Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-5727/2020 05.11.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Ağalı Əli Rasim oğlunun katibliyi, İddiaçı Sığorta Şirkəti ASC-nin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Sığorta Şirkəti ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “subroqasiya tələbinin təmin edilməsi” barəsində iddiasına dair mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Sığorta Şirkəti ASC Cavabdeh1 və Cavabdeh2 qarşı “subroqasiya tələbinin təmin edilməsi” barəsində iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Mercedes Benz” markalı, **-MK-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 2700 manat sığorta ödənişi məbləği, iddia ərizəsinin verilməsi ilə bağlı 30,4 manat dövlət rüsumunun, cəmi 2730,40 manat məbləğində pul vəsaitinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı Sığorta Şirkəti ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 xx.xx.2016-cı il tarixində Cavabdeh2 məxsus olan idarə etdiyi “Range Rover” markalı, 90-KG-44 dövlət qeydiyyat nişanlı avtomobillə Q.Qarayev prospektində hərəkət edərək manevr etmə qaydasını pozaraq sağ zolaqla düzünə hərəkət edən “Mercedes Benz” markalı, **-MK-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Hadisədən sonar məlum olmuşdur ki, Cavabdeh1 avtobili etibarnamə olmadan idarə etmişdir. Baş vermis yol nəqliyyat hadisəsində Cavabdeh1 təqsirli olması DYP-nin YPXA-nın KYP 613383 saylı inzibati xəta haqqında Protokolundan öz əksini tapmışdır. AR DİN BDYPİ-nin xx.xx.2020-cı il tarixli 016-65648-1220 saylı məktubundanda göründüyü kimi xx.xx.2016-cı il tarixində “Range Rover” markalı, **-KG-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh2 qanuni sahibliyində olmuşdur. xx.xx.2016-cı il tarixli nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabata uyğun olaraq “Mercedes benz” markalı, **-MK-*** dövlət qeydiyyat nişanlı avtomobilə 2700 manat ziyan dəymişdir. PAT ********** saylı sığorta müqaviləsinin 035492 saylı sığorta aktına əsasən İddiaçı Sığorta Şirkəti 2700 manat sığorta ödənişi həyata keçirmişdir. Göstərilənlərin nəzərə alınaraq iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Eyni zamanda iddiaçının nümayəndəsi tələbin Cavabdeh2 da yönəldilməsini verilmiş sonuncu etibarnaməyə istinad etməklə Cavabdeh2 avtomobilin faktiki sahib hesab edilməsi ilə əsaslandırmışdır. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin məhkəmə iclasına gəlməmiş və gəlməmənin səbəbləri barəsində məhkəməyə məlumat verməmişlər. Cavabdehlərin məhkəmə iclasına gəlməmələrinin səbəbləri barəsində məlumat olmadığından, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: AC seriyalı 346081 saylı X2 Şəhadətnaməsinin surətindən görünür ki, **-MK- ***674 dövlət qeydiyyat nişanlı, “Mercedes Benz” minik markalı avtomobil X7 mülkiyyətindədir; AR-İ seriyalı 295455 saylı etibarnamənin surətindən görünür ki, X8 mülkiyyətində olan “Land Rover” minik markalı, 90-KG-44 dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh2 tərəfindən müvəqqəti istifadə etmək və tapşırığı yerinə yetirmək üçün “xxxx” MMC-nin istifadəsinə vermişdir. Etibarnamə xx xxxxxx 2017-ci il tarixində 3 ay 26 gün müddətinə verilmişdir. Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən İddiaçı Sığorta Şirkəti ASC yə ünvanlanan məktubdan görünür ki, “Land Rover” markalı **-KG-*** dövlət qeydiyyat nişanlı avtomobil xx xxx 2015-ci il tarixində X4 adına qeydiyyata alınmış, xx xxxxxx 2018-ci il tarixində alqı-satqı müqaviləsi əsasında onun adından qeydiyyatdan çıxarılaraq özgəninkiləşdirilmişdir. “xxxx” MMC tərəfindən Cavabdeh1 verilən Yol vərəqəsindən görünür ki, Cavabdeh1 Azərbaycan Respublikası ərazisində 90-KG-44 dövlət qeydiyyat nişanlı avtomobili ( çıxış 26, dönüş 6, yanvar 2016-cı il tarixində ) istifadə etmək hüququ verilmişdir İnzibati xəta haqqında xx xxxxxx 2016-ci il tarixi KYP №613383 saylı protokoldan görünür ki, Cavabdeh1 idarə etdiyi “Land Rover” minik markalı, 90-KG-44 dövlət qeydiyyat nişanlı avtomobili etibarnaməsiz idərə etməklə manevr qaydalarını pozaraq “Mercedes Benza” markalı, **-MK-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur İnzibati xəta hqqında iş üzrə, xx xxxxxx 2017-ci il tarixli qərarın surətindən görünür ki, Cavabdeh1 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş, onun barəsində 40 manat məbləğində cərimə tənbeh növünün tədbiq edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Bakı şəhər BDYPİ tərəfindən verilən “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” arayışdan görünür ki, xx xxxxxx 2012-ci il tarixində “Land Rover” minik markalı, **-KG-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə “Mercedes Benz” markalı, **-MK-*** dövlət qeydiyyat nişanlı avtomobil toqquşmuş, toqquşma baş verən zaman təqsirli sürücü Cavabdeh1 olmuşdur. xx xxxxxx 2016-ci il tarixli “Nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabatdan görünür ki, “Mercedes Benz” markalı, **-MK-*** dövlət qeydiyyat nişanlı avtomobilə 2700 manat məbləğində zərər dəymişdir; İddiaçı Sığorta Şirkəti ASC xx xxxxxx 2017-ci il tarixli, 035492 saylı sığorta aktından görünür ki, İddiaçı Sığorta Şirkəti ASC tərəfindən “Mercedes Benz” markalı, **-MK-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyana görə 2700 manat məbləğində sığorta ödənişi zərərçəkən şəxs X7 hesabına köçürülmüşdür; İddiaçı Sığorta Şirkəti ASC tərəfindən Cavabdeh1 ünvanlanan xx xxxxxx 2017-ci il tarixli subroqasiya hüququ ilə əlaqədar pretenziya məktubundan görünür ki, ondan 2700 manat vəsaitin 7 gün ərzində ödənilməsi xahiş edilmiş, əks halda onlara qarşı məhkəmədə sığorta məbləğinin subroqasiya qaydasında tutulması barədə tələb irəli sürüləcəyi bildirilmişdir; İddiaçı Sığorta Şirkəti ASC tərəfindən Cavabdeh2 ünvanlanan xx xxxxxx 2020-ci il tarixli subroqasiya hüququ ilə əlaqədar pretenziya məktubundan görünür ki, ondan 2700 manat vəsaitin 10 iş gün ərzində ödənilməsi xahiş edilmiş, əks halda onlara qarşı məhkəmədə sığorta məbləğinin subroqasiya qaydasında tutulması barədə tələb irəli sürüləcəyi bildirilmişdir; xx xxxxxx 2018-ci il tarixli, ********* saylı mədaxil qəbzinin surətindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 30 manat dövlət rüsumu, 0,40 manat xidmət haqqı ödənilmişdir. Mülki iş materialları, tədqiq olunmuş sübutlarla məhkəmə tərəfindən müəyyən edilir ki, “Land Rover” minik markalı, **-KG-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2018-ci il tarixədək X4 mülkiyyətində olmuşdur. Həmin avtomobil İddiaçı Sığorta Şirkəti ASC-nin PAT ********** nömrəli sığorta şəhadətnaməsi əsasında xx.xx.2016cı ildən xx.xx.2017-ci il tarixədək icbari sığorta müqaviləsi ilə sığortalanmışdır. Həmin avtomobilə dair xx.xx.2016xx.xx.2017-ci il tarixə X5 üçün, xx.xx.2016-xx.xx.2017-ci il tarixə Cavabdeh2 üçün etibarnamə verilmişdir. “Land Rover” minik markalı, **-KG-*** dövlət qeydiyyat nişanlı avtomobil 2017-ci il tarixində müvəqqəti istifadə edilməsi və tapşırığın yerinə yetirilməsi üçün “xxxx” MMC-nin istifadəsinə verilmişdir. “xxxx” MMC tərəfindən Cavabdeh1 “Land Rover” minik markalı, **-KG-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etməsi üçün 2016-ci ilin yanvar ayında 20 günlük yol vərəqəsi verilmişdir. Cavabdeh1 xx xxxxxx 2016cı il tarixdə “Land Rover” minik markalı, **-KG-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə yolnəqliyyat hadisəsi törətmiş, nəticədə “Mercedes” markalı, **-MK-*** dövlət qeydiyyat nişanlı avtomobilə 2700 manat məbləğində zərər dəymiş, həmin məbləğdə sığorta ödənişi İddiaçı Sığorta Şirkəti ASC tərəfindən zərərçəkən şəxs X7 hesabına köçürülmüşdür. İnzibati xəta haqqında prpotokola əsasən Cavabdeh1 avtomobili etibarnaməsi olmadan idarə etdiyi müəyyən edilmişdir. İddiaçı avtomobili idarə edən şəxsin etibarnamə olmadan idarə etdiyinə görə subroqasiya tələbinin yarandığını iddia edir və sığorta ödənişinin mülki hüquq pozuntusu törədən Cavabdeh1 və avtomobilə faktiki sahiblik etdiyi iddia edilən digər Cavabdeh2 tutulmasını xahiş edir. Məhkəmə əvvəla hazırki mübahisədə sığortaçının subroqasiya tələbinin yaranıbyaranmamasının müəyyən edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 936.1-ci maddəsinə əsasən Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur; 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir; 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər; 1108.1-ci maddəsinin tələbinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur; 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1 və 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Cavabdeh1 yol-hərəkəti qaydasını pozmaqla inzibati xəta törətməsi, yəni təqsirli olaraq hüquqa zidd əməl törətməsi nəticəsində üçüncü şəxsə zərər vurulması İnzibati xəta haqqında protokolla sübut olunur. Həmin protokolda o cümlədən sürücünün avtomobili etibarnamə olmadan idarə etməsi müəyyən olunmuşdur. Bu baxımdan iddiaçının subroqasiya tələbinin yaranması əsaslı hesab edilməlidir. İş materiallarında olan hadisənin baş verdiyi tarixlə üst-üstə düşməyən Yol vərəqəsi isə subroqasiya tələbinin yaranmasını istisna etmir. Belə ki, inzibati xəta haqqında protokolda qəza hadisəsinin baş verən vaxtı avtomobilin Cavabdeh1 tərəfindən etibarnamə olmadan idarə edildiyi müəyyən edilmişdir. Odur ki, iddiaçının zərərçəkənə(faydalanana) ödədiyi sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranmışdır. Həmin məbləğ isə 2700 manat olmuş, iddiaçı bu məbləği zərərçəkənə ödəmişdir. Məhkəmə sığorta ödənişinin avtomobilin adına etibarnamə verilmiş həm Cavabdeh2, həm də Cavabdeh1 tutulması ilə bağlı qeyd edir ki, iddia bu hissədə qismən əsaslıdır. İşin hallarından göründüyü kimi avtomobil hadisə baş verən zaman X4 mülkiyyətində olmuşdur. Mülki iş üzrə ona qarşı tələb yönəldilməmiş, tələb avtomobilin axırıncı etibarnaməyə əsasən faktiki sahibliyində olduğu ehtimal edilən Cavabdeh2 qarşı yönəldilmişdir. Lakin işin hallarından göründüyü kimi hadisə baş verən tarixə həm X1, həm də Cavabdeh2 adına etibarnamə olmuşdur. Eyni zamanda Cavabdeh1 adına əvvəlki tarix üçün yol vərəqəsi “xxxx” MMC tərəfindən verilmişdir. Həmin MMC-nin Cavabdeh2 ilə hansı əlaqəsinin olması müəyyən edilmir. Bundan başqa işdə olan xx xxxxxx 2017-ci il tarixli etibarnamədən görünür ki, avtomobilin xxxx” MMC-yə müvəqqəti istifadəyə verilməsi zamanı Cavabdeh2 X4 adından nümayəndə kimi çıxış etmişdir. Yəni avtomobilin Cavabdeh1 konkret olaraq Cavabdeh2 tərəfindən verilməsi işdə olan sübutlarla öz təsdiqini tapmır. Odur ki, avtomobilin Cavabdeh1 tərəfindən hüquqa zidd götürülməsində Cavabdeh2 təqsiri sübut olunmadığından məsuliyyət yalnız yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Bu səbəbdən sığorta ödənişi subroqasiya qaydasında yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsdən, yəni Cavabdeh1 tutularaq iddiaçı “xxxx” ASC-yə ödənilməlidir. Bundan başqa məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, idda cavabdeh X6 münasibətdə tam təmin edildiyindən, ödənilmiş 30.4 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 2700 manat məbləğində sığorta ödənişinin əvəzi və 30.4 manat dövlət rüsumu, cəmi 2730,40 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı Sığorta Şirkəti ASC-yə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh1 2700 ( iki min yeddi yüz) manat məbləğində sığorta ödənişinin əvəzi və 30.4 (otuz manat, qırx qəpik) manat dövlət rüsumu, cəmi 2730,40 (iki min yeddi yüz otuz manat, qırx qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı Sığorta Şirkəti ASC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim İlkin Əliyev
Məhkəmə qərarları › İş №2(001)-5727/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-5727/2020
05.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver