Məhkəmə qərarları › İş №2(001)-5701/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-5701/2020

03.11.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-5701/2020 03.11.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, Nəsirli Nicat Abbas oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkişi X3 iştirakı ilə, İddiaçı X1 qarşı pul və mənəvi zərərin əvəzinin ödənilməsi tələbi barədə mülki işə xx xxxxxx 2020-ci il tarixdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 4500 manat pulun, 750 manat maddi zərər olmaqla cəmi 5250 manatın, habelə vurulmuş mənəvi zərərin əvəzi kimi 2000 manat məbləğində pul vəsaitinin, eləcə də ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manatın tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X6 iddianı müdafiə etdiyini bildirərək izahatında göstərdi ki, iddiaçı özünə ev tikmək üçün torpaq sahəsi almaq istəmiş, bu minvalla cavabdehlə tanış olmuş və cavabdeh ona Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 32 ünvanında 0,02 ha. ölçüdə torpaq sahəsini təklif etmiş, onlar razılaşdıqdan bir müddət sonra cavabdeh Səbail Bələdiyyəsinin xx xxxxxx 2004-cü il tarixli sərəncamı, alğısatqı aktı, torpaq sahəsinin planı və kassa mədaxil orderini iddiaçıya vermiş, ümumilikdə iddiaçıdan 4500 manat pul almışdır. İddiaçı torpaq sahəsinin onun adına alındığından əmin olub evin layihəsinin hazırlanması ilə bağlı 750 manat pul xərcləmiş, sonradan sənədlərlə birlikdə evin torpaq sahəsinin digər sənədləşmə işlərini qaydaya salmaq üçün Səbail Bələdiyyəsinə getmiş, orada ona məlum olmuşdur ki, cavabdeh tərəfindən ona verilmiş sənədlər saxtadır. Sonradan iddiaçı cavabdehin eyni qaydada bir çox şəxsləri aldatdığını bilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxx 2014-cü il tarixli, 1(101)- 186/2014 saylı hökmünə əsasən, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3 və 320.1-ci maddələri ilə təqsirli bilinmiş, həmin iş üzrə İddiaçı zərərçəkmiş şəxs qismində tanınmışdır. Cavabdehin iddiaçıya məxsus pulu dələduzluq yolu ilə aldadıb alması nəticəsində iddiaçı evsiz qalmış, sarsıntı, stress keçirmiş, sağlamlığı pozulmuş, beləliklə iddiaçıya həm də mənəvi zərər dəymişdir. Buna görə də, iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonda P.X.Aslanov məhkəmədən göstərilənləri nəzərə alıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin qeydiyyatda olduğu ünvana məhkəmə bildirişi göndərilsə də, bildirişlər ona çatdırılmadan məhkəməyə qaytarılmış, məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxx 2014-cü il tarixli, 1(101)-186/2014 saylı hökmündən görünür ki, Cavabdeh bilə-bilə saxta sənədlərdən istifadə edərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirmiş və təkrarən dələduzluq etmiş, bu əməllərinə görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2, 320.1-ci maddələri ilə təqsirli bilinərək hər iki maddə ilə təyin olunmuş cəzalar, habelə əvvəlki hökmlə təyin edilmiş, çəkilməmiş cəzası toplanmaq yolu ilə ona qəti olaraq 8 il 1 ay müddətinə azadlıqdan məhrum etmə cəzası və 3000 manat cərimə cəzası təyin edilmişdir. Cinayət işi üzrə məhkəmə icraatı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Cavabdeh İddiaçı ona torpaq sahəsi satmaq adı ilə 4500 manat aldığını etiraf etmişdir. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. İşin faktiki halları və qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə Cavabdeh İddiaçı 4500 manat məbləğində maddi zərər vurulduğu öz təsdiqini tapır, buna görə də, məhkəmə hesab edir ki, iddia bu məbləğdə pulun tutulması hissəsində təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf məhkəmədə öz istinad etdiyi halları sübuta yetirməlidir. İddia ərizəsində iddiaçı tərəfdən evin layihəsinin hazırlanması üçün 750 manat pul ödənildiyi göstərilsə də, buna dair heç bir sübut iş materiallarına əlavə edilməmişdir. Buna görə də, məkhəmə hesab edir ki, iddia həmin hissədə təmin oluna bilməz. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxxxx 2008-ci il tarixli, 7 saylı qərarına göstərilir ki, “məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Mənəvi zərərin ödənilməsi barədə işlərə baxıldıqda mülki və mülki prosessual qanunvericiliyin ümumi müddəaları ilə bərabər xüsusi qanunvericilikdə müəyyən olunmuş müddəalar, habelə adətlər, əxlaq normaları da nəzərə alınmalıdır.” İddiaçının nümayəndəsi iddianın mənəvi zərərin ödənilməsinə dair hissəsinin əsaslandırması olaraq iddiaçının aldadılması nəticəsində dəfələrlə stress keçirməsini, sağlamlığının pozulmasını bildirsə də, qeyd olunanlarla bağlı heç bir mötəbər sübut məhkəməyə təqdim etmədiyindən, məhkəmə hesab edir ki, iddia bu hissədə də rədd edilməlidir. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, 4500 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. İddia qismən təmin olunduğuna görə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən iddia ərizəsi verilərkən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 20 manat məbləğində hissəsi də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı X1 qarşı pul və mənəvi zərərin əvəzinin ödənilməsi tələbi barədə iddiası qismən təmin edilsin. Cavabdeh 4500 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. İddia digər hissələrdə rədd edilsin. Dövlət rüsumunun əvəzi qismində 20 manat məbləğində pul vəsaiti də Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar