Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-570/2022 03.06.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Sadıqov Nurlan Ədalət oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbi barədə iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları:
1. İddiaçı Cavabdeh qarşı “pul” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 52000 manat pul vəsaitinin və ödənilmiş 246 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, O, Cavabdeh ilə 1992-ci ildən bir binada yaşayır. Aralarında səmimi qonşuluq münasibətləri olmuş və bir-birlərinə etibarları olmuşdur. Qonşusu Cavabdeh aralarında olan səmimi münasibətdən istifadə edərək 2014-2018-ci illər ərzində müxtəlif yalanlarla hissə-hissə 55000 manat pul almışdır. Həmin puldan 3 dəfəyə ona 3000 manat qaytarmışdır. Qalan 52000 manat məbləğində pulu qaytarmamışdır. Hər dəfə pulunu tələb etdikdə o, pulu qaytaracağını bildirərək, müxtəlif bəhanələrlə borcunu qaytarmaqdan imtina edir. Sonuncu dəfə ona öz xətti ilə yazılmış qəbz verərək, hər ayın 30-u 1000 manat olmaqla qaytaracağını bildirsə də, yenə də bu pulu qaytarmaqdan imtina edir. Bununla bağlı polisə müraciət etsə də, ona mübahisənin mülki xarakterli olması səbəbindən məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edillmişdir. Tərəflərin izahatları və iddiaya münasibəti:
3. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şahidlərin ifadələrində göstərilən tarixlərdə ona pul verilmədiyi, cavabdehin qızını təhdid etmədiyini bildirmişdir. Lakin borc barədə cavabdehin oğlu Zauru xəbərdar etdiyini və bacı-qardaşın eyni mağazada işlədiyini qeyd etmişdir.
4. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçı izahatlarında bildirmişdir ki, cavabdeh 2014-2018-ci illər ərzində ondan hissə-hissə 5000, 6000, 8000, 5500, 3000 və s. olmaqla ümumi 55000 manat borc almışdır. Həmin borcdan 3000 manatı ona qaytarmışdır. Onunla yaxın qonşu olmuşlar. O, hər dəfə gah qızının evinin sökülməsi, gah da qızına göndərmək üçün müxtəlif bəhanələrlə ondan pullar almışdır. O da, inandığından qonşusuna borc vermişdir. Özü uzun müddət aşpaz işləmiş və aylıq 1500 manat maaş almışdır. Ona verdiyi pullar özünün qazandığı pullar olmuşdur. Cavabdehdən borcu qaytarmasını tələb etsə də, müxtəlif bəhanələrlə o, borcu qaytarmaqdan yayınmışdır. Hətta onun barəsində polisə də şikayət etmişdir. Binəqədi RPİ-nin 6 saylı PB-də araşdırma aparılmış və mülki qaydada məhkəməyə müraciət etməyi ona tövsiyə edilmişdir. Cavabdehə faizə pul verməmişdir. Ümumiyyətlə heç kəsə faizə pul verməmişdir.
5. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi, vəkil izahatında bildirmişdir ki, şahid ifadələrini qəbul etmir. Çünki dinlənilən şəxslər ailə üzvləri sayılır. Bundan başqa iş materiallarında olan səs yazıları və ərizə cavabdehin borcunun olduğunu təsdiq edir. Odur ki, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş edir.
6. Məhkəmə iclasında iştirak edən cavabdeh izahatında bildirmişdir ki, iddia tələbini qəbul etmir və iddianın rədd edilməsini xahiş edir. Əlavə olaraq bildirmişdir ki, iddiaçıdan 12000 manata yaxın pul götürmüşdür. Lakin 2-3 qat qaytarmışdır.
7. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdeh izahatında bildirmişdir ki, sübut kimi məhkəməyə təqdim edilən “CD” diskdəki səs ona məxsusdur. İddiaçıdan 5000-7000 manat məbləğində pul götürmüşdür. Götürdüyü pullara görə iddiaçı faiz hesablamış və tərəfindən iddiaçıya götürülən pullara görə artıqlaması ilə ödənişlər edilmişdir. 2014-cü ildə götürmüş olduğu məbləği 2015-ci ildə tam qaytarmışdır. Borc məbləğini 1000-1500 manat olmaqla ödəmişdir. O, ödənişləri etdikdən sonra iddiaçı ona ilk əvvəl borcunun olmadığını bildirsə də, sonradan qalıq borcunun olduğunu bildirmişdir. Onu ailəsi ilə, qızı ilə şantaj edirdi. İddiaçı özü faizə pul verən şəxsdir. Vermiş olduğu 1000 manata görə aylıq 10 % əlavə haqq alırdı.
8. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi, vəkil izahatında bildirmişdir ki, iddia tələbini qəbul etmir və iddia müddətinin tətbiq edilməklə iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir.
9. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi, vəkil izahatında bildirmişdir ki, iddiaçı ilə cavabdeh arasında borc münasibətləri 2010-2013-cü illərdə olmuşdur. Həmin dövrdə də cavabdeh borcunu tam ödəmişdir. Ekspert rəyini də qəbul etmir. Çünki cavabdeh tərəfindən yazıldığı qeyd edilən yazı hansı şəraitdə, necə yazıldığı məlum deyildir. Yazı cavabdehə məcburi yazdırılmışdır. İddiaçı iddia tələbində də qeyd edir ki, 2014-2018-ci illərdə borc verilmiş, həmin pul qaytarılmış, sora yenə cavabdehə borc vermişdir. Ancaq cavabdeh tərəfindən yazıldığı iddia olunan yazıda borcun 2021-ci ildə alındığı yazılmışdır. İddiaçı 2014-2018-ci illərdə cavabdehə faizə pul vermişdir. Həmin pullar da müxtəlif vaxtlarda cavabdehin oğlu və qızı tərəfindən yaxud birbaşa özü tərəfindən iddiaçıya qaytarılmışdır. Ancaq bununla bağlı məhkəməyə təqdim edəcək hər hansı sübutu yoxdur. Ümumiyyətlə iddiaçı tək cavabdehə yox, digər şəxslərə də faizə pul verməklə məşğuldur. Cavabdeh 2014-2018-ci illər ərzində iddiaçıdan faizə pul almış və qaytarmışdır. 55000 manat borc isə heç vaxt olmamışdır. İddiaçı cavabdehin qaytardığı pulları faizdən və faizin faizindən silmişdir.
10. Məhkəmə iclasına şahid qismində dindirilən X1 ifadəsində bildirmişdir ki, iddiaçı və cavabdehi tanıyır. Larisa onun iş yoldaşının anasıdır. Larisanın qızı Şövkət Mələyə pul verəndə o, tərəflərin yanında olmamış qapıda dayanmışdır. 2017-ci ilin mart ayında Larisa Mələyə 2000 manat pul qaytarmışdır. Pulun qaytarılması üçün Mələyin Biləcəri qəsəbəsində 9 mərtəbələr adlanan ünvanda yerləşən evinə getmişlər. Şövkət ona Mələkdən faizə pul götürüldüyünü demişdir. İkinci dəfə may ayının axırı 1000 manat, 3 dəfə iyun ayında 1000 manat ödəniş edilmişdir. Həmin ödənişlərdə də birlikdə ünvana getmişlər. Hətta Şövkət onun özündən 500 manat borc almışdır. Mələyə 52000 manat borclarının olduğunu bilməmişdir. Bu onların ailə daxili məsələsi olmuşdur. Şahid ona verilən suala cavab olaraq bildirmişdir ki, Şövkət Mələyin evinə daxil olaraq pulu ona vermişdir. Özü isə bayırda dayandığından, bir-başa pul verilməsinin şahidi olmamışdır.
11. Məhkəmə iclasına şahid qismində dindirilən X6 ifadəsində bildirmişdir ki, Larisa onun anası, Mələk isə köhnə qonşuları olmuşdur. Onlar bir binada, bir blokda yerləşən mənzillərdə yaşamışlar. Anası Mələkdən borca pullar almışdır. Həmin pulları isə özü Mələyin evinə gedərək, Mələyə qaytarmışdır. Həmin vaxt Ruxsara onunla birlikdə olmuşdur. Hətta Ruxsaradan 500 manat borc almışdır. Axırıncı dəfə 2017-ci ilin iyun ayında Mələyə 1000 manat vermişdir. Mələk onun iş yerinə gələrək, onu təhdid etmiş, qaçırtdıracağını söyləmişdir. O da qorxduğundan anasına xəbər vermədən Mələyə 1000 manat qaytarmışdır. Anası qardaşının toyu üçün Mələkdən pul götürmüşdür. Borcun nə qədər olduğunu bilmir. Anası ona demişdir ki, ona görə ərizəyə qol çəkir. 2017-ci ilin may ayında 2000, mayda 1000 manat, iyunda isə 1000 manat ödəniş etmişdir. Bundan sonra Mələyə pul verilməyib. Özündən əvvəl Mələyə verilən pullardan xəbəri yoxdur. Əvvəlki vaxtlarda anası ilə birlikdə Mələyin evinə gedərək, pulları qaytarmışlar. Mələyin isə öz kitabçası var idi və ora qeydiyyat aparırdı. Şahid ona verilən suala cavab olaraq bildirmişdir ki, təhdidlə bağlı polisə müraciət etməmişdir. Borcu qaytaranda onlara hər hansı sənəd verilmirdi.
12. Məhkəmə iclasında şahid qismində dindirilən X8 ifadəsində bildirmişdir ki, Larisa onun anasıdır. Hazırda atası və anası ilə birlikdə bir evdə yaşayır. Anasına Mələyə qaytarması üçün o da, ayrı vaxtlarda 7300, 2000 manat pul verimişdir. Anası ona Mələkdən faizə pul götürdüyü demişdir. Mələkdən 1000, 2000, 1000 manat həddində və sair məbləğdə pullar götürmüşdür. Həmin pulların faizi yığıldığından borc 54000 manat olub. Anası deyir ki, borcu qaytarıb, Mələk isə borcun qaytarılmadığını iddia edir. Anası məktəb, hazırlıq vaxtlarında ehtiyaclarının ödənilməsi üçün pullar götürüb. 2017-ci ildən anasının borcunun olduğunu bildirmişdir. Bu barədə anasından söz aldıqda, anası ona 54000 manat borcunun olduğunu demişdir. Mələk onu evinə çağırmış, qabağına kitabça qoyaraq, anasının borcunun olduğunu göstərmişdir. Anasının ondan 1000, 2000, 1000 və digər məbləğlərdə pullar almışdır. Həmin pulları faizə götürüb və faizlər ödənilməlidir. O da, Mələyə etirazında bildirmişdir ki, anasına nə üçün bu qədər pul verib. Qarşılığında isə Mələk anasının dəfələrlə onun qapsına getdiyini bildirmişdir. Borcun tam olaraq nə qədər olduğunu bilmir. 9300 manat ümumilikdə o, anasına qaytarması üçün vermişdir. Anasının iş materiallarında olan ərizəyə imza atmasından məlumatsız olmuşdur.
13. Məhkəmə iclasında şahid qismində dindirilən X5 ifadəsində bildirmişdir ki, Mələyi tanımır. Özü cavabdeh Larisanın əri Orucun bacısı oğludur. Larisa ondan 2016-cı ildə 3000 manat pul istəmiş və faizə pul götürdüyünü, qaytarmaq üçün istədiyini bildirmişdir. Həmin borcu 3-4 aya qaytarmışdır. Mələyə borcu olduğu desə də, nə qədər borcunun olduğunu deməmişdir. Şahid ona verilən suala cavab olaraq bildirmişdir ki, Mələyi tanımır və ona pul verilməsinin şahidi olmamışdır.
14. Məhkəmə iclasında şahid qismində dindirilən X2 ifadəsində bildirmişdir ki, Larisa onun anasıdır. Mələk isə qonşuları olmuşdur. 10 ildir ki, ailəlidir. Mələk xanım ona zəng vuraraq bildirmişdir ki, anası onun evinin sökülməsi ilə bağlı 10000 manat, əməliyyatı üçün 3000 manat pul götürmüşdür. Lakin anası həmin puldan ona verməmişdir. Mələyin anasına pul verməsi zaman orada olmamışdır. Özü də nə Mələyə, nə də ki, anasına pul verməmişdir. Anası təxminən 11000 manat pul götürdüyü ona desə də, hansı məqsədlə götürdüyü deməmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar:
15. Cavabdeh tərəfindən yazılan 2021-ci ilin mart ayına aid olan sənəddən görünür ki, Cavabdeh İddiaçı 52000 manat götürdüyünü və mart ayından etibarən 2021-ci ilin sonuna qədər hər ayın 30-u 1000 manat qaytaracağı barədə öhdəlik götürmüşdür.
16. İş materiallarında olan “CD” disklərdəki səs yazılarından görünür ki, tərəflər arasında keçən dialoqda Cavabdeh iddiaçıya 52000 manat borcunun olduğunu və ödəyəcəyini bildirir.
17. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 5 mart 2022-ci il tarixli 4/3 №-li ekspertiza rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş mülki işin 7-ci vərəqəsində olan, “Cavabdeh” yazıları ilə başlayıb, 2.03.2021 “Orucova A.A” yazıları ilə bitən dama-dama dəftər vərəqəsindəki yazılar və “Orucova A.A.” yazılarından aşağıdakı imza-Cavabdeh tərəfindən icra olunmuşdur.
18. Bakı şəhəri Binəqədi RPİ-nin 6-cı PB-nin sahə inspektoru polis kapitanı Toğrul Əliyev tərəfindən verilən arayışdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qsəbəsi, məhəllə 5057/68, ev 10, mənzil 28-də yaşayan İddiaçı xx.xx.2021-ci il tarixli ərizəsi baxılması üçün icraatına daxil olmuşdur.Vətəndaş İddiaçı ərizəsində xahiş etmişdir ki, qonşusu Cavabdeh tərəfindən ona dəymiş 52000 manat maddi ziyanın ödənilməsinə köməklik edilməsini xahiş etmişdir. Ərizə ilə araşdırma zamanı məlum olmuşdur ki, göstərilən xüsusatlar mülki xarakterli əhəmiyyət daşıdığından, vətəndaşa məhkəməyə müraciət etməsi rəsmi qaydada bildirilmişdir.
19. İddiaçı tərəfindən Binəqədi RPİ-nin 6-cı PB-nin rəisi polis-polkovnik leytenantı Cövdət Məmmədova yazılan izahatdan görünür ki, o, Cavabdeh 2014-2015-ci illərdən ayrı-ayrı vaxtlarda 55000 manat borc pul vermişdir. Cavabdeh tərəfindən həmin borcdan 3000 manat məbləğində ödəniş edilmiş, ümumilikdə 52000 manat məbləğində borcu qalmışdır. 6 il ərzində dəfələrlə geri istəməsinə baxmayaraq, pulu ödənilməmişdir.
20. Cavabdeh tərəfindən Binəqədi RPİ-nin 6-cı PB-nin rəisi polis-polkovnik leytenantı Cövdət Məmmədova yazılan izahatdan görünür ki, o, 2014-2015-ci illərdə qonşuluqda yaşayan Mələk adlı qadınla ümumilikdə 11 000 manat pulu faizlə borc götürmüşdür. 2017-ci ilə qədər həmin şəxsə 32000 pulu geri ödəmişdir.
21. 19.01.2021-ci il tarixli ödəniş qəbzinə əsasən iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 247 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:
22. İddiaçı tərəfindən Cavabdeh 2014-2018-ci illər ərzində müxtəlif vaxtlarda hissə-hissə qaytarılmaq şərtilə borca pul verilmişdir.
23. İddiaçı ümumilikdə cavabdehə 55000 manat pul verdiyini, həmin məbləğdən cavabdehin sadəcə 3000 manat qaytardığını və 52000 manat borcu qaldığını iddia etməklə həmin borcu cavabdehdən tələb edir.
24. İddiaçı cavabdehin ona borcunun olduğunu, cavabdehin özü tərəfindən 2.03.2021-ci il tarixində yazılan ərizəsi və iş materiallarında “CD” disklərdə olan səs yazılarındakı etirafları ilə sübut etməyə çalışır.
25. Qeyd edilən ərizədə göstərilir ki, Cavabdeh 52000 manat məbləğində pulu İddiaçı aldığını və 52000 manat götürdüyünü və mart ayından etibarən 2021-ci ilin sonuna qədər hər ayın 30-u 1000 manat qaytaracağını bildirir.
26. Cavabdeh isə izahatlarında bildirir ki, iddiaçı faizə pul verən şəxsdir. Həqiqətən İddiaçı müxtəlif vaxtlarda ümumilikdə isə 12000 manat faizə pul götürmüşdür. Lakin həmin məbləği 2-3 qat iddiaçıya qaytarmışdır. Lakin bununla bağlı məhkəməyə hər hansı sübut təqdim edə bilmir. Hazırda isə iddia tələbini qəbul etmir.
27. Məhkəmə araşdırması dövründə cavabdeh iş materiallarında iddiaçı tərəfindən təqdim edilən kağızdaki yazının özünə məxsus olmadığını və onun tərəfindən icra edilmədiyini bildirmişdir.
28. Bu səbəbdən yaranmış mübahisəli məqamın həlli üçün məhkəmə tərəfindən məhkəmə-xəttşünaslıq ekspertizası təyin edilmişdir. Nəticədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 5 mart 2022-ci il tarixli 4/3 №-li ekspertiza rəyi ilə müəyyən edilmişdir ki, həmin kağızda yazılan yazı və imza Cavabdeh tərəfindən icra edilmişdir.
29. Halbuki, daha sonra cavabdehin nümayəndəsi, vəkil ekspert rəyinin nəticəsindən sonra ərizənin cavabdeh tərəfindən təzyiqlərə məruz qalmaqla yazıldığını iddia etmiş və bu məqamı sübut edə bilməmişdir.
30. Bundan başqa məhkəmə araşdırması dövründə sübut kimi təqdim edilən və iş materiallarının 9-cu səhifəsində göstərilən “CD” disklərində olan səs yazıları məhkəmə prosesində tərəflərin iştirakı və razılığı ilə dinlənilmişdir. Səs yazılarından iddiaçı və cavabdeh arasında keçən dialoqda cavabdehin “52000 manat borcu olduğunu” etiraf etməsi eşidilmişdir. Hətta məhkəmə iclasında cavabdeh səs yazılarındakı səsin özünə aid olduğunu təsdiq etmişdiur.
31. Cavabdeh tərəfindən məhkəmə iclasında dəvət edilən şahidlər isə məhkəmə iclasında vermiş olduqları ifadlərində həqiqətən Cavabdeh İddiaçı borc pul götürdüyü bildirmişlər. Şahidlər cavabdehin iddiaçıdan faizə pul götürdüyünü bildirsələr də, lakin hansı məbləğdə borc götürüldüyündən və yekun olaraq nə qədər borc qaytarıldığından məlumatsız olmuşlar. Tətbiq edilən maddi hüquq normaları:
32. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
33. 372-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir, hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır; 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir; 373.3-cü maddəsinə əsasən vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir; 380.1-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir; 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 427.2-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur; 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 427.4-cü maddəsinə əsasən ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 882.1-ci maddəsinə əsasən borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir; 882.2-ci maddəsinə əsasən bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz; 882.4-cü maddəsinə əsasən bu Məcəllənin 882.1-882.3-cü maddələri öhdəliyin icrasının qəbul edilməsini, həm də bu barədə vədin öhdəliyə əsas verən şəkildə qəbul edilməsini nəzərdə tutan hər bir müqaviləyə (öhdəliyi öz üzərinə götürmək haqqında müqaviləyə) müvafiq surətdə tətbiq edilir; 882.5-ci maddəsinə əsasən əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir. Məhkəmənin mövqeyi:
34. İşin müəyyən edilmiş hallarından görünür ki, cavabdeh əvvəlcə qəbul etməsə də, sonradan etiraz etsə də borcun etirafı barədə mücərrəd müqavilə bağlamışdır. Həmin müqavilədən görünür ki, tərəflər arasında əvvəllər mövcud olmuş borc öhdəliyi cavabdeh tərəfindən etiraf olunmuş və yeni qayda ilə ödəniş qrafiki razılaşdırılmışdır. Əvvəllər borcun hansı məbləğdə olması, hansı şərtlərlə verilməsi, hansı müddətə qaytarılmalı olması və hansı məbləğdə qaytarılmış olması tədqiq edilmiş sübutlar əsasında müəyyən edilmir. Belə ki, iddiaçı həmin münasibətlərin 2014-2018-ci illər arasında yarandığını iddia edir və hissə-hissə olmaq şərtilə dəqiq xatırlamadığı vaxtlarda, müxtəlif məbləğlərdə cavabdehə borca pul verdiyini və cavabdehin də həmin məbləğlərdən qaytarıldıqdan sonra yekun olaraq 55000 manat borcunun qaldığını bildirir. Bundan sonra cavabdehin həmin məbləğdən 3000 manat ödəniş etdiyini və qalıq 52000 manata görə borcun etirafı barədə müqavilə bağlanıldığını bildirir. Cavabdehin 2021-ci ilin mart ayından etibarən hər növbəti ayın 30-u 1000 manat ödəniş etməsi barədə öhdəlik götürməsinə baxmayaraq, öhdəliyini icra etməkdən yayındığını iddia edir.
35. Cavabdeh tərəf isə öz növbəsində iddianı qəbul etmir və müxtəlif vaxtlarda, qeyri-müəyyən şərtlərlə iddiaçıdan faizə borc aldığını və əsas məbləği artıqlması ilə qaytardığını bildirir. Cavabdeh əvvəlcə izahatında verilmiş borcun 5000-7000 məbləğində olmasını, sonradan isə(polisdə və məhkəmə iclasında) verilmiş məbləğin 11000-12000 manat məbləğində olduğunu bildirmiş və həmin məbləğləri də qaytardığını iddia etmişdir. Borcun etirafı barədə müqaviləni isə əvvəlcə onun tərəfindən yazılmadığını iddia etmiş, sonradan isə uşaqları və əri ilə şantaj edilməsinə görə imzalamaq məcburiyyət qaldığını iddia etmişdir.Eyni zamanda cavabdeh tərəf hesab edir ki, iddia müddətinin ötürülmüşdür.
36. Bundan başqa iş materiallarında olan maddi daşıyıcı tədqiq edilərkən cavabdehin 52000 manat məbləğində borcunun olmasını etiraf etməsi barədə səs yazısının olması müəyyən edilmiş və həmin səs yazısının ona aid olduğunu cavabdeh etiraf etmişdir.
37. Məhkəmə tərəflər arasında yaranmış münasibətlərə hüquqi qiymət verərək o qənaətə gəlir ki, onlar arasında borcun etirafı barədə mücərrəd müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır. Belə ki, tərəflər həmin müqaviləni bağlamaqla onlar arasında əvvəllər mövcud olmuş münasibətlərə xitam vermişlər və borclu borcunu öhdəliyə əsas verən şəkildə etiraf edərək, 52000 manat məbləğində pul vəsaitini hər ay 1000 manat məbləğində olmaqla ödəməyi barədə öhdəlik götürmüş, kreditor isə həmin müqavilənin əslini özündə saxlamaqla faktiki olaraq öhdəliyin icrasını bu şərtlərlə qəbul etmişdir. Lakin borclu öhdəliyini icra etməmişdir.
38. Cavabdeh borcunun müqavilə bağlanan vaxta qədər artıq ödənildiyini bildirsə də, bununla bağlı hər hansı sübut təqdim etməmişdir. Dindirilmiş şahidlər də borcun nə qədər olmasını, cəmi nə qədər olmasını təsdiq edə bilməmişlər. Əksinə tədqiq edilmiş səs yazısında cavabdeh 52000 manat məbləğində borcunun olduğunu etiraf etmişdir. Bundan başqa cavabdeh müqaviləni hədə təsiri altında bağladığını iddia etsə də, bununla bağlı mötəbər sübutlar məhkəməyə təqdim etməmişdir. Məhkəmə iclasında cavabdehin yaxın qohumları olan şahidlərin ifadələrinə isə məhkəmə tənqidi yanaşır və hesab edir ki, həmin ifadələr konkret faktlarla bağlı olmamaqla ailə üzvlərini qorumaq məqsədi daşımışdır.
39. Eyni zamanda yuxarıda sadalanan normalardan göründüyü kimi borcun etirafı barədə mücərrəd müqavilə elə təbiətli müqavilədir ki, tərəflər həmin müqaviləyə qədər onlar arasında yaranmış hər hansı öhdəlik münasibətlərindən irəli gələn heç bir etirazlarını müqavilə bağlandıqdan sonra irəli sürə bilməzlər. Yəni mövcud borcun etirafı barədə müqavilə bağlanmaqla müqavilənin aid olduğu şəxslər arasında artıq yeni hüquq münasibətləri yaranır və şəxslərin öhdəlikləri artıq həmin müqavilə şərtləri ilə tənzimlənir.
40. Odur ki, cavabdehin mövcud borcun etirafı haqqında müqaviləyə əsasən 52000 məbləğində pul vəsaitinin iddiaçıya ödənilməsi barədə öhdəliyi var və cavabdeh öhdəliyini icra etməyərək müqavilə şərtini pozmuşdur. Bu baxımdan cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, yaranmış 52000 manat məbləğində borcunu iddiaçıya ödəməlidir.
41. Bundan başqa məhkəmə cavabdehin nümayəndəsi, vəkilinin iddia müddətinin tətbiq edilməklə iddianın rədd edilməsinə dair ərizəsinə münasibətdə qeyd edir ki, mövcud borcun etirafı barədə müqavilə 2021-ci ildə bağlanmışdır və həmin müqavilə üzrə öhdəliyin icrası müddəti 52 ay müəyyən edilmişdir. Əvvəlki dövrə münasibətdə isə məhkəmə qeyd edir ki, borclunun mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn etiraz irəli sürmək hüququ yoxdur. Odur ki, iddia müddətinin ötürülməsi barədə cavabdehin nümayəndəsinin ərizəsi əsassız hesab edilməlidir. Tətbiq edilən prosessual normalar:
42. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin:
43. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;
44. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;
45. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir;
46. 124.1-ci maddəsinəəsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.
47. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə:
48. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 52000 manat məbləğində pul vəsaiti və 246 manat dövlət rüsumu tutularaq İddiaçı verilməlidir.
49. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia təmin edilsin. Cavabdeh 52000 (əlli iki min) manat məbləğində pul vəsaiti və 246(iki yüz qırx altı) manat məbləğində dövlət rüsumunun əvəzi tutularaq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim İlkin Əliyev