Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-5818/2021 25.08.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Rüstəmova Ofelya Əkbər qızının katibliyi ilə İddiaçı Dövlət Sığorta Kommersiya Şirkətinin Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı birgə qaydada sığorta ödənişinə görə 300 manat, dövlət rüsumuna görə 20,40 manat olmaqla cəmi 400,40 manatın tutulmasına dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı Dövlət Sığorta Kommersiya Şirkəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı birgə qaydada sığorta ödənişinə görə 300 manat, dövlət rüsumuna görə 20,40 manat olmaqla cəmi 400,40 manatın tutulmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılır ki, 28.12.2020-ci il tarixdə saat 19:15 radələrində Bakı şəhəri Binəqədi rayonu ərazisində şirkətdə icbari sığorta növü ilə sığortalanmış Cavabdeh2 oluna məxsus və etibarnamə olmadan Cavabdeh1 tərəfindən idarə olunan Opel Astra markalı ** EM *** dövlət nişanlı avtomobil Vaz 21074 markalı ** BD *** dövlət nişanlı avtomobillə toqquşmuş və nəticədə sonuncu avtomobilə maddi zərər dəymişdir. Binəqədi DYPŞ-nin 29.12.2020-ci il tarixli TP ******* № li qərarına əsasən baş vermiş yol nəqliyyat hadisəsində Cavabdeh1 qanunvericiliyin tələblərini pozaraq Azərbaycan Respublikası İXM-nin 327.1 və 332.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilmişdir. Qiymətləndirmə aktına əsasən Vaz 21074 markalı ** BD *** dövlət qeydiyyat nişanlı avtomobilə 380 manat maddi zərər vurulmuşdur. Bununla əlaqədar olaraq 8469 saylı işə dair sığorta müqaviləsində və şəhadətnaməsində nəzərdə tutulmuş qaydada sığorta hesablamaları həyata keçirildikdən sonra Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən zərərçəkən Vaz 21074 markalı ** BD *** dövlət nömrə nişanlı avtomobilə dəymiş zərərə görə 380 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Cavabdeh1 tərəfindən törədilmiş mülki hüquq pozuntusu nəticəsində vurulmuş zərərin əvəzi 380 manat məbləğində sığorta ödənişi Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən zərərçəkənə ödənildiyindən Dövlət Sığorta Kommersiya Şirkətinin cavabdehlərdən İcbari sığortalar haqqında Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə əsasən həmin məbləğdə pulu geri tələb etmək hüququ vardır. Ona görə də cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə qaydada sığorta ödənişinə görə 300 manat, dövlət rüsumuna görə 20,40 manat olmaqla cəmi 400,40 manatın Dövlət Sığorta Kommersiya Şirkətinin xeyrinə tutulmasına dair qətnamə çıxarılması xahiş olunur. İddiaçı Dövlət Sığorta Kommersiya Şirkəti 27.07.2021-ci il tarixli ərizə ilə məhkəməyə müraciət edərək iddia ərizəsinin müdafiə edildiyini, mülki işə nümayəndəsinin iştirakı olmadan baxılaraq iddia ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, məhkəmə işə iddiaçı Dövlət Sığorta Kommersiya Şirkətinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib məhkəmə hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Məhkəmə qeyd edir ki, subroqasiya hüququ sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. (MM-nin 936.1., 936.2., 936.5.-ci mad.) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1.-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. AD 661423 saylı 25.11.2019-cu il tarixli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən müəyyən olunur ki, ** EM *** dövlət qeydiyyat nişanlı Opel Astra markalı nəqliyyat vasitəsi Cavabdeh2 mülkiyyətindədir. Dövlət Sığorta Kommersiya Şirkətinin 30.11.2020-ci il tarixli icbari sığorta müqaviləsinə dair məlumatdan müəyyən olunur ki, ** EM *** dövlət qeydiyyat nişanlı Opel Astra markalı nəqliyyat vasitəsi 30.11.2020-ci il tarixdən 30.11.2020-ci il tarixə qədər olan dövr ərzində Dövlət Sığorta Kommersiya Şirkətində avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalanmışdır. Binəqədi RPİ-nin DYPŞ-nin 29.12.2020-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokolundan müəyyən olunur ki, 28.12.2020-ci il tarixdə Cavabdeh1 Nəybulla oğlu idarə etdiyi ** EM *** dövlət qeydiyyat nişanlı Opel Astra markalı nəqliyyat vasitəsi ilə Yol Hərəkəti haqqında Azərbaycan Respublikası Qanununun tələblərini pozaraq Binəqədi yolu ərazisində ara məsafəsi qaydalarını pozmuş nəticədə İXM-nin 327.1-ci, 332.1-ci maddlərində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Binəqədi RPİ-nin DYPŞ-nin 29.12.2020-ci il tarixli TP ******* saylı inzibati xəta haqqında qərarının surətindən müəyyən olunur ki, 28.12.2020-ci il tarixdə Cavabdeh1 Nəybulla oğlu idarə etdiyi ** EM *** dövlət qeydiyyat nişanlı Opel Astra markalı nəqliyyat vasitəsi ilə Yol Hərəkəti haqqında Azərbaycan Respublikası Qanununun tələblərini pozaraq Binəqədi yolu ərazisində ara məsafəsi qaydalarını pozmuş nəticədə İXM-nin 327.1-ci, 332.1-ci maddlərində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. 25.01.2021-ci il tarixli qüsur aktından müəyyən olunur ki, Vaz 21074 markalı ** BD *** dövlət qeydiyyat nişanlı avtomobillə dəymiş ziyanın məbləği 380 manat təşkil edir. 26.02.2021-ci il tarixli 8469 saylı sığorta aktından müəyyən olunur ki, Azərsığorta DSKŞ-də avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növündə 30.11.2020-ci il tarixdən 30.11.2020-ci il tarixə qədər sığortalanmış sığortalı X4 oğlu sığorta predmeti ** EM *** dövlət qeydiyyat nişanlı Opel Astra markalı avtomobil ilə Cavabdeh1 Nəybulla oğlu 28.12.2020-ci il tarixdə zərəçəkən X1 idarə etdiyi Vaz 21074 markalı ** BD *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, dəymiş zərərin məbləği 380 manat müəyyən edilmişdir. Azər-Türk Bank ASC-nin 03.03.2021-ci il tarixli 5731 saylı ödəniş tapşırığından müəyyən olunur ki, Dövlət Sığorta Kommersiya Şirkəti 8469 saylı sığorta aktına əsasən X2 380 manat sığorta ödənişi ödənilmişdir. Dövlət Sığorta Kommersiya Şirkətinin Cavabdeh1 və Cavabdeh2 ünvanladığı 27.04.2021-ci il tarixli məktubdan müəyyən olunur ki, iddiaçı cavabdehlərdən sığorta ödənişinə görə ödədiyi 380 manat məbləğində pul vəsaitini 10 gün müddətində Dövlət Sığorta Kommersiya Şirkətinə ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə Cavabdeh1 və Cavabdeh2 xəbərdar etmişdir. İcbari Sığortalar Haqqında Azərbaycan Respublikası Qanunun 50.1.-ci maddəsinə əsasən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası mexaniki avtonəqliyyat vasitələrinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində fiziki şəxslərin sağlamlığına, həmçinin fiziki və hüquqi şəxslərin əmlakına vurduğu zərərlərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir. Həmin Qanunun 53.1.-ci maddəsinə əsasən mülkiyyətində avtonəqliyyat vasitəsi olan, yaxud avtonəqliyyat vasitəsinə faktiki sahibliyi həyata keçirən, yəni onu icarəyə götürmüş və ya еtibarnamə əsasında idarə еdən, yaxud digər qanuni əsaslarla istismar еdən şəxslər bu Fəslin məqsədləri üçün avtonəqliyyat vasitəsinin sahibi hеsab olunurlar. Həmin Qanunun 53.4.-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsinin kimin adına verilməsindən asılı olmayaraq, istifadəsi ilə bağlı sahibinin mülki məsuliyyəti bu Fəslə uyğun olaraq sığortalanmış avtonəqliyyat vasitəsini qanuni əsaslarla istifadə edən istənilən şəxs üçüncü şəxslər qarşısında mülki məsuliyyətinə görə əmlak mənafeyi sığortalanmış sığorta olunan hesab edilir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, Xələfov X3 Röyal Əskər oğlunun mülkiyyətində olan nəqliyyat vasitəsini etibarnamə olmadan idarə edərkən yol nəqliyyat hadisəsi törədib zərərçkənə maddi ziyan vurmasına görə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilmiş, nəticədə iddiaçı baş vermiş sığorta hadisəsi ilə bağlı 380 manat sığorta ödənişi ödəməklə subroqasiya hüququnu əldə etmişdir. İcbari Sığortalar Haqqında Azərbaycan Respublikası Qanunun 25.1.-ci maddəsinə əsasən sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ aşağıda göstərilən hallarda yaranır: 25.1.3. icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Həmin Qanunun 25.2.-ci maddəsinə əsasən bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, Xələfov X3 Röyal Əskər oğlunun mülkiyyətində olan nəqliyyat vasitəsini etibarnamə olmadan idarə etdiyindən iddiaçı Dövlət Sığorta Kommersiya Şirkətinin Cavabdeh2 qarşı sığorta ödənişinə görə 380 manat tələbi əsaslıdır, ona görə də iddia ərizəsi qismən təmin edilir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, iş üzrə iddiaçının ödədiyi dövlət rüsumu Cavabdeh2 aid edilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh2 sığorta ödənişinə görə 380 manat, dövlət rüsumuna görə 20,40 manat olmaqla cəmi 400,40 manat Dövlət Sığorta Kommersiya Şirkətinin xeyrinə tutulsun. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova
Məhkəmə qərarları › İş №2(001)-5818/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-5818/2021
25.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver