Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-5728/2020 05.11.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Əliyeva Aytən Şəmşir qızının katibliyi, İddiaçı Sığorta Şirkəti ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Sığorta Şirkəti ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı subroqasiya tələbinin təmin edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Sığorta Şirkəti ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı subroqasiya tələbinin təmin edilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 xx.xx.2014-cü il tarixdə idarə etdiyi “Mercedes Benz 220” markalı ** DA *** dövlət qeydiyyat nişanlı avtomobillə Sumqayıt şəhəri, Sülh küçəsində yol nəqliyyat hadisəsi törədərək “X6" MMC-yə məxsus İddiaçı Sığorta Şirkətində sığortalanmış “xxxxxxx Tucson” markalı H018643 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur, nəticədə həmin avtomobilə maddi ziyan dəymişdir. Hadisədən sonra məlum olmuşdur ki, “Mercedes Benz 220” markalı ** DA *** dövlət qeydiyyat nişanlı avtomobilin hadisə tarixində İcbari sığorta şəhadətnaməsi olmamışdır. İcbari sığortalar haqqında qanunun 25-ci maddəsinə əsasən Cavabdeh2 mülkiyyətində olan “Mercedes Benz 220” markalı ** DA *** dövlət qeydiyyat nişanlı avtomobilin icbari sığorta şəhadətnaməsi olmadığı üçün ödənilmiş sığorta məbləği cavabdehdən tutulmalıdır. Baş vermiş yol nəqliyyat hadisəsində Cavabdeh1 təqsirli olması X4 Haqqında Qərarda əksini tapmışdır. Toqquşma nəticəsində avtomobilə dəymiş ziyanla bağlı “xxxxxxx" Xırdalan MMC-nin təqdim etdiyi xx.xx.2014-cü il tarixli, 21/11006 saylı Akta uyğun olaraq, həmin avtomaşına 843.70 manat ziyan dəymişdir. MİC-130125-U00 saylı sığorta müqaviləsinə və 006210 saylı sığorta aktına əsasən İddiaçı Sığorta Şirkəti 843.70 manat sığorta ödənişi həyata keçirmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı Sığorta Şirkəti ASC-nin nümayəndəsi X2 iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə əsasən işə digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X5 xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, “Mercedes Benz E220CDİ” markalı 99DA819 dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2012-ci il tarixdə Cavabdeh2 adına qeydiyyata alınmış, xx.xx.2016-cı il tarixdə alqı-satqı müqaviləsi əsasında onun adından qeydiyyatdan çıxarılaraq özgəninkiləşdirilmişdir. Həmin avtomobilə dair Cavabdeh1 xx.xx.2012-ci il tarixdə etibarnamə verilmiş və etibarnamə yol nəqliyyat hadisəsi baş verdiyi vaxt qüvvədə olmuşdur. İş materiallarında olan xx.xx.2014-cü il tarixli X4 haqqında qərardan görünür ki, Cavabdeh1 “Mercedes Benz E220CDİ” markalı 99DA819 dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən ara məsafəni saxlamayaraq yol nəqliyyat hadisəsi törətmiş və 40 manat məbləğində cərimə olunmuşdur. İş materiallarında olan xx.xx.2014-cü il tarixli sığorta aktından görünür ki, avtonəqliyyat vasitəsinin mülkiyyətçisi “X6” MMC-yə 843,70 manat məbləğində zərər dəymiş və ödəniş tapşırıqlarına əsasən, həmin məbləğ zərərin aradan qaldırılmasına görə “xxxxxxx Xırdalan” MMC-yə ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 936.1-ci maddəsinə müvafiq olaraq, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlarından və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Mülki Məcəllənin 936.2-ci maddəsinə görə, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığortaçı ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Mülki Məcəllənin 936.5-ci maddəsinə əsasən, sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Mülki Məcəllənin 1097.1-ci maddəsinə müvafiq olaraq, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdəödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə iddiaçının Cavabdeh2 qarşı yönəlmiş tələbinə münasibətdə qeyd edir ki, Mülki Məcəllənin 1108.1-ci maddəsinə görə, zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Hazırkı işin materiallarından görünür ki, Cavabdeh2 tərəfindən Cavabdeh1 xx.xx.2012-ci il tarixdə etibarnamə verilmiş, həmin etibarnamə yol nəqliyyat hadisəsi törədilən zaman qüvvədə olmuş və həmin yol nəqliyyat hadisəsində Cavabdeh1 təqsirli olması xx.xx.2014-cü il tarixli X4 haqqında qərarla təsdiq olunmuşdur. Qanunverici zərərin əvəzini ödəmək vəzifəsinin yüksək təhlükə mənbəyinə etibarnamə əsasında sahiblik edən fiziki şəxsin öhdəsinə qoyulmasını nəzərdə tutduğu halda, Cavabdeh2 ödənilmiş sığorta ödənişinin qaytarılmasına cəlb edilməsi əsassızdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, “xxxxxxx Tucson” markalı, H018643 dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş ziyanın əvəzi olaraq ödənilmiş 843,70 manat sığorta ödənişi Cavabdeh1 tutularaq İddiaçı Sığorta Şirkətinə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. “xxxxxxx Tucson” markalı, H018643 dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş ziyanın əvəzi olaraq ödənilmiş 843,70 (səkkiz yüz qırx üç manat yetmiş qəpik) manat sığorta ödənişi və 30,40 (otuz manat qırx qəpik) manat ödənilmiş dövlət rüsumu Cavabdeh1 tutularaq İddiaçı Sığorta Şirkətinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mulki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə
Məhkəmə qərarları › İş №2(001)-5728/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-5728/2020
05.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver