Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-5806/2021 16.08.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X2 oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh2 və Cavabdeh1 qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh2 və Cavabdeh1 60000 manat məbləğində borcun və iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat məbləğində pul vəsaitinin onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etdiyini bildirərək izahatında göstərdi ki, 04 dekabr 2019-cu il tarixdə onunla cavabdehlər arasında “mövcud borcun etirafı müqaviləsi” bağlanmış, müqavilənin şərtlərinə əsasən, cavabdehlər ona 60000 manat borclarının olmasını etiraf etmiş, həmin borcu 04 dekabr 2020-ci il tarixədək ödəməyi öhdələrinə götürmüşlər. Sözügedən borc məbləği isə cavabdehlərin ona qarşı törətmiş olduqları dələduzluq cinayət əməli nəticəsində yaranmışdır. Cavabdehlərlə aralarında bağlanmış 04 dekabr 2019-cu il tarixli müqavilənin şərtlərinə əməl olunmadığından, yəni borc məbləği indiyədək ödənilmədiyindən o, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. Sonda İddiaçı məhkəmədən göstərilənləri nəzərə alıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikasının MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən məhkəmə hazır ki,mülki işə cavabdehin iştrakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarında olan: - 04 dekabr 2019-cu il tarixli “mövcud borcun etirafı müqaviləsi”ndən görünür ki, Cavabdeh2 və Cavabdeh1 İddiaçı müştərək qaydada 60000 manat pul borclu olduqlarını etiraf etmiş, göstərilən pul vəsaitini 04 dekabr 2020-ci il tarixədək qaytarmağı öhdələrinə götürmüşlər. - Bakı Ağır Cinayətlər Məhkəməsinin 17 sentyabr 2019-cu il tarixli, 1(101)- 729/2019 saylı hökmündən görünür ki, Cavabdeh2 və Cavabdeh1 qabaqcadan əlbir olan bir qrup şəxs qismində aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirərək külli miqdarda ziyan vurmaqla dələduzluq cinayət əməlini törətməklə təqsirli bilinmiş, Cavabdeh2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinməklə ona 2 il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 5 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən 2 il sınaq müddəti iləşərti hesab edilmiş, Cavabdeh1 həmin məcəllənin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək ona 2 il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 5 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən 2 il sınaq müddəti ilə şərti hesab edilmişdir. Həmin cinayət işi üzrə İddiaçı zərərçəkmiş şəxs qismində tanınmış, məhkəmə hökmünə əsasən, ona mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüququ izah edilmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 882.1-ci maddəsinə əsasən borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. - 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. - 445.2 və 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. - 882.2-ci maddəsinə əsasən, bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. Məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış 04 dekabr 2019-cu il tarixli qüvvədə olan “mövcud borcun etirafı müqaviləsi”ndə borc məbləğinin hansı qaydada və hansı tarixlərdə ödənilməsi öz əksini tapdığından və müqavilədə göstərilən qaydada ödənilməli olduğu halda hazıradək ödənişin edilməməsi nəticəsində iddiaçının hazırki iddiası haqlı olmaqla təmin edilməli, 60000 manat məbləğində pul vəsaiti müştərək qaydada Cavabdeh2 və Cavabdeh1 tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğində pul vəsaiti də müştərək qaydada cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 60000 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. Dövlət rüsumunun əvəzi kimi 30 manat məbləğində pul vəsaiti də Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi andan 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №2(001)-5806/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-5806/2021
16.08.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver