Məhkəmə qərarları › İş №2(001)-575/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-575/2021

19.02.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-575/2021 19.02.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi, Məhkəmə iclas katibi Günəş Yusif qızının katibliyi, İddiaçı İddiaçı, İddiaçının nümayəndəsi-vəkili Vəkil1, Üçüncü şəxs X3, Cavabdehin nümayəndə-vəkilləri Vəkil2, X1 iştirakları ilə, İddiaçı Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X5 qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X5 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 34.000 ABŞ dolları və 26.276 ABŞ dolları olmaqla, ümumilikdə 60.276 ABŞ dollarının qaytarıldığı günə məzənnəyə uyğun olaraq hesablanmaqla tutularaq iddiaçıa verilməsi, qərarın çıxarıldığı gün bank uçot dərəcəsinə uyğun olaraq hesablanmaqla faizlərin ödənilməsi və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmiş və iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2015-ci il tarixdə keçmiş qaynatası X9 ona borc pul lazım olduğunu bildirərək, həyat yoldaşı Cavabdeh bank hesabına 34.000 ABŞ dolları məbləğində pul köçürməyini və tezliklə qaytaracağını bildirmişdir. Təxminən 1 ay sonra xx.xx.2015-ci il tarixdə yenidən ondan 26.276 ABŞ dolları borc istəmiş və yenə də həyat yoldaşı Cavabdeh bank hesabına köçürməyi xahiş etmişdir. İddiaçı hər iki köçürməni “xxxx” ASC vasitəsilə həyata keçirmişdir. Lakin ikinci ödəniş zamanı hansısa səbəbdən iddiaçının soyadı və ata adı səhvən X2 qeyd edilmişdir. 2016-cı il tarixdə keçmiş qayınatası qızının mənzil şəraitini yaxşılaşdırmaq üçün 100.000 ABŞ dolları məbləğində köməklik etmiş, həmin məbləğə ev alınmışdır. Lakin sonradan həmin pulun borc verilməsini və ondan pulun qaytarılmasını tələb etmişdir. İddiaçı mülkiyyətində olan Mersedes Bens 550 markalı avtomobili 55.000 manata və Spyder markalı motosıklı 12.000 manata sataraq, əlavə olaraq da anasının evinin satışından əldə olunmuş puldan 3000 manat götürürək 70.000 manat yəni 41.000 ABŞ dolları məbləğini qaytarmışdır. Bununla da borcundan 2015-ci il tarixdə aldığı 34.000 ABŞ dollar və 26.276 ABŞ dolları və qaytardığı 41.000 ABŞ dolları ilə verilmiş 100.000 ABŞ dolları ilə əvəzləşdirmişlər. Sonradan keçmiş qaynatası ilə münasibətləri pisləşmiş, ona qarşı heç bir əsası olmadan guya qızına qarşı silah çəkərək qorxutmaq və işgəncə vermə maddələri ilə şikayətlər etməyə başlamışlar. Edilmiş şikayətlər nəticəsində iddiaçıya CM-nin 133cü maddəsimə əsasən 10 ay müddətinə azadlıqdan məhrumetmə cəza verilmişdir. Ailəsi ilə barışmaq üçün qaynatasıgilə gedərkən, cavabdeh tərəf planlı şəkildə gizlincə onun səsini yazaraq 100.000 ABŞ dollarından 41.000 ABŞ dollarını qaytardığını əsas götürərək, ondan 59.000 ABŞ dolları məbləğində pulun tutulması barədə Bakı şəhəri Yasamal Rayon Məhkəməsində iddia qaldırmışlar. Məhkəmə iddia tələbini təmin etmişdir. Həmin qətnamədən verilmiş şikayətlər nəticəsində yekun olaraq iddiaçıdan 29.500 ABŞ dolları pulun tutulmasına dair qətnamə qəbul edilmişdir. İddiaçı məcbur olaraq, pozulmuş hüquqların məhkəmə tərəfindən bərpa olunmasına dair yenidən məhkəməyə müraciət etmişdir. xx.xx.2020-ci il tarixdə cavabdeh məhkəməyə iddia ərizəsinə etiraz və iddia müddətinin tətbiqinə dair ərizə ünvanlayaraq, iddia müddətinin keçməsi ilə əlaqədar iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək, tələbi təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili Vəkil1 iddiaçının izahatını və iddia tələbini müdafiə edərək bildirdi ki, onlar pulu İlqar Bəşirovun sözü ilə Püstə xanımın bank hesabına köçürülmüşdür. İlqar müəllim qızına bağışladığı evin dəyərini geri istədiyinə görə, onlar da öz pullarını geri istəyirlər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi-vəkili T.Xanəliyev izahat verərək bildirdi ki, iddia tələbini qəbul etmirlər. Belə ki, iddiaçının Cavabdeh qarşı pul tələbinə dair iddiası əsassızdır. İddiaçının iddia etdiyi şəkildə nə cavabdehlə, nə də X9 ilə iddiaçı arasında hər hansı borc münasibətləri olmamış, borc müqaviləsi bağlanmamış, nəticədə iddiaçı tərəfindən cavabdehə və ya X5 borc pul verilməmişdir. Belə ki, iddiaçı ilə cavabdehin qızı X10 arasında faktiki ailə münasibətləri 2017-ci ilin oktyabr ayında pozulmuş və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən aralarındakı nikah ləğv olunmuşdur. Məhz həmin vaxtlardan etibarən iddiaçı ilə ailə münasibətləri olduqca gərgin olduğunu, habelə onunla Ə.Bəşirova və İ.Bəşirov arasında olan məhkəmə çəkişmələrini nəzərə alaraq, bu vaxtadək iddiaçı iddia etdiyi həmin pulu cavabdehdən çoxdan tələb etməli idi. Əslində məsələnin mahiyyəti ondan ibarət olmuşdur ki, iddiaçı İlqar Bəşirovdan 34 000 ABŞ dolları məbləğində borc pul istəmiş və həmin məbləğ xx.xx.2015-ci il tarixdə cavabdehin “xxxx” ASC-dəki hesabından çıxarılaraq iddiaçıya verilmişdir, elə həmin gün İlqar Bəşirov iddiaçının öz şəxsi məqsədləri üçün istifadə edəcəyi məlum olduqdan sonra həmin pul vəsaitini geri tələb etmişdir. Nəticədə bir gün öncə iddiaçıya verilmiş sözügedən 34 000 ABŞ dolları xx.xx.2015-ci il tarixdə cavabdehin xxxx ASC-dəki hesabına qaytarılmışdır. 2016-cı ilin oktyabr ayında iddiaçı İlqar Bəşirovdan mənzil şəraitinin yaxşılaşdırılması üçün 100 000 ABŞ dolları məbləğində borc pul almışdır. İddiaçı həmin pulun 41000 ABŞ dolları hissəsini cavabdehin qızı Ə.Başirovla hələ nikahda olduğu zaman qaytarmış və pulun qalan hissəsini isə qaytaracağını bildirmişdir. Lakin nikah pozulduqdan sonra iddiaçı fərqli bəhanələrlə həmin pulun qalan hissənin qaytarmaqdan imtina etmiş, bununla belə məhkəmənin məlum qərarı ilə İlqar Bəşirovun iddia tələbi təmin edilmiş və İddiaçı 29 500 ABŞ dolları məbləğində pulun tutularaq İlqar Bəşirova verilməsi qət edilmişdir. Qeyd olunanlar ona dəlalət edir ki, iddiaçı, məhkəmə qərarı ilə müəyyən edilmiş İlqar Bəşirova qaytarılmalı olduğu pul borcundan yayınmaq məqsədilə cavabdehə qarşı pul tələbinə dair əsassız iddia qaldırmışdır. Məhkəmə iclasında iştirak edən cavabdehin digər nümayəndəsi-vəkili Vəkil2 izahatında bildirdi ki, iddia tələbini qəbul etmir. T.Xanəliyevin bildirdiyi fikirlərlə razıdır. Əlavə olaraq bildirdi ki, iddiaçının cavabdehə qarşı uydurub irəli sürdüyü əslində mövcud olmayan və ya hər hansı faktiki və hüquqi əsası olmayan müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. İddiaçının mövcudluğunu ehtimal (fərz) etdiyi müqavilə xx.xx.2015-ci və xx.xx.2015-ci ildə bağlanmışsa, həmin tarixdən artıq 5 (beş) il müddət ötmüşdür. Bu səbəbdən də iddia müddətinin keçməsi ilə əlaqədar İddiaçı cavabdehə qarşı pul tələbinə dair iddiasının təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs İ.Bəşirov izahat verərək bildirdi ki, iddia tələbini qəbul etmir. Bankda Cavabdeh hesabında 350.000 manat məbləğində pul vəsaiti olub, iddiaçıdan borc almağa ehtiyac olmayıb. İddiaçı onlardan 34.000 ABŞ dolları məbləğində borc alıb. Halal zəhmətlə qazandığı pulun iddiaçınını öz şəxsi məqsədləri üçün istifadə edəcəyini öyrəndikdən sonra iddiaçıdan həmin pul vəsaitini geri qaytarılmasını tələb etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsassızdır. Buna görə də iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan: - Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1924/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən, X8 apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(004)-8102/2018 saylı qətnaməsi cavabdeh İddiaçı tutulan vəsaitin məbləğinə aid hissədə dəyişdirilməsi, cavabdeh X6 tutulmalı olan pul məbləğinin 29.500 ABŞ dolları müəyyən edilməsi qət edilmişdir. - Bakı Hərbi Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünə əsasən, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 133.1-ci maddisə ilə təqsirli bilinərək, 10 (on) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasının ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi, cəzasının başlanğıcının xx.xx.2018-ci il tarixdən hesablanması hökm edilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının tələblərinin qanuni əsası kimi borc münasibətləri deyil, mülki qanunvericiliyin əsassız varlanma ilə bağlı müddəaları nəzərdən keçirilməli və tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1095-ci maddəsinə əsasən, əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, İddiaçı pulunu qaytarmaq üçün hüququnun ona məlum olduğu vaxtdan iki il ərzində məhkəməyə müraciət etmək hüququ olmuşdur. İzahatlardan və işin digər materialları ilə məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçının tələbi etdiyi pulun verilməsi 2015-ci ildə olmuşdur. Göründüyü kimi, iddiaçı hüqununun pozulmasını 2015-ci ildən bildiyi halda, mövcud iddia ərizəsi ilə məhkəməyə xx.xx.2020-ci il tarixdə müraciət etmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsinə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Qeyd edilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, İddiaçı mövcud iddia tələbi üzrə qanunla müəyyən edilmiş iddia müddətini keçirmişdir. Mübahisə tərəfi olan cavabdeh tərəf isə iş üzrə iddia müddətinin tətbiq edilməsini və iddia müddətinin ötürülməsinə görə iddianın rədd edilməsini xahiş edir. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, İddiaçı mövcud iddia tələbi üzrə qanunla müəyyən edilmiş iddia müddətini ötürdüyündən, mübahisə tərəfi olan cavabdeh X4 nümayəndə-vəkilləri iş üzrə iddia müddətinin tətbiq edilməsini xahiş etdiklərindən, iş üzrə iddia müddəti tətbiq edilərək, mövcud iddia tələbi rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Məhkəmə hesab edir ki, mövcud tələblər üzrə iddia müddəti ötürüldüyündən, iddia təmin edilə bilməz. Ona görə ki, iddia müddətinin mahiyyəti pozulmuş hüquqların bərpası və mülki hüquqların müdafiəsi məqsədi ilə məhkəməyə müraciət etmə müddəti olub, aktiv tərəfin, bu tələb hüququna malik olma imkanının qanuna əsasən zamanla məhdudlaşdırılmasından ibarətdir. Buna görə də iş üzrə aktiv tərəf olub tələb etmək hüququna malik olan İddiaçı mövcud tələb hüququna istənilən zaman daxilində deyil, məhdud zaman daxilində, yəni qanunla müəyyən edilmiş iddia müddəti daxilində mövcud tələb hüququna malik olmuşdur. Odur ki, İddiaçı mövcud iddia tələbi üzrə iddia müddətini buraxdığından iddia rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin: - 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. -77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. -119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar