Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-5673/2021 19.11.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X3 oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil Şirinbala oğlunun iştirakı ilə İddiaçı X1 qarşı “ödənilməmiş əmək haqqının ödənilməsi, dəymiş mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki işə 19 noyabr 2021-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı X1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ödənilməmiş əmək haqqının əvəzi kimi 2970 manat, dəymiş mənəvi zərərin əvəzi kimi 20000 manatın, beləliklə ümumilikdə 22970 manat məbləğində pul vəsaitinin cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi icraata qəbul edildikdən sonra cavabdeh məhkəməyə ərizə ünvanlayaraq Bakı şəhəri, Nərimanov rayonunda qeydiyyatda olduğunu göstərmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Mülki iş materiallarından görünür ki, cavabdeh Bakı şəhəri, Nərimanov rayonunda qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 44.2 və 44.2.2-ci madddəsinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Məhkəmə hesab edir ki, mülki iş aidiyyat qaydalarının pozulması ilə icraata qəbul olunduğundan və cavabdeh Bakı şəhəri, Nərimanov rayonunda qeydiyyatda olduğundan mülki iş ərazi aidiyyatı üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 39, 44- 45, 263, 264, 267-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı X1 qarşı “ödənilməmiş əmək haqqının ödənilməsi, dəymiş mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş ərazi aidiyyatı üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslər tərəfindən qərardadın alındığı (verildiyi) andan 10 gün ərzində şikayət verilə bilər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №2(001)-5673/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-5673/2021
19.11.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver