Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-5718/2025 15.08.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Vəliyeva Elnarə Fəxrəddin qızı, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə qarşı “qanunsuz tətbiq edilmiş cərimə protokolunun ləğv edilməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında araşdırıb, MÜƏYYƏN ETDİM: İddiaçı MMCn cavabdeh Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə qarşı “qanunsuz tətbiq edilmiş cərimə protokolunun ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, inzibati xəta haqqında protokolun ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri araşdırıb hesab edirəm ki, iddia ərizəsində nəzərdə tutulmuş iddia tələbi mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığı əsası ilə iddianın yolverilməzliyinə görə qəbul etməkdən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin -6.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraatın təmin olunması tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. -126.1-cı maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. -128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. -128.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest aşağıdakı məhkəməyə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) verilir: -128.2.1-ci maddəsinə əsasən hakimin qərarından - apellyasiya instansiyası məhkəməsinə; -128.2.2-ci maddəsinə əsasən kollegial orqanın qərarından - kollegial orqanın olduğu yerin məhkəməsinə; -128.2.3-ci maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə. Tələbin həmin hissəsi ilə bağlı qeyd edirəm ki, səlahiyyətli orqan tərəfindən barəsində inzibati xəta qanunverciliyinin müvafiq maddəsi ilə inzibati qaydada cərimə edilməsi barədə qərarı və qərarın verilməsinə əsas olmuş inzibati xəta haqqında protokol iddiaçı tərəfindən mülki mühakimə icraatı qaydasında mübahisələnidirilməsi mümkün olmadığından iddiaçı ərizəsində iddia tələbinin həmin hissəsi ilə bağlı qeyd etdiyi şikayətlə səlahiyyətli orqanın yuxarı orqanına və ya məhkəməyə inzibati icraat qaydasında araşdırılması üçün şikayətlə müraciət etməli olduğu halda iddia tələbi ilə ümumi məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 150.11-ci maddəsinə əsasən, yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud bu Məcəllənin 353.2ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərar qanuni qüvvəyə mindiyi gündən 30 gün müddətində cəriməni qanunla müəyyən edilmiş əsaslar olmadan ödəməyən şəxsə onun ödənilmədiyi hər növbəti gün üçün cərimə məbləğinin 1 faizi məbləğində dəbbə pulu hesablanır. Dəbbə pulu bütün gecikdirilmiş müddətə, lakin 2 aydan çox olmamaq şərti ilə tətbiq edilir. Qərarın qanuni qüvvəyə mindiyi gündən 2 ay müddətində cərimə qanunla müəyyən edilmiş əsaslar olmadan ödənilmədikdə, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta törətmiş şəxsin inzibati xətanı törədərkən idarə etdiyi nəqliyyat vasitəsinin saxlanılması barədə qərar qəbul edir. Cərimə, müvafiq dəbbə pulu, nəqliyyat vasitəsinin duracağa gətirilməsinə və onun orada saxlanılmasına görə haqq ödənildikdən sonra saxlanılmış nəqliyyat vasitəsi sahibinə qaytarılır. Qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində cərimə qanunla müəyyən edilmiş əsaslar olmadan ödənilmədikdə, barəsində inzibati tənbeh tətbiq edilən şəxsin nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılmasına dair qərar qəbul edilir və cərimənin ödənilməsini təmin etmək məqsədi ilə məcburi icraya yönəldilir. Məcburi icraya yönəldilmiş inzibati tənbeh tətbiq etmə haqqında qərar könüllü icra üçün qanunla müəyyən edilmiş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, müvafiq icra hakimiyyəti orqanı “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş məcburi icra tədbirləri görür İddiaçı iddia tələbi onunla əsaslandırılmışdır ki, Qaya Neqliyyat MMC-yə məxsus **- JB-*** dövlət qeydiyyat nişanlı dartıcı və **-ZE-*** dövlət qeydiyyat nişanlı qoşqu ilə idarə olunan yük nəqliyyat vasitəsi, sürücü X1 tərəfindən xx.xx.2025 tarixində idarə olunaraq, Qaradağ rayonu, Sanqaçal qəsəbəsində yerləşən avtomat elektron tərəzidən keçmiş və tərəzi sistemi vasitəsilə nəqliyyat vasitəsinin 42.670 kq çəkidə olduğu qeydə alınmışdır. Bu əsasla inzibati cərimə protokolu tərtib olunmuş və 600 (altı yüz) manat məbləğində cərimə tətbiq edilmişdir. bu ölçü real vəziyyəti əks etdirmir və elektron tərəzinin texniki nasazlığı və ya kalibrləmə xətası nəticəsində səhv qeydə alınmışdır. Nəqliyyat vasitəsinin boş çəkisi, daşıdığı yükün çəkisi, eləcə də qarşı tərəfdən təqdim edilmiş qaimə-faktura və təhvil-təslim sənədləri əsasında sübut olunur ki, ümumi çəki normadan artıq olmamışdır. İddia ərizəsinin məzmunundan görünür ki, iddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciətindən əvvəl cavabdehə müraciət etməmişdən əvvəl 600 manat inzibati cərimə edilməsi ilə bağlı qərarın ləğv edilməsini mübahisələndirmədən, mülki məhkəməyə iddia vermişdir. Göstərilən maddələrin məzmunundan görünür ki, şəxs barəsində təyin edlmiş inzibati cərimədən şikayət vermə qaydası və həmin şikayətin baxılması qaydası sadalanan normalarda göstərilməklə iddia tələbinin birinci hissəsinə ümumi məhkəmədə mülki icraat qaydasında baxıla bilməz. Digər tələb isə inzibati qərarın mübahisələndirilməsinin əsası kimi çıxış etdiyindən mülki məhkəmə icraatında ayrıca tələb kimi baxılması mümkün deyil. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edilir. -153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. -153.4-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. -153.5-ci maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. -153.6-cı maddəsinə əsasən isə iddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi ilk gündən verilmiş hesab edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia ərizəsi mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından icraata qəbulundan imtina edilməli, ərizə ona əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. İddiaçıya barəsində tərtib edilmiş inzibati xəta haqqında qərardan səlahiyyətli orqanın yuxarı orqanına və ya məhkəməyə şikayət etmək, publik hüquqdan irəli gələn münasibətlərdən yaranan mübahisələrlə bağlı inzibati məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə qarşı “qanunsuz tətbiq edilmiş cərimə protokolunun ləğv edilməsi” tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən imtina edilsin və iddia ərizəsi, ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya qaytarılsın. İddiaçıya barəsində tərtib edilmiş inzibati xəta haqqında qərardan səlahiyyətli orqanın yuxarı orqanına və ya məhkəməyə şikayət etmək, publik hüquqdan irəli gələn münasibətlərdən yaranan mübahisələrlə bağlı inzibati məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Qərardaddan tərəflərə rəsmi qaydada təqdim edildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elnarə Vəliyeva
Məhkəmə qərarları › İş №2(001)-5718/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-5718/2025
15.08.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver