Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-5736/2024 02.09.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ X1 Hüseynağa qızının sədrliyi Hümbətov Cavidan Etibar oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı miras əmlaka payların müəyyən edilməsinə dair iddia ərizəsinin məhkəmə icraatının mümkünlüyü məsələsinə baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı miras əmlaka payların müəyyən edilməsinə dair iddia ərizəsi xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Daxil olmuş iddia ərizəsini və ona əlavə olunmuş sənədləri araşdırarkən müəyyən olunmuşdur ki, iddia ərizəsinin tərtibi zamanı mülki prosessual qanunvericiliklə nəzərdə tutulmuş məcburi forma və məzmununa riayət edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.2-ci maddəsinə əsasən, cavabdehin və işdə iştirak edən digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) göstərilməlidir. 149.2.3-cü maddəsinə əsasən, iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı göstərilməlidir. 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə iddia ərizəsi məhkəmə tərəfindən geri qaytarılır. 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Hazırki iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdırarkən müəyyən edildi ki, cavabdehlərə məxsus məlumatlar tam şəkildə göstərilməmiş, Cavabdeh2 qeydiyyat ünvanı qeyd olunsa da, onun faktiki yaşadığı ünvan, telefon nömrələri göstərilməmişdir. Bu isə gələcəkdə işə baxılması zamanı tərəflərin elektron məhkəmə sistemi vasitəsilə, o cümlədən qanunvericiliyin tələbinə uyğun müvafiq qaydada məlumatlandırılmaması, nəticədə çəkişmə prinsipinə əməl edilməməsi ilə nəticələnə bilər. Həmçinin iddia ərizəsinə mübahisənin predmeti olan əmlaka dair hər hansı hüquqmüəyyənedici sənəd əlavə edilməmişdir. Bu hal isə iddianın gələcək araşdırılması zamanı tərəfin tələbetmə hüququnun olub-olmamasını şübhə altına almaqla, mübahisənin obyektiv həllinə maneəçilik yarada bilər. İddia ərizəsinin məhkəmə icraatının mümkünlüyü məsələsinə baxılan zaman iddiaçı göstərilən nöqsanları aradan qaldırıb təkrarrən məhkəməyə müraciət edəcəyini bildirdi. Beləliklə, məhkəmə İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı miras əmlaka payların müəyyən edilməsinə dair iddia ərizəsi mülki qanunvericiliyin tələbinə uyğun verilmədiyindən iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 263, 264, 268-ci maddələrini rəhbər tutaraq və göstərilənləri nəzərə alıb, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı miras əmlaka payların müəyyən edilməsinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər (dövlət rüsumu qəbz ********** ) geri qaytarılsın. İddiaçıya izah olunsun ki, nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən ümumi qaydada təkrarən məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Binəqədi rayon Məhkəməsinə şikayət verilə bilər. X2
Məhkəmə qərarları › İş №2(001)-5736/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-5736/2024
02.09.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver