Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-5769/2021 25.10.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, məhkəmə iclas katibi X10 oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə 25 oktyabr 2021-ci il tarixdə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 37000 manat məbləğində pul vəsaitinin və iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat məbləğində pul vəsaitinin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etdiyini bildirərək izahatında göstərdi ki, o, fərdi olaraq mobil telefon, aksessuaların alğı-satqısı ilə məşğul olur. Cavabdehi 2015-ci ildən tanıyır. Cavabdeh həmin vaxt ona yol çəkilişi ilə məşğul olduğunu, işinin qazanclı iş olduğunu, rayonlara yol çəkilişi ilə əlaqədar tenderlərdə iştirak etdiyini və onu da həmin sahəyə qoşa biləcəyini, beləliklə onun da qazanc əldə edə biləcəyini demiş, tenderə qoşulmaq üçün ondan 40000 manat borc pul istəmişdir. O, qazanc əldə edəcəyinə dair cavabdehin vədinə aldanaraq Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsində cavabdehə 40000 manat pul vermişdir. Sonrakı 3 ay ərzində cavabdeh hər ay 1000 manat olmaqla ümumilikdə 3000 manat məbləğində pulu ona qazanc kimi vermiş, sonradan isə tikint işlərinin müvəqqəti dayandığını bildirib ondan aldığı pulu tezliklə geri qaytaracağını söz vermişdir. Lakin, uzun müddət keçsə də, cavabdeh ona pulu qaytarmamışdır. O, cavabdehin bu əməlləri ilə bağlı müvafiq polis idarəsinə müraciət etmiş, Binəqədi Rayon Polis İdarəsinin istintaq şöbəsinin müstəntiqi ərizəsini araşdırmış, onun, cavabdehin və digər şəxslərin izahatlarını aldıqdan sonra cinayət işinin başlanmasının rədd olunması barədə qərar qəbul etmiş, ona pul tələbi ilə məhkəməyə müraciət etmək hüququnun olması izah olunmuşdur. Polisə verdiyi izahatda cavabdeh güyə pulun onun tərəfindən Əliqulu adlı şəxsə verildiyini, özünün bu işdə vasitəçi olduğunu bildirsə də, halbuki, o, Əliqulu adlı şəxsi ümumiyyətlə tanımamış, onunla aralarında heç bir pul haqq-hesabı olmamışdır. Əliqulu adlı şəxs özü də izahatında onu tanımadığını bildirmişdir. O, cavabdehə pulu faiz ödənilməsi şərti ilə borc kimi verməmişdir, çünki belə olsaydı ən azından sadə yazılı müqavilə tərtib edərdi. Sonda İddiaçı məhkəmədən göstərilənləri nəzərə alıb iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etmədiyini bildirərək izahatında göstərdi ki, o, iddiaçını əvvəllər yaşadığı məhəllədən tanımışdır. Uşaqlıqdan tanıdığı Əliqulu Nəsibov adlı şəxs yol çəkilişi işi ilə məşğul olmuş, onun da özünə məxsus yük maşınları olmuşdur. O, həmin yük maşınlarını Əliqulunun işinə cəlb etməklə gəlir əldə etmişdir. İddia ərizəsində göstərilənlər həqiqəti əks etdirmir. Belə ki, onun özünün rəsmi işi olmadığı halda iddiaçıya onu işə düzəldəcəyinə dair vəd verməsi inandırıcı deyildir. Əliqulu ilə onun arasında uzun müddət pul haqq-hesabı olmuş, yəni Əliquluya işi ilə əlaqədar bir neçə dəfə böyük həcmdə pul lazım olmuş, o, müxtəlif şəxslərdən, həmçinin də iddiaçıdan aylıq faizi ödənilmək şərti ilə pul götürüb Əliquluya vermiş, Əliqulu isə aldığı pulun həm aylıq faizlərini, həm də əsas məbləği ödəmişdir. Əliqulu üçün İddiaçı 30000 manat pul istəmiş, Xanəli Binəqədi rayonu, Azadlıq prospektində yerləşən “Lukoil” yanacaqdoldurma məntəqəsinin yaxınlığında onunla görüşmüş, həmin vaxt Əliqulu da onun yanında olmuşdur. O, Əliqulunu Xanəli ilə tanış etmiş, Xanəli Əliquluya ayda 1000 manat faiz ödənilməsi şərti ilə 30000 manat pul vermişdir. Əliqulu sonrakı 15 ay ərzində hər ay 1000 manat pulu faiz kimi Xanəliyə ödəmişdir. Sonradan Əliqulunun işləri dayandığından o, pulu ödəyə bilməmişdir. Sonuncu dəfə o, Əliqulunun oğlu ilə birlikdə iddiaçıya 5000 manat pul vermişdir. Sonda Cavabdeh məhkəmədən göstərilənləri nəzərə alıb iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 izahatında göstərdi ki, həqiqətən də Cavabdehlə işbirliyi, pul haqq-hesabı olmuşdur. Belə ki, o, işi ilə əlqədar pula ehtiyacı olduğundan Akifdən kömək istəmiş, Akif də hər dəfə ona istədiyi pulu tapıb vermişdir. İndiyədək Akif ona 100000 manatdan çox pul vermişdir. Hazırda onunla Akif arasında pul haqq-hesabı qalmamışdır. Lakin, o, Akifin həmin pulları kimlərdən almasından məlumatlı olmamışdır. O cümlədən, İddiaçı də əvvəllər tanımamış, ondan şəxsən özü pul almamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 izahatında göstərdi ki, atası Əliqulu Nəsibov bir müddət ölkə ərazisində olmamış, həmin vaxt atası ona zəng vuraraq Cavabdehlə görüşməsini və 5000 manat pulu “telefonçu” adlandırdıqları və sonradan bildiyi İddiaçıa verməyi tapşırmışdır. O, hazırki məhkəmə iclasınadək İddiaçı tanımamış, atası ilə Cavabdeh söhbətlərindən belə başa düşmüşdür ki, atası ilə Cavabdeh faizlə geri ödəmək şərti ilə bir sıra şəxsdən, o cümlədən, “telefonçu” adlandırdıqları şəxsdən pul götürmüşlər. O, atasının sözü ilə X8 aldığı avansla 5000 manat məbləğində pulu Akif Mirzəyevlə birlikdə Binəqədi rayonu, Azadlıq prospektində yerləşən yanacaqdoldurma məntəqəsinə getmiş, orada Cavabdeh maşından düşərək bir nəfər şəxslə görüşmüş və pulu həmin şəxsə vermişdir. İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin baş müstəntiqi Kamran Əliyev tərəfindən qəbul edilmiş 02 yanvar 2021-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərardan görünür ki, İddiaçı ərizə ilə polis idarəsinə müraciət edərək Cavabdeh ondan 40000 manat pulu alaraq geri qaytarmadığını bildirmiş, ərizə əsasında araşdırma zamanı həm İddiaçı, həm də Cavabdehlə Ə.Ə.Nəsibovun izahatları alınmışdır. İddiaçı polis idarəsində də hazırki məhkəmə iclasındaki izahatına uyğun izahat vermiş, Cavabdeh izahatında Xanəli ilə Əliqulunu tanış etdiyini, Xanəlinin Əliquluya aylıq 1000 manat olmaqla 30000 manat pul verdiyini, bundan sonra Əliqulunun Xanəliyə 15 ay hər ay 1000 manat olmaqla pul ödəməsini, sonradan isə Əliqulunun müflis olduğunu və pulunu ödə bilmədiyini, Xanəlinin şəxsən ona pul vermədiyini göstərmişdir. Polis idarəsində verdiyi izahatında X1 Xanəliyevi ümumiyyətlə tanımadığını, Cavabdeh 70000 manat pulu faizlə ödəmək şərti ilə aldığını, borcunu tam olaraq ödədiyini bildirmişdir. Cavabdeh əməllərində cinayət tərkibi olmadığından “cinayət işi başlanmasının rədd edilməsi barədə” qərar qəbul edilmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı həm iddia ərizəsində, həm də izahatında cavabdehə 40000 manat pul verdiyini göstərsə də, buna dair hər hansı sübut məhkəməyə təqdim olunmamışdır. Lakin, cavabdeh izahtında iddiaçıdan X3 ilə birlikdə 30000 manat pulu faizlə ödəmək şərti ilə borca aldığını bildirmiş, məhkəmə iclasında şahid qismində dindirilmiş Əliqulu Nəsibov isə izahatında İddiaçı ümumiyyətlə tanımadığını, ona borca pulu daim Cavabdeh tapdığını, pulu Cavabdeh aldığını bildirmişdir. Beləliklə, Cavabdeh İddiaçı 30000 manat pulu alması Cavabdeh həm məhkəmə iclasındakı, həm də polis idarəsində verdiyi izahatı ilə öz təsdiqini tapır. Cavabdeh izahatında bu pula görə iddiaçıya 15 ay müddətində hər ay 1000 manat olmaqla faiz ödənildiyini bildirsə də, bu hal nə iş materialları, nə də işdə iştirak edən şəxslərin izahatları ilə öz təsdiqini tapmır. Yalnız iddiaçı özü cavabdeh tərəfindən ona 3000 manat pul qaytarıldığını etiraf edir. Məhkəmə iddiaçıya 5000 manat pulun qaytarılması ilə bağlı şahid qismində dindirilmiş Rəşad Nəsibovun izahatına münasibətdə qeyd edir ki, R.Nəsibov özü də izahatında əvvəllər İddiaçı tanımadığını, atasının göstərişi ilə 5000 manat pulu Cavabdehlə birlikdə “telefonçu” kimi qiyabi tanıdığı şəxsə vermək üçün yanacaqdoldurma məntəqəsində getdiyini, orada Cavabdeh maşından düşərək bir nəfər şəxslə görüşüb pulu həmin şəxsə verdiyini bildirmişdir. Yəni, R.Nəsibov 5000 manat pulun hansı əsasla və məhz İddiaçı ödənildiyini bilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. İşin müəyyən edilən hallarına görə hazırkı halda yazılı müqavilə olmasa da yaranmış münasibətlər nəticəsində tərəflər borclu və kreditor kimi çıxış edir. Məhkəmə cavabdehin dəlilləri ilə razılaşmayaraq qeyd edir ki, Nəsibov Əliqulu iddiaçını tanımadığı halda ondan pul ala bilməsi mümkünsüzdür, digər tərəfdən cavabdehin Ə.Nəsibovun aldığı pulu heç bir bir şərt olmadan vaxtaşırı iddiaçıya qaytarılmasını təmin etmək barədə razılıq verməsi ağılabatan görünmür. Məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh 40000 deyil, 30000 manat məbləğində pul verməsi, habelə, Cavabdeh tərəfindən İddiaçı 3000 manat pul qaytarması öz təsdiqini tapdığından ödənilməmiş 27000 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalı, iddia qalan hissədə təmin olunmamalıdır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürülmüşdür. İddiaçı və cavabdeh öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Göründüyü kimi, qanunvericilik sübutlar təqdim edilməsi və sübut edilməsi vəzifəsini hər bir tərəfin öz üzərinə qoymuş, öz zərərinə olan hər hansı sübutun təqdim edilməli olması şərt kimi nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmənin qənaətinə görə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə iddiaçı öz tələblərinin əsası kimi istinad etdikləri halları sübuta (şahid ifadələri, “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 02 yanvar 2021-ci il tarixli qərar) yetirdiyi halda cavabdeh yuxarıda qeyd olunanlara əsasən bunu edə bilməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, 27000 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalı, iddia qalan hissədə təmin olunmamalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, iddia qismən təmin olunduğundan onun verilməsi üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun əvəzi qismində 20 manat məbləğində pul vəsaiti də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası qismən təmin olunsun. 27000 (iyirmi yeddi min) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi kimi 20 manat məbləğində pul vəsaiti də Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №2(001)-5769/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-5769/2021
25.10.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver