Məhkəmə qərarları › İş №2(001)-5667/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-5667/2024

30.08.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-5667/2024 30.08.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ X1 Hüseynağa qızının sədrliyi ilə, İddiaçı Cavabdeh1 və qeyrilərinə qarşı payın vərəsəlik qaydasında müəyyən olunması tələbinə dair iddia ərizəsinin mümkünlüyünə baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh1 və qeyrilərinə qarşı payın vərəsəlik qaydasında müəyyən olunması tələbinə dair ərizəsi xx.xx.2024-cü il tarixdə daxil olmuşdur. Daxil olmuş iddia ərizəsini və ona əlavə olunmuş sənədləri araşdırarkən müəyyən olunmuşdur ki, iddia ərizəsinin tərtibi zamanı mülki prosessual qanunvericiliklə nəzərdə tutulmuş məcburi forma və məzmununa riayət edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən dövlət notariusu vərəsəlik hüququ haqqında şəhadətnamələr verir. Mirasın açıldığı yerin notariusu vərəsəlik qaydasında keçən əmlaka vərəsələrə və dövlətə vərəsəlik hüququ haqqında şəhadətnamə verir. Şəhadətnamə mülki qanunvericiliklə müəyyən edilmiş müddətlərdə verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Göründüyü kimi, qanunvericilik vərəsəlik münasibətlərindən irəli gələn mübahisələrə məhkəmə qaydasında baxılmasından öncə müvafiq qaydada notariat orqanına müraciət edilməsini, ilkin tənzimləmənin məhz notariat orqanı trəfindən aparılmasını nəzərdə tutmuşdur. Hazırda təqdim edilən sənədlərdə iddiaçının mirasdan payının müəyyən edilməsi ilə əlaqədar ilk öncə müvafiq notariat orqanına müraciət etməsi və ya həmin orqanın imtinasına dair hər hansı bir sənəd olmadığından iddia ərizəsi və ona əlavə edilmiş sənədlər məhkəmə icraatına qəbul edilməkdən imtina edilməli, iddiaçıya miras qalmış əmlakdan payın vərəsəlik qaydasında müəyyən olunması ilə əlaqədar müvafiq notariat orqanına müraciət etmək hüququnun olması izah olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 263, 264, 268-ci maddələrini rəhbər tutaraq və göstərilənləri nəzərə alıb, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh1 və qeyrilərinə qarşı payın vərəsəlik qaydasında müəyyən olunması barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər icraata götürülməsindən imtina edilsin. 100 (yüz) manat (qəbz – 5779, tarix xx.xx.2024-cü il) dövlət rüsumu iddiaçıya qaytarılsın. İddiaçıya izah olunsun ki, miras qalmış əmlakdan payın vərəsəlik qaydasında müəyyən olunması ilə əlaqədar müvafiq notariat orqanına müraciət etmək hüququ vardır. Qərardaddan rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. X2

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar