Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-571/2024 08.01.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hacıyeva Yeganə Müslüm qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 1000 manat məbləğində borc pulun və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh onun qonşusu olmuşdur. 03 yanvar 2021-ci il tarixində o, özünə məxsus “X4” markalı, ** NV *** dövlət qeydiyyat nişanlı avtomaşını satdıqdan sonra cavabdeh ondan 3-4 günə qaytarmaq şərti ilə 1000 manat borc pul almışdır. Bir neçə gün sonra onun pulunu qaytarmadığı zaman o, cavabdehdən pulu qaytarmasını xahiş etdikdə cavabdeh pulu qaytara bilmədiyini bildirmişdir. Bundan sonra dəfələrlə cavabdehə bununla bağlı müraciət etməsinə baxmayaraq, cavabdeh müxtəlif bəhanələr gətirməklə qeyd edilən borcu qaytarmaqdan yayınmış, müxtəlif bəhanələr gətirməklə onu aldatmaqda bu günə qədər həmin puldan bir manat da olsa ona qaytarmamışdır. Bununla əlaqədar o, məcbur qalaraq Binəqədi rayon Polis İdarəsinə müraciət etmişdir. Binəqədi RPİ-nə çağırılıb izahatı alınarkən cavabdeh ondan pul almasını etiraf etmişdir. Lakin Binəqədi RPİ-nin 7-ci Polis Bölməsi tərəfindən bu mübahisənin mülki xarakterli olduğu qənaətinə gəlindiyindən ərizəsi ilə bağlı heç bir tədbir görülməmiş, ona məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Artıq polisə çağırıldıqdan sonra belə cavabdeh özündə məsuliyyət hiss etməyərək ondan aldığı pulu geri qaytarmamış, müxtəlif bəhanələrlə borcunu qaytarmaqdan yayınmışdır. Ona görə də o, məcbur qalaraq cavabdehdən pulunu məhkəmə qaydasında tələb edir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə edərək, təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh teleqram ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, yataq xəstəsi olduğu üçün məhkəmə iclasında iştirak edə bilmir və iclasın onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan: Bakı şəhəri Binəqədi RPİ-nin 7-ci Polis Bölməsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, İddiaçı müraciəti araşdırılmış, araşdırma zamanı müraciətdə göstərilən xüsusatlar mülki xarakterli olduğuna görə mülki hüquqlarının müdafiəsi üçün məhkəmədə iddia qaldıra bilməsi barədə məıumatlandırılmışdır. xx.xx.2023-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, X1 rizəsi əsasında toplanmış material üzrə cinayət təqibinin başlanması rədd edilmişdir. Cavabdeh tərəfindən Azərbaycan Respublikası DİN Binəqədi RPİ-nin 7-ci Polis Bölməsində verilmiş izahatından görünür ki, “ona verilən suallara cavab olaraq bildirmişdir ki, təxminən 2022-ci ilin yanvar aylarında qonşusu və dostu olan İddiaçı 1000 manat borca pul almışdır. Hissə-hissə olaraq həmin puldan borcunun 300 manatını qaytarmışdır. Halhazırda onun İmrana 700 manat borcu var. Xəstəliyi ilə əlaqədar olaraq işləmir. Səhhəti buna imkan vermədiyi üçün İmrana da bildirmişdir ki, səbrli ol gözlə, yaxın günlərdə borcunu ödəyəcək. Hal-hazırda maddi durumunun və xəstəliyi olduğu üçün ona bir ay vaxt versin ki, ona olan borcunu tam şəkildə qaytarsın.” xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, hazırki iddianın qaldırılması üçün məhkəməyə 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər; 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır; 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər; 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İş materiallarından göründüyü kimi, cavabdeh verdiyri izahatda iddiaçıdan pul götürdüyünü etiraf etmişdir. Cavabdeh tərəfindən iddianın etiraf edildiyini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 700 manat məbləğində vəsait İddiaçı xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinın: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Məhkəmə iddianın məhkəmə xərclərinin tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia qismən təmin olunduğundan iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 21 manatı cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh 700 (yeddi yüz) manat məbləğində pul vəsaiti və 21 (iyirmi bir) manat dövlət rüsumu alınaraq İddiaçı ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən Rəşad Qoşqarlı
Məhkəmə qərarları › İş №2(001)-571/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-571/2024
08.01.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver