onların hər biri 8 il müddətinə azadlıqdan məhrum edilmişdir. Məhkəmə baxışı zamanı Cəsarətin özü, anası, qardaşı zəng edərəkondan şikayətçi olmamağını, onun iki azyaşlı övladlarının olmasını bildirdiklərindən onlara yazığı gəlmiş, məhkəmə baxışı zamanı məhkəməyə ərizə yazaraq, Cəsarət və onun yaxınlarınınonun pulunu qaytaracaqlarına söz verdiklərindən şikayətçi olmadığını bildirmişdir. Buna baxmayaraq nə Cəsarət, nə də ki onun yaxınları onun pulunu bugünədək qaytarmamışlar.Casarət və onunla birlikdə vətəndaşlara qarşı dələduzluq hadisələri törətmiş İradə və Rüfətə qarşı cinayət işi başlanılmış və onlar AR CM-nin 178.2.3-cü maddəsi ilətəqsirli bilinərək Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2014-cü il tarixli 1(101)-665/2014 saylı hökmü ilə təqsirli bilinərək 8 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişlər. Bütün bunlar qeyd edilən hökmdə öz əksini tapmışdır.Həmin vaxt o, Cəsarətin və onun ailə üzvlərinin onun pulunu qaytaracaqlarına söz verdiklərini nəzərə alaraq, cavabdehin həbs olunmaması üçün şikayətinin olmaması barədə məhkəməyə ərizə yazmışdır. Lakin cavabdeh bugünədək onun 25000 ABŞ dolları pulunu qaytarmamışdır.Bundan əlavə cavabdeh ona və ailə üzvlərinə altı il müddətində nəinki əzab vermiş hətta zülüm verməklə mənəvi zərər də vermişdir. Belə ki, ilk vaxtdan yəni beh verən olmaqla onu aldatmış, inandırmaq üçün isə qardaşını, anasını, ailəsini minnətci salaraq pulu qaytaracağına söz vermişdir. Cəsarətin evini satmaq məqsədi ilə ondan 25000 ABŞ dolları nağd pul alaraq və əldən çıxmış faydaya görə 5 faiz olmaqla ildə 1250 ABŞ dolları, 6 il müddətdə isə 7500 ABŞ dolları məbləğində, ümumilikdə isə 32500 ABŞ dolları məbləğində ona zərər vurmuşdur. Bundan əlavə əgər Cəsarət onu aldatmasaydı indiyə qədər qızına ev alardı və sakit bir həyat sürərdilər. Cəsarətin onları aldatması ailələrində söz-söhbətin yaranması və nəticədə ailəsinin dağılması dərəcəsinə gətirib çıxarmışdır. Cəsarətin ona satdığı evlə əlaqədar dəfələrlə məhkəmə çəkişmələrinin olması, hər dəfə bankın xeyrinə qərarın qəbul edilməsi, külli miqdarda pulunun əldən çıxması, həddindən artıq mənəvi sarsıntı keçirməsinə səbəb olmuşdur. Özü ürək xəstəliyinə, həyat yoldaşı isə şəkər xəstəliyinə tutulmuşlar. Hər ikisi təqaüdçüdür və aldıqları təqaüd yalnız dərmanlarını ödəyir. Cəsarətin ona və ailə üzvlərinə vurduğu mənəvi zərərin həddi hüdudu yoxdur. Tapdıqları xəstəliyin isə ölənə qədər müalicəsi yoxdur. Bununla da cavabdeh ona 6 il müddətində müalicələri və digər çəkdikləri xərclərə görə 30.000 manat əlavə ziyan vurmuşdur. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul etməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iştirak etməmiş, lakin məhkəməyə ərizə göndərərək iddia tələbini maddi zərərə görə 20.000 manat hissəsində qəbul etdiyini bildirmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan Cavabdeh tərəfindən yazılmış və Cavabdeh, Həsənov Bəhram Köçəri oğlu, X2, X4 və X1 tərəfindən imzalanmış xx.xx.2012-ci il tarixli iltizamda qeyd olunmuşdur ki, “xx xxxxxx 2012-ci il Bakı şəhəri. Mən Cavabdeh özümə məxsus Abşeron rayonu, Xırdalan şəhəri, 26-cı məhəllə 2/22 saylı evimi İddiaçı 30 min ABŞ dollara satıb ondan 25 min ABŞ dolları pul almışam. 5 min ABŞ dolları isə evin kupçasını verdikdən sonra almalı idim. Mənim və İddiaçı arasında notarial qaydada bağlanmış borc müqaviləsi formal olaraq tərtib olunub, yuxarıda göstərdiyim kimi mən İddiaçı 25 min ABŞ dolları pulu evimi satmaq üçün almışdım. Söz verirəm ki, xx xxxxxx 2013-cü ilədək İddiaçı 25 min ABŞ dolları pulunu qaytaracağam. Kənddəki evin kupçasını bankdan çıxararaq Sürməli xanıma təqdim edə bilərəm. Əgər mən verdiyim sözə əməl etməsəm barəmdə qanuna müvafiq tədbir görülməsinə heç bir etirazım yoxdur. Odur ki, əlimdən yazdığım iltizamı imzamla təsdiq edirəm. Mülki işin materiallarında olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-665/2014 saylı, xx xxxxxx 2014-cü il tarixli hökmü ilə müəyyən edilmiş hallardan görünür ki, X3, X4 və Cavabdeh qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi X5 tamah niyyəti ilə, özgənin əmlakını ələ keçirmək məqsədi ilə 2012-ci ilin oktyabr ayından dekabr ayınadək olan müddət ərzində Cavabdeh bankda girovda olan Xırdalan şəhəri 26-cı məhəllə, ev 5/22 ünvanında yerləşən fərdi yaşayış evini satmaq adı ilə Xırdalan şəhəri ərazisində İddiaçı 25.000 (iyirmi beş min) ABŞ dollarını yəni həmin dövr üçün milli pul vahidi ilə 19.630 (on doqquz min altı yüz otuz) manat nağd pulunu ələ keçirərək zərərçəkən şəxs İddiaçı külli miqdarda ziyan vurmaqla dələduzluq etmişlər. Mülki işin materiallarında olan Cavabdeh tərəfindən yazılmış və Cavabdeh, İddiaçı, Abdullayev Əli və Nəzirov Rəcəb tərəfindən imzalanmış xx.xx.2020-ci il tarixli ərizədə qeyd olunmuşdur ki, “mən xx xxxxxx 2012-ci il tarixdə Xırdalan şəhəri 26 məhəllə ev 5/22 yerləşən evimi İddiaçı satmaq adı ilə 25000 dollara (həmin vaxtın məzənnələri ilə 19.625 on doqquz min altı yüz iyirmi beş manat) olaraq pul aldım, lakin bugünədək aldığım pulu ona ödəyə bilməmişəm və mən o pulu yaxın vaxtda qaytaracağıma söz verirəm. Mülki işin materiallarında olan Cavabdeh xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixdə məhkəməyə daxil olmuş ərizəsindən görünür ki, o, 20.000 manat borcun ondan tutulması barədə qətnamə qəbul etməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1, 6.1.8 və 6.1.9-cu maddələrinə əsasən pozulmuş hüquqların bərpasının təmin edilməsi və mülki hüquqların məhkəmə müdafiəsi mülki qanunvericiliyin prinsipləri olaraq müəyyən edilmişdir. Həmin Məcəllənin 14.2, 14.2.6 və 14.2.8-ci maddələrinə əsasən başqa şəxsə zərər vurulması və fiziki şəxslərin digər hərəkətləri mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları kimi müəyyən edilmişdir. İşin müəyyən edilmiş hallarından görünür ki, Cavabdeh 25.000 ABŞ dolları müqabilində mübahisəli evi satmaqla İddiaçı daimi istifadə hüququnun verilməsi barədə öhdəlik götürsə də, üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, o cümlədən tərəflər arasında mübahisəli evin alqı-satqısına dair razılaşmada qanunvericilikdə nəzərdə tutulmuş şərtlərə riayət edilmədiyindən İddiaçı alıcının qanunla müəyyən edilmiş hüquqlarından istifadə edə bilmir. Başqa sözlə, Cavabdeh İddiaçı ilə bağladığı razılaşmaya əsasən aldığı 25.000 ABŞ dolları pulun müqabilində üzərinə götürdüyü öhdəliyi pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Eyni Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Məcəllənin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Məhkəmə Cavabdeh 25.000 ABŞ dolları pulun müqabilində mübahisəli evi satmaqla İddiaçı həmin evdən istifadə hüququ verməsi barədə razılaşmanın mövcudluğunu, İddiaçı həmin razılaşmaya əsasən 25.000 ABŞ dollarını Cavabdeh ödəməsinin işin mübahisəsiz halı olduğunu, eyni zamanda İddiaçı Cavabdeh qarşısında üzərinə götürdüyü öhdəliyi icra etdiyi halda sonuncunun üzərinə götürdüyü öhdəliyi pozmasının təsdiq edildiyini və belə olan halda İddiaçı Cavabdeh öhdəliyin pozulması ilə əlaqədar ona dəymiş maddi zərərin ödənilməsini tələb etmək hüququna malik olduğunu nəzərə alaraq hesab edir ki, həmin hissədə iddia təmin edilməli, dəymiş maddi zərərin əvəzi kimi 25.000 ABŞ dolları pul Cavabdeh İddiaçı xeyrinə tutulmalıdır. Məhkəmə Cavabdeh iddiaçıya 25.000 ABŞ dolları deyil, daha az yəni, 20.000 manat borcu qalması ilə bağlı yazılı müraciətinə münasibətdə nəzərə alır ki, mülki prosessual qanunvericilikdə birbaşa göstərilməsə də, lakin nəzərdə tutulan dispozitivlik prinsipinə görə proses hakimin (məhkəmənin) deyil, yalnız tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir. Bu mənada prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Belə ki, MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə özü sübutları toplamamalı, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaratmalı, tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlməlidir. Bu mənada iddiaçıya zərərin müəyyən hissəsini ödəməsini sübut etmək yükü cavabdehin üzərinə düşür. Cavabdeh isə bununla bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Ona görə də məhkəmə cavabdehin etirazının əsası kimi istinad etdiklərini əsassız hesab edir. Məhkəmə həmçinin nəzərə alır ki, «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli 4 saylı Qərarının 10cu bəndinə əsasən qətnamədə alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. İddiaçının mənəvi zərərə görə 10.000 manat pul tələbilə bağlı məhkəmə bildirir ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2008-ci il tarixli 7 saylı qərarının 4-cü bəndində təsbit edilmişdir ki, şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Bu mənada, məhkəmə nəzərə alır ki, Cavabdeh qeyri-hüquqi hərəkətlərlə İddiaçı mənəvi sarsıntı və iztirablara məruz qoyması öz təsdiqini tapdığından sonuncunun cavabdehdən vurulmuş mənəvi zərərin əvəzini ödəməyi tələb etmək hüququ da yaranmışdır. Mənəvi zərərin miqdarının müəyyənləşdirilməsi məsələsinə dair isə qeyd edilən Plenum qərarının 10-cu bəndində göstərilmişdir ki, bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərər vuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətə layiq halları nəzərə alınmalı, eləcə də zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Plenum qərarındakı tövsiyələri rəhbər tutmaqla məhkəmə hesab edir ki, cavabdehin təqsirli hərəkəti nəticəsində məlum dələduzluq cinayəti nəticəsində iddiaçı mənəvi sarsıntı və iztirab keçirmişdir. Göstərilən halların məcmusunu rəhbər tutmaqla məhkəmə hesab edir ki, Cavabdeh mənəvi sarsıntı və iztirablara səbəb olan hərəkətlər ilə əlaqədar vurulmuş mənəvi zərərin əvəzi kimi 1000 (bir min) manat məbləğində pulun alınıb İddiaçı verilməsi hazırki mübahisənin halları baxımından vurulmuş mənəvi zərərin ağlabatan və ədalətli əvəzi kimi qəbul edilə bilər. Məhkəmə iddiçının əldən çıxmış faydaya görə 7500 ABŞ dollarının ödənilməsi tələbi ilə bağlı bildirir ki, Mülki Məcəllənin 449.1-ci maddəsinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank üçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin normanın mənasına görə, borclu şəxs yalnız aşağıdakı dörd hərəkəti etməklə özgənin pul vəsaitindən faydalanır: - qanunsuz saxlama; qaytarmaqdan boyun qaçırma; ödənilməsini digər şəkildə gecikdirmə; başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etmə və ya toplama. Qeyd olunmalıdır ki, faydalanmanın anlayışı mülki qanunvericilikdə verilməsə də, faydalanmanın hərfi mənasının öz tələbatı üçün istifadə olduğunu nəzərə alaraq, Mülki Məcəllənin bu terminlə ayrılmaz əlaqədə olan «istifadə hüququna» həsr olunmuş 152.3-cü maddəsi buna müəyyən aydınlıq gətirir. Həmin maddəyə əsasən istifadə hüququ – əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə və başqa formalarda ola bilər. Bu baxımdan, Mülki Məcəllənin «öhdəliklərin icra edilməməsinə görə məsuliyyəti» nəzərdə tutan 449-cu maddəsindəki xüsusi normada «faydalanma» və «(qanunsuz) istifadə» sözləri eyni məzmun daşımaqla, bu dörd hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur. Göründüyü kimi qanunverici özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməsini nəzərdə tutsa da, bunu sadalanan dörd hərəkət (hərəkətsizlik) nəticəsində borclunun müəyyən gəlir, artım, bəhər əldə etməsi ilə əlaqələndirmişdir. Halbuki, iddiaçı tərəfindən cavabdehin aldığı borc puldan faydalanmasını təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. Təsvir olunanlara məcmu halında qiymət verərək məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh maddi ziyana görə 25.000 (iyirmi beş min) ABŞ dolları, mənəvi zərərə görə 1000 (bir min) manat məbləğində pul alınıb İddiaçı verilməli, qalan hissədə iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə müvafiq olaraq, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınmalı olduğundan, iddiaçı tərəfindən iddia ərizəsi məhkəməyə təqdim olunarkən ödənilmiş 30 manat dövlət rüsumu da cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə işin hallarına Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 235.1.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh maddi ziyana görə 25.000 (iyirmi beş min) ABŞ dolları, mənəvi zərərə görə 1000 (bir min) manat, dövlət rüsumuna görə 30 (otuz) manat alınaraq İddiaçı verilsin. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar