Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-5764/2021 19.08.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Əliyeva Aytən Şəmşir qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı mülkiyyət hüququnun qeydiyyatı üçün zəruri olan sənədlərin verilməsi tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı mülkiyyət hüququnun qeydiyyatı üçün zəruri olan sənədlərin verilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı Cavabdehndən 28 yanvar 2009-cu il tarixli müqaviləyə əsasən ünvan 1 ünvanında yerləşən 16 mərtəbəli yaşayış evinin 4-cü bina, 2-ci giriş, 5-ci mərtəbəsində yerləşən 52 saylı mənzili pulunu tam ödəyərək almışdır. Mənzili 28 yanvar 2009-cu il tarixdən aldığı ilk gündən Cavabdeh MTK iddiaçının hüquqlarını pozmuş, vəzifəsi olan mənzilinə dair mülkiyyət hüquqlarının dövlət reyestrində alınması ilə bağlı və binanın dövlət qeydiyyatına salınmasına dair MTK tərəfindən tədbir görülməmişdir. Bundan başqa tərəflər arasında bağlanmış müqavilənin 2.1-ci maddəsinin 5-ci abzasına əsasən, verilmiş yaşayış mənzili üzərində mülkiyyət hüququnun keçirilməsi faktının dövlət reyestrində qeydə alınması üçün öz tərəfindən zəruri olan bütün tədbirləri həyata keçirmək (payçının hesabına orderin və kupçanın verilməsi və s.) Cavabdeh MTKnın vəzifəsi kimi müəyyən edilmişdir. İddiaçının aldığı mənzil üzərində mülkiyyət hüqüqunun dövlət reyestrində qeydə alınması üçün Cavabdeh MTK tərəfindən heç bir tədbir görülməmiş, başqa sözlə mülkiyyət hüquqlarının qeydiyyatı üçün zəruri olan sənədlər təqdim edilməmişdir. İddiaçı dəfələrlə bu barədə MTK rəhbərliyinə müraciət etsə də, sonuncular təhvil-təslim aktını imzalamaqdan və mülkiyyət hüquqlarımın qeydiyyatı üçün zəruri olan sənədləri təqdim etməkdən imtina etmişlər. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iddiaçının izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi təmin edilməlidir. İş materiallarında olan 28.01.2009-cu il tarixli müqavilənin surətindən görünür ki, həmin müqavilə Cavabdeh MTK ilə İddiaçı arasında bağlanmış və müqaviləyə əsasən Cavabdeh MTK Bakı şəhəri, Binəqədi rayonu, Ə.Nəvai 33/Naxçıvani 3068-ci məhəllə ünvanında inşa edilmiş 16 mərtəbəli 4 nömrəli yaşayış evinin, blok 2, mərtəbə 5, ümumi sahəsi 132,91 kv.m., 3 otaqlı, 52 nömrəli yaşayış mənzilini İddiaçı verməyi, İddiaçı isə mənzilin tam dəyəri olan 58480 manat məbləğini ödəməyi öz öhdəsinə götürmüşdür. Həmin müqavilənin “İcraçının hüquq və vəzifələri” adlanan 2-ci bölməsində qeyd olunmuşdur ki, verilmiş yaşayış mənzili üzərində mülkiyyət hüququnun keçirilməsi faktının dövlət reyestrində qeydə alınması üçün öz tərəfindən zəruri olan bütün tədbirləri həyata keçirmək (İddiaçı müvafiq sənədlərin verilməsi və s.) Cavabdeh MTK-nın vəzifələrinə aiddir. İş materiallarında olan 09.12.2011-ci il tarixli, 462 nömrəli arayışın surətindən görünür ki, İddiaçı həqiqətən də, Bakı şəhəri, Binəqədi rayonu, Ə.Nəvai 33/Ə.Naxçıvani küçəsi, 3068-ci məhəllə, ev 4, blok 2, mərtəbə 5, 132,91 kv.m., 3 otaqlı 52 saylı mənzili almış və həmin mənzil üçün onun borcu yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifələrinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla içra edilməsi) başa düşülür. Digər tərəfdən, Mülki Məcəllənin 178.8-ci maddəsinə müvafiq olaraq, mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. Mülki Məcəllənin 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin 25.10.2010-cu il tarixli qərarında qeyd olunmuşdur ki, “... pay haqqının tam ödənilməsinə qədər kooperativ və onun üzvü arasında yaranan hüquq münasibətləri öhdəlik xarakterlidir. Bu öhdəliyin mahiyyəti ondan ibarətdir ki, kooperativin üzvü yaşayış və ya qeyri-yaşayış sahəsinə mülkiyyət hüququnun əldə edilməsinə əsas verən pay haqqının tam ödənilməsi vəzifəsini, kooperativ isə həmin sahənin müəyyən olunmuş müddətdə kooperativ üzvünə təhvil verilməsi vəzifəsini daşıyır. Beləliklə, kooperativin üzvü tərəfindən kooperativə pay haqqının tam ödənilməsi onun dövlət qeydiyyatını həyata keçirən orqandan həmin əmlakın sahibi kimi mülkiyyət hüquqlarının, yəni sahiblik, istifadə və sərəncam hüquqlarının dövlət qeydiyyatına alınmasını tələb etmək hüququ yaradır... Kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər”. “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 19 fevral 2019-cu il tarixli Fərmanından görünür ki, həmin Fərman istismarına icazə verilməmiş çoxmənzilli yaşayış binalarının sakinlərinin mənafelərini və Azərbaycan Respublikasının sosialyönümlü dövlət siyasətinin əsasını təşkil edən humanizm prinsiplərini əsas götürərək, həmin binaların istismarına icazə prosedurunu və müddətini optimallaşdırmaq, bu sahədə şəffaflığı və vətəndaş məmnunluğunu təmin etmək məqsədilə qəbul edilmiş və bununla əlaqədar bir sıra qurumlara müvafiq tapşırıqlar verilmişdir. Həmin qurumlar tərəfindən tapşırıqlar vaxtında icra edilsə də, “yerlərdə” vətəndaşlara əsassız səbəblərə görə müvafiq sənədlərin verilməməsi nəticə etibarılə adıçəkilən Fərmanın icrasını mümkünsüz edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, ünvan 1 ünvanında tikilmiş 16 mərtəbəli yaşayış evinin 4-cü bina, 2-ci giriş, 5-ci mərtəbəsində yerləşən 52 saylı mənzilinə dair mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və çıxarışın əldə edilməsi üçün mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarının və protokoldan çıxarışın İddiaçı verilməsi öhdəliyi Cavabdehn üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia tələbi təmin edilsin. ünvan 1 ünvanında tikilmiş 16 mərtəbəli yaşayış evinin 4-cü bina, 2-ci giriş, 5-ci mərtəbəsində yerləşən 52 saylı mənzilinə dair mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və çıxarışın əldə edilməsi üçün mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarının və protokoldan çıxarışın İddiaçı verilməsi öhdəliyi Cavabdehn üzərinə qoyulsun. Ödənilmiş dövlət rüsumunun 10 (on) manat hissəsi Cavabdehndən alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mulki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə
Məhkəmə qərarları › İş №2(001)-5764/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-5764/2021
19.08.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver