Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-583/2021 11.03.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Rəhimov Elçin Əhəd oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı Samsunq SM-700 Galaksi Z flip markalı mobil telefonun eyni markalı telefonla əvəz edilərək ona verilməsinə və ya telefonun dəyəri olaraq ödədiyi 2950 manatın, qeydiyyat üçün ödədiyi 150 manatın qaytarılmasına, mənəvi zərərə görə 3000 manatın tutulmasına dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı Cavabdeh qarşı Samsunq SM-700 Galaksi Z flip markalı mobil telefonun eyni markalı telefonla əvəz edilərək ona verilməsinə və ya telefonun dəyəri olaraq ödədiyi 2950 manatın, qeydiyyat üçün ödədiyi 150 manatın qaytarılmasına, mənəvi zərərə görə 3000 manatın tutulmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Mülki iş üzrə məhkəmə iclası 11.02.2021-ci il tarixinə və 11.03.2021-ci il tarixinə təyin edilmiş, məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə məlumat verilsə də, İddiaçı məhkəmə iclaslarında iştirak etməmiş, Cavabdeh işə mahiyyəti üzrə baxılmasını tələb etməmişdir. Azərbaycan Respublikası MPM-nin 259.0. maddəsinə əsasən məhkəmə aşağıdakı hallarda ərizəni baxılmamış saxlayır: 259.0.6. işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə; Məhkəmə iddiaçının iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasının mümkün olmamasını, cavabdehin işə mahiyyəti üzrə baxılmasını tələb etməməsini nəzərə alıb hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 259.0.11, 263- 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ İddiaçı Cavabdeh qarşı Samsunq SM-700 Galaksi Z flip markalı mobil telefonun eyni markalı telefonla əvəz edilərək ona verilməsinə və ya telefonun dəyəri olaraq ödədiyi 2950 manatın, qeydiyyat üçün ödədiyi 150 manatın qaytarılmasına, mənəvi zərərə görə 3000 manatın tutulmasına dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan 10 gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Səadət Səlimova
Məhkəmə qərarları › İş №2(001)-583/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-583/2021
11.03.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver